Vətəndaşların təhsil
hüququ
2009-cu il 19 iyun tarixli "Təhsil haqqında Azərbaycan Respublikasının qanun"unda göstərilir ki, bu qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır. Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir.
Təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsil alanların və təhsil verənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir.
Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
Humanistlik - milli və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin, tolerantlıq və dözümlülüyün prioritet kimi qəbul olunması; demokratiklik - təhsil alanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin muxtariyyətinin artırılması; bərabərlik - bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almalarına imkan yaradılması və təhsil hüququnun təmin olunması; millilik və dünyəvilik - milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi; keyfiyyətlilik - təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu; səmərəlilik - təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təşkili; fasiləsizlik, vəhdətlik, daimilik - mövcud təhsil standartları, tədris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dialektik qarşılıqlı əlaqənin təmin olunması və onun insanın bütün həyatı boyu ardıcıl davam etməsi; varislik - təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin ardıcıl olaraq növbəti nəslə (dövrə) ötürülməsi; liberallaşma - təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi; inteqrasiya - milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli formada qoşulması, uyğunlaşması və qovuşması əsasında inkişafı.
Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağıdakılardır:
Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək; milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq; sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsil alanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.
Təhsil sisteminə aşağıdakılar daxildir:
Bütün təhsil müəssisələri, təlim-tərbiyə prosesi ilə məşğul olan və təhsil xidmətləri göstərən digər qurumlar, təhsil fəaliyyətini və onun inkişafını təmin edən elmi-tədqiqat institutları və informasiya mərkəzləri, layihə, istehsal, kliniki, ictimai iaşə, tibbi-profilaktik və əczaçılıq strukturları, idman, istirahət və sağlamlıq kompleksləri, kampuslar, mədəni-maarif müəssisələri və təşkilatları, kitabxanalar, yataqxanalar, düşərgələr və digər infrastruktur obyektləri; təhsili idarəetmə orqanları və onların tabeliyində fəaliyyət göstərən müəssisə və təşkilatlar;təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, assosiasiyalar, cəmiyyətlər, elmi-metodik şuralar və digər qurumlar.
Təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət təhsil standartları əsasında beynəlxalq və ümum-Avropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılaraq, təhsil pillələri üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə (təhsil proqramları, abituriyentlərin hazırlıq səviyyəsi, maddi-texniki baza, infrastruktur, informasiya resursları, təhsil verənlərin peşəkarlığı və elmi-pedaqoji səviyyəsi, mütərəqqi tədris texnologiyaları və s.) uyğun olaraq müəyyən edilir. Təhsil müəssisəsində kadr hazırlığının keyfiyyət səviyyəsi məzunların milli və beynəlxalq əmək bazarında rəqabət qabiliyyəti, ölkənin sosial və iqtisadi inkişafında rolu ilə müəyyən edilir. Təhsilin keyfiyyət səviyyəsi hər bir tarixi mərhələdə ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni inkişafla bağlı tələblərdən irəli gəlir və akkreditasiya xidməti tərəfindən müvafiq qaydada qiymətləndirilir.
Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir:
Əyani; qiyabi; distant (məsafədən);
sərbəst (eksternat). Azərbaycan Respublikasında
müəyyən edilmiş
təhsilalma formaları
çərçivəsində evdə təhsil və fərdi təhsil təşkil oluna bilər. Zəruri hallarda, müasir təhsil texnologiyalarından
istifadə etməklə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər.
Azərbaycan Respublikasında aşağıdakı
təhsil pillələri
və səviyyələri
müəyyən olunur:
Məktəbəqədər təhsil: ümumi təhsil, ibtidai təhsil; ümumi orta təhsil; tam orta təhsil.
İlk peşə-ixtisas təhsili:
orta ixtisas təhsili.
Ali təhsil: bakalavriat; magistratura; doktorantura.
Təhsilin pillələri və
səviyyələri arasında
qarşılıqlı əlaqə
və varislik təmin olunur. Hər bir təhsil pilləsi (məktəbəqədər
təhsil istisna olmaqla) yekun qiymətləndirmənin və
ya attestasiyanın nəticələrinə uyğun
olaraq, məzunlara dövlət nümunəli
sənədin verilməsi
ilə başa çatır.
