Erməni vandalizmi: azərbaycanlılara qarşı ermənilərin cinayəti

Ermənilər haqqında V.Veliçkonun yaxşı bir sözü var: "Mənəvi təməllərin qarajısayağı dilənçiliklə ələ keçirilməsi, ədəbazlıq və abırsızlıq - erməni siyasətinin müttəfiqləridir. Bu, tam bir siyasətdir, özü də hədə-qorxu ilə bağlı"

    

Rus tarixçi-jurnalistinin erməni xislətinə belə dərin və dəqiqliklə nüfuz edə bilməsi təəccüb doğurur. Son yüz il ərzində erməni qəsbkarlarının Azərbaycana və azərbaycanlılara qarşı törətdikləri ağlasığmaz qəddarlıq və vəhşiliklər (vandalizmV.Veliçkonun erməni xisləti haqqındakı fikrini 100% doğruldur. Tarixi yaddaşımıza müraciət edək.

Yüz il bundan əvvəl baş vermiş erməni-müsəlman davası zaman Azərbaycan özünümüdafiə dəstələri erməni qəsbkarlarını, sadəcə, gülləbaran etdikləri halda erməni qəsbkarları əllərinə keçən müsəlmanları böyük işgəncə ilə öldürərək onların burun-qulağını, cinsiyyət üzvlərini kəsərək, başlarına mıx-mismar çalmışdılar... meyitlərin üstlərində olan pulları isə götürürdülər. Bu məlumat o zamankı erməni-müsəlman davasını müşahidə etmiş maarif-mədəniyyət xadimi Mir Möhsün Nəvvabın kitabında öz əksini tapmışdır.

A.Axundov yazır: "Görkəmli yazıçımız M.S.Ordubadi də 1905-1907-ci illər erməni-müsəlman davasının tarixini əks etdirən əsər yazmaqla tarixi yaddaşımızı zənginləşdirmişdir. Bu əsərdə də erməni şovinist-millətçi hərəkatının qəsbkarlığı və qəddarlığı əks olunmuşdur. Məsələn, kitabda yazdırmışdır: "Bu müharibələrdə ermənilərin şan-şöhrətinə ziyan vuran bir iş vardısa, o da müharibə vaxtında südəmər körpələri, qoca qarıları öldürmək idi". O "Qanlı illər» əsərində yazmışdır: "İyun ayının 10-da Eçmiədzində 9 məşhur islam kəndi dağıdıldı, hökumət isə heç bir tədbir görmədi".

Bu tarixi məlumatlar erməni vandalizminin tarixindən xəbər verən dəlilli-sübutlu canlı məlumatlardır. Çünki bu əsərlərin müəllifləri həmin "qanlı illərdə" yaşayıb-yaratmış görkəmli mədəniyyət xadimləridir. Həmin tarixi məlumatlar və əsərlər bir də ona görə qiymətlidir ki, bunlar aydın göstərir ki, ermənilərin azərbaycanlıları belə vəhşi soyqırımına məruz qoymalarının məqsədi onların yaşadıqları torpaqları ələ keçirmək olmuşdur. Bu, erməni şovinist, qatı millətçi Daşnaksütyun partiyasının əsas məqsədi olmuşdur və həmin partiya indi də öz məqsədinə nail olmağa çalışır. Bu məqsədə çatmaq üçün terrorçuluq onun əsas vasitələrindəndir. Erməni vandalizmi 1918-ci ildə daha geniş və daha böyük qəddarlıqla həyata keçirilmişdir. Həmin ilin aprelində Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və Salyanda erməni daşnakların törətdikləri qətliamlar daha dəhşətli şəkildə həyata keçirilmişdir. Zəngəzurda 125 kənd yandırılıb, əhalisi gülləbaran edilmişdir. İrəvan ətrafında 120 kənd yandırılmış, əhalisi gülləbəran edilmişdir. Bu zaman 40 mindən çoxazərbaycanlı uşaq, qadın və kişi qətlə yetirilmişdir. Əksər hallarda qətllər ağlagəlməz vəhşiliklə həyata keçirilmişdir. Körpələr boğulur, tonqala atılırdı. Buna görə də, Prezident Heydər Əliyevin Fərmanı ildə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilərək, hər ilAzərbaycanda və dünya ölkələrində olan Azərbaycan diasporları tərəfindən həmin ölkələrin ictimaiyyətinin diqqətinə çatdırılır.

