Kənd təsərrüfatının inkişafı regionların tərəqqisinə zəmin yaradır

İlham Əliyev: "Biz dünya miqyasında kənd təsərrüfatı məhsullarını ixrac edən önəmli ölkəyə çevriləcəyik"

 Son illər Azərbaycanda neft gəlirlərindən səmərəli istifadə edilməsi iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, iqtisadiyyatın şaxələndirilməsi bütün digər sahələr kimi, aqrar bölmənin də inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaratmışdır. Məhz ölkə Prezidenti İlham Əliyevin imzaladığı sənədlər də, ölkənin iqtisadi inkişafı və əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olmuşdur. 13 ilə yaxındır ki, davam edən bu siyasət sayəsində bu gün ölkədə işsizlik, yoxsulluq kimi problemlər, demək olar ki, həll edilib, əhalinin maaş, pensiya və müavinətləri dəfələrlə artıb.

 Aqrar sahənin inkişafına yönələn dövlət proqramları ərzaq təhlükəsizliyinin təminatının qarantıdır

 Dövlət tərəfindən aqrar sahədə həyata keçirilən infrastruktur layihələrinin davamlılığı, aqrolizinq xidmətinin genişləndirilməsi, eləcə də, kreditlərin verilməsinin sürətləndirilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərib. Çünki bu sahənin inkişafı kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir etmək imkanına malikdir. Bununla yanaşı, dövlət ərzağa olan daxili tələbatını, əsasən, öz potensialı və imkanları hesabına ödəyə bilmək üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirib, həmçinin, bu istiqamətdə bir sıra dövlət proqramları reallaşdırılıb. Prezident İlham Əliyevin 12 yanvar tarixli müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda "Kənd təsərrüfatı ili" elan olunması respublikamızda aqrar sektorun inkişaf etdirilməsinin dövlət siyasətinin mühüm istiqamətini təşkil etdiyini bir daha təsdiqləyir.

Onu da vurğulayaq ki, Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən "Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları" respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayır. Bu proqramların icrası nəticəsində, ölkədə kənd təsərrüfatı sahəsində də ciddi artım müşahidə olunur. Çünki proqramların əsas hədəflərindən biri qeyri-neft sektorunda xüsusi yer tutan aqrar sahənin inkişafıdır.

Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə də dövlət başçısının fikirləri bunun bariz nümunəsidir: "Kənd təsərrüfatı sahəsində artıq dönüş yaranıb. Müxtəlif sahələr üzrə konkret proqramlar, layihələr icra edilib, böyük vəsait və texnika ayrılıb. Subsidiyalarda düzəlişlər edilir. İndi subsidiyalar fermerləri stimullaşdıracaq. Bu il bu sahədə bir sınaq ili idi. Əminəm ki, yaxşı nəticələr olacaq".

 Uğura söykənən təşəbbüslər

 Dövlət başçısı müşavirədə kənd təsərrüfatı sahələri üzrə bir çox məsələlərə toxunaraq uğura söykənən təşəbbüslər  irəli sürmüşdür: "Mən kənd təsərrüfatı sahələri üzrə bəzi məsələləri qaldırmaq istərdim. Pambıqçılıqla bağlı işlər uğurla gedir. Sabirabad rayonunda müşavirə keçirildi. İndi 24 rayonda pambıqçılığın inkişafı uğurla gedir. Bu il 100 min ton pambıq tədarük edilməlidir, gələn il 250-300 min ton, ondan sonrakı illərdə daha da çox. Biz çalışmalıyıq ki, sovet dövrünün ən yaxşı illərində istehsal etdiyimiz səviyyəyə yavaş-yavaş yaxınlaşaq. Bu, yerləri deməkdir. Təkcə bu il pambıqçılıqda 70 minə yaxın insan işləyir. Gələn il biz əkin sahələrimizi iki, yaxud 2,5 dəfə artırsaq, bu sahədə 100 mindən çox, bəlkə də 150 min insan işlə təmin ediləcək".

Ölkə başçısı kənd təsərrüfatında taxılçılıq sahəsinin inkişafının vacib olduğunu bildirərək, bu sahəyə daha çox diqqət yetirilməsini vurğulayıb: "İndi yeni layihələr işə düşür və çalışmalıyıq ki, biz özümüzü 100 faiz səviyyəsində taxılla təmin edək. Bu, mümkündür. Həm məhsuldarlığı intensiv yollarla artırmaqla, suvarma işlərini düzgün qurmaqla, həm də ki, yeni əkin sahələrini dövriyyəyə buraxmaqla biz buna nail olaidxaldan asılılığı əhəmiyyətli dərəcədə azalda bilərik".

