"ERMƏNİ SOYQIRIMI" VƏ ERMƏNİ TERRORİZMİ BƏŞƏRİYYƏTƏ QARŞI AĞIR CİNAYƏTDİR

Erməni terrorizminin mənbəyi XIX əsrin sonlarında axtarılmalıdır. Tədqiqatlar indiki erməni terror dəstələrinin məqsədlərində, hücum obyektlərinin seçilməsində, istifadə etdikləri taktikaüsullarda XIX əsrin sonu - XX əsrin əvvəllərində mövcud olmuş sələfləri arasında çox böyük oxşarlıqların olmasını müəyyən etmişlər.

Türkiyə və onun sələfi Osmanlı imperiyası coğrafi mövqeyinə görə Qara və Aralıq dənizləri ərazilərini nəzarətdə saxlamaq imkanına malikdir. Bu strateji yollara nəzarəti əldə etmək arzusunda olan hakimiyyətpərəst qüvvələr qarşısında Türkiyə Yaxın Şərqə sipər olmuşdur və hər zaman bu istiqamətdə niyyətlərini həyata keçirmək istəyən ölkələr üçün ermənilər hərbi və siyasi müttəfiq hesab edilmişlər.

Afaq Rüstəmova yazır: "1970-ci ilin əvvəlindən ermənilər tərəfindən Türkiyəyə qarşı ən mənfur şəkildə, guya, əsrin əvvəlində ermənilərə qarşı "soyqırımı" törədildiyi barədə böhtan kampaniyası vüsət almağa başladı. İmkan düşdükcə bu məsələ şişirdildi və ən iyrənc üsullardan istifadə edilərək, mövcud olmayan "soyqırımı" faktının dünyaya qəbul etdirilməsi istiqamətində cəhdlər göstərildi. Halbuki bu, həqiqətdən çox-çox uzaqdır. Bunu sübuta yetirmək üçün tarixə ötəri nəzər salmaq kifayət edər. 1856-cı ildə Rusiya ermənilərə himayədarlıq etməyə başladı və orada "Erməni millətinin Nizamnaməsi" qəbul edildi. Elə o zamanlardan da İngiltərə və Fransa ermənilərlə maraqlanmağa başladı. Bu maraq isə ermənilərə olan məhəbbətin təzahürü deyildi. Məqsəd Osmanlı imperiyasını zəiflətmək və onun sərvətlərinə sahib olmaqdan ibarət idi.

1871-1878-ci illərdə Osmanlı-Rusiya müharibəsindən sonra rus ordusu Şərqi Anadolunu işğal etdi. Türklərə düşmən münasibəti bəsləyən fransız yazıçısı Rene Pinon yazırdı: "Ruslar və ingilislər ermənilərə qayğı pərdəsi altında, öz maraqları uğrunda bir-birilərilə mübarizə aparırlar". Ermənilər İngiltərənin əlində Rusiya ekspansiyasına qarşı mübarizə silahına çevrilmişdilər.

1880-ci ildən Şərqi Anadoluda, Van və Ərzurumda erməni komitələri yaranmağa başlandı. Ermənilər arasında o zaman məşhur olan Nalbandyan təklif edirdi ki, "Erməni xalqı arasında millətçilik əhval-ruhiyyəsi oyatmaq üçün "Hnçaq" komitəsinin vasitəsilə təhrikçilik və terror törətmək, terrordan isə idarə üsulu kimi istifadə etmək lazımdır". K.Papazyan isə daşnak komitəsinin yaranması ilə əlaqədar olaraq belə deyirdi: "Komitənin məqsədi dövlət rəhbərlərini terrora əl atmağa təhrik etmək olmalıdır". Erməni yazıçıları etiraf edirlər ki, yüz illər boyunca türklərlə sülh şəraitində yaşadıqları müddətdə ermənilərin məqsədi terror vasitəsilə Osmanlı imperiyasını parçalamaq olmuşdur".

İlk hücumlar 1890-cı ildə Ərzurum və İstanbulda başlandı. 1892 və 1893-cü illərdə Kayseri, Yozqat, ÇorumMersifonda, 1894-cü ildə Samsunda, 1895-ci ildə İstanbulda, Zeytunda, 1896-cı ildə Vanda qiyamlar baş vermişdir. 1905-ci ildə Sultan Əbdülhəmidə sui-qəsd edilmişdir. 1909-cu ildə Edemdə qiyam qaldırılmışdır. Bütün bu qiyamlar isə Qərb ictimaiyyətinə ermənilərin məhv edilməsi kimi çatdırılırdı.

