Multikultural təhlükəsizlik problemlərinin həllinə dövlət dəstəyi və Azərbaycan nümunəsi...

Azər­bay­can­çı­lıq ide­o­lo­gi­ya­sı öl­kə­miz­də ya­şa­yan bü­tün xalqla­rı bir­ləş­di­rib. Bu bir­li­yin do­ğur­du­ğu əks-sə­da isə bü­tün dün­ya­ya ya­yı­lıb. Azər­bay­can­da mul­ti­kul­tu­ra­lizm ənə­nə­si uzun əsrlər­dən bə­ri for­ma­la­şıb və bu gün də möv­cud­dur.

Sirr de­yil ki, Azər­bay­can ha­zır­da dün­ya­nın ən sa­bit, mul­ti­kul­tu­ra­liz­mi ya­şa­dan, də­yər­lə­ri­ni qo­ru­yan öl­kə­lə­rin­dən­dir. Bil­di­yi­miz ki­mi, Azər­bay­can­da ta­ri­xən bü­tün et­nos­lar qar­daş ki­mi ya­şa­yıb, mil­li-di­ni zə­min­də qar­şı­dur­ma heç bir vaxt baş ver­mə­yib və bir və­tən üçün ça­lı­şıb, ya­şa­yıb­lar. Bu­na xalqla­rı­mı­zın bir-bi­ri­nə hör­mət və eh­ti­ra­mı rə­vac ve­rib. Azər­bay­can­da mil­lət­lə­ra­ra­sı, din­lə­ra­ra­sı mü­na­si­bət­lə­rin sağ­lam zə­min­də qu­rul­ma­sı, döv­lə­tin si­ya­si, iq­ti­sa­di və so­si­al hə­ya­tın­da müs­bət nə­ti­cə­lər­lə mü­şa­yi­ət olun­ma­sı bu gün çox xa­rak­te­rik və ar­tıq dün­ya­da da təs­diq və təq­dir olu­nan bir gös­tə­ri­ci­dir.

Son za­man­lar Azər­bay­can­da möv­cud olan mul­ti­kul­tu­ral mü­hit­lə, to­le­rantlıq­la bağ­lı bey­nəl­xalq aləm­də ge­niş mü­za­ki­rə­lər ge­dir. Mü­tə­rəq­qi fi­kir­li in­san­lar, qu­rum­lar öl­kə­miz­də­ki mul­ti­kul­tu­ra­liz­mi təq­dir edir, mul­ti­kul­tu­ra­lizmlə vi­da­laş­mış öl­kə­lə­rə töv­si­yə edir­lər ki, on­lar da zə­rər­li is­ti­qa­mət­lər­dən çə­ki­nib mul­ti­kul­tu­ra­liz­mə qa­yıt­sın. Giz­lin de­yil ki, ar­tıq bə­zi Av­ro­pa, Qərb döv­lət­lə­ri mul­ti­kul­tu­ra­lizmdən im­ti­na edib. Bu­na əya­ni mi­sal ola­raq o öl­kə­lər­də baş alıb ge­dən kse­no­fo­bi­ya, is­la­mo­fo­bi­ya, mil­li və di­ni diskri­mi­na­si­ya hal­la­rı­nı gös­tə­rə bi­lə­rik. Bun­lar dün­ya­nın göz­lə­ri qar­şı­sın­da baş ve­rir.  

Bu gün ak­tu­al olan mə­sə­lə­lər çox­dur və on­la­rın ha­mı­sı vax­ta­şı­rı mü­za­ki­rə­yə çı­xa­rı­lıb həll edil­mə­yə doğ­ru is­ti­qa­mət­lən­di­ril­mə­li­dir.

