Milli azlıqların hüquqları

Hüquqi dövlətin - plüralist, tolerant, həqiqi demokratiyanın bərqərar olması üçün milli azlıqların mədəni, etnik, dini özünəməxsusluğunun qorunub-saxlanması, onların hüquqlarının müdafiə olunması bəşəriyyətdə sabitlik, demokratik təhlükəsizlik, sülh və əmin-amanlıq üçün olduqca zəruridir.

Milli azlıqlar dövlətin əhalisindən sayca az olan etnik qruplardır. Milli azlıqların hüquqları, dilləri, dinləri, mədəni və etnik özünəməxsusluqları və onların müdafiəsi beynəlxalq aktlarda - Avropa Şurasının Nizamnaməsində (London, 5 may 1949-cu il), Avropa Sosial Xartiyasında (18 oktyabr 1965-ci il), "Bölgə dilləri və azlıqların dilləri haqqında Avropa Xartiyasında" (Strasburq, 5 oktyabr 1992-ci il), Milli Azlıqların Müdafiəsi Haqqında Çərçivə Konvensiyasında (Strasburq, 1 fevral 1995-ci il), ATƏT-in İnsan Meyarı Konfransına dair Kopenhagen Müşavirəsinin sənədində (ATƏT-in 35 iştirakçı dövləti tərəfindən 1990-cı il iyunun 29-da qəbul edilmişdir), Yeni Avropa üçün Paris Xartiyasında ATƏT-in İnsan Meyarı Konfransına dair Moskva müşavirəsinin sənədində (1991-ci il oktyabrın 3-də qəbul edilmişdir), ATƏT-in Helsinki Zirvə görüşü sənədində (1992-ci il 9-10 iyul) İctimai-Siyasi Həyatda Milli Azlıqların Səmərəli İştirakı haqqında Leynd Tövsiyəsində, Milli Azlıqların Təhsil Hüquqları üzrə Haaqa Tövsiyələrində, Milli Azlıqların Dil Hüquqları Haqqında Oslo Tövsiyələrində, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, İnsan Hüquqlarının Ümumi Bəyannaməsində (1948-ci il 10 dekabr), İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Konvensiyada (Roma, 4 noyabr, 1950-ci il), BMT-nin "İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyasında (1969-cu il 4 yanvar), BMT-nin "MülkiSiyasi Hüquqlar Haqqında Beynəlxalq Paktında (1976-cı il 23 mart), BMT-nin "Yetkinlik Yaşına Çatmayanlar barəsində Ədalət Məhkəməsinin İcrasına aid Minimal Standart Qaydalarında ("Pekin Qaydaları" 10 dekabr 1985-ci il), "Uşaq Hüquqları haqqında Konvensiyada" (2 sentyabr 1990-cı il), BMT-nin "Bütün Müasir Zəhmətkeşlərin və Onların Ailə Üzvlərinin Hüquqlarının Qorunması" haqqında Beynəlxalq Konvensiyada (18 dekabr 1990-cı il), BMT-nin "Milli, yaxud Etnik, Din, Dil Azlıqlarına Mənsub olan Şəxslərin Hüquqları Haqqında Konvensiyada (18 dekabr 1992-ci il), Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statusunda, "Azlıqlara Mənsub Şəxslərin Hüquqlarını Təmin etmək haqqında Konvensiya"da (Minsk, 21 oktyabr 1994-cü il) öz əksini tapmışdır.

Milli azlıqların hüquqları 1990-cı il iyunun 29-da qəbul edilmiş ATƏT-in İnsan Meyarı Konfransına dair Kopenhagen Müşavirəsinin sənədində belə müəyyənləşdirilmişdir: "Milli azlıqlara mənsub şəxslərin öz etnik mədəniyyət, dil, yaxud din özünəməxsusluğunu azad surətdə ifadə etmək, qoruyub-saxlamaqinkişaf etdirmək, öz iradəsinin əksinə olaraq, heç bir assimilyasiya təşəbbüsünə məruz qalmadan bütün cəhətləriylə öz mədəniyyətini azad surətdə dəstəkləmək və onu inkişaf etdirmək hüquqları var. Xüsusilə, onlar aşağıdakı hüquqlara malikdirlər:

- şəxsi və ictimai həyatda öz ana dilindən azad surətdə istifadə etmək;

-  milli dövlət qanunvericiliyinə uyğun olaraq könüllü maliyyə yardımını və digər yardımları, eləcə də, dövlət dəstəyi axtara biləcək xüsusi təhsil, mədəniyyət və dini müəssisələrini, təşkilat və ya assosiasiyalarını yaratmaq və dəstəkləmək;

- öz dininə etiqad etmək, o cümlədən, dini materialı əldə etmək, ona sahib olmaq, ondan istifadə etmək və öz ana dilindəki təhsil sahəsində dini fəaliyyəti həyata keçirmək;

- öz ölkəsinin hüdudları daxilində öz aralarında, eləcə də, digər dövlətlərin ümumi etnikya milli mənşəyi, mədəni mirası və ya dini etiqadı olan vətəndaşları ilə maneəsiz əlaqələr qurmaq və əlaqələri davam etdirmək;

- öz ana dilində məlumatı yaymaq, ondan istifadə yoluna malik olmaq və məlumat mübadiləsi etmək;

- öz ölkəsinin hüdudları daxilində təşkilatlar, yaxud assosiasiyalar yaratmaq və dəstəkləmək, beynəlxalq qeyri-hökumət təşkilatlarının fəaliyyətində iştirak etmək.

