İnsan hüquqları və insan mənəviyyatı
Fərdin insana çevrilməsi meyarlarından biri də insan hüquqlarıdır. Siyasi elmlər doktoru Rövşən Mustafayev "İnsan hüquqları - fərdi insan edən meyarlar" məqaləsində yazır: "...Mən cəmiyyətimizin daha da demokratikləşməsi üçün yollar axtarışını davam etdirirəm. Sumqayıtda Azad İqtisadi Zonanın, əqli mülkiyyətin müdafiəsi barədə layihələrin, Azərbaycanda Ombudsman Təsisatı haqqında alternativ qanun layihələrinin yaradılmasından, İnsan Hüquqları İnstitutunun təşkilindən, insan hüquqlarına qarşı real təhlükə mənbəyi olan beynəlxalq terrorizmlə mübarizə konsepsiyasının hazırlanmasından, penitensiar müəssisələrdə işgəncələr əleyhinə mübarizə Konvensiyasının müzakirəsinə həsr olunmuş "dəyirmi masa" silsilələrinin keçirilməsindən, gender məsələlərinə dair tədqiqatlardan sonra cəmiyyətimizin yeniləşməsi üçün yeni yollar axtarışındayam. Lakin yuxarıda sadalanan layihələrdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Burosu, Avropa Şurası, NATO, BMT-nin İnkişaf Proqramı, UNİDO və BMT-nin İnsan Hüquqlarına dair Ali Komissarlığında çalışan həmkarlarım fəal iştirak etsələr də, xeyli səy göstərsək də, təəssüf ki, istədiklərimizin heç də hamısına nail ola bilmədik. Bəlkə də bu, ilk növbədə, onunla bağlıdır ki, yerlı bürokratiyanın manevr imkanlarını, eləcə də, daha kütləvi xarakter daşıyan təfəkkürün ətalətini nəzərə almamışdıq. Biz ziyalılar üçün xarakterik olan şəraitə uyğunlaşma meyilini axıra qədər nəzərə almayaraq, yerli müstəqil ekspertləri fəallaşdırmağa cəhd göstərdik və nəticədə, bütün layihələrimiz nə qədər cəlbedici olsa da, virtual reallığın bəhrəsi olaraq qaldı."
Müəllif daha sonra yazır ki, ideyanın real müstəviyə transformasiyası mühitin yaradılmasına imkan verir. Mühitin yaradılması! Deyəsən, bizə vərdiş etdiyimiz dairədən çıxmağa kömək edəcək ideya məhz budur. Lakin real taktiki addım baxımından bunun üçün ölkədəki və onun hüdudlarından kənardakı həmfikirləri bir yerə toplaya biiəcək və daimi fəaliyyət göstərəcək stasionar beynəlxalq klubun təşkilinə cəhd etmək lazımdır. Amma bu, formadır. Fəaliyyət proqramı kimi isə mənim tərəfimdən İnsan Hüquqları üzrə Beynəlxalq Elmi Şuranın (BEŞ) layihəsi təklif olundu. Onun daimi üzvləri isə bu sahədə tədqiqatlar aparan görkəmli alimlər, eləcə də, tanınmış hüquq müdafiəçiləri arasından seçiləcəkdı. Mənim bildiyim qədər, bu, Cənub-Şərqi Asiyada və Yaxın Şərqdə ilk təşəbbüsdür.
BEŞ-in vəzifələrinə Xəzəryanı regionun demokratikləşdirilməsi istiqamətində zəruri olan adaptasiya layihələri üçün metodoloji sənədlərin hazırlanması daxildir. Bundan başqa, Beynəlxalq Şuranın fəaliyyəti həm də onun elmi baxımdan aktuallığı ilə izah olunur. Təəssüf ki, bızdə "insan hüquqları" dedikdə, ilk növbədə, yalnız hüquq elmi ilə əlaqəli elm sahəsi başa düşülür. Bu, qismən belədır. Elə isə, bioetik problemlərlə, sosiologiya, ilahiyyat, fəlsəfə, psixiatriya, təbabət (xüsusilə, işgəncələr əleyhinə mübarizə Konvensiyası kontekstində) və s. sahələr üzrə tədqiqatları cəmləşdirən elmin taleyi necə olsun? Əminəm ki, söhbət siyasətdən fərqli olaraq daha ümumi prinsiplərə, fundamental əsaslara söykənən insan hüquqlarına dair yeni, müstəqil və sinkretik elmin yaradılmasından gedir. Belə ki, Beynəlxalq Elmi Şura bu baxımdan gələcəkdə cəmiyyətdəki ideyalar müzakirəsı üçün kifayət qədər parlaq və fəal olacaqdır. Maarifçiliyin bu istiqamətdə qlobal əhəmiyyəti güman ki, aşağıdakı tezislə müəyyənləşməlidir: "İnsan hüquqları, insanlığı təsdiq edən qaydalar. Daha konkret formada isə Beynəlxalq Elmi Şura tələbələr və gənc alimlər üçün yeni tədqiqat mövzularının formalaşmasında da iştirak edə biləcəkdir. Bu baxımdan, zənn edirəm ki, Beynəlxalq Elmi Şura yeni dövrün mütəxəssislərinin hazırlanmasında yardım göstərməyə qadirdir.