Azər­bay­can­da mul­ti­kul­tu­ral təh­lü­kə­siz­lik prin­sip­lə­ri mə­sə­lə­si­ni gün­də­mə Ba­kı Bey­nəl­xalq Mul­ti­kul­tu­ra­lizm Mər­kə­zi­nin rəh­bə­ri, AMEA-nın hə­qi­qi üz­vü Ka­mal Ab­dul­la­yev gə­ti­rib. K.Ab­dul­la­yev mü­əl­li­fi ol­du­ğu və AZƏR­TAC tə­rə­fin­dən ya­yım­la­nan "Azər­bay­can­da mul­ti­kul­tu­ral təh­lü­kə­siz­lik prin­sip­lə­ri" mə­qa­lə­sin­də vur­ğu­la­yır: "Ta­ri­xi pro­ses­də for­ma­la­şan et­nik-mə­də­ni müx­tə­lif­lik­lər (çox­mə­də­niy­yət­li­lik, mul­ti­kul­tu­ra­lizm) və on­la­rın əsa­sı­nı təş­kil edən et­nik-mə­də­ni də­yər­lər xalqla­rın və döv­lət­lə­rin in­ki­şa­fın­da mü­hüm rol oy­na­yır. La­kin bu müx­tə­lif­lik­lər döv­lət tə­rə­fin­dən tən­zim­lən­mə­dik­də və ya­xud düz­gün tən­zim­lən­mə­dik­də, öl­kə­də uy­ğun mul­ti­kul­tu­ral si­ya­sət for­ma­laş­ma­dıq­da cid­di prob­lem­lər, hət­ta mü­na­qi­şə­lər baş ve­rir. Bu­na gö­rə də bu müx­tə­lif­lik­lə­rin düz­gün tən­zim­lən­mə­si çox­mə­də­niy­yət­li döv­lət üçün bö­yük əhə­miy­yət kəsb edir.

Tə­əs­süf ki, mul­ti­kul­tu­ra­liz­min özü də müx­tə­lif öl­kə­lər­də on­dan göz­lə­nən ey­ni müs­bət nə­ti­cə­ni ver­mə­di. Han­sı öl­kə­də bu, han­sı nə­ti­cə­ni ver­di - be­lə bir su­a­la ca­vab ax­tar­maz­dan əv­vəl biz mü­əy­yən­ləş­dir­mə­li­yik ki, ta­ri­xən öl­kə­nin et­nik və di­ni müx­tə­lif­li­yi­nin ma­hiy­yə­tin­də nə du­rur?! Bə­zi öl­kə­lər ta­ri­xən hər han­sı müx­tə­lif­lik­lər­dən yan ke­çib di­gər mə­də­niy­yət­lər­lə tə­mas nöq­tə­si­nə mo­no­et­nik bir bir­lik ki­mi gə­lib çıx­mış­dır. Bə­zi öl­kə­lər­də isə müx­tə­lif­lik il­kin xa­rak­ter­li ol­muş­dur. Bi­rin­ci hal­da gəl­mə mul­ti­kul­tu­ral də­yər­lər ar­tıq də­yər­lə­ri for­ma­laş­mış öl­kə­də özü­nə asan­lıq­la yer elə­mir. Be­lə bir öl­kə­də ye­ni də­yər­lə­rin ca­la­ğı, is­tər-is­tə­məz, sü­ni alı­nır. Onun üçün də bə­zi Av­ro­pa öl­kə­lə­rin­də, mə­sə­lən, Bö­yük Bri­ta­ni­ya­da, Fran­sa­da, Al­ma­ni­ya­da bu mo­de­lin if­la­sa uğ­ra­ma­sı­nın ob­yek­tiv sə­bəb­lə­ri yox de­yil.

Bə­zi öl­kə­lər­də isə müx­tə­lif­lik il­kin çağ­dan baş­la­yır və müx­tə­lif xalqlar ən qə­dim za­man­lar­dan eti­ba­rən bir-bi­ri­ni for­ma­laş­dı­ra-for­ma­laş­dı­ra mü­a­sir döv­rə qə­dəm qo­yur­lar. "İl­kin" müx­tə­lif­lik və "son­ra­kı" müx­tə­lif­li­yi bir-bi­rin­dən ayır­ma­saq, bu­gün­kü dün­ya­da han­sı­sa öl­kə­də mul­ti­kul­tu­ra­liz­min if­la­sı­nın, han­sın­da isə tən­tə­nə­si­nin sir­ri­ni öy­rə­nə bil­mə­rik".