Müşavirədə Prezident, həmçinin, kənd təsərrüfatının digər sahələri ilə də bağlı uğurlu fikirlərini bildiridi. Xüsusilə, ölkədə baramaçılıq sahəsində böyük inkişafın olduğunu qeyd etdi: "Bu il 24 rayonda baramaçılıq inkişaf edib və yaxşı nəticələr var, 70 ton barama tədarük olunub. Baramaçılığa subsidiyalar verilib. Şəki ipək kombinatı artıq işləyir, yüzlərlə insan orada işə cəlb edilib. Orada yenidənqurma işləri aparılmalıdır. Bu kombinat daha çox barama qəbul etməyə qadirdir. Ümidvaram ki, yaxın 2-3 ildə biz minlərlə ton barama tədarük edə bilərik. Hələlik, bu işlər 24 rayonda gedir. Gələcəkdə daha çox rayonlarda gedəcək və insanlar 40-45 gün ərzində yaxşı pul alacaqlar. Minlərlə manat alanlar varbu da insanların güzəranını yaxşılaşdırır. Biz çalışmalıyıq ki, burada da hazır məhsulu ixrac edək və əminəm ki, buna nail olacağıq".

Dövlət başçısı mşavirədə sovet vaxtında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə salınan bağların o vaxt Qorbaçovun kampaniyası nəticəsində məhv edildiyini deyərək, bu sahənin inkişafına daha çox diqqət yetirilməsininin vacibliyini bildirdi: "Biz üzümçülüyü mütləq şərabçılıq ilə bağlamalıyıq. Əfsuslar olsun ki, biz dünyanın şərab bazarlarına çıxa bilməmişik. Baxmayaraq ki, bir neçə şərab zavodu tikilibonlar, görünür, ya özləri maraq göstərmirlər, ya da imkanları yoxdur. Ancaq biz dünya bazarlarına öz şərabımızla çıxmalıyıq. Necə ki, vaxtilə Rusiya bazarına çıxmışıq. İndi biz, bildiyimə görə, heç Rusiya bazarına da əhəmiyyətli dərəcədə şərab ixrac etmirik. Amma bu, çox gəlir gətirən sahədir, xüsusilə, kəndlilər üçün".

Prezident müşavirədə badamzeytunçuluq sahəsinin böyük gəlir mənbəyi olduğunu da vurğuladı: "Bakıda, Abşeron yarımadasında ənənəvi badam bağları, əfsuslar olsun ki, azalır. Ancaq bu da çox valyuta gətirən bir sahədir. Mənə verilən məlumata görə, bizdə cəmi 500-600 hektar badam bağları var. Bu, çox azdır. Minlərlə hektar badam bağları salınmalıdır. İndi bu ərazilərdə boş torpaq sahələri çoxdur. Biz torpaqlardan səmərəli şəkildə istifadə etməliyik və xüsusilə, Bakının, Sumqayıtın ətrafında, Abşeronda böyük badam plantasiyaları salınmalıdır.

Biz zeytun idxal edirik. İndi bizim o qədər zeytun ağaclarımız, o qədər imkanlarımız var. Həm Bakıda, Abşeronda, həm də digər yerlərdə bizim çox böyük imkanlarımız var. Ancaq əfsuslar olsun ki, biz özümüzü təmin edə bilmirik və hazır zeytun istehsalı bizdə çox aşağı səviyyədədir. Ona görə, yeni zeytun bağları salınmalıdır. İndi yerlər müəyyən edilir - həm Abşeron yarımadasında, həm şimal zonasında, Xızı rayonunda. Bildiyimə görə, orada da işlər gedir ki, biz dünya bazarına zeytun çıxaraq. Bu da çox böyük gəlir gətirən sahədir, həm fermerlər üçün, həm dövlət üçün. İndi kənd təsərrüfatının hər bir sahəsi bizim üçün vacibdir".

Göründüyü kimi, Azərbaycan iqtisadiyyatının prioritet sahələrindən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır. Elə ölkəmizdə 2015 -ci ilin "Kənd təsərrüfatı ili" elan olunması aqrar sahədə bu günbir sıra layihələrin gerçəkləşdirilməsi davam edir. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanın 2015-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsinə 596 milyon 152 min manatdan artıq vəsait ayrlmışdır ki, bunun da 568 milyon 688 min 675 manatı, bilavasitə kənd təsərrüfatı xərclərinə aiddir. Kənd təsərrüfatı xərclərinin dövlət büdcəsindəki xüsusi çəkisinin ilbəil artırılması isə, onu deməyə əsas verir ki, Azərbaycan yaxın illərdə özünü vacib ərzaq məhsulları ilə təmin etməklə yanaşı, həm də bu sahədə regionun əsas ixracatçı ölkəsinə çevriləcəkdir.

 

RƏFİQƏ KAMALQIZI

Səs.- 2016.- 27 oktyabr.- S.5