Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin
tədbirləri davam edir
Qubada "Azərbaycanın multikultural mühiti və
ona qarşı təhdidlər" mövzusunda toplantı keçirilib
Dünən Quba
şəhərindəki Heydər Əliyev Mərkəzində
Gənclər və İdman Nazirliyinin və Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin birgə təşəbbüsü
ilə gənclər arasında milli-mənəvi dəyərlərin
təbliği, eləcə də, dini
radikalizmə qarşı mübarizəyə həsr olunmuş
toplantı keçirilib.
"Azərbaycanın
multikultural mühiti və
ona qarşı təhdidlər" mövzusunda təşkil olunan
tədbirdə dövlət qurumları, gənclər təşkilatlarının
nümayəndələri, tələbələr və fəal
gənclər iştirak ediblər.
Əvvəlcə
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sifarişi ilə hazırlanan "Fitnə"
filmi nümayiş etdirilib.
Gənclər
və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda hökm
sürən etnik və dini
tolerantlığın dünyaya nümunə
olduğunu bildirib. Qeyd edib ki,
ölkəmizdə istər dini, istərsə
də milli və irqi
ayrı-seçkilik yoxdur. Azərbaycanda yaşayan bütün
xalqların nümayəndələri, o
cümlədən, müxtəlif dinlərin təmsilçiləri
arasında bir-birinə tolerant yanaşma mövcuddur. Amma bu multikultural
mühitin qorunub-saxlanılması üçün daim iş aparmaq
lazımdır. Xüsusilə, gənclər ayıq-sayıq
olmalı, kənar təhdidlərə uymamalıdırlar.
Dini
Qurumlarla İş
üzrə Dövlət Komitəsinin sədr müavini
Səyavuş Heydərov dini maarifləndirmə
prosesinin, o cümlədən,
bu cür tədbirlərin
davamlı olmasının zəruriliyini vurğulayıb. Bildirilib ki, bu gün
tolerantlığın Azərbaycan modeli dünya üçün
nümunə sayılır. Prezident İlham Əliyevin rəhbərliyi
ilə dini dəyərlərin qorunub- saxlanılması və inkişaf
etdirilməsi istiqamətində məqsədyönlü
dövlət siyasəti həyata keçirilir,
islam həmrəyliyinin gücləndirilməsi
və dini dəyərlərin müdafiəsi
üçün beynəlxalq miqyasda işlər görülür. 2016-cı ilin
ölkəmizdə "Multikulturalizm ili" elan edilməsi,
2017-ci ildə Azərbaycanda keçirilməsi nəzərdə
tutulan İslam Həmrəyliyi
Oyunlarının təşkili bu uğurlu siyasətin bariz
nümunəsidir.
Toplantıda
dini icma sədrləri,
gənclər təşkilatlarının üzvləri və
tələbələr çıxış edərək, mövzu ilə bağlı fikirlərini
bölüşüblər.
Daha
sonra qarşılıqlı fikir mübadiləsi aparılıb,
iştirakçıları maraqlandıran suallar
cavablandırılıb.
Rövşən
Səs.- 2016.- 3
sentyabr.- S.12.