Bu il 31 mart soyqırımı qurbanlarının xatirəsi Ukrayna, Belarus, Latviya, Litva, Estoniya, Gürcüstan, Qazaxıstanda yad edilmiş anım mərasimləri, konfrans və dəyirmi masalar təşkil edilmişdir.

 Avropanın bir sıra ölkələrində, o cümlədən, Almaniyanın Berlin və Drezden, Rumıniyanın Buxarest şəhərlərində keçirilən tədbirlərdə Azərbaycan xalqına qarşı erməni vəhşiliyinin bu gün də davam etdirildiyi vurğulanıb, Ermənistanın şovinist və terrorçu siyasətini pisləyən şuralar səsləndirilmişdir.

Erməni vandalizminin digər bariz nümunəsi Qarabağ müharibəsi illərində aydın göstərilmişdir. 1992-ci il fevralın 25-də eməni birləşmələri 366-cı rus hərbi alayı ilə birlikdə Xocalıya hücum etdilər. Hərbi təcavüz nəticəsində 613 nəfər dinc sakin, o cümlədən, 106 qadınöldürüldü. 275 nəfər əsir alındı, 8 ailə bütövlükdə məhv edildi, 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırıldı, başlarının dərisi soyuldu, gözləri çıxarıldı, başları kəsildi, hamilə qadınların qarnı süngü ilə deşildi. Xocalı faciəsi erməni xislətinin vəhşiliyni göstərən ən böyük, ən aydın və əyani tarixi dəlildir. Bu cür vandalizm aktı İkinci Dünya müharibəsi zamanı yəhudi xalqını soyqırıma məruz qoyan heç alman faşistləri tərəfindən də törədilməmişdir.

 ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun bir neçə üzvü Xocalı faciəsinin ildönümü ərəfəsində fəaliyyətlərini gücləndirmişlər. Texasdan olan Konqres üzvü Eddi Bernis Conson fevralın 18-də həmkarlarına müraciət edərək, Azərbaycanın Dağlıq Qarabağbölgəsinin Xocalı şəhərində dinc insanların işgəncəyə məruz qalmaları və öldürülmələri faktını hər il anmağa çağırıb... Xocalı qadınlarının, kişilərinin və uşaqlarının xatirəsi bizi bu cür hadisələri pisləməyə yönəltməlidir.

Qaradağ soyqırımının törədilməsində Monte Melkonyan, "Arabo" və "Aramoterror qrupları ilə yanaşı, Martirosyan Qeorqiy Aşotoviç, onun oğulları Martirosyan Vladimir Qeorqiyeviç, Martirosyan Kamo Qeorqiyeviç, habelə, 1980- 1987-ci illərdə Xocavənd (keçmişMartunirayon İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmiş Nəsibyan Qriqoriy Yeqiaşoviç, 1987-ci ildə Xocavənd rayonunda Poçtamtin rəisi vəzifəsində işləmiş Danielyan Slavik Arsenoviç, Xocavənd rayon daxili işlər şöbəsinin pasport masa rəisi vəzifəsində işləmişPoqosyan Razmik Vaqanoviç, Xocavənd rayon Qağarza kəndindəki S.M.Miçurin adına kolxozun sədri vəzifəsində işləmiş Ayrapetyan Şaşa Muxanoviç, 1989-cu ildən Xocavənd rayonunun şahmat məktəbində məşqçi işləmiş Babayan Vartan Emiloviç birbaşa iştirakçıolublar.

Pensilvaniyadan olan konqresmen Bill Şuster də diqqəti Xocalı faciəsinə yönəldib demişdir: Təəssüf ki, bu gün Azərbaycandan kənarda Xocalının ağrısını görən və anlayan çox azdır. Bizim borcumuzdur ki, çox az adamın bildiyi həqiqəti üzə çıxaraq. Biz Xocalıda başverən faciəni heç vaxt unutmamalıyıq, azərbaycanlılarla birlikdə bu faciəni həmişə anmalıyıq.