Milli azlıqlara mənsub şəxslər öz hüquqlarını həyata keçirməkdə və onlardan istifadə etməkdə fərdi qaydada, eləcə də, öz qrupunun digər üzvləri ilə birlikdə həyata keçirə bilərlər. Belə hüquqlardan istənilən birinin həyata keçirilməsi və ya keçirilməməsi milli azlıqlara mənsub şəxslər üçün heç bir mənfi nəficələr doğura bilməz".

Demokratik-hüquqi dövlətlərdə bütün xalqlar, hüquqca bərabərdirlər. Dünyada 3 minə yaxın millət formalaşmaqda olan potensial millət, 10 min etnik qrup mövcuddur.

Hüquqi dövlət quruculuğu yolu ilə gedən Azərbaycan Respublikasında bütün xalqlar milli azlıqlar qardaşlıq dostluq ailəsində yaşayırlar. Əsrlər boyu Azərbaycanda mehriban, dinc yanaşı yanaşma şəraitində yaşayan xalqlar, ölkəmiz müstəqilliyi bərpa etdikdən sonra, daha geniş hüquqlar azadlıqlar əldə etdi, bütün çətinlikləri maneələri azərbaycanlılarla birgə dəf edərək, bugünkü inkişafımıza öz töhfələrini verdilər. Müstəqilliyin bərpasının ilk illərində 1992-ci ildə Azərbaycan Respublikası Prezidenti "Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq etnik qrupların hüquq azadlıqlarının qorunması, dil mədəniyyətlərin inkişafı üçün dövlət yardımı haqqında" Fərman verdi. Fərmanda deyilir: "Azərbaycan Respublikasının ərazisində yaşayan milli azlıq, azsaylı xalq etnik qrupların nümayəndələrinin Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilən siyasi- iqtisadi, sosial-mədəni hüquqlarını azadlıqlarını qorumaq, onların həyata keçirilməsinə yaxından kömək göstərmək məqsədi ilə nazirlik idarələrin fəaliyyət çərçivəsində milli münasibətlərlə bağlı məsələlərə, bu Fərmandan irəli gələn vəzifələrə hərtərəfli baxılsın.

Fərmanda daha sonra deyilir: "Milli azlıq, azsaylı xalq etnik qrupların nümayəndələrinin peşə hazırlığına uyğun olaraq heç bir ayrı-seçkiliyə məruz qalmadan bərabər hüquqlara malik olmasını nəzərə alaraq, həmin hüquqların həyata keçirilməsi üçün hərtərəfli şərait yaradılsın, onların pozulmasına yönəldilmiş hər hansı bir hərəkətin, yaxud hərəkətsizliyin qarşısı alınsın, ərizə şikayətlərin baxılmasına vətəndaşların qəbulunda həmin məsələlərin həllinə diqqət artırılsın". Fərmanda Azərbaycan Respublikasının Prezident Aparatına, Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının nazirliklərinə idarələrinə, yerli icra hakimiyyəti başçılarına aşağıdakı istiqamətlərdə dövlət yardımının hökumət siyasətinin həyata keçirilməsi bir vəzifə kimi tapşırılır;

- milli azlıq, azsaylı xalq etnik qrupların mədəni, dil dini özgünlüyünün qorunub-saxlanılması inkişaf etdirilməsi;

- milli ənənə adətlərə əməl, dini mərasim ayinlərin tam azad icra edilməsi, ibadət yerlərinin qorunub-saxlanılması onlardan istifadə edilməsi;

- milli sənətkarlığın, peşəkarlıq özfəaliyyət yaradıcılığı xalq sənətlərinin sərbəst inkişaf etdirilməsi;

- bütün millətlərin tarix mədəniyyət abidələrinin qorunması;

- əhali üçün əhəmiyyətli olan yerlər, qoruqlar, parklar digər təbiət obyektlərinin mühafizə olunub saxlanılması.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci gəlişilə hüquqi dövlət vətəndaş cəmiyyəti quruculuğu milli azlıqların hüquqlarının müdafiəsi sahəsində yeni dönüş baş verdi. Hələ milli konstitusiyamızın layihəsini hazırlayan komissiyanın iclasındakı çıxışında konstitusiyanın Azərbaycanda bütün xalqlar, azsaylı etnik qruplar üçün demokratik şərait yaradacağını qətiyyətlə bəyan etdi.