Müəllifin fikrincə, 1876-cı il dekabrın 6-da erməni katalikosu ingilis səfiri Elliota müraciətlə deyirdi: "Avropanın diqqətini cəlb etməkdən ötrü kütləvi iğtişaşlar törətmək lazım gələrsə, bu, çətin deyil". 1894-cü ildə isə o, İngiltərənin İstanbuldakı səfirinə yazdığı məruzədə məlumat verirdi ki, "Qiyam qaldırmış ermənilərin məqsədi osmanlıları cavab tədbirləri görməyə təhrik etmək, bunanla da xarici dövlətlərin Osmanlı imperiyasının daxili işlərinə müdaxiləsini təmin etməkdir".

Birinci Dünya müharibəsi ermənilər üçün böyük imkanlar açdı. Türkiyədə erməni komitələri, Rusiya erməniləri rus ordusu ilə birlikdə Osmanlı dövlətinə qarşı təcavüzə hazırlaşmağa başladılar. Erməni komitələri belə bir şüar irəli sürürdülər: "Azad olmaq istəyirsənsə, əvvəlcə qoşunu öldür".

Müharibə aparan Türkiyənin kənd və şəhərlərində soyqırımı başlandı. Kişilər cəbhədə idilər. Köməksiz qalan qadınlar, uşaqlarqocalar vəhşiliklə öldürülür, evlər, körpülər, yollar dağıdılır və yandırılırdı. Osmanlı deputatı Amburçun Boyaçıyan türk kənd və şəhərlərinə arxadan hücum əmri verdi. Erməni millətinə gələcəkdə qorxu törədə biləcək uşaqları belə qırmaq barədə əmr olundu. Bütün bunlar danılmaz faktlardır. Eyni hadisələr 1918-ci ildə Azərbaycanda da baş verdi. Gəncədə, Qubada, Kürdəmirdə, Şamaxıda, Naxçıvanda, Göyçayda, Qarabağda, Bakıda bolşevik - daşnak hərbi birləşmələri kütləvi qırğınlar törətdilər. 1918-ci ildə Ənvər Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi xalqımızı daha böyük faciələrdən qurtardı. Ancaq daşnaklar bu gün Fransanın paytaxtı Parisi lərzəyə gətirmiş bir sıra partlayışlar törətmişlər. Nəticədə, 10 nəfər ölmüş və 150 nəfər yaralanmışdır. Məqsəd isə Fransa hökumət orqanlarını terrorçu Varoyan Qarabedyanı azad etməyə məcbur etmək olmuşdur.

Amerika mətbuatının məlumatlarına əsasən, "ASALA"-nın "Hezbollah" terrorçu təşkilatı ilə sıx əlaqədə olması aşkar edilmişir.

ASALA-nın mənzil-qərargahı Afinada yerləşir və bu ən qəddar erməni terrorçu təşkilatı yunan hökumətinin əhəmiyyətli dəstəyinə malikdir. 1987-ci ilin iyulunda Türkiyə Yunanıstana qarşı erməni terrorizminə tərəfdar olduqları haqda ittiham irəli sürdü. Yunanıstan hökumətinin erməni və digər beynəlxalq terrorçu təşkilatları ilə bu şəkildə birləşməsini və belə siyasətin törədəcəyi təhlükəni nəzərə alaraq, ABŞ Dövlət Departamenti Yunanıstana ciddi xəbərdarlıq göndərməyə məcbur olmuşdur. Eyni zamanda, "ASALA"-nın Kiprdə də import-eksport kompaniyası, dini təhsil verən institutlar adı altında fəaliyyət göstərdiyi məlumdur.

Bu gün Azərbaycan da ermənilərin terrorçu və təcavüzkar siyasətinə məruz qalmışdır. Qarabağda və Ermənistan ərazisində fəaliyyət göstərən "Çeqakron", "Yevkrapa", "Tiqranqilap" ("Astvaçaqinilər"). "Erməni Azadlığı uğrunda hərəkat", "Artsax uğrunda mübarizə ittifaqı" və s. kimi terrorçu təşkilatlar Yerevanda və Xankəndidə mərkəzləşmiş koordinasiya şurası yaradıblar. Bu şura" ASALA beynəlxalq erməni terrorçu təşkilatının Fransa bürosuna bağlı bir orqan kimi fəaliyyət dairəsini genişləndirməklə məşğul olur. ("Respublika" qəzeti, 1 oktyabr, 2002-ci il, nömrə 226, 562 ).

