Azərbaycan cəmiyyətində
insan hüquqları və multikulturalizm
Multikulturalizm - Qərb fəlsəfi fikrində özünə yer almış mədəniyyətlərin müxtəlifliyi və çoxçalarlılığı mənasında işlənir.
Multikulturalizm - mədəni müxtəliflik bütün bəşəriyyəti düşündürən problemə çevrilmişdir. Qərb tədqiqatçısı S.Xantinqtan "Sivilizasiyaların toqquşması" əsərində multikulturalizm məsələsinə də toxunaraq yazır: "Soyuq müharibə"dən sonra dünyada insanlar arasındakı ən mühüm fərqlər, nə siyasi, nə iqtisadi, nə də ideoloji fərqlərdir. Bunlar mədəni fərqlər və müxtəlifliklərdir. İnsanlar ən sadə suala cavab istəyirlər: "Biz kimik?" sualını din, dil, tarix, dəyərlər, adət-ənənələr, yəni mədəniyyət anlayışı ilə cavablandırırlar. Yalnız "kim" olduğunu biləndən, müəyyənləşdirəndən sonra hər bir xalq yaşayış siyasətini müəyyənləşdirməyə başlayır...
Hüquqi dövlət quruculuğu prosesində vətəndaş cəmiyyətinin təşəkkülü zamanı mədəniyyətdə mədəni-milli identik, mədəni özünəməxsusluq və multikulturalizm arasında qarşılıqlı təsir güclənir.
R.Aslanova multikulturalizmin müasir qloballaşma və demokratikləşmə dövründəki vəziyyətindən bəhs edərək göstərir ki, "multikulturalizm" konsepsiyası qloballaşma, müasir dünyada baş verən mədəni universalizasiya və unifikasiya meyillərinə əks olaraq, mədəni müxtəlifliyin ifadəsi olan bütün fenomenlərin (dil, din, adət-ənənə, sənət və s.) mühafizə və qayğısını bəşər mədəniyyətində harmoniyanın əsas şərti hesab edir. Uzun illər nümayiş etdirilən biganəlik mövqeyi tədricən - yerli-lokal, immiqrat mədəniyyətlərinə diqqət və qayğının beynəlxalq qurumlar səviyyəsində dəstək almasına qədər təkamül etmişdir.
Müəllif diqqətə çatdırır ki, Qərbdə mədəniyyətin texniki-texnoloji aspektinin inkişafı, onun bütün dünyaya yayılaraq texnosivilizasiya kimi təzahür etməsi biz bilirik ki, mədəniyyətin "məhvi, sonu, qürub fəlsəfəsi" kimi konsepsiyaların ortaya gəlməsini haqlı olaraq şərtləndirmişdir. Bu, başa düşülən, dərk edilmiş bir narahatlıq idi və bu istiqamət modernləşmə dalğasında bir daha aktuallaşdı. Elmi tərəqqisi ilə, maddi bolluqla, mənəvi kasadlıq və "qıtlıq" arasındakı uçurum genişləndikcə, elmin özünə də şübhə ilə yanaşan irrasionalizmə meyilli mövqelər çoxalmağa başladı.
Müasir Azərbaycan mədəniyyətinin təhlili göstərir ki, problemə siyasi-fəlsəfi yanaşma iki səviyyədə özünü göstərməlidir: o, dünyanı və onun mədəniyyətini anlamalıdır. Azərbaycanda müxtəlif mədəniyyətlər, şüur tipləri mövcuddur. Bütün müasir mədəniyyətlər kimi, Azərbaycan mədəniyyəti vətəndaş cəmiyyəti şəraitində multikultural xarakter daşıyır. Qloballaşma və hüquqi dövlət quruculuğu bütün mədəniyyətlərdə multikultural xüsusiyyət yaradır. Mədəniyyətin milliliyi ilə yanaşı, multikulturalizm də bu sahəyə daxil olur, bu isə keçmişə, mədəni, mənəvi irsə, tarixə yeni baxışlarla yanaşmağı tələb edir. Kütləvi şüurda özünəməxsusluq dedikdə ənənəviliklə bağlılıq, müasirlik dedikdə isə, qərbləşmə nəzərdə tutulur. Professor İ.Məmmədzadə qlobal mədəniyyətin mənşəcə Amerika mədəniyyətinin olduğunu göstərir. O, amerikanizmin qlobal mədəniyyət kimi meydana gəlməsinin səbəblərindən biri kimi ABŞ-ın öz mədəniyyətlərini multikultural mədəniyyət kimi qəbul etdiklərini göstərir. Avropada multikulturalizm ünsürləri gec yarandı. ABŞ-da multikulturalizmin inkişafda əhəmiyyətini yaxşı anladılar. Qloballaşma və demokratikləşmə sayəsində multikulturalizm ümumi xarakter kəsb edir.
Məlumdur ki, mədəni birlik mədəniyyətin sosial həyatının bütün tərəflərini əhatə etməsidir.