Ulu Öndər Azərbaycan Respublikasının insan hüquq azlıqlarının, eləcə , milli azlıqların hüquqlarının müdafiəsinə dair beynəlxalq konvensiyalara qoşulmasına dair fərmanlar verdi.

Milli azlıqların hüququnun qorunması üçün xüsusi təminat tələb olunur. Azərbaycan Respublikasında belə təminat dövlət səviyyəsində verilmişdir. Respublikanın 1995-ci ilin 12 noyabrında qəbul etdiyi əsas sənəd (konstitusiya) digər hüquqi aktlar buna misal ola bilər. Konstitusiyanın 5-ci maddəsində göstərilir ki, Azərbaycan xalqının vəhdəti onun dövlətinin əsasını təşkil edir. Azərbaycan Respublikasında yaşayan bütün vətəndaşlar üçün bu respublika ümumi ayrılmaz bir vətəndir. Yenə həmin sənədin 25-ci 45-ci maddələrində milli azlıqların hüquqları nəzərdə tutulur. Məsələn, 45-ci maddədə göstərilir ki, hər bir şəxs öz ana dilində, istədiyi xarici dillərdə təhsil almaq danışmaq hüququna malikdir heç kim bu hüquqdan mərhum edilə bilməz. Göründüyü kimi, bu sənəddə irəli sürülən hüquq azadlıqlar ancaq milli azlıqlar üçün nəzərdə tutulmamışdır. Yəni hər bir şəxs öz dilində yazıb-oxumaqda, danışmaqda, kütləvi informasiya vasitələri yaratmaqda, qəzet jurnal buraxmaqda, tarixi mənbələri öyrənməkdə, öz milli mənşəyini tədqiq etməkdə, milli-mənəvi irsini mənimsəməkdə s. azaddır. Lakin bütün bunlar milli azlıqların yaşadıqları ölkədə ümumi mənafe maraqlarına zidd olmamalı, etnotəəssübkeş millətçiliyə xidmət etməməlidir. İkinci bir tərəfdən, onlar ölkədə yaşayan digər millət xalqların arasında olan dostluğa qardaşlığa xələl gətirməməlidir.

"Azərbaycanda milli azlıqlar: sosial-iqtisadi siyasi şərait. Demokratik islahatlar uğrunda" kitabında göstərilir ki, demokratik-hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyən müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında bütün vətəndaşların, o cümlədən, ölkəmizdə milli azlıqların azsaylı xalqların hüquq azadlıqlarına dövlət təminatı verilir. Həmin konstitusiya müddəalarına müvafiq olaraq, Azərbaycanda milli azlıqların qorunması sahəsində dövlətin siyasi kursu aşağıdakı istiqamətlərdə aparılır:

- dövlət suverenliyi, milli dövlətçilik ərazi bütövlüyü prinsipinə dönmədən əməl olunması;

- Azərbaycan Respublikasında yaşayan bütün milli azlıqların hüquq azadlıqlarının, insan haqlarının qorunması, onların dil mədəniyyətinin inkişafına dövlət yardımının qayğısının təmin edilməsi;

- milli azlıqların qorunması sahəsində Azərbaycan Konstitusiyasının tələblərinə, eyni zamanda, beynəlxalq saziş müqavilələrə uyğun olaraq siyasi kursun ardıcıl həyata keçirilməsi;

- beynəlxalq standartlara uyğun milli qanunvericilik bazasının yaradılması;

- Azərbaycanın unikal tarixi sərvəti olan etnik rəngarəngliyin qorunub-saxlanması, nümunəvi birgəyaşayış qaydalarının, tarixi dostluqqonşuluq ənənələrinin dirçəldilərək Azərbaycan cəmiyyətinin prioritet yaşayış prinsiplərinə çevrilməsi;

- Azərbaycançılıq, vətənçilik ideyalarının cəmiyyətdə tam bərqərar edilməsi üçün hüquqi-ideoloji, mənəvi-psixoloji bazanın daha da möhkəmləndirilməsi;

- milli-dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların hüquq bərabərliyinin təmin edilməsi, diskriminasiyaya, milli-irqi ayrı-seçkiliyə, dini dözümsüzlüyə yol verilməməsi.

Azərbaycançılıq ideologiyasının ölkəmizdə gerçəkləşməsində müstəsna xidməti olmuş Ulu Öndər Heydər Əliyev Azərbaycanın ölkəmizdə yaşayan hər bir millətin doğma vətəni olduğunu göstərməklə, "azərbaycanlı" məfhumun da onların hamısını birləşdirdiyini xüsusi diqqətə çatdırırdı: "Azərbaycanlı" məfhumu çox genişdir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udi də, kumıx da, başqaları da - bütünlükdə hamısı azərbaycanlıdır. Bu "azərbəycanlı" sözü bizi həmişə birləşdirir".

    

Vahid Ömərov, fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2016.- 13 oktyabr.- S.15