K.Ab­dul­la­yev bil­di­rir ki, Azər­bay­can­da nor­mal mul­ti­kul­tu­ral əh­va­lın ol­ma­sı - müx­tə­lif kon­fes­si­ya­la­rın, et­nik bir­lik­lə­rin dostluq və meh­ri­ban­lıq şə­ra­i­tin­də ya­şa­ma­sı ye­nə də ta­ri­xin qə­dim dövrlə­rin­dən qi­da­la­nır. Onun qeyd et­di­yi­nə gö­rə, "il­kin" müx­tə­lif­lik Azər­bay­can əra­zi­sin­də özü­nü gös­tə­rən na­dir xü­su­siy­yət­lər­dən­dir və bu hal "son­ra­kı" müx­tə­lif­lik­dən kəs­kin şə­kil­də fərqlə­nir. "Məhz "il­kin" müx­tə­lif­lik bu gün Azər­bay­can əra­zi­sin­də özü­nü qo­ru­yub sax­la­mış sis­tem­li mü­na­si­bət mo­de­li for­ma­laş­dı­rıb. Nə­ti­cə­də isə əsrlər­dən bə­ri şa­ir, ya­zı­çı və alim­lə­rin bə­dii ədə­biy­yat­da, el­mi trak­tat­lar­da özü­nü gös­tə­rən müx­tə­lif­li­yə hüsn-rəğ­bə­ti və lo­yal­lı­ğı məhz Azər­bay­can­da, özü də müs­tə­qil­lik döv­rün­də ye­ni bir si­ya­si ahəng kəsb edə bil­di.

Elə ona gö­rə də tə­əc­cüb­lü de­yil ki, bir sı­ra Qərb öl­kə­lə­rin­də, elə hə­min Fran­sa­da, İn­gil­tə­rə­də, Al­ma­ni­ya­da mul­ti­kul­tu­ra­liz­min si­ya­si xətt ki­mi if­la­sa uğ­ra­ma­sı­nın bə­yan edil­di­yi dövrdə Azər­bay­can Res­pub­li­ka­sın­da mul­ti­kul­tu­ra­lizm döv­lət si­ya­sə­ti ki­mi or­ta­ya çıx­dı. Azər­bay­ca­nın müs­tə­qil­li­yi­nin ilk döv­rün­də ulu ön­dər Hey­dər Əli­yev Azər­bay­ca­nın gə­lə­cək uğur­lu in­ki­şa­fı üçün son də­rə­cə də­qiq ide­o­lo­ji hə­dəf seç­di. Azər­bay­ca­nın çox­mə­də­niy­yət­li­lik ənə­nə­si­ni in­ki­şaf et­di­rib onu key­fiy­yət­cə ye­ni müs­tə­vi­yə ke­çir­di. Bu müs­tə­vi si­ya­sət müs­tə­vi­si idi.

Əsa­sı ümum­mil­li li­der Hey­dər Əli­yev tə­rə­fin­dən qo­yul­muş mul­ti­kul­tu­ra­lizm si­ya­sə­ti mü­a­sir dövrdə Pre­zi­dent İl­ham Əli­yev tə­rə­fin­dən uğur­la in­ki­şaf et­di­ri­lir. Pre­zi­dent İl­ham Əli­ye­vin qeyd et­di­yi ki­mi, mul­ti­kul­tu­ra­lizm xal­qı­mı­zın hə­yat tər­zi­nə çev­ri­lib. Mul­ti­kul­tu­ra­liz­min və­tən­daş cə­miy­yə­tin­də hə­yat tər­zi­nə çev­ril­mə­si onun in­ki­şa­fı­nın ən yük­sək mər­hə­lə­si­dir. Bu mər­hə­lə­də bə­şə­ri də­yər­lə­rin, mər­hə­mət, şəf­qət, acı­ma, dö­züm­lü­lük, də­yər­ver­mə ki­mi hisslə­rin cə­miy­yət­də ya­yıl­ma­sı xü­su­si miq­yas və mə­na kəsb edir. Mul­ti­kul­tu­ra­lizm ide­ya­la­rı ic­ti­mai şü­ur­da möh­kəm­lə­nir.

