Naxçıvan Folklor mətnlərində yaşayan tarix

AMEA Naxçıvan Bölməsinin müxtəlif profilli institutlarında aparılan elmi-tədqiqat işlərində Azərbaycanın, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın tarixi, ədəbiyyatı, folkloru digər elmi sahələri əhatəli şəkildə tədqiq olunur, öyrənilir.

 

Bu baxımdan İncəsənət, Dil Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Hüseynzadənin işıq üzü görmüş monoqrafiyası diqqəti cəlb edir. "Naxçıvan Folklor mətnlərində yaşayan tarixadlanan yeni tədqiqat əsərində Naxçıvan folkloru öz zənginliyi, qədimliyi, xüsusilə semantik anlamı, eyni zamanda həm filoloji, həm elmi-ictimai əhəmiyyəti dəyər kəsb etdiyi əhatəliyi ilə 184 səhifədə öz əksini tapıb. Gənc tədqiqatçı monoqrafiyanın nəşrində məqsədinin Azərbaycan folklorunun tərkib hissəsi olan Naxçıvan folklor mətinlərində adların, xüsusi əhəmiyyətli sözlərin genezisinin, mənasını ətraflı araşdırmaq folklorşünaslıq üçün daha səciyyəvi, daha vacib əhəmiyyətli sahəni təbliğ etmək olduğunu qeyd edir. Müəllif yeni nəşrdə bu qədim diyarın folklorunu öyrənmək araşdırmaq nəinki folklorşünaslığımızın zənginləşməsinə bir töhfə verdiyini, həmçinin böyük ictimai, siyasi əhəmiyyət kəsb edən bir məsələ olduğunu göstərir.

 

Folklorşünaslıqda semantika xüsusi önəm daşıyır. Bu cəhətdən tədqiqatçı monoqrafiyasında folklor mətnlərinin semantik şərhi ilə yanaşı buradakı xüsusi əhəmiyyət kəsb edən adların mənalarını araşdırıb. Məlumat üçün onu da qeyd edək ki, araşdırmalar əsasən üç istiqamətdə aparılıb. Belə ki, tədqiqat əsərində Naxçıvan folklor mətnlərində hazırkı dövrdə işlənən xüsusi əhəmiyyət kəsb edən adlar, müəyyən tarixi dövr kəsiyində Naxçıvan folklorunda müəyyən sözün ya müəyyən adın ilkin tarixi əhəmiyyəti göstərməklə onun dəyişməsi, inkişafı yoluna nəzər salmaqla təhlil tədqiqi, eyni zamanda da folklor mətnlərində xüsusi əhəmiyyət kəsb edən adın ya folklor nümunəsinin bütövlükdə şərhi təhlili verilib.

 

Yeni nəşr Naxçıvan Muxtar Respublikasının Folklor nümunələrində yaşayan tariximizi daha dərindən öyrənmək istəyənlər üçün qiymətli mənbədir

Səs.- 2016.- 27 oktyabr.- S.10