11 sentyabrda Amerikada baş verən terror aktlarından sonra dünya ictimaiyyətinin terrorizmə qarşı münasibəti bir qədər dəyişib. Bəşəriyyət başa düşüb ki, terrorçunun nə vətəni var, nə də milləti. Danılmaz fakt isə birdir: bugünkü terrorçu təşkilatlar o zamana qədər müvəffəqiyyətlə fəaliyyət göstərəcəklər ki, onların uydurmaları bəzi ölkələr tərəfındən təqdir və təsdiq edilməyəcək. Yalnız bütün sivil millətlərin birgə əməkdaşlığı sayəsində beynəlxalq terrorizmin kökü kəsilə bilər. Bunun üçün isə terrorçuların hər cür bəhanələri və qəddarlıqları ittiham və rədd edilməlidir.

Rendi Balayan "Öldürülmüş türk diplomatları müqəssirdirlərmi?" məqaləsində türk diplomatlarının qətlə yetirilməsini "erməni soyqırımı"na qarşı qisas kimi qələmə vermişdir. O, bu qisası belə əsaslandırmışdır ki, öldürülən şəxslərin erməni "soyqırımı"nda heç bir günahları olmamışdır, lakin dövlət nümayəndələri olaraq "soyqırımı" inkar etdikləri üçün heçbunu törədənlərdən az günahkar deyillər.

Türkiyənin NATO ilə sıx əməkdaşlığı onu Qərb alyansının rəqiblərinə mütəmadi hədəf etmişdir. Onlar bütün səylərini Türkiyəni NATO-nun müttəfiqliyindən təcrid etməyə yönəltmişlər. Buna görə də ermənilər Türkiyəni zəiflətməyə çalışan bir çox dövlətlərin əlində oyuncağa çevrilmişlər. Hələ sovetlər dövründən Türkiyənin Şərq əyalətlərini Sovet İttifaqına birləşdirmək ermənilərin əsas məqsədlərindən biri olmuşdur. Terrorçuların ərazi iddiaları, öz təhlükəsizliyi naminə, Türkiyəni başqa dövlətlərlə sazişlər bağlamağa sövq etdi. NATO-ya daxil olan digər dövlətlərlə bərabər Türkiyə, bir çox məsələlərlə yanaşı, öz siyasi müstəqilliyini və ərazi bütövlüyünü qoruyub-saxlamağa çalışırdı. Xoşagəlməz cəhət ondadır ki, bəzi Qərb ölkələrində uydurma "erməni soyqırımı" məsələsi vaxtaşırı müzakirəyə çıxarılır. Bu, ilk baxışda simvolik, zərərsiz bir sənət təsiri bağışlasa da, əslində, ermənilər tərəfindən törədilən terror aktlarına bəraət qazandırmaqdır. Odur ki, Türkiyə dövləti ABŞ Konqresində baş verən hadisələri daim diqqət mərkəzində saxlayır və ümid edir ki, Tüıkiyə ilə ABŞ-ın münasibətlərini pozmağa çalışanlar öz niyyətlərinə nail ola bilməyəcəklər. ABŞ-da da başa düşürlər ki, Türkiyə ilə əməkdaşlığın ümumi təhlükəsizlik məsələlərində böyük əhəmiyyəti vardır. Bu, həmçinin, Avropa və Cənub-Qərbi Asiya regionlarının təhlükəsizliyi üçünmühüm şərtdir. Qondarma "soyqırımı"nın tanınması terrorizmin möhkəmlənməsinə, günahsız insanların qətlə yetirilməsinə yeni imkanlar açmış olar.

Müəllif qeyd edir ki, Türkiyə Böyük Millət Məclisi ABŞ Konqresini xəbərdar etmişdir ki, bu məsələ ilə əlaqədar hər hansı bir qətnamənin təsdiq edilməsi Türkiyədə böyük etirazlara gətirib çıxarar və Türkiyə-ABŞ münasibətlərinə güclü zərbə vura bilər. ABŞ administrasiyası bu təşvişləri başa düşür və belə hesab edir ki, ümumi təhlükəsizlik üçün Türkiyə ilə əməkdaşlığın böyük strateji əhəmiyyəti vardır. Lakin ermənilər ardıcıl olaraq bu istiqamətdə aparır, hər vəchlə öz məqsədlərinə çatmağa çalışırlar.

