"Erməni
soyqırımı" və müasir "demokratik",
"insan hüquqlarının müdafiəçisi" olan
Qərbin ikili standartları.
Erməni millətçiləri və onların daşnak rəhbərləri o vaxtdan bu günə qədər bar-bar bağıraraq hadisələri saxtalaşdırır və 1915-ci il aprelin 24-ünü "erməni soyqırımı" kimi qələmə verməyə çalışırlar. Z.Əliyev yazır: "Təəssüf ki, tarixdən bixəbər olanlar, o zamankı tarixi şəraiti bilməyənlər və ya o zamankı hadisələrin obyektiv təhlilini bacarmayanlar bu yalançı təbliğata inanırlar. Faktlar isə göstərir ki, ermənilər türklərə qarşı genosid və soyqırımı siyasəti aparmışlar. Çünki türklərin itkisi qat-qat çox olmuşdur. Bunu ermənilər də çox yaxşı bilirlər. Onda sual yaranır: bəs nəyə görə ermənilər böhtandan əl çəkmir və "erməni genosid"ini türklərin boynuna zorla qoymağa çalışırlar? Bunun cavabı ABŞ-dakı erməni liderlərindən biri Olss Vartanyanın fikirlərindən aydın görünür: "Genosid layihəsi qəbul edilsəydi, bunu əldə rəhbər tutub, Türkiyədən əvvəlcə təzminat, sonra da Qara dəniz sahillərinə sərhəd olan Şərqi Anadoluda bir erməni dövlətinin qurulması üçün torpaq tələb edərdik". Deməli, daşnaklar "böyük Ermənistan" ideyasından hələ də əl çəkməmişlər və avantürist məqsədlərini həyata keçirmək üçün böhtançı və uydurma "erməni genosidi"ni əldə bayraq etmişlər.
Ermənilər tarix boyu müxtəlif yalanlar uyduraraq ayrı-ayrı adamları, dövlət və hökumət rəhbərlərini inandırmağa çalışmış, qondarma "erməni soyqırımı"nı qəbul etdirməyə ciddi-cəhdlər etmiş, bəzən də istədiklərinə nail ola bilmişlər. Ancaq erməni yalanları ayaq tutsa da yeriməmiş, sonralar ifşa olunmuşlar.
"Erməni soyqırmı" iddiaları 1950-ci illərdən - yəni "soyqırımı" ifadəsi rəsmən beynəlxalq hüquqi status alandan cəmi iki il sonra gündəmə gəlib. Kilsənin irəli sürdüyü iddialar Amerika və Avropada erməni lobbisinin dəstəyilə böyük bir kampaniyaya çevrilib.
Ermənilər ilk "soyqırımı" qərarının qəbuluna Uruqvayda nail olublar. 1965-ci il aprelin 20-də Uruqvay parlamenti 24 apreli "Erməni soyqırımını anma günü" kimi tanıyıb (Uruqvay parlamenti 2004 və 2005-ci illərdə daha iki bəyanatla qərarını yeniləyib).
Bundan 17 il sonra - 1982-ci il aprelin 29-da Kiprin yunan icması
analoji qərar qəbul edib. "Erməni
soyqırımı"nı
tanınmış bütün ölkələrin
sıralaması isə belədir:
Uruqvay -
20 aprel 1965, 2004, 2005
Cənubi
Kipr - 1982
Argentina -
1993, 2003, 2004, 2005, 200, 2007
Rusiya -
1995, 22 aprel 2005
Yunanıstan
- 25 aprel 1996
Kanada -
1996, 2000 və ən son olaraq 21 aprel 2004
Livan -
1997, 11 may 2000
Belçika
- 26 mart 1998
Vatikan
-2000
İtaliya
- 17 noyabr 2000
Fransa - 18
yanvar 2001
İsveçrə
- 16 dekabr 2003
Slovakiya -
30 noyabr 2004
Hollandiya
- 21 dekabr 2004
Polşa
- 19 aprel 2004
Almaniya -
16 iyun 2005
Venesuela -
14 iyul 2005
Litva - 15
dekabr 2005
Çili
- 2007
Beləliklə,
1950-ci illərdən kampaniya başladan, 1965- ci ildə ilk rəsmi
qərarın qəbuluna nail olan ermənilər 45 il ərzində
əsilsiz iddialarını 19 ölkədə qərar və
ya bəyanat şəklində qəbul etdiriblər. Daha 2 dövlətin (İsveç və
ABŞ-ın) Xarici Əlaqələr Komitəsi müvafiq qətnamə
layihəsini təsdiqləyib.