R.Aslanova mədəniyyətin etnik, milli və bəşəri səviyyələrinin formalaşmasında mədəni xüsusiyyət və amillərin oxşarlığının mühüm rol oynadığını göstərir. "Mədəniyyətin differensiyası gedişində dil, din, sənət, siyasi-mədəni təsisatlar və s. kimi identiklik nümunələrindən biri, sistemyaradıcı faktor qismində, konkret etnik birliyi başqasına münasibətdə təşkilatlandıran qüvvə rolunda çıxış edir.
Bu və ya digər amilin rolu və əhəmiyyəti, əsasən, nisbi xarakter daşıyır. Etnik mədəniyyətin hansısa bir xüsusiyyəti, başqa mədəniyyətdə bunun olmamasına rəğmən müxtəliflik və fərqliliyin əsas göstəricisi olur. Bu fərqli xüsusiyyət tarix boyu yalnız mədəniyyətlərin təbii mahiyyət əlaməti kimi deyil, onları ayıran ziddiyyət, qarşıdurma, özgəlik kimi başa düşülmüşdür".
Politoloqlar multikulturalizmdə iki
əsas cəhətə
diqqət yetirirlər:
1. Mədəniyyətin inkişafında
fərqlilik əsas amilə çevrilir; 2. Mədəniyyətdə perarxlıq
dağılır. Sosial-mədəni paradiqmaların əvəzlənməsi
prosesi baş verir. Mədəniyyətlərin qarşılıqlı əlaqəsi böyük
mədəni innovasiyaların
inkişafına səbəb
olur.
Müasir Azərbaycan Respublikası
milli-hüquqi dövlət
quruculuğunda uğurlar
qazanan bir ölkə kimi regional qloballaşma parlaq nümunə hesab edilir. Bütün millətlərin və milli azlıqların
bərabər hüquq
əldə olunduğu
multikulturalizmin inkişaf
etdiyi Azərbaycanda millətlərin və milli azlıqların mədəniyyətləri arasında
dialoq azadlığı
mövcuddur. K.Qasımovanın göstərdiyi kimi, Azərbaycanda müxtəlif
parlaq və milli-mənəvi və konfessional özəlliklərini
hərtərəfli şəkildə
inkişaf etdirmək imkanına malik olduqları kimi, başqa mədəniyyətdən
də istifadə etmək imkanına malikdirlər. Bu mənada, Azərbaycan hüquqi milli dövlət olmaqla yanaşı, həm də, qloballaşdırıcı
dövlətdir. Azərbaycanda multikulturalizmin yaranmasında
və inkişafında
müasirləşmə və
azərbaycançılıq ideologiyası əsas rol oynamışdır.
Əsas qayəsini milli, dünyəvilik, sosial ədalət, demokratiya, milli tərəqqi təşkil
edən azərbaycançılıq
ölkəmizdə multikulturalizmi,
Azərbaycanı özünə
vətən seçmiş
bütün millətlərin
və etnik qrupların vəhdət halında, dostluq, əmin-amanlıq şəraitində
yaşadığı mədəniyyətlərinin
inkişaf etdiyi ümumi talelərini əks etdirən mənəvi fenomendir. Azərbaycançılığın ümumi universal ruhi-mənəvi
əhəmiyyəti haqqında
E.Aslanovanın fikirləri
diqqətəlayiqdir.
Yalnız torpağımızda yaşayan
müxtəlif etnik və dini mənsubiyyətli
insanlara ünvanlamaqla
kifayətlənməyib, coğrafi
sərhədə və
məkanların ayırdığı,
dünyanın müxtəlif
ölkələrində yaşayan
soydaşlarımızı da bizimlə bir ideya-fəlsəfi, mədəni məkanda bütövləşdirən qüvvə
də, məhz azərbaycançılıq ideologiyasıdır. Azərbaycançılıq cəmiyyətimizin sosial-mədəni və siyasi nizamlanmasının,
insanların mənəvi
səfərbərliyi və
vəhdətinin başlıca
amilidir.
İctimai varlığın meyil və istiqamətlərini
müəyyən edən
ideologiya olmadan cəmiyyət "ideya boşluğuna" yuvarlana,
nəticədə, tənəzzülə
uğraya bilər. İdeologiya
elə ümumi, ruhi-mənəvi təməldir
ki, onsuz heç bir mədəniyyət və
sivilizasiya mövcud ola bilməz.
Azərbaycançılığın məfkurəsi və dəyəri bundadır ki, onun ətrafında
ölkəmizdə yaşayan
bütün xalqlar, milli-etnik qrup və azlıqlar birləşir, "azərbaycanlı"
adlanırlar.
Torpağımız çox qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni
olmuşdur. Azərbaycan dövlətinə, tarixinə
və coğrafiyasına
onların sürəkli
sadiqliyi və mənsubluğu, bünövrədən
bütün dünya üçün açıq
olan mənəvi-mədəni
dəyərlərimizin mahiyyətindən
intişar tapmışdır. Azərbaycanın və azərbaycançılığın
əzəməti bu müqəddəs diyarı
öz vətəni hesab edən və onun adi
ilə adlanmaqdan qürur duyan bütün insanların maddi-mənəvi gücündə
və qüdrətindədir.