1985-ci ilin dekabrında 192 saylı qətnamənin qəbul edilməsinə təşəbbüslər edildi. Amerikanın Türkiyədəki səfiri bunanla əlaqədar ABŞ Dövlət Departamentinə yazırdı: "Amerikanın Türkiyədəki səfiri olaraq sizi əmin edirəm ki, belə bir qətnamənin qəbul edilməsi bütün türklər - dövlət rəhbərləri, müxalifət nümayəndələri, görkəmli şəxslər, adi kəndlilər və şəhər əhalisi tərəfındən qəzəbə səbəb ola bilər".

Konqresin Nümayəndələr Palatasının Xarici Məsələlər üzrə Komitəsində 1985-ci il fevralın 21-də müdafiə naziri Kaspar Uaynverger belə bir məlumat vermişdir: "Erməni soyqırımı"na aid qətnamələr haqqında keçən ilin yanvarında 37 ¹-li qətnamədə bir sıra başqa məsələlərlə yanaşı, 1915-1923-cü illərdə Türkiyədə baş verən hadisələrin ermənilərin "soyqırımı" günü kimi qeyd edilməsi nəzərdə tutulmuşdur. Biz hesab edirik ki, nə olursa-olsun, bu "yadetmə", bu cür layihələrin təqdim edilməsi əks-təsirə səbəb ola bilər. 50 nəfərdən çox türk vətəndaşını, əsasən, diplomatları qətlə yetirən terrorçuya tərəfdar çıxmaq kimi qəbul oluna bilər. Bir çox qətllər də, məhz ABŞ-da baş vermişdir. Həmçinin, biz əminik ki, belə qətnamənin qəbul edilməsi Birləşmiş Ştatları çətin vəziyyətə sala bilər və müttəfiqlər ilə münasibətlərdə problemlər yarada bilər.

Ümid edirəm ki, bunları nəzərə alaraq buya buna bənzər qətnamələrin qəbul edilməməsinə təşəbbüslər göstərəcəksiniz".

A.Rüstəmovanın fikrincə, 37 ¹-li qətnamə 1984-cü il sentyabrın 10-da Nümayəndələr Palatasında qəbul edildi. Qətnamənin qəbul edilməsi Türkiyədə güclü etirazlar doğurdu. Türkiyə hökuməti qətnamənin sonrakı mərhələlərdə qəbul edilməsini Türkiyə ilə Birləşmiş Ştatlar arasında münasibətlərə güclü zərbə vuracağını bildirirdi.

Uzun müzakirələrdən sonra qətnamə Nümayəndələr Palatasında keçirilən adbaad səsvermə nəticəsində təsdiqlənmədi. Bundan sonra ermənipərəst konqresmenlər dərhal "1915-1923-cü illərin erməni soyqırımı"nın "milli yaddaş günü" kimi elan edilməsinə dair başqa bir qətnamə hazırlamağa başladılar. Burada bəzi dəyişiklər edildi. Yəni "Türkiyə" "Osmanlı imperiyası" sözü ilə əvəz edildi və 132 ¹-li qətnamə kimi təqdim olundu.

Böyük səylərə baxmayaraq, ermənilər 132 ¹-li qətnamənin təsdiq edilməsinə də nail ola bilmədilər. Çünki artıq bir sıra konqresmenlər ermənilərin məqsədini anlamağa başlamışdılar. F.Korton, D.Barton, S.Solyars və onların tərəfdarlarının səyləri nəticəsində, Nümayəndələr Palatasında həmin qətnamənin qəbul edilməsi baş tutmadı. O dövrdə Reyqan administrasiyasının dövlət katibi S.Şulsun simasında bır sıra məktub və məqalələrdə bu məsələyə dair kəskin mənfi mövqe bildirildi. Nəhayət, Birləşmiş Ştatların Dövlət Departamentinin bəyanatında "soyqırımı"nın tanınması qəti şəkildə rədd edildi.