Konqresin Şimali Karolinadan olan üzvü Virciniya Foks bildirmişdir ki, Xocalı faciəsi erməni silahlı qüvvələri tərəfındən Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə törədilib. Bu, Dağlıq Qarabağ münaqişəsində ən böyük qətliamdır. Onlar Xocalı əhalisinə qarşı qətlianı törədərək şəhəri yerlə-yeksan ediblər. Avropa Şurası Parlament Assambleyasının 30 üzvü 2001-ci ildə yazılı bəyanatla bu  qətliamı pisləmişdir.

AzərTAc xəbər verir ki, Şımali Karolina ştatından konqresmen Syu Vilkins Mirik ABŞ Konqresində 19 il əvvəl Azərbaycanda törədilmiş Xocalı faciəsinin tanınması məsələsini qaldırmışdır. O, demişdir: "Biz Xocalı faciəsi qurbanlarını xatırlayarkən, azərbaycanlılarla birgə kədərlənirik".

 Azərbaycan BMT yanında Daimi Nümayəndəliyindən AzərTAc bildirmişdir ki, Xocalı qətliamı ilə bağlı BMT-nin Baş Katibinə məktub ünvanlanmışdır. Məktub BMT-yə üzv dövlətlərin nümayəndəliklərinə də göndərilmişdir.

Müşahidələr göstərir ki, erməni vandalları tərəfindən vaxtaşırı törədilən qətliamlar mütəmadi səciyyə daşıyır, heç bir beynəlxalq hüquq normalarına məhəl qoymur. Bu günlərdə bütün dünya mətbuat vasitəsilə xəbər tutmuşdur ki, martın 8-də Ağdam rayonununOrta Qərvənd kənd sakini 9 yaşlı Fariz Bədəlov həyətdə olarkən, erməni snayperinin açdığı atəşlə qətlə yetirilib. Güllə uşağın baş nahiyyəsindən dəyib. Bununla ermənilər insanlıq simasını itirdiklərini bir daha ortaya qoydular. Çünki Xocalı faciəsində də qətlə yelirilən 613 nəfər Azərbaycan əhalisindən 63-ü uşaqlar və  körpələr idi. Ermənilər bir daha uşaq qatili olduqlarını nümayiş etdirərək, özlərini ifşa etmiş oldular.

Ümumiyyətlə, erməni silahlıları atəşkəs elan olunduqdan sonra cəbhəyanı ərazilərdə yaşayan mulki əhaliyə qarşı həmişə silah işlədib, onlarla adamı yaralayaraq qətlə yetirmişlər. Ütəlik, yaşayış evlərini, mal-qaranı atəşə tutublar.

Heydər Əliyev demişdir: "Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etməkmühüm vəziyədir".

Digər tədqiqatçı Zaur Əliyev yazır: "Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 km qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə, Xonaşen çayının sahilində yerləşir. Əhalisi, əsasən, heyvandarlıq, taxılçılıq, baramaçılıq, üzümçülükvə bostançılıqla məşğul olur. Kəndin Vərəndəli, Mirzəli, Məmmədsəfili, Mirzəxanlı, Alılı, Tağlı, Məşəmmədli, Qaradağlı, Hacısulu Şəhidhüseynli, Məmmərzəli, Gəmcilli, Gülpərilər, Əbülhəsənli adlı tirə və nəsilləri var.

1951-ci ildə Vərəndəli kəndi bir neçə kolxozda (Qaradağlı, Vərəndəli, Qağarza, Paravatumb) birləşdirildi. 1956-cı ildə Vərəndəli torpağının xeyli hissəsi Spitakşen və Müşkabad kəndlərinə paylandı. Vərəndə Dağlıq Qarabağın 5 tarixi mahalından (Vərəndə, Dizaq,CeraberdXaçın, Talış) birinin adıdır. Məlumdur ki, mənşəcə qıpçaq tayfa birliyinə daxil olan tayfalardan biri də Vərəndə tayfası olmuşdur.

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində təkcə Xocavənd rayonu 145 şəhid verib. Erməni kəndlərinin əhatəsində olan Qaradağlı kəndi tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən basqılara və təzyiqlərə məruz qalıb. Onun igid övladları silahı əllərindən yerə qoymayaraq, düşmənə layiqli cavab veriblər. Lakin son zamanlar ruslar ermənilərə böyük dəstək göstərdiklərindən Qaradağlılar mübarizəni sona qədər saxlaya bilmədilər. Qaradağlı soyqırımı Azