Erməni vandalizmi: azərbaycanlılara
qarşı ermənilərin cinayəti
Ermənilər haqqında V.Veliçkonun yaxşı bir sözü var:
"Mənəvi təməllərin qarajısayağı
dilənçiliklə ələ keçirilməsi,
ədəbazlıq və abırsızlıq - erməni
siyasətinin müttəfiqləridir. Bu, tam bir siyasətdir, özü də
hədə-qorxu ilə bağlı"
Rus tarixçi-jurnalistinin erməni
xislətinə belə dərin və dəqiqliklə nüfuz edə
bilməsi təəccüb doğurur. Son yüz il ərzində
erməni qəsbkarlarının Azərbaycana və
azərbaycanlılara qarşı törətdikləri
ağlasığmaz qəddarlıq və vəhşiliklər
(vandalizm) V.Veliçkonun erməni
xisləti haqqındakı fikrini 100% doğruldur. Tarixi yaddaşımıza
müraciət edək.
Yüz il bundan əvvəl baş vermiş erməni-müsəlman
davası zaman Azərbaycan
özünümüdafiə dəstələri erməni
qəsbkarlarını, sadəcə, gülləbaran
etdikləri halda erməni qəsbkarları
əllərinə keçən müsəlmanları böyük işgəncə
ilə öldürərək onların burun-qulağını, cinsiyyət
üzvlərini kəsərək, başlarına mıx-mismar
çalmışdılar... meyitlərin üstlərində olan pulları
isə götürürdülər. Bu məlumat o zamankı
erməni-müsəlman davasını müşahidə etmiş maarif-mədəniyyət xadimi Mir Möhsün Nəvvabın
kitabında öz əksini tapmışdır.
A.Axundov yazır:
"Görkəmli yazıçımız M.S.Ordubadi də
1905-1907-ci illər erməni-müsəlman davasının tarixini əks
etdirən əsər yazmaqla tarixi yaddaşımızı
zənginləşdirmişdir. Bu əsərdə
də erməni şovinist-millətçi
hərəkatının qəsbkarlığı və
qəddarlığı əks olunmuşdur.
Məsələn, kitabda yazdırmışdır:
"Bu müharibələrdə
ermənilərin şan-şöhrətinə ziyan vuran bir iş vardısa, o da müharibə
vaxtında südəmər körpələri, qoca qarıları
öldürmək idi". O "Qanlı illər»
əsərində yazmışdır: "İyun ayının
10-da Eçmiədzində 9 məşhur islam kəndi
dağıdıldı, hökumət isə heç bir tədbir
görmədi".
Bu tarixi məlumatlar erməni vandalizminin tarixindən
xəbər verən dəlilli-sübutlu canlı
məlumatlardır. Çünki bu əsərlərin
müəllifləri həmin "qanlı illərdə"
yaşayıb-yaratmış görkəmli
mədəniyyət xadimləridir. Həmin tarixi məlumatlar
və əsərlər bir də ona görə
qiymətlidir ki, bunlar aydın göstərir ki,
ermənilərin azərbaycanlıları belə vəhşi
soyqırımına məruz qoymalarının məqsədi
onların yaşadıqları torpaqları ələ
keçirmək olmuşdur. Bu, erməni şovinist,
qatı millətçi Daşnaksütyun partiyasının
əsas məqsədi olmuşdur və həmin partiya indi də öz məqsədinə nail olmağa çalışır. Bu məqsədə çatmaq üçün terrorçuluq onun əsas
vasitələrindəndir. Erməni vandalizmi 1918-ci
ildə daha geniş və daha böyük qəddarlıqla
həyata keçirilmişdir. Həmin ilin aprelində
Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və Salyanda erməni
daşnakların törətdikləri qətliamlar daha dəhşətli
şəkildə həyata keçirilmişdir.
Zəngəzurda 125 kənd yandırılıb, əhalisi
gülləbaran edilmişdir. İrəvan ətrafında
120 kənd yandırılmış, əhalisi
gülləbəran edilmişdir. Bu zaman 40
mindən çoxazərbaycanlı uşaq, qadın
və kişi qətlə yetirilmişdir.
