Ermənilərin bütün
millətlərə nifrəti patoloji xəstəliyə
çevrilib
Dünya yezidləri ən çox Qafqaz, Qara dəniz sahilləri, Mərkəzi Asiya və Ərəbistan yarımadası ərazilərində geniş yayılmışdırlar. Dünyada 129000 yezid vardır.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev tarixi faktlara əsaslanaraq yazır: "İndiki Ermənistan ərazisinə ermənilərin kütləvi axını XIX əsrin əvvəllərində baş verən Rusiya-İran, Rusiya-Türkiyə müharibələrindən sonra da davam etmişdir. Həmin dövrdə ermənilərlə yanaşı, yezidi kürdlər də gəlib indiki Ermənistan ərazilərində yaşamışdılar. 1834-cü ilin məlumatına görə, İrəvan əyalətində Bayaziddən gəlmiş 1000 nəfər (təqribən 300 ailə) yezidi kürdləri məskunlaşmışdılar. Yezidi kürdləri 1839-cu ildə Mirək, Quruboğaz, Carcarçı, Çobangərəkməz kəndlərində, sonralar isə Pəmbək, Qundaxsaz, Böyük Camışlı, Kiçik Camışlı və Korbulaq kəndlərində yerləşmişdilər. Nəhayət, yezidi kürdləri 1877-ci ildə Bağdad, Dolu-Taxt və Kiçik Cəngi kəndlərinə gəlib çıxmışdılar. Sonralar Ermənistanın rəsmi dairələri tərəfindən adları dəyişdirilən, lakin əsasən, bu kəndləri əhatə edən Arağats rayonu təşkil edilmişdir.
Hal-hazırda Ermənistanda bu ölkənin vətəndaşı olan 40620 nəfər yezidi kürd yaşayır. "Dünya Yezidilər İttifaqının sədri Əziz Tamoyan bildirib ki, yezidilər Ermənistana XX əsrin əvvəlində köçüblər və sayı 40 mindən artıqdır. Tamoyanın sözlərinə görə, Ermənistanda yezidilərin hüquqları ermənilər tərəfindən pozulur. Əsasən, erməni soyad sonluqlarından istifadə edən yezidi icma işğalçı ölkədə 1990-cı ildən Yerevanda "Danqs Ezdya" ("Yezidinin səsi") qəzeti nəşr edirlər. Yezidilərə Ermənistanda aşağı millət kimi baxırlar. Yezidlərin adət-ənənələri yerli ermənilər tərəfindən rişxəndlə qarşılanır".
Yerli televiziya kanallarından birində "Nə? Harada? Nə
vaxt?" verilişində iştirak edən Manvel Badeyan
jurnalistlərdən birinin: "Ermənistan televiziyasında
rus dilində aparılan verilişin Ermənistan hökuməti
tərəfindən maliyyələşdirilməsi
düzgündürmü?" sualını cavablandıran
millət vəkili deyib: "Elə bilirsən, jurnalistsənsə,
axmaq sual verməyə ixtiyarın var? Doğurdanmı
belə səviyyəsizsən? Küçədə
dayanan yezid belə sual versəydi, təəcüblənməzdim".
2012-ci il mayın 6-da keçirilən parlament
seçkilərində yezidlər Ermənistanın hakim
Respublika Partiyasına 40 min səs verdiklərini iddia edir və
öz problemlərinin həllini Serj Sarkisyanın üzərinə
qoyurlar. İqtidar isə "Ermənistan ermənilər
üçün" prinsipini irəli çəkərək,
yerdə qalanları ikinci dərəcəli ermənilər
olmağa, heç bir hüququ olmayan qula çevrilməyə
vadar edirlər. Hazırda dünya ictimaiyyəti
üçün nümunə kimi etniklərdən ibarət
xırda qruplarda milli azlıqlar olsa da, yezidlərdən
başqa digər etnik millət də yoxdur, onların vəziyyəti
isə bu cür acınacaqlıdır. Deməli,
Ermənistanda milli azlıqların vəziyyəti ermənilərin
öz vəziyyətlərindən də betərdir. Lakin ermənilər bir bəzək kimi öz etnik tərkiblərini
daima nümunə göstərməyə
çalışırlar.