Mən yeni elmi strukturun yaradılması ideyasını xarici ölkələrdəki bir çox həmkarımla müzakirə etmişəm. Qeyd etmək xoşdur ki, səfir Jerar Ştudman (Cenevrə Siyasi Təhlükəsizlik Mərkəzi, İsveçrə), professor İneta Ziemele (Lund Universiteti, İsveç), professor Ben Sorensen (BMT-nin işgəncələr Əleyhinə Komitəsinin eks-məruzəçisi), deputat, professor Barnabas Lenkoviç (Budapeşt Universiteti, Macarıstan), professor Florentin Skaletski (İnsan Hüquqlarının Müdafiəsi Təşkilatı, Rumıniya), İrina Xakamada ("Naş Vıbor" Demokratik Partiyası, Rusiya), professor Yavuz Atar (Səlcuq Universiteti, Türkiyə) bu ideyanı müdafiə etmiş və Şuranın üzvü olmağa hazır olduqlarını bildirmişlər.
Əsasnaməyə görə, İnsan Hüquqları üzrə Beynəlxalq Elmi Şura iki strukturdan ibarətdir: Elmi Şura və Eskpert Komissiyası.
Sessiyalarını ildə bir dəfə keçirəcək İnsan Hüquqları üzrə Beynəlxalq Eimi Şura Ekspert Komissiyasının insan hüquqları elmin əsas prinsipləri (metodologiya, Avropanın təməl prinsiplərinin və Şərqin hüquq anlayışının implementasiyası) barədə hazırlayıb təqdim etdiyi layihələri müzakirə edir və təsdiqləyir, həmin layihələr üzrə çıxışları, xüsusilə, vacib qaydada Azərbaycanda və Xəzəryanı dövlətlərdə insan hüquqlarının və demokratik institutlarının inkişafına dair məruzələri dinləyir. Qəbul olunmuş sənədlərə əsasən, bu ölkələrin hökumətlərinə və parlamentlərinə müraciətlər edir.
Şuranın daimi fəaliyyət göstərən mexanizmı onun Ekspert Komissiyasıdır. Bu işçi orqan adıçəkilən regionda vəziyyəti müşahidə edir, tövsiyə layihələri hazırlayır, Elmi Şuranın üzvlərinə aktual məruzə mövzuları təklif edir. Beynəlxaiq Şuranın elmi formatı intellektual potensialdan fəal iştirak etməyə və əsas ideyaları yeni elmi tədqiqatlar kimi cəmiyyətə təqdim etməyə imkan verir. Araşdırılmış mövzular üzrə layihələr qərar qəbul etmək üçün Beynəlxalq Elmi Şuranın iclasına çıxarılır.
Müxalif kütləvi informasiya vasitələrində də vəziyyət eynidir; onlardan bəzilərinin "sarı mətbuata" transformasiya edilməsi prosesi də demokratiya ideallarına və ənənələrinə, insan haqlarına riayət və şəxsiyyətə hörmət prinsiplərinə ziddir.
Təəssüflə qeyd etmək lazımdır ki, qara piarın təşkilində iştirak edən həm hakimiyyət, həm də müxalifət partiyalarının bəzi nümayəndələrınin fəaliyyəti üzvü olduqları partiya strukturları tərəfindən pislənməyibdir.
Azərbaycan xalqı özünün təşəkkülü və formalaşmasında qədim tarixə malik bütün digər xalqlar kimi, özünün əsas əxlaq və mənəvi normalarını müqəddəs yazılardan, folklordan, qəhrəmanlıq eposlarından, xalq müdrikliyindən götürmüşdür. Bir çox hallarda, məhz bu amil Azərbaycan millətinə mürəkkəb geosiyasi dəyişikliklərə rəğmən öz mənliyini qoruyub saxlamağa imkan vermiş və milli dövlətçiliyin sabit inkişafına kömək etmişdir.
Qurani-Kərimdə göstərilir: Surə 4, ayə 148 - "Allah pis sözün açıq, ucadan deyilməsini sevməz... "
Surə 6, ayə 152 - "Söz söylədiyiniz zaman (lehinə və ya əleyhinə danışdığınız adam) qohumunuz olsa belə, ədalətli olun..."