Əksər hallarda qətllər ağlagəlməz
vəhşiliklə həyata keçirilmişdir. Körpələr boğulur, tonqala atılırdı. Buna görə
də, Prezident Heydər Əliyevin Fərmanı ildə
31 mart Azərbaycanlıların
Soyqırımı Günü elan edilərək,
hər ilAzərbaycanda və dünya ölkələrində olan Azərbaycan
diasporları tərəfindən həmin ölkələrin ictimaiyyətinin
diqqətinə çatdırılır.
Bu il 31 mart soyqırımı
qurbanlarının xatirəsi Ukrayna, Belarus, Latviya, Litva, Estoniya, Gürcüstan,
Qazaxıstanda yad edilmiş anım
mərasimləri, konfrans və dəyirmi masalar təşkil edilmişdir.
Avropanın bir sıra
ölkələrində, o cümlədən,
Almaniyanın Berlin və Drezden, Rumıniyanın Buxarest şəhərlərində
keçirilən tədbirlərdə Azərbaycan xalqına
qarşı erməni vəhşiliyinin bu gün də davam etdirildiyi vurğulanıb,
Ermənistanın şovinist və terrorçu siyasətini
pisləyən şuralar səsləndirilmişdir.
Erməni vandalizminin digər bariz nümunəsi Qarabağ müharibəsi
illərində aydın göstərilmişdir. 1992-ci il fevralın 25-də eməni
birləşmələri 366-cı rus hərbi
alayı ilə birlikdə Xocalıya hücum etdilər. Hərbi təcavüz nəticəsində 613
nəfər dinc sakin, o cümlədən, 106
qadınöldürüldü. 275 nəfər əsir
alındı, 8 ailə bütövlükdə məhv edildi,
56 nəfər xüsusi qəddarlıq və
amansızlıqla diri-diri yandırıldı,
başlarının dərisi soyuldu, gözləri
çıxarıldı, başları kəsildi, hamilə
qadınların qarnı süngü ilə deşildi.
Xocalı faciəsi erməni xislətinin vəhşiliyni
göstərən ən böyük, ən aydın
və əyani tarixi dəlildir. Bu cür vandalizm aktı İkinci Dünya müharibəsi
zamanı yəhudi xalqını soyqırıma məruz qoyan heç alman faşistləri
tərəfindən də törədilməmişdir.
ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun bir neçə üzvü Xocalı
faciəsinin ildönümü ərəfəsində
fəaliyyətlərini gücləndirmişlər. Texasdan olan Konqres üzvü Eddi Bernis Conson fevralın
18-də həmkarlarına müraciət edərək,
Azərbaycanın Dağlıq Qarabağbölgəsinin
Xocalı şəhərində dinc insanların
işgəncəyə məruz qalmaları və
öldürülmələri faktını hər il anmağa çağırıb... Xocalı
qadınlarının, kişilərinin və
uşaqlarının xatirəsi bizi bu cür hadisələri
pisləməyə yönəltməlidir.
Qaradağ soyqırımının
törədilməsində Monte Melkonyan, "Arabo" və "Aramo" terror qrupları ilə yanaşı, Martirosyan Qeorqiy Aşotoviç, onun oğulları Martirosyan Vladimir Qeorqiyeviç, Martirosyan Kamo Qeorqiyeviç,
habelə, 1980- 1987-ci illərdə Xocavənd (keçmişMartuni) rayon İcraiyyə Komitəsinin sədri
vəzifəsində işləmiş Nəsibyan Qriqoriy Yeqiaşoviç,
1987-ci ildə Xocavənd rayonunda Poçtamtin rəisi
vəzifəsində işləmiş Danielyan Slavik Arsenoviç,
Xocavənd rayon daxili işlər
şöbəsinin pasport masa rəisi
vəzifəsində işləmişPoqosyan Razmik Vaqanoviç,
Xocavənd rayon Qağarza kəndindəki S.M.Miçurin adına kolxozun sədri
vəzifəsində işləmiş Ayrapetyan Şaşa Muxanoviç,
1989-cu ildən Xocavənd rayonunun şahmat məktəbində
məşqçi işləmiş Babayan Vartan Emiloviç birbaşa iştirakçıolublar.
