"Azərbaycan xalça sənəti" sərgi-aksiyası keçirilir

 

Sərgi milli irsimizi təbliğ etmək və incilərimizi tanınmış şahmatçılar vasitəsi ilə tanıtmaq məqsədi daşıyır

 

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi - Metodiki Mərkəzin cari ilin planına uyğun olaraq Bakı şəhərində təşkil olunacaq 42-ci Şahmat Olimpiadası çərçivəsində 1-14 sentyabr tarixlərində "Kristal Zal"da "Azərbaycan xalça sənəti" sərgi-aksiyası keçirilir.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin birgə təşkilatçılığı ilə təşkil edilmiş sərgidə Azərbaycan xalça (Qarabağ, Şirvan, Gəncə, Qazax, Quba, Bakı, Naxçıvan) məktəblərinə uyğun stendlər quraşdırılmışdır.

Tədbir iştirakçılarına və şahmatçılara xalçaçılıq, tətbiqi və təsviri sənət nümunələrinin nümayişi ilə yanaşı, xüsusi hazırlanmış stendlərin önündə milli geyimlərdə fotoşəkil çəkdirmək imkanı yaradılıb.

Olimpiadada müxtəlif ölkələrin çoxsaylı jurnalistlərinin və KİV nümayəndələrinin iştirakı tədbir vastəsi ilə təbliğat üçün geniş imkanlar yaradır. Milli irsimizi təbliğ etmək və incilərimizi tanınmış şahmatçılar vastəsi ilə tanıtmaq tədbirin əsas məqsədidir.

 

ZÜMRÜD

Səs.- 2016.- 1 sentyabr.- S. 10