Şüb­hə­siz, Qər­bi Av­ro­pa öl­kə­lə­ri ilə mü­qa­yi­sə­də Azər­bay­ca­nın de­mok­ra­tik in­ki­şaf sa­hə­sin­də re­al təc­rü­bə­si az­dır. Am­ma mə­nə­vi təc­rü­bə­si bö­yük­dür. Das­tan­la­rı­mız­dan, na­ğıl­la­rı­mız­dan, klas­sik ədə­bi nü­mu­nə­lə­ri­miz­dən qə­dim de­mok­ra­tik prin­sip­lər­lə bağ­lı ye­tə­rin­cə mi­sal və nü­mu­nə­lər gös­tər­mək olar. Ta­rix bo­yu Azər­bay­ca­nın mə­nə­vi hə­ya­tın­da to­le­rantlıq­dan xey­li da­nış­maq müm­kün­dür. Bun­lar, tə­bii ki, mul­ti­kul­tu­ral tər­zin Azər­bay­can cə­miy­yə­ti­nə ön­cə­dən xas ol­ma­sı­na bir sü­but­dur.

Ba­xın, mul­ti­kul­tu­ral də­yər­lər ha­ra­da if­la­sa uğ­ra­dı? O öl­kə­lər­də bu be­lə ol­du ki, mə­nə­vi ba­xım­dan for­ma­laş­ma pro­se­si­ni ba­şa çat­dı­ran­dan son­ra ora­ya miq­ra­si­ya­la­rın ye­ni dal­ğa­sı ilə bu ça­ğa qə­dər ta­nış ol­ma­yan mul­ti­kul­tu­ral də­yər­lər, yad ba­xış­lar gəl­mə­yə baş­la­dı. Və ar­tıq for­ma­laş­mış or­qa­nizm bu sü­ni ca­la­ğı qə­bul et­mə­di" - de­yə vur­ğu­la­yan K.Abu­dul­la­yev ya­zır ki, Azər­bay­can­da isə əv­vəl­cə­dən bu də­yər­lər sü­ni de­yil­di. O qeyd edir ki, çün­ki on­lar tə­bii hal­da, baş­lan­ğıc­dan bir yer­də idi. Mul­ti­kul­tu­ra­lizm Mər­kə­zi­nin rəh­bə­ri ya­zır ki, bu­na gö­rə də biz me­to­do­lo­ji ola­raq, "il­kin müx­tə­lif­lik", "son­ra­kı müx­tə­lif­lik" an­la­yış­la­rı­nı bir-bi­rin­dən fərqlən­dir­mə­li­yik. İl­kin müx­tə­lif­lik, əs­lin­də, özün­də miq­ra­si­ya ele­men­ti sax­la­mır. O, müx­tə­lif­li­yin ilk baş­lan­ğıc­dan bir yer­də, ya­na­şı möv­cud­lu­ğu­dur: "Elə bu­nu nə­zər­də tu­ta­raq Azər­bay­can Pre­zi­den­ti cə­nab İl­ham Əli­yev qeyd edir ki, "Mul­ti­kul­tu­ra­lizm ənə­nə­lə­ri Azər­bay­can­da əsrlər bo­yu hə­mi­şə möv­cud olub. Sa­də­cə, müx­tə­lif cür ad­la­nıb, la­kin ma­hiy­yə­ti də­yiş­mə­yib". Elə bu­na gö­rə də Azər­bay­can Av­ro­pa mə­ka­nın­da mul­ti­kul­tu­ra­lizm si­ya­sə­ti­nin qar­şı­sın­da ya­ra­nan prob­lem­lə­rə məğ­lub ol­ma­ma­ğı ba­car­dı.