Bununla belə, 2000-ci ilin oktyabr ayında ermənilər tərəfindən təqdim edilən bədnam "erməni soyqırımı"na aid qətnamənin Amerika Konqresinin Nümayəndələr Palatasında yenidən səsverməyə qoyulacağı gözlənilirdi. Oktyabrın 19-da bu məsələ son anda iclasın gündəliyinə daxil edildi. Lakin Nümayəndələr Platasınadək bütün mərhələləri keçən qanın layihəsi burada müzakirəyə çıxarılmadı. Spiker Denis Hastert prezident Klintonun məktubunu aldıqdan sonra palata çoxluğunun başçısı - Texasdan olan respublikaçı konqresmen Tom Dileyə müraciət edərək, səsvermənin keçirilməsini xahiş etdi. Bill Klintonun məktubunda bildirildi ki, Birləşmiş Ştatların mili təhlükəsizlik maraqları ciddi təhlükə altındadır və bu qətnamənin qəbul olunacağı təqdirdə Yaxın Şərqdəki vəziyyət də dəyişə bilər. Səddam Hüseyn amilini də unutmamağı tövsiyə edən ABŞ prezidenti, Orta Asiyadakı hadisələri, Balkanlarda sabitləşməni, regiondakı yeni enerji mənbələrini nəzərə alaraq, konqresmenləri bu qətnaməni müzakirə etməməyə çağırırdı. "Prezidentin xahişinə hər bir vətənpərvər amerikalı diqqətlə yanaşmalıdır" - deyən spiker "erməni soyqırımı" ətrafında gedən qızğın müzakirələrə son qoydu. Lakin mənfur istəklərini həyata keçirməyə çalışan ermənilər hər zaman bu istiqamətdə fəaliyyətlərini ardıcıl olaraq davam etdirmişlər və bundan sonra da davam etdirəcəkləri şübhəsizdir.

 A.Rüstəmova yazır: "Bu gün Dağlıq Qarabağ ətrafında baş verən hadisələr ermənilərin zaman-zaman reallaşdırmağa çalışdıqları iyrənc siyasətin davamıdır. Erməni terrorçuları öz qurbanları arasında fərq qoymurlar. Erməni terrorçu təşkilatları könüllü şəkildə öz xidmətlərini, mütəmadi olaraq, müttəfiqlərinə təqdim edirlər. Zərbələri üçün isə, ilk növbədə, Türkiyəni hədəf götürürlər. Erməni terrorçuları sələfləri kimi günsiyasi qətllər, partlayışlar və soyğunçuluqlar törədirlər. Bu gün erməni terrorçuları hər cür zorakılığa əl ataraq əcdadlarının "böyük Ermənistan" xülyasını həyata keçirmək üçün ardıcıl işlər aparırlar.

Beynəlxalq terrorizm üzrə ekspertlər deyirlər ki, bugünkü erməni terrorçu təşkilatları XIX əsrdə yaşamış sələflərinə sadiq qalaraq, müasir tarixlərinin böyük bir hissəsini saxtalaşdırmış, keçmişə proyeksiya etmişonu əfsanəyə çevirmişlər. "Soyqırımı" mövzusu bu əfsanənin əsas istiqaməti kimi seçilmişdirbunun köməkliyi ilə onlar öz zorakılıqlarına bəraət qazandırmağa çalışırlar. Bu "tarixi qisas" mövzusu ilə erməni ekstremistləri ictimaiyyətdə ümumi rəhm hissi yaratmaq məqsədi güdürlər, ən qorxulusu isə ermənilərdə qisas hissini alovlandırmaq, onları terrorçuların cərgələrinə cəlb etmək üçün bu xəstə ideyadardan istifadə edirlər.

Birinci Dünya müharibəsindən sonra Erməni İnqilabı Federasiyası (daşnaklar) terrorçu sistem yaratdı. Daşnak terrorçu sistemi qarşısında məqsəd qoydu - əcdadlarına törədilmiş "soyqırımı"na qarşı qisas almaq. 1921-1922-ci illərdə bu terrorçu təşkilatın üzvləri tərəfındən Osmanlı imperiyasının 5 vəzifəli şəxsi qətlə yetirilmişdir.

Daşnakların məqsədi budur: "...ermənilərin qədim, mili torpaqlarında yaşamaqonu idarə etmək hüquqları tanınsın". Ümumilikdə, bu təşkilatın məqsədi əsasən üç istiqamətdə öz ifadəsini tapır:

a)  tarixdə erməni soyqırımı faktı tanınsın;

b)  Türkiyə tərəfındən ermənilərə vurulan zərər kompensasiya edilsin;

v) ermənilər qədim torpaqlarına qaytarılsınlar.

Daşnakların rəhbərlik etdikləri müxtəlif terrorçu təşkilatların bir fəaliyyət "strategiyası" var - hər cür üsullarla türkləri məhv etmək.