Müəllif göstərir ki, "Erməni
soyqırımı" iddialarının
yayıldığı areal da maraqlıdı - Avropa və
Amerika. Avropada qərar qəbul edən ölkələrin
çoxu Türkiyənin qapısını döydüyü
Avropa İttifaqının üzvüdür. Amerikada isə
"soyqırımı"nı
tanıyan yalnız Kanada və üç Latın
Amerikası ölkəsi deyil. Türkiyənin "strateji
müttəfiqi" ABŞ-da "soyqırımı"nı tanıyan ştatların sayı 30-a
çatıb. ABŞ Konqresinin gündəliyində
"soyqırımı"yla bağlı iki layihə durur.
ABŞ prezidentləri isə hər il
aprelin 24-də "soyqırımı" sözünün
yarım addımlığından keçirlər. Ermənilərin tarixi yalanlarının ən
çox yayıldığı ölkə Fransadır.
Fransanın bir qrup nüfuzlu tarixçi alimləri "erməni
soyqırımı"nı ifşa edən
sensasiyalı bəyanatla çıxış etmişlər.
2005-ci ildə Fransanın tanınmış 19
tarixçi alimi aldadıcı qanunlara etiraz edir"
başlığı ilə çıxış etmişlər.
Həmin müraciətlərində tarixçi
alimlər bildirmişlər ki, müxtəlif illərdə
ölkə parlamentində qəbul olunmuş və tarixi
gerçəklikləri deyil, siyasi mənafeləri əks etdirən
bir sıra qanunlar aldadıcı xarakter daşıyır və
ləğv edilməlidir. Tarixçi alimlər
bildirmişlər ki, ölkə parlamenti həmin qanunları
qəbul edərkən tarixçi alimlərin fikirlərini
öyrənməyiblər. Ona görə
də onu pisləyiblər. Müraciətdə
vurğulanır ki, Fransa hökuməti və parlamenti tarixlə
bağlı hər hansı qanun qəbul olunarkən mütləq
tarixçi alimlərin fikirlərini diqqətlə öyrənməli
və onların mövqeyini nəzərə almalıdır.
Z.Əliyev
yazır: "Ümumiyyətlə, ermənilərin və erməni
lobbisinin hədəfi "4 T" adlanan tələblərinin
yerinə yetirilməsidir:
"Soyqırımı"nın dünyada tanınması;
Türkiyənin
"soyqırımı"nı
tanıması;
Türkiyənin
"soyqırımı"na
uğramış adamların varislərinə təzminat
ödəmələri;
Türkiyənin
Şərqində ermənilərə torpaq verilməsi;
Birinci hədəfə, faktiki olaraq, yaxınlaşıblar. Artıq demək
olar ki, bütün Qərb mətbuatı və ictimaiyyəti
"soyqırımı" iddialarını qəbul edir.
Qalır məsələnin hüquqi və
siyasi tərəfi. Bunun üçün
ABŞ Konqresinin qərarı həlledici əhəmiyyət
daşıyır. Bu qətnamə
başqa ölkələrin qərarlarına bənzəməyəcək.
Həmin layihə keçsə, İngiltərə
başda olmaqla Türkiyənin digər müttəfiqləri,
beynəlxalq qurumlar da hərəkətə keçəcək,
üstəlik, erməni lobbisinin Türkiyədən təzminat
tələbləri ciddi bir əsasla gündəmə gələcək.
Ermənilər bu qərarı qəbul etdirməyə
çox yaxındırlar.
Ermənilər,
sadəcə, tanınmayla kifayətlənməyiblər,
adıçəkilən ölkələrin əksəriyyətində
"soyqırımı" abidələrinin qoyulmasına
nail olublar, bədnam iddialarını təbliğ edən
45000 sayt yaradıblar, fılmlər çəkdiriblər, bəzi
ölkələrdə (Almaniyada) mövzunu dərsliklərə
salıblar, kitablar yazdırıblar və indi də demokratik
Avropa dövlətlərində "soyqırımı
yoxdur" deyənin cəzalandırılmasını qanuniləşdirirlər.
Bu
yaxınlarda isə katolik dünyasının yeni seçilən
papası Xorxe Mario Berqolio (I Françesko) illər əvvəl
qondarma "erməni soyqırımı"na
dəstək verib. Məlumata görə,
Berqolio Buenos-Ayres kardinalı olduğu 2006-cı ildə bu
şəhərdə keçirilən 24 aprel qondarma "erməni
soyqırımı" ilə bağlı tədbirdə
aparıcılıq edib. Tədbirdə Türkiyəyə
müraciət edən Xorxe Mario Berqolio bu ölkəni
qeyd-şərtşiz qondarma "erməni
soyqırımı"nı qəbul etməyə
çağırmışdı.