Mul­ti­kul­tu­ral təh­lü­kə­siz­lik nə­dir? Biz döv­lə­tin mil­li təh­lü­kə­siz­lik sis­te­mi­nin bir çox kom­po­nentlə­ri ilə ta­nı­şıq. İq­ti­sa­di təh­lü­kə­siz­lik, nəq­liy­yat təh­lü­kə­siz­li­yi, mə­də­ni təh­lü­kə­siz­lik, ener­ji təh­lü­kə­siz­li­yi, qi­da təh­lü­kə­siz­li­yi və s. hər bi­ri ay­rı­lıq­da və bü­töv­lük­də döv­lə­tin ya­şa­ma­sı üçün va­cib kom­po­nentlər­dir. Bu sis­te­min içi­nə mə­nə­vi, ide­o­lo­ji hə­ya­tın ay­rıl­maz his­sə­si olan mul­ti­kul­tu­ral də­yər­lə­ri də bü­töv bir təh­lü­kə­siz­lik kom­po­nen­ti ki­mi da­xil et­mək müm­kün­dür. Öl­kə öz ener­ji, iq­ti­sa­di, mə­də­ni təh­lü­kə­siz­li­yi­ni qo­ru­du­ğu ki­mi, mul­ti­kul­tu­ral təh­lü­kə­siz­li­yi­ni də tə­min et­mə­li­dir. Mul­ti­kul­tu­ral təh­lü­kə­siz­lik bir sı­ra prin­sip­lər­dən iba­rət­dir. Bu prin­sip­lər döv­lə­tin özü­nü inam­lı, əda­lət­li, key­fiy­yət­cə da­im ye­ni­lə­şən bir ma­hiy­yə­tə ma­lik or­qa­nizm ki­mi hiss et­mə­si­ni şərtlən­di­rir.

Mul­ti­kul­tu­ral təh­lü­kə­siz­li­yin ümu­mi ma­hiy­yə­ti hər han­sı bir öl­kə­də ir­qin­dən, mil­liy­yə­tin­dən, di­nin­dən, di­lin­dən ası­lı ol­ma­ya­raq, hər kə­sin hü­quq və azad­lıq­la­rı­nın mü­da­fiə olun­ma­sı, et­nik, di­ni, ir­qi mən­su­biy­yə­tin­dən ası­lı ol­ma­ya­raq, bü­tün xalqla­rın, et­nik qrup­la­rın mə­də­ni də­yər­lə­ri­nin qo­run­ma­sı və in­ki­şaf et­di­ril­mə­si de­mək­dir. Cə­miy­yə­tin mul­ti­kul­tu­ral təh­lü­kə­siz­li­yi­nin tə­min olun­ma­sı qar­şı­sın­da ya­ra­nan prob­lem­lər in­ki­şaf edər­sə, et­nik, di­ni, ir­qi zə­min­də qar­şı­dur­ma­la­ra, mü­na­qi­şə­lə­rə sə­bəb olar. Son dövrdə Av­ro­pa­nın bir sı­ra öl­kə­lə­rin­də et­nik, mil­lət­çi­lik və di­ni ra­di­ka­lizm, kse­no­fo­bi­ya, an­ti­se­mi­tizm, is­la­mo­fo­bi­ya meyllə­ri­nin artma­sı qeyd olu­nan­la­rın ba­riz nü­mu­nə­si­dir.