Bu səbəbdən də, azərbaycançılığın
ortaq dəyər və sərvətlərə
dayaqlanaraq, doğuracağı
potensialın təsir
və miqyasını
az-çox təsəvvür
edəndə, yalnız
xoş məram və niyyətlə sevinənlər deyil, narahatlıq duyanlar da həmişə olmuşdur. Azərbaycanda
multikulturalizmin yaranması
xalqın özünün
tolerantlığı, demokratikliyi,
açıqlığı ilə bağlı amildir: xalqımızın
tarixi kökləri taleyin hökmü ilə bütün dünyaya səpələnmiş
ümumtürk etnosuna
gedib çıxır.
Bununla yanaşı, coğrafi və geosiyasi baxımdan həmişə
bütün dünyaya
açıq olmuş,
ən müxtəlif mədəniyyətlər arasında
sintez-qovşaq missiyasını
daşımışdır.
Bütün bu cəhətlər Azərbaycanı çoxmillətli,
çoxdilli, multikultural,
demokratik ölkəyə
çevirmişdir. Azərbaycanın multikultural keyfiyyətləri
bütün dünyada
etiraf edilir. Bu mənada, rus tədqiqatçısı Y.Jdanovun
fikirləri ölkəmizdə
multikulturalizmin inkişafı
barədə ümumi
təsəvvürləri ifadə
edir: planetdə başqa elə bir bölgə yoxdur ki, buradakı
kimi onlarla xalq çox uzun müddətə və birlikdə yaşamış olsun. Bu füsunkar çoxçalarlılıq
bütün bəşəriyyətin
dəyərli xəzinəsi
hesab oluna bilər. Yəqin buna görədir
ki, bu ölkənin
ictimai-elmi fikri millətlərarası münasibətlər,
əməkdaşlıq və
qarşılıqlı anlaşma
probleminə dünyanın
diqqətini bu qədər cəmləşdirməyə
çalışır. Azərbaycanın tarixi təcrübəsi
bu baxımdan dəyərli və intəhasızdır.
Azərbaycanda multikulturalizmin inkişafına
ümumdünya marağını
sübut edən dəlillərdən biri də yaxınlarda multikulturalizmə həsr edilmiş "Bakı Beynəlxalq Humanitar Forumu"nun keçirilməsi,
ən əsası isə demokratik tolerant, multikultural bir ölkə kimi Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvü seçilməsidir.
Azərbaycanın multikultural ölkəyə
çevrilməsində Ulu
Öndər Heydər
Əliyev və Onun layiqli davamçısı,
ölkə Prezidenti İlham Əliyevin xidmətləri əvəzsizdir.
Akademik R.Mehdiyev ölkəmizi multikultural bir məkana çevirən azərbaycançılıq ideologiyası yaratmış və inkişaf etdirmişdir. O, Ulu Öndər Heydər Əliyevin göstərdiyi fəaliyyət haqqında deyir: "Xalqımızın tarixi keçmişinin, günümüzün reallıqlarını, ümummilli psixoloji yönümlərimizi, mentalitetimizi, adət-ənənələrimizi, sivil beynəlxalq təcrübəni nəzərə alan, Azərbaycanın sintetik, yeniliklərə açıq, konstruktiv rol oynayan ideoloji inkişaf konsepsiyası kimi azərbaycançılıq ideologiyasının yaranması və yayılması müstəqillik illərində Heydər Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsi olmuşdur".
Azərbaycanda multikulturalizm üzrə tədqiqatçı-professor R.Aslanovanın qeyd etdiyi kimi, ölkəmizdə bir ailə kimi vahid tarixi tale, genetik-etnik yaddaş və münasibətlərin daşıyıcısı olan xalqlar: talışlar, ləzgilər, avarlar, kürdlər, tatarlar və başqaları özlərini azərbaycanlı adlandırırlar. Bu xalqların mənəvi yaddaşı tarix boyu zərdüştlükdən başlamış dünyanın bütün əsas dinlərinin ən ülvi, bəşəri dəyərləri ilə daim zənginləşmişdir və mədəniyyət və əzəmətin çoxsaylı nümunələrini miras qoymuşdur. Tarixin bütün dövrlərində özünün rəngarəng tərkibli olması ilə fərqlənən Azərbaycanda bu müxtəlifliyin etnik-milli mənbələri mövcuddur. Diyarımızda yaşayan onlarla etnik-dini birliklərin qarşılıqlı münasibəti və mədəniyyəti, folklor, dialekt, adət, məişət tərzi, inam sistemi və s. müxtəlifliyin vəhdətini müəyyənlədirmişdir.
Vahid Ömərov, fəlsəfə üzrə fəlsəfə doktoru
Səs.-
2016.- 15 oktyabr.- S.15