"Trend"in icmalçısı Arzu Nağıyevin
araşdırmasına görə, yezid və kürdlərin
müxtəlif etnik qruplarda təmsil olunması məsələsi
bilərəkdən hakimiyyət tərəfindən gündəmə
gətirilir. Onların arasında ayrı-seçkilik salan iqtidar
bundan yararlanır, öz növbəsində, etniklər isə
milli mənşəyini gizlətməyə məcbur edilirlər.
İşsizlik və iqtisadi imkanların
olmaması, iqtisadi böhran yezidilərin öz şəxsiyyətlərini
təsdiq etməyə qoymayan əsas səbəbdir. Ermənilərin
əksəriyyəti üçün Ermənistanda iş
tapmaq çətin məsələ olduğu halda, yezidlər
üçün, ümumiyyətlə, qlobal problemdir. Bu səbəbdən də istər kənd, istərsə
də şəhərdə yaşayan yezidilər digər
ölkələrə miqrasiya edirlər.
Z.Əliyev göstərir ki, iqtisadi problemlər isə,
hətta bəzi yezidiləri ərzaq və digər yardım
almaq üçün xristianlaşmağa məcbur edir. İrəvanın
şimalında yerləşən Amre kəndində əhalinin
35 faizi Yevangelist xristianların "protestant"larına
çevriliblər. Bu yeni iman isə
onların Qərb missionerləri tərəfindən verilən
yardımlara görə qəbul etdikləri inancdır.
2009-cu ilin iyununda Ermənistanda yezid Məcid Qasoyan, Zərifə
Qasoyan, qızları Narine və nəvəsi Tengizin evlərində
ölü tapılması dünya yezidilərini ciddi narahat
edib. Belə ki, Abovyan rayonunda var-dövlətlərinə
görə qətl edilən ailə üzvlərinə 80-dən
çox bıçaq zərbəsi vurulub və ailənin
bütün üzvləri cinsi zorakılığa məruz
qalıblar. Qeyd edək ki, qonşuları
tərəfindən təcazüzə və qətlə məruz
qalan yezid ailəsi xeyirxah və humanist bir ailə kimi
tanınırdı. www.ezdixandi.com
saytında bu hadisəyə kəskin reaksiya verən yezidilər
qeyd edirlər ki, bu hadisə birinci deyil, dəfələrlə
yezidilər ermənilərə etibar edib və sonda belə
sonluqla həyatlarını başa vurublar. Saytda yazılır ki, ermənilər yezidiləri
ona görə öldürürlər ki, onları millət
saymırlar. Assimiliyasiya olunmayan yezidiləri
ermənilər bu cürə qorxu altında saxlayırlar.
2011-ci ilin avqustunda isə Ermənistandakı Zovuni kəndində
ermənilərlə yezidilər arasında dava
düşüb. Dava edən ermənilərdə ov tüfəngləri
olsa da, onlar atəş açmayıblar. Süpürləşmədə
7 yezid müxtəlif bədən xəsarəti alıb.