Tə­əs­süf ki, bə­zən Av­ro­pa öl­kə­lə­rin­dən öl­kə­mi­zə qar­şı Azər­bay­can­da ge­dən ic­ti­mai, ide­o­lo­ji pro­ses­lə­ri də­rin­dən duy­ma­yan bə­zi qu­rum­lar və rəs­mi şəxslər tə­rə­fin­dən mil­li az­lıq­lar və in­san hü­quq­la­rı ilə bağ­lı ağ­la­sığ­maz və hət­ta gü­lünc tə­ləb­lər, id­di­a­lar irə­li sü­rü­lür. An­la­şıl­maz mə­qam­lar­la bağ­lı Azər­bay­can is­tə­ni­lən çər­çi­və­də dis­kus­si­ya apar­ma­ğa hə­mi­şə ha­zır­dır. Am­ma çox za­man an­la­şı­lan, am­ma qə­bul edi­lə bil­mə­yən, gör­mək is­tə­nil­mə­yən mə­qam­lar or­ta­ya atıl­dı­ğı za­man biz dü­şü­nü­rük: bu pre­ten­zi­ya­la­rı özü­nü de­mok­ra­tik ruh­lu sa­yan bir qu­rum və ya şəxs ne­cə irə­li sü­rə bi­lər?! Be­lə bir döv­lət qu­ru­mu (tə­əs­süf ki, on­lar da yox de­yil) Azər­bay­ca­na tət­biq edi­lən iki­li-üç­lü stan­dartla­ra əhə­miy­yət ver­mə­yib əzab­lı yol­lar­la öz-özü­nü qur­maq­la və for­ma­laş­dır­maq­la, əsrlər­də qal­mış, da­ğı­dıl­mış də­yər­lə­ri­ni bər­pa et­mək­lə məş­ğul olan ki­çik bir öl­kə­ni ne­cə it­ti­ham edə bi­lər?! Or­ta əsrlə­rin "xris­ti­an-mü­səl­man" qar­şı­dur­ma­sı­nın bər­pa­sı­na­mı doğ­ru dün­ya ad­dım­la­yır?! Sə­lib mü­ha­ri­bə­lə­ri­nin şey­pur səs­lə­ri­mi gur­la­maq­da­dır?! Bö­yük al­man mü­tə­fək­ki­ri Frid­rix Nitsşe, elə bil, be­lə ha­lı bir ön­cə­gör ki­mi du­ya­raq biz­lə­ri xə­bər­dar edir­di: "Səh­ra bö­yü­yür".

Səh­ra­nı isə bö­yü­mə­yə qoy­maq ol­maz. Mul­ti­kul­tu­ral də­yər­lər sis­te­mi iş­lə­yər­sə, o də­yər­lə­rə adek­vat mü­na­si­bət for­ma­la­şar­sa, səh­ra­nın bö­yü­mə­si­nin qar­şı­sı alı­nar. Və dün­ya­nı yad­daş ila­hə­si Mne­mo­zi­na­ya xə­ya­nət­də it­ti­ham et­məz­lər. Azər­bay­can ki­mi müx­tə­lif­li­yə ru­hən açıq öl­kə­də mul­ti­kul­tu­ral təh­lü­kə­siz­li­yin prin­sip­lə­ri­ni for­ma­laş­dır­maq, əs­lin­də, ide­o­lo­ji müs­tə­vi­də ge­dən bə­zi pro­ses­lə­rin sis­tem­ləş­di­ril­mə­si cəh­di­dir.

Mul­ti­kul­tu­ral təh­lü­kə­siz­lik prin­sip­lə­ri nə­yi nə­zər­də tu­tur?!

Pre­zi­dent İl­ham Əli­yev öz çı­xış­la­rı­nın bi­rin­də qeyd et­di ki, on­dan xa­ri­ci öl­kə­lər­də tez-tez tə­əc­cüb­lə so­ru­şur­lar: Azər­bay­can­da müx­tə­lif kon­fes­si­ya rəh­bər­lə­ri­nin və üzvlə­ri­nin bir-bi­ri­nə be­lə to­le­rant, dostluq mü­na­si­bə­ti­nin əsa­sın­da nə du­rur? Bu­nun sə­bə­bi nə­dir?

Eti­raf edək ki, bu su­a­lın özü bir azər­bay­can­lı üçün qə­ri­bə səs­lə­nir. Çün­ki mü­a­sir azər­bay­can­lı bu mü­na­si­bə­tin ma­hiy­yə­ti­ni ru­hu ilə, mə­nə­vi or­qa­niz­mi ilə hiss edir. O bu­nun sə­bə­bi­ni bil­mə­yə bi­lər. Ud­du­ğun ha­va ki­mi, iç­di­yin su ki­mi bu mü­na­si­bət də bi­zim hə­ya­tı­mız üçün son də­rə­cə va­cib­dir. Am­ma bu su­a­lın, əl­bət­tə ki, cid­di ca­va­bı da yox de­yil. Azər­bay­can­da be­lə bir mü­hi­tin ol­ma­sı onun­la bağ­lı­dır ki, öl­kə baş­çı­sı, bü­töv­lük­də döv­lət müx­tə­lif kon­fes­si­ya­la­ra bə­ra­bər si­ya­si mü­na­si­bət bəs­lə­yir. Heç bi­ri­ni di­gə­rin­dən fərqlən­dir­mir. Bə­ra­bər si­ya­si mü­na­si­bət də, öz növ­bə­sin­də, kon­fes­si­ya­la­rın bir-bi­ri­nə və hər bi­ri­nin ay­rı­lıq­da döv­lə­tə to­le­rant mü­na­si­bə­ti­ni şərtlən­di­rir. Be­lə­lik­lə, mul­ti­kul­tu­ral təh­lü­kə­siz­li­yin əsas və ən va­cib prin­sip­lə­rin­dən bi­ri məhz öl­kə da­xi­lin­də­ki müx­tə­lif kon­fes­si­ya­la­ra si­ya­si mü­na­si­bə­tin bə­ra­bər şə­kil­də yö­nəl­mə­si me­xa­niz­mi­ni qur­maq­dan do­ğur".