Pensilvaniyadan olan konqresmen Bill Şuster də
diqqəti Xocalı faciəsinə yönəldib demişdir:
Təəssüf ki, bu gün Azərbaycandan
kənarda Xocalının ağrısını görən
və anlayan çox azdır. Bizim borcumuzdur ki, çox az adamın bildiyi həqiqəti
üzə çıxaraq. Biz Xocalıda başverən
faciəni heç vaxt unutmamalıyıq,
azərbaycanlılarla birlikdə bu faciəni
həmişə anmalıyıq.
Konqresin Şimali Karolinadan olan üzvü Virciniya Foks bildirmişdir ki,
Xocalı faciəsi erməni silahlı qüvvələri
tərəfındən Rusiyanın 366-cı motoatıcı
alayının köməyi ilə törədilib. Bu,
Dağlıq Qarabağ münaqişəsində
ən böyük qətliamdır. Onlar Xocalı
əhalisinə qarşı qətlianı
törədərək şəhəri yerlə-yeksan
ediblər. Avropa Şurası Parlament Assambleyasının
30 üzvü 2001-ci ildə
yazılı bəyanatla bu qətliamı
pisləmişdir.
AzərTAc
xəbər verir ki, Şımali Karolina ştatından konqresmen Syu Vilkins Mirik ABŞ
Konqresində 19 il əvvəl
Azərbaycanda törədilmiş Xocalı faciəsinin
tanınması məsələsini qaldırmışdır.
O, demişdir: "Biz Xocalı
faciəsi qurbanlarını xatırlayarkən,
azərbaycanlılarla birgə kədərlənirik".
Azərbaycan
BMT yanında Daimi Nümayəndəliyindən
AzərTAc bildirmişdir ki, Xocalı qətliamı
ilə bağlı BMT-nin Baş Katibinə
məktub ünvanlanmışdır. Məktub BMT-yə üzv dövlətlərin
nümayəndəliklərinə də
göndərilmişdir.
Müşahidələr
göstərir ki, erməni vandalları
tərəfindən vaxtaşırı törədilən
qətliamlar mütəmadi səciyyə daşıyır, heç bir beynəlxalq hüquq normalarına
məhəl qoymur. Bu günlərdə bütün dünya mətbuat
vasitəsilə xəbər tutmuşdur ki, martın
8-də Ağdam rayonununOrta Qərvənd
kənd sakini 9 yaşlı Fariz Bədəlov
həyətdə olarkən, erməni snayperinin açdığı
atəşlə qətlə yetirilib. Güllə
uşağın baş nahiyyəsindən dəyib. Bununla ermənilər
insanlıq simasını itirdiklərini bir daha ortaya qoydular. Çünki Xocalı
faciəsində də qətlə yelirilən 613 nəfər
Azərbaycan əhalisindən 63-ü uşaqlar və körpələr idi.
Ermənilər bir daha uşaq qatili olduqlarını nümayiş etdirərək,
özlərini ifşa etmiş oldular.
Ümumiyyətlə,
erməni silahlıları atəşkəs elan olunduqdan sonra cəbhəyanı
ərazilərdə yaşayan mulki əhaliyə
qarşı həmişə silah işlədib, onlarla adamı yaralayaraq qətlə
yetirmişlər. Ütəlik, yaşayış evlərini,
mal-qaranı atəşə tutublar.
Heydər
Əliyev demişdir: "Tarixi yaddaşsızlıq
və unutqanlıq xalqımıza baha başa gələ
bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır
cinayətləri unutmamaq, böyüyən nəsli
bədxah qüvvələrin məkrli niyyətlərinə
qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə
etməkmühüm vəziyədir".
Digər
tədqiqatçı Zaur Əliyev yazır: "Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən
13 km qərbdə,
Xocavənd-Xankəndi avtomobil yolunun kənarında,
dağətəyi ərazidə, Xonaşen çayının
sahilində yerləşir. Əhalisi, əsasən,
heyvandarlıq, taxılçılıq, baramaçılıq, üzümçülükvə
bostançılıqla məşğul olur. Kəndin
Vərəndəli, Mirzəli, Məmmədsəfili,
Mirzəxanlı, Alılı, Tağlı,
Məşəmmədli, Qaradağlı, Hacısulu
Şəhidhüseynli, Məmmərzəli, Gəmcilli,
Gülpərilər, Əbülhəsənli adlı tirə
və nəsilləri var.