Ermənilərdən biri Ermənistan Yezidlər
İttifaqının sədri Əziz Tamoyanın alnına
tapança da dirəyib. Buna baxmayaraq, qorxu
altında yaşayan Ə.Tamoyan yezidilərin erməniləri
dəstəklədiyini yazır. Ermənistan
xüsusi xidmət orqanları onun ailəsini qorxu altında
yaşamasını etiraf etməsə də, Ə.Tamoyanın
sifarişləri Ermənistan təhlükəsizlik nazirliyindən
aldığını gizlətmir. Maraqlısı budur
ki, məhkəmə zamanı yezidiləri 1915-ci il hadisələrində türklərə
kömək etməkdə ittiham edən ermənilər
onları ölkələrində Türkiyənin agentləri
adlandırırlar. Bu cür irqçi siyasət
yeridən Ermənistanın, İraq vətəndaşı
olan yezidi kürdləri Dağlıq Qarabağa dəvət
etməsi də gülünc görünür. Ermənistan Kürdlər İttifaqının sədri
Knyaz Həsənov yezidiləri həmsərhəd regiona dəvət
etmək çağırışını və kürdlərin
yezidiləri gələcəkdə müharibə
olacağı təqdirdə, Azərbaycan tərəfdən
ilk hədəf olacaqları ilə izah edən yezidi icması
daha Ermənistan ordusu üçün Qarabağada
vuruşmayacaqlarını deyirlər. Yezidilər
bunu bilərəkdən də "yağışdan
çıxıb, yağmura düşmək" niyyətində
deyillər. Belə ki, bu günə qədər
hələ heç bir yezidi kürd İraqdan qaçaraq
Qarabağa və ya Ermənistana yerləşmək
üçün Ermənistan Miqrasiya Xidmətinə müraciət
etməyib.
Müəlliflərin
fikrincə, Qarabağda Ermənistan tərəfdə olan
yezidilər bu gün İraqda "İŞİD"-in təhlükəsi
ilə üz-üzə qalan yerlilərinə kömək istəyəndə,
Ermənistan prezidenti S.Sarkisyan və baş nazir Ovik Abramyanla
İraqda İŞİD-in mühasirəsində qalan və
qaçqın düşən yezidi kürdlərə cəmi
50 min dollar ayıracağını elan edib. Baxmayaraq ki,
S.Sarkisyan beş qat məbləğdə
yardımı xaricdə yaşayan ermənilərə edir. Yezidilər bu 50 min dolları təhqir kimi qəbul
edirlər və etiraf edirlər ki, Ermənistanda hazırda ən
böyük etnik qrup olan yezidilər hakimiyyətin, loru dildə
desək, "vecinə" deyil.
Yezid liderləri də
düşmən arasında yaşamaq üçün yezidiləri
birləşməyə çağırır, öz dövlət
və ya "Yezidistan" birliyi olan muxtariyyətlərinin
yaradılması üçün ümumi bir siyasətdə
birləşməyi tövsiyə edirlər. Nə qədər ki, imkan var, yezidilər bu
şansdan istifadə etməyə çalışırlar.
"Daha çox rus öldürərək
erməni xalqının qisasını ala bilərik"
-terrorçu Zatikyan "Digərlərinə də
çatdırın ki, bizə yalnız qisas, qisas, bir daha
qisas qalır!" deyib. Bu sözlər 1977-ci il yanvar
ayının 8-də Moskvada metroda terror hadisəsi törədən
erməni Zatikyana aiddir ."Sizin məni
mühakimə etmək ixtiyarınız yoxdur, çünki
rus və yəhudilərin idarə etdiyi imperiya hüquqi
dövlət deyil! Bunu möhkəm yadda saxlamaq
lazımdır", - deyən erməni terrorçu Zatikyan
beynəlxalq ictimaiyyətin təzyiqini və təpkisini
görməyən erməni terrorizminin bir üzvü idi.
Erməni terrorunun SSRİ
dövründə həyata keçirdikləri ən
böyük və dəhşətli hadisə 1977-ci il yanvar ayının 8-də Moskvada baş
verdi. Həmin dövrdə Moskvadakı terror aktı ilə
bağlı SSRİ-də yayılan rəsmi məlumatlara
görə, erməni terrorçular Akop Stepanyan, Zaven
Baqdasaryan və Stepan Zatikyan tərəfindən Moskva metrosunun
"İzmaylovskaya" və "Pervomayskaya"
stansiyaları arasında, Bauman rayonundakı 15 saylı
mağaza və oktyabr küçəsində 3 terror aktı
həyata keçirilmişdir. Bu terror aktları
nəticəsində 7 nəfər həlak olmuş, 37 nəfər
isə yaralanmışdır.
Terror hadisəsinin təşkilatçısı Stepan
Zatikyan 1966-ci ildə Yerevan Politexnik İnstitutunun tələbəsi
olarkən, rəssam Aykanuz Xaçaturyan və Şagen
Artunyanla birgə "Erməni Milli Birlik Partiyası" yaratmışdılar. Tələbələrin
yaratdığı bu qurumun əsas məqsədi Türkiyədən
Ermənistan "torpaqlarının" geri alınması və
müstəqil Ermənistan dövlətinin yaradılması
idi. Bu qruplaşmanın gizli mətbəələri
var idi və onlar "Paros" ("Fənər") qəzeti
nəşr edirdilər.
Onlar "Rus şovinizmi"nə etiraz etmək,
Yuxarı Qarabağ və Naxçıvanın Ermənistana
verilməsi üçün siyahılar
paylayırdılar".
Zatikyan 1968-ci ildə sovet rejimi əleyhinə təbliğat
apardığına görə həbs edilmişdir. 1972-ci ildə
həbsxanadan çıxmış və fəhlə kimi fəaliyyətə
başlamışdır. 1975-ci ildə sovet vətəndaşlığından
çıxmaq üçün ərizə vermiş, lakin buna nail ola bilməmişdir. O, Ermənistanın
Rusiyadan ayrılmasını təbliğ edirdi.
O zaman
cinayətkarların axtarışına Baş Prokurorluq,
Daxili İşlər Nazirliyi və SSRİ Dövlət Təhlükəsizlik
Komitəsinin (DTK) ən yaxşı müstəntiqləri cəlb
olunmuşdur. Onların səmərəli fəaliyyəti
nəticəsində bu gurultulu terror aktlarında nüfuzlu erməni
partiya liderlərinin iştirakı faktı üzə
çıxıb. Terror aktlarının
törədildiyi yerlərdən götürülən partlayıcı
maddə qəlpələri onların harada istehsal olunması
və daha çox hansı şəhərlərdə
satıla bilməsinə dair şübhəli şəhərlərin
dairəsi barədə materiallar əldə etməyə imkan
yaradıb. Həmin şəhərlər
arasında da başda İrəvan dayanırdı.
Sonra terror aktlarının ukraynalılar və erməni
millətçiləri tərəfindən törədilə
bilmə ehtimalı ortaya çıxıb. DTK əməkdaşları
tərəfindən Daşkənd aeroportunda sərnişinlərdən
birinin əlində terrorçular tərəfindən istifadə
olunan çanta ilə eynilik təşkil edən çanta
diqqəti cəlb edib. Araşdırmalar bu
çantaların, məhz İrəvanda tikildiyini ortaya
çıxarıb və bu fakt axtarışlar dairəsini
son dərəcə məhdudlaşdırıb, DTK əməkdaşlarının
əsas diqqətinin Ermənistana yönəlməsinə səbəb
olub.
Beləliklə, aşkar olunan bombanın elektrik
qaynağı xüsusi elektrodla aparılıb ki, bu da
yalnız hərbi-sənaye kompleksi müəssisələrində
istifadə olunur. Nəticədə, məlum olub ki, terror
qruplaşma üzvlərindən biri müdafiə sənayesi
müəssisəsində işləyir. Bu
ərəfədə terrorçu qruplaşma üzvləri
yeni cinayət hazırladıqları zaman səhvə yol
veriblər. Belə ki, Kursk vağzalına
içərisində partlayıcı qurğu olan çanta
qoyublar və bomba partlamadan əməliyyatçıların əlinə
keçib və bu da DTK əməkdaşlarının
sözügedən bandanın izinə düşməsi ilə
nəticələnib. Çantaya istintaq
baxışı nəticəsində sim və saat mexanizmi, həmçinin,
üzərində İrəvan nişanı olan göy
olimpiya gödəkçəsi tapılıb. Belə ki, terrorçular çantanın
partlayacağını zənn edib, öz şəxsi əşyalarını
da çantada qovublar.
Vahid
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.-
2016.- 25oktyabr.- S.15