K.Ab­dul­la­ye­vin bil­dir­di­yi­nə gö­rə, mul­ti­kul­tu­ral təh­lü­kə­siz­li­yin baş­qa bir prin­si­pi öl­kə­də möv­cud olan mil­li müx­tə­lif­li­yin qo­run­ma­sı­na yö­nəl­miş döv­lət qay­ğı­sı­nın for­ma­laş­dı­rıl­ma­sı ilə mü­əy­yən edi­lir. O vur­ğu­la­yır ki, Azər­bay­can müx­tə­lif xalqla­rın dinc, dostluq, qar­daş­lıq şə­ra­i­tin­də ya­şa­dı­ğı, se­vin­ci və kə­də­ri bir­gə bö­lüş­dü­yü mə­kan­dır. Bu mə­ka­nı qə­dim Qaf­qaz al­ban­la­rı­nın bu­gün­kü va­ris­lə­ri olan udin­lər, avar­lar, ləz­gi­lər, ha­be­lə yə­hu­di­lər, ta­lış­lar, rus­lar, gür­cü­lər, kürdlər, ya­xın keç­miş­də al­man­lar öz or­taq və­tən­lə­ri­nə çe­vi­rə bi­lib: "Bu gün Azər­bay­ca­na əsas­sız tor­paq id­di­a­sı ilə çı­xış edən se­pa­rat­çı­lar­la ey­ni mil­lət­dən olan, an­caq bu se­pa­rat­çı­la­rın əsas­sız id­di­a­la­rı­nı qə­bul et­mə­yən Azər­bay­can er­mə­ni­lə­ri də bu­ra­nı öz və­tən­lə­ri sa­yır­lar. Bir kənd qə­dər sa­ki­ni olan, di­li və et­nik kim­li­yi bu kənddən baş­qa heç bir yer­də təm­sil olun­ma­yan xı­na­lıq­lı­lar və cek­li­lər də Azər­bay­ca­na məx­sus­dur. Bü­tün bu xalqla­rın dil və mə­də­ni zən­gin­lik­lə­ri­ni Azər­bay­can döv­lə­ti öz zən­gin­li­yi, öz gü­cü sa­yır. Ulu ön­dər Hey­dər Əli­yev de­yir­di: "Döv­lət, öl­kə nə qə­dər çox xal­qı bir­ləş­dir­sə, bir o qə­dər zən­gin olur, çün­ki on­la­rın hər bi­ri ümum­dün­ya mə­də­niy­yə­ti­nə və si­vi­li­za­si­ya­sı­na öz töh­fə­si­ni ve­rir".

K.Ab­dul­la­ye­vin qeyd et­di­yi ki­mi, Azər­bay­can­da mul­ti­kul­tu­ral təh­lü­kə­siz­lik yük­sək sə­viy­yə­də qo­ru­nur. Dün­ya­nın ək­sər öl­kə­sin­də baş ve­rən­lər­dən fərqli ola­raq öl­kə­miz­də ta­ma­mi­lə saf bir mü­hit möv­cud­dur.

İradə SARIYEVA

Bakı xəbər.- 2016.- 7 oktyabr.- S.15