1951-ci ildə Vərəndəli kəndi bir neçə kolxozda (Qaradağlı,
Vərəndəli, Qağarza, Paravatumb)
birləşdirildi. 1956-cı ildə Vərəndəli
torpağının xeyli hissəsi Spitakşen və Müşkabad kəndlərinə
paylandı. Vərəndə Dağlıq Qarabağın 5 tarixi mahalından (Vərəndə, Dizaq,Ceraberd, Xaçın,
Talış) birinin adıdır. Məlumdur ki,
mənşəcə qıpçaq tayfa birliyinə daxil olan tayfalardan biri də
Vərəndə tayfası olmuşdur.
Ermənistanın
Azərbaycana qarşı təcavüzü
nəticəsində təkcə Xocavənd rayonu 145
şəhid verib. Erməni kəndlərinin
əhatəsində olan Qaradağlı kəndi tarixin müxtəlif
dövrlərində ermənilər tərəfindən
basqılara və təzyiqlərə məruz qalıb. Onun igid övladları
silahı əllərindən yerə qoymayaraq,
düşmənə layiqli cavab veriblər. Lakin son zamanlar ruslar ermənilərə böyük dəstək
göstərdiklərindən Qaradağlılar
mübarizəni sona qədər saxlaya bilmədilər.
Qaradağlı soyqırımı Azərbaycan tarixinə
qanlı hərflərlə yazılıb. Bu soyqırımıikinci Xocalı da adlandırırlar.
1992-ci il fevral ayının 14-də Kənxurd, Qağarza,
Ağkənd, Aşan, Müşkabad, Ningi,
Xankəndi və ermənilərin
məskunlaşdığı digər yaşayış
məntəqələri istiqamətindən erməni
silahlı birləşmələri xarici muzdluların
və Xankəndində yerləşən 366-cı alayın
texnikasından, canlı
qüvvəsindən istifadə etməklə, əlaqəsi
hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı
kəndinə qəti və sürətli hücuma keçdilər".
Erməni
silahlı birləşmələri yalnız dörd gün çəkən
ağır döyüşdən sonra kəndə daxil ola bildilər.
Qaradağlı kəndində törədilmiş amansız
qətliamın müəlliflərindən biri də,
məhz "Arabo" batalyonu idi.
Həmin il fevralın 17-də Rusiya ordusunun 366-cı
alayının dəstəyi ilə erməni silahlı
dəstələri Qaradağlı kəndinə hücum ediblər.
Öldürülənlərin cəsədləri təhqir olunub,
körpə uşaqlara, hamilə qadınlara da aman verilməyib. Ermənilər
cəsədləri doğrayaraq, silosquyusuna doldurublar.
Əsirlərə amansız işgəncələr verilib, onlardan bir çoxu öldürülüb.
l992-ci ildə Xocalı faciəsindən bir neçə gün əvvəl
Qaradağlıda törədilən soyqırımında 104
kənd sakini və 15 nəfər xüsusi müdafiə
dəstəsinin üzvləri əsir götürülüb. Sağ qalmış
68 nəfərəsirdən "Zəki
bulağı"" və "Bəylik bağı" adlanan yerdə
hər dəfə bir neçə cavanı
güllələyir, cəsədlərini isə yem üçün qazılmış quyuya (silos quyusuna)
atıb, üzərinə torpaq tökürdülər.
Şahid ifadəsi
ilə təsdiq olunub ki, gənc azərbaycanlılar
avtomobildən yerə atlanıb, əli silahlı
ermənilərin üzərinə gedərək, "Qarabağ bizimdir!",
"Bu torpaqlar heç vaxt sizin olmayacaq!" -
deyə etiraz səslərini ucaldırdılar.