160 illik fəaliyyətləri müddətində erməni terrorçu qrupları öz qurbanlarının seçilməsində ağına-bozuna baxmamışlar. Onlar öz zorakılıqlarında tək türklərlə kifayətlənmirlər, çağırışlarına iltifatla yanaşmayan hər kəs qəzəbə düçar olmuşdur. Amerikalılar, portuqaliyalılar, fransızlar, kanadalılar, avstraliyalılar, isveçrəlilər və yüzlərlə müxtəlif millətlərin nümayəndələri bu zorakılıqların haqsız qurbanı olmuşlar. Faşistlərə aid olan bu xüsusiyyət ermənilərə də xasdır. Onlar öldürməkdə tərəddüd etmirlər. Məqsədlərinə çatmaqda əgər ermənilər maneə olurlarsa, onları da öldürməkdən çəkinmirlər. Bu terror kampaniyası şüurlu olaraq həyata keçirilir məqsəd erməni ictimaiyyətini qorxutmaq və onları susmağa məcbur etməkdir.

Buna bariz nümumə 1988-ci il fevralın 28-də Sumqayıtda törədilən qanlı hadisələrdir. Hər il bu hadisələrin ildönümü yaxınlaşanda, erməni təbliğat maşını bütün gücü ilə işə düşür və azərbaycanlılar ermənilərə qarşı milli dözümsüzlük göstərən vəhşi bir xalq kimi təqdim edilir. Əslində isə, bu hadisələr də ermənilərin özləri ilə birgə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Yəni artıq tarixən mükəmməl işlənmiş planının təzahür formalarından biri idi. Baxmayaraq ki, Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov edam edilmişdi, lakin Sumqayıtda bu hadisəni təşkil edən iki dəfə məhkum olunmuş Eduard Qriqoryan (Edik) olmuşdurşahid ifadələri əsl günahkarın erməni əsilli olduğunu sübut etdi. Bununla belə, Eduard Qriqoyan üçün ömürlük istənilsə də, bu, qəbul olunmadı. E.Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən özü öldürüb, 8 erməni qadınını zorlayıb. Erməni təşkilatları bu cür cinayətlər törətmiş E.Qriqoryanı ağır cəzadan da qurtara bildirlər. Məhkəmə Azərbaycan türkü Əhməd Əhmədov haqda ölüm hökmü çıxardı və hökm dərhal icra olundu. E.Qriqoryana isə yalnız 12 il verildibir neçə ildən sonra azadlığa buraxıldı."

Bu hadisələr məşhur deyimi bir daha təsdiq etdi: "Ermənilər üçün ən yaxşı erməni ölü ermənidir". Ermənilər ölmüşyaxud öldürülmüş həmtayfalarından həmişə məharətlə istifadə ediblər. Ermənilər Sumqayıt hadisələrindən öz məkrli niyyətlərindən yararlanmaq məqsədi güdürlər. Ona görə də, bu hadisələr haqda dərhal dünya ictimaiyyətində yalnış rəy formalaşdırması, anti-Azərbaycan əhval-ruhiyəsi yaratmağa başladılar. Digər tərəfdən, erməni təşkilatları Azərbaycan və Ermənistan arasında qarşıdurmaya dönməz xarakter verməyə, münasibətləri daha da kəskinləşdirməyə, dinc nizamlama perspektivlərini heçə endirməyə çalışdılar.

Çox təəssüf ki, ermənilərin terror əməllərinə Qərb mətbuatında müxtəlif adlar verilibbuna, müəyyən mənada, bəraət qazandırmağa çalışanlar var, lakin terrorizm - terrorizmdir və beynəlxalq terrorizmin bir hissəsi kimi qəbul edilməlidir. Erməni terrorçuları, demək olar ki, bütün ölkələrdə fəaliyyət göstərirlər, lakin əsas bazaları Livandadır, xüsusilə, Beyrutda. Burada erməni icması narkotiklərin daşınmasında müstəsna yerlərdən birini tuturlar.

Dünya terrorizm üzrə ekspertləri təsdiq etdilər ki, erməni terrorçuları öz ölüm təşkilatlarını pulla təmin etmək üçün narkotiklərdən əldə edilən gəlirlərdən istifadə edirlər. 1918-ci ildə İsveç polisi bir qrup erməni narkokontrabandaçını yoxlayan zaman, məlum olmuşdur ki, onların ASALA terrorçu qrupu ilə əlaqələri vardır.

 

Vahid Ömərov

Səs.- 2016.- 27 oktyabr.- S.15