Z.Əliyev qeyd edir ki, ingilis yazıçısı və
publisisti S.F.Dikson-Conson tərəfindən 1916-cı ildə
yazılmış "Ermənilər" kitabında
"erməni genosidi" barədə ermənilərin
özlərinin uydurduqları əfsanələr puça
çıxarılır.
O, qeyd
edir ki, "Qərb aləmində erməni məsələsini
şişirtməyin başqa bir üzü vardır - o da
hakimiyyət üçün yeni bir fürsətdir".
O, əlavə
edir ki, ermənilərə üz vermiş ağır çətinliklərin,
faciələrə gətirib çıxara biləcəyinin
günahı, onları anlamadıqları işə təhrik
edənlərin üzərinə düşür."
Buna baxmayaraq, ermənilərin uydurma soyqrımı
iddialarını rədd edən faktlar da çoxluq təşkil
edir. 2001-ci il martın 13-də İsveçrə
parlamenti yunan əsilli deputat Cozef Ziyadisin Türkiyədə
ermənilərin "soyqırımı"na məruz
qalmaları haqqında ölkə parlamentinə təklif etdiyi
qanun layihəsini rədd etdi. İsveçrə xarici işlər
naziri C.Deiss ermənilərin saxtakarlığına işarə
edərək demişdir: "...87 il əvvəl olduğu
iddia edilən və əsli bilinməyən hadisəyə
görə Türkiyə ilə əlaqələrimizi poza
bilmərik".
İrland
mənşəli ABŞ tarixçisi Semyuel Vimsin "Ermənistan:
böyük yalan. Xristian-terrorçu dövlətinin
tapmacası" kitabı artıq dünyada əks-səda
yaradıb. Kitabda erməni xalqının
terrorçu millət, Ermənistanın isə ən
böyük miqdarda maddi yardımı idxal, terrorçunu isə
ixrac edən ölkə olduğu sübut olunur.
Kitabda
qeyd olunur ki, "müasir erməni terrorizmi iki əsas səbəbə
görə inkişaf edir: birincisi, 1890-cı ildən etibarən
erməni kilsəsi terrorizmə yardım edir. İkinci
səbəbi isə bu ölkədə mövcud olan siyasi
quruluşa bağlıdır".
İnanırıq
ki, dünya tarixi həqiqətləri biləcək, erməni
millətçilərinin və erməni
işbazlarının uydurduqları yalançı
"soyqırımı"nın mahiyyətini
anlayacaq və bu avantürist uydurmanı birdəfəlik dəf
edəcək, tarixi ədalət arxiv sənədlərinin
dili ilə zəfər çalacaq. O zaman zəka və
müdriklik, tarixi ədalət qalib gələcək.
ABŞ alimləri Jastin Makkarti və Karolin Makkarti tarixi
faktlara əsaslanaraq, belə bir obyektiv nəticəyə gəlmişlər
ki, erməni soyqırımı uydurma və böhtandır. Adları
çəkilən müəlliflər "Turki i armyane"
adlı tədqiqat əsərində sübut edirlər ki,
Şərqi Anadoluda soyqırımı olmamışdır.
Erməni daşnak-quldur dəstələri
Türkiyədə, İranda, Azərbaycanda, Qafqazda türk və
azərbaycanlıları vəhşicəsinə qırır
və məhv edirdilər. Tarixi faktlardan məlumdur ki,
daşnak generalı tayqulaq Andranik Zəngibasar, Qəmərli,
Vedibasar, Şərur, Naxçıvan ərazisində, quldur
general Dro Dərələyəz mahalında, qaniçən
general Silikov Göyçə mahalında, general Njde Zəngəzur
mahalında olmazın vəhşiliklər törətmişlər.
Jastin Makkarti "Genosid olmuşdurmu?" əsərində
göstərir ki, XX əsrin yalnız birinci rübündə
ermənilərin törətdikləri qırğınlarda 2
milyona yaxın türk öldürülmüş və
yaralanmışdır.
Ermənilərin
soyqırımı iddialarına əsasən, guya 1915-ci ildə
Osmanlı dövlətinin köçürmə siyasəti nəticəsində
1,5 milyon (əvvəllər 300 min, sonra isə 600 min deyirdilər)
erməni ölmüşdür. Bu
yalançı iddianı əsaslandırmaq üçün
ermənilər müxtəlif xarakterli "sənədlər"
hazırlamış, faktları saxtalaşdırmış və
məqsədyönlü mülahizələr uydurmuşlar.