Surə 49, ayə 11 - "...Bir qohum digərini lağa qoymasın. Ola bilsin ki, lağa qoyulanlar lağa qoyanlardan (Allah yanında) daha yaxşı olsunlar... Bir-birinizə lənətləməyin, eyib tulmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın..."
Məhəmməd Feyğəmbərin (s.) hədislərindən: "...Sizin qanınız, əmlakınız və şərəfiniz toxunulmazdır."
Azərbaycan xalqının tarixi yaddaşında mənəvi dəyərlər və əxlaqi prinsiplər çoxsaylı atalar sözləri və zərbi məsəllər şəklində əks olunmuşdur.
Onlardan bəziləri:
• Hörmət istəyirsənsə, - təhqirdən başlama.
• Qılınc yarası sağalar, söz yarası sağalmaz.
• Acı dil bütün dünyanı xarabalığa çevirər.
• Yalanın ömrü
qısa olar.
Ekspert Komissiyası hesab edir ki:
- qara
piar Azərbaycan
KİV-in və bütövlükdə,
əsas prinsipləri doğruçuluq, obyektivlik,
peşəkar etika olan milli jurnalistikanın
demokratik təkamülünə
maneçilik törədir;
- qara
piardan istifadə demokratiya ideallarına, insan haqlarına, şəxsiyyətin şərəf
və ləyaqətinə
hörmət normalarına
ziddir;
- qara
piar Azərbaycan Respublikası Konstitusiyasının
aşağıdakı maddələrinin
pozulması kimi qiymətləndirilməlidir:
maddə 46 - "Şərəf
və ləyaqətin
müdafiəsi hüququ";
maddə 56 -"Seçki
hüququ"; maddə
63 - "Təqsirsizlik prezumpsiyası";
maddə 71 - "İnsan
və vətəndaş
hüquqlarının və
azadlıqlarının təminatı";
- qara piar
Azərbaycan xalqının
tarixən yaranmış
əxlaqı-etik normalarına
təhlükədir.
Seçkiqabağı dövrdə qara piardan istifadə təcrübəsinin tədqiqi
həm hökumətpərəst
strukturlar daxilində,
həm də müxalifət strukturlarında
qarşıdurmanın konturlarını
göstərmişdir.
Bir çox
hallarda korporativ maraqlar güdən müşahidə olunan siyasi qarşıdurma obyektiv olaraq vətəndaşlarda demokratiya
ideyalarına qarşı
etimadsızlığın artmasına gətirib çıxarır, geriyə
prosesləri gücləndirir
və bununla da milli dövlətçiliyin
müasir mərhələsində
müstəqil inkişaf
imkanını şübhə
altına alır.
Bu kontekstdə cəmiyyətdə
KİV üzərində əvvəlki,
avtoritar nəzarət
üsullarına nostalgiya
əhval-ruhiyyəsinin müəyyən
dərəcədə artması
qeyd olunur.
Aşağıdakı tövsiyələr
edilir:
Ekspert Komissiyası yuxarıda deyilənləri nəzərə
alaraq hesab edir ki:
1. Vətəndaşların nəzərinə
çatdırılmalıdır ki, onların hüquq və azadlıqları pozulduğu
halda, eləcə də, şəxsiyyətin
şərəf və
ləyaqəti təhqir
olunduğu təqdirdə,
vətəndaşlar öz
maraqlarını yalnız
məhkəmə instansiyaları
vasitəsilə müdafiə
etməlidirlər.
2. Məhkəmə
orqanları təhqir,
böhtan faktları ilə əlaqədar maksimum operativlik göstərməli, eləcə
də, üçüncü
hakimiyyətə qarşı
ölkə vətəndaşlarının
etibarını sarsıdan
qərəzli məhkəmə
baxışına yol
verməməlidirlər.
3. Göstərilən istiqamətdə
məhkəmə fəaliyyətinin
aşkarlığını təminetmə məqsədilə
açıq məhkəmə
proseslərinin keçirilməsi
məqsədəuyğundur.
4. Seçki kampaniyasının
keçirilməsinin əxlaqi-etik
prinsiplərinə əməl
edilməsi məsələləri
ilə bağlı daim fəaliyyət göstərən "dəyirmi
masa"nın təşkil edilməsinin
Azərbaycan Respublikası
Milli Elmlər Akademiyasının İnsan
Hüquqları İnstitutuna
tövsiyə olunması
məqsədəuyğundur.
5. Söz və kütləvi informasiya azadlığı
konstitusiya hüququna ciddi riayət edilməsi ilə vətəndaşların şərəf,
ləyaqət və işgüzar nüfuzunun hüquqi müdafiəsinin
səmərəli mexanizmini
nəzərdə tutan
"Diffamasiya haqqında"
qanun qəbulu zəruridir.
VAHİD ÖMƏROV,fəlsəfə
üzrə fəlsəfə
doktoru
Səs.-
2016.- 29 oktyabr.- S.15