Məhz bu vaxt Telman Tağıyev əlində
gizlətdiyi qumbaranı partlatmağa macal taparaq, özü ilə
yanaşı, bir neçə erməni
silahlısını da həlak etmişdir. Bundan hiddətlənən ermənilər Ningi kəndində
içərisində əsirlər aparılan
maşını saxlayaraq 3 nəfəri, Xankəndi
şəhərində 5 nəfəri və Xankəndi
şəhər təcridxanasının ərazisində 11
nəfəri avtomobildən yerə düşürüb, odlu silahdan atəş açaraq öldürüb, sağ qalmış
digər 49 nəfər Qaradağlı kənd sakinini isə
təcridxanaya təhvil veriblər.
Əsirlikdə saxlanılanlara qarşı
vəhşi, vandalizm hərəkətləri ilə
davranılması, insanların başlarının
kəsilməsi, diri-diri basdırılması,
dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları,
döyülərək öldürülmələri
insanlığa qarşı törədilmiş cinayət
hadisəsi idi. Kənddə 2 ailənin hər
birindən 4 nəfər öldürülüb, 42
ailə öz başçısını itirib,
140-a yaxın uşaq yetim qalıb.
Erməni terrorçusu Monte Melkonyanın
qardaşı Markar Melkonyanın ''Mənim
qardaşımın yolu" adlı kitabında
Qaradağlı faciəsi haqqında yazır: "Arabo" və "Aramo"nun (erməni silahlı
dəstələri) əsgərləri 38 nəfər
əsiri göstərdilər, əsirlər dərənin
içərisində idi, onların arasında qadınlar
və əsgərlər var idi. Azərbaycanlı
əsirlərdən biri-birilə sarılmış
əlindən qumbara çıxararaq, onlara nəzarət
edən erməninin üstünə atdı, qumbara partlayarkən, onun ayaqının bir hissəsini
qopardı. "Aramo" və "Arabo"nun əsgərləri onsuz da əsirlərdənöldürülmüş yoldaşlarının
intiqamını almaq istəyirdilər. Bundan sonra onlar əsirləri
bıçaqlamağa və avtomatla güllələməyə
başladılar. Çapıqlı Edo da onlara qoşuldu.
O, bir neçə yaralı
əsgərin üstünə benzin tökərək, onlara od vurdu."
Müəllif
hadisələrin davamını bu cürə
qələmə alır: "Arabo” və
"Aramo"nun əsgərləri alovlar içində yanan əsgərlərin
iniltilərindən vəcdə gələrək,
kəndə daxil oldular. Öldürülən və
əsir düşən əsgərlərin silahlarını
topladılar və evləri yağmalamağa başladılar. Kəndlilərə
məxsus tonlarla buğda kisələri ilə
yanaşı, evlərdən topladıqları digər
sərvətləri bir neçə maşına
yüklədilər. Daha sonra kəndə od vurub yandırdılar”.
Qaradağlı soyqırımının
törədilməsində Monte Melkonyan, "Arabo" və "Aramo" terror qrupları ilə yanaşı, Martirosyan Qeorqiy Aşotoviç, onun oğulları Martirosyan Vladimir Qeorqiyeviç, Martirosyan Kamo Qeorqiyeviç,
habelə, 1980- 1987-ci illərdə Xocavənd (keçmişMartuni) rayon İcraiyyə Komitəsinin sədri
vəzifəsində işləmiş Nəsibyan Qriqoriy Yeqiaşoviç, 1987-ci ildə
Xocavənd rayonunda Poçtamtın rəisi
vəzifəsində işləmiş Danielyan Slavik Arsenoviç,
Xocavənd rayon daxili işlər
şöbəsinin pasport-masa rəisi
vəzifəsində işləmişPoqosyan Razmik Vaqanoviç,
Xocavənd rayon Qağarza kəndindəki S.M.Miçurin adına kolxozun sədri
vəzifəsində işləmiş Ayrapetyan Şaşa Muxanoviç,
1989-cu ildən Xocavənd rayonunun şahmat məktəbində
məşqçi işləmiş Babayan Vartan Emiloviç birbaşa iştirakçıolublar.
Vahid Ömərov, fəlsəfə üzrə
fəlsəfə doktoru
Səs.- 2016.- 7 sentyabr.- S.4-5