Təhsilin pillələri və səviyyələri üzrə
fəaliyyət müvafiq
qanunvericilik aktları
ilə tənzimlənir. Təhsil alanın
əvvəlki pillədə
və səviyyədə
əldə etdiyi nailiyyətlər növbəti
pillədə və səviyyədə təhsilin
davam etdirilməsində
nəzərə alınır.
Vətəndaşların təhsil hüququ Azərbaycan Respublikasının Konstitusiyasına,
Təhsil haqqinda Azərbaycan Respublikasinin Qanununa və digər normativ-hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
uyğun müəyyən
edilir.
Bütün təhsil müəssisələrinin
təhsilalanları və
məzunları bərabər
hüquqlara malikdirlər.
Vətəndaşların təhsil hüquqlarına aşağıdakılar
daxildir:
Qanunvericilikdə nəzərdə tutulmuş
qaydada təhsil müəssisəsinə qəbul
olunmaq; təhsil müəssisəsini, təhsilin
istiqamətini, ixtisası,
təhsilalma formasını
və təhsil dilini sərbəst seçmək; dövlət
təhsil standartlarına
uyğun keyfiyyətli
təhsil almaq; müvafiq qaydada təhsilin təmayülünü,
təhsil proqramlarını
və sinifdənkənar
məşğuliyyəti seçmək;ali
təhsil müəssisəsinin
tədris planlarına
uyğun olaraq tədris fənlərini, semestrlər üzrə kreditlərin miqdarını,
təhsil verənləri
və tyutorları sərbəst seçmək;
təhsil müəssisəsinin
mövcud infrastrukturundan
(tədris-istehsalat, elmi
-tədqiqat, informasiya,
mədəni-məişət, idman-sağlamlıq mərkəzlərindən,
kitabxanalardan və s.)
istifadə etmək; müəyyən edilmiş
qaydada təhsil müəssisəsini və
ixtisasını dəyişmək;
elmi-tədqiqat fəaliyyəti
ilə məşğul
olmaq; fasiləsiz təhsil almaq; sağlamlıq üçün
təhlükəsiz və
zərərsiz təhsil
şəraiti ilə təmin olunmaq; insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə
olunmaq; müəyyən
edilmiş qaydada təhsil müəssisəsində
təhsilini müvəqqəti
dayandırmaq; müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb
etmək; dövlət
orta peşə-ixtisas
təhsili pilləsində
və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq, yalnız bir dəfə pulsuz təhsil almaq; dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində dərsliklərlə pulsuz
təmin olunmaq; təhsil prosesinin təşkilində və
idarə olunmasında
fəal iştirak etmək, öz fikir və mülahizələrini
sərbəst ifadə
etmək; təhsil müəssisəsinin elmi-ictimai,
sosial-mədəni həyatında,
elmi cəmiyyətlərin,
dərnəklərin, assosiasiyaların,
birliklərin və digər təşkilatların
yaradılmasında iştirak
etmək, eləcə
də, ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara üzv olmaq; elmi-praktik konfransların, seminarların,
yığıncaqların və
görüşlərin, habelə,
təhsil həyatı
ilə bağlı digər tədbirlərin keçirilməsində iştirak
etmək; qanunvericilikdə
nəzərdə tutulmuş
digər hüquqları
həyata keçirmək.
Təhsil müəssisəsində qanunvericiliklə müəyyən
edilmiş hallar istisna olmaqla, vətəndaşların təhsil
prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb
edilməsinə yol verilmir.
Azərbaycan Respublikası vətəndaşlarının
xarici ölkələrdə
təhsil almaq hüququ da vardır.
Azərbaycan Respublikası vətəndaşlarının
xarici ölkələrdə
təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas
artırması Azərbaycan
Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
uyğun olaraq, dövlət tərəfindən
müəyyən edilmiş
kvota və təhsil müəssisəsinin,
hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları
müqavilələr əsasında
həyata keçirilir.
"Təhsil haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 5 sentyabr 2009-cu il tarixli Fərmanı vətəndaşların təhsil
hüququnun həyata keçməsində mühüm
rol oynadı.
Vahid Ömərov, fəlsəfə üzrə
fəlsəfə doktoru
Səs.-
2016.- 12 fevral.- S.15