Avropa, Amerika, Türkiyə və dünyanın bir çox
alimləri həmin faktların yalan və uydurma olduğunu
elmi dəlillərlə sübut etmişlər. Ancaq əlimizdə daha təzə bir fakt vardır.
Belə ki, 2004-cü ilin may ayında görkəmli türk
alimləri tərəfindən hazırlanmış fundamental
bir kitab işıq üzü gördü. Kitabın adı
belədir: "Ermənilər: sürgün və
köç" Amerikanın, Fransanın, İngiltərənin,
Almaniyanın və digər ölkələrin arxivlərində
uzun müddət axtarışlar və tədqiqat işləri
aparan alimlər erməni soyqırımına aid heç bir
materiala rast gəlməmişlər. Kitabda yer
verilən sənədlər içərisində ingilis arxivlərindən
əldə edilmiş qeydlər ermənilərin
soyqırımı iddialarının əsassız, yalan və
böhtan olduğunu isbat etməkdə çox dəyərlidir.
Belə ki, ermənilərin soyqırımı
iddialarını ifşa edən yeni faktlar ortaya
çıxır. Birinci Dünya
müharibəsindən sonra ingilislər 1917-1919-cu illər
arasında ermənilərin siyahıya alınmasını
aparmışlar. Bu siyahıya alınmada
indiyə qədər kimsənin bilmədiyi nəticələr
ortaya çıxmışdır. Siyahıya
alınma nəticəsində məlum olmuşdur ki, 1919-cu ildə
Osmanlı torpaqlarında yaşayan ermənilərin sayı 1
milyon 602 min nəfərdir. Buradan belə
bir nəticə çıxır ki, "soyqırımı
olan yerdə əhalinin sayı 102 min artmışdır!
Bu, necə ola bilər? Deməli,
ingilis arxivlərindən əldə edilən sənədlər
və rəqəmlər erməni "soyqırımı"nı
qəti şəkildə rədd edir".
Adıçəkilən kitabda 1914-cü ildə
Osmanlı dövlətində erməni əhalisinin sayına
aid rəqəmlər də verilmişdir. Göstərilir ki,
müharibə dövründə aclıq və xəstəlikdən
ölənlər də olmuşdur ki, ölənlərin içərisində, ermənilər,
türklər, kürdlər və başqa xalqların
nümayəndələri də var. Arxiv sənədlərinə
görə, 1915-1918-ci illərdə Osmanlı ordusunda 3 milyon
adamın xəstələndiyi, 711 min nəfərin isə
yaralandığı müəyyən edilmişdir.
Çox
maraqlı faktlardan biri də odur ki, xarici ölkələrin
arxivlərində ciddi mühafizə edilən
materiallarından aydın olur ki, Türkiyə hökumətinin
sürgün qərarı cəmi 500 min ermənini əhatə
etmişdi (Halbuki ermənilər dünyaya car çəkib
bağırırlar ki, sürgünə məruz qalan ermənilər
1,5 milyondur).
Deməli, xarici ölkə arxivlərinin sənədləri
də ermənilərin uydurmalarını rədd edir.
Beləliklə, arxiv sənədləri, tarixi faktlar və
tarixi həqiqətlər belədir ki, ermənilər özləri
özlərinə quyu qazmış, yaşadıqları yerin
və torpağın, yedikləri çörəyin,
içdikləri suyun və udduqları havanın qədir-qiymətini
bilməmiş, ermənilərə hərtərəfli
kömək edən və onları türk torpaqlarında yerləşdirən
adamların zəhmətini bilərəkdən yerə
vurmuşdular. Nəticədə, "özgəyə
quyu qazan özü düşər" zərb-məsələsinə
və atalar sözünə uyğun olaraq, Allahın qəzəbinə
düçar olmuşlar.
Tarixçi
alimlərin tədqiqatlarında göstərilir ki, 1914-1915-ci
illərdə ermənilər müxtəlif hərbi birləşmələr
və quldur dəstələri yaradaraq Türkiyənin Zeytun,
Maraş, Qeysəriyyə, Diyarbəkir, Ərzincan, Bitlis, Van,
İskəndərun, Muş, Trabzon, Ankara, İstanbul və b.
şəhərlərində, habelə, bütün Şərqi
Anadoluda on minlərlə türk vətəndaşını
öldürmüş, vəhşiliklər törətmiş,
şəhər və kəndləri yandırmış,
qiyamlar qaldıraraq türk xalqı və Osmanlı dövləti
üçün real təhlükə yaratmış, beləliklə,
Türkiyə dövlətinin torpaqlarında yeni bir erməni
dövləti yaratmaq xülyası ilə
soyqırımları törətmişlər.
Vahid Ömərov.
Səs.-
2016.- 28 oktyabr.- S.15