“Macarıstan türkologiyası
və Azərbaycan”
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi
Elmi Kitabxanası və Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Macarıstan türkologiyası və Azərbaycan” mövzusunda konfrans keçirilib.ATV.az-ın
məlumatına görə,
tədbir Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi
haqqında” 18 fevral
2016-cı il tarixli Sərəncamı və
AMEA Rəyasət Heyətinin
20 aprel 2016-cı il tarixli Qərarına əsasən Macarıstan Elmlər Akademiyasının
həqiqi üzvü Georq Hazainin xatirəsinə həsr olunub. Əvvəlcə tanınmış türkoloq
alim Georq Hazainin şəxsi kitab kolleksiyasından ibarət sərgiyə baxış keçirilib.Tədbirdə
AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəyli “Birinci Türkoloji Qurultayın 90
illik yubileyinin keçirilməsi haqqında”
Prezident İlham Əliyevin Sərəncamını
xatırladaraq, Qurultayın
90 illiyi ərəfəsində
bu konfransın xüsusi əhəmiyyət
daşıdığını vurğulayıb. O, Azərbaycan
xalqının mədəni
həyatında müstəsna
rol oynayan Türkoloji Qurultaya dair yekun tədbirin
bu ilin noyabr
ayında təşkil
olunacağını bildirib.AMEA-nın
vitse-prezidenti Türkiyə,
Qazaxıstan, Qırğızıstan
və Özbəkistandan
olan şərqşünas
və türkoloq alimlərin iştirakı
ilə AMEA-da Türkoloji Qurultayla bağlı bir çox tədbirlərin keçirildiyini nəzərə
çatdırıb. Türkiyədə birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan beynəlxalq simpoziumda iştirak etdiyini söyləyən akademik İ.Həbibbəyli tədbir
çərçivəsində Türkoloji Qurultay dövründə çəkilmiş
filmin nümayiş olunduğunu bildirib. Azərbaycan-Macarıstan ədəbi
əlaqələrindən söz
açan AMEA-nın vitse-prezidenti türkologiyanın
inkişafında macar
alimlərin rolunu xüsusi vurğuladı, konfransın ölkələrimiz
arasında münasibətlərin
və elmi əlaqələrin inkişafına
mühüm töhfə
verəcəyinə əminliyini
bildirib.Tədbirdə Azərbaycanın
Macarıstandakı səfiri
Vilayət Quliyev, Azərbaycanda Atatürk Mərkəzinin müdiri,
AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Ədəbiyyat
İnstitutunun şöbə
müdiri, filologiya elmləri doktoru Asif Rüstəmli və başqaları çıxış edərək
böyük türk düşüncə sahibi
G.Hazainin keçdiyi zəngin tarixi yoldan danışıblar.
Azərbaycan və macar xalqları arasında elmi əlaqələrin bundan sonra da
möhkəmləndirilməsi baxımından konfransın
əhəmiyyətini vurğulanıb.Sonda
G.Hazainin qızı Sisilya Hazai atasının
xatirəsinə göstərilən
diqqətə görə
tədbirin təşkilatçılarına
minnətdarlığını bildirib.
Günay Məryəm
Səs.-
2016.- 26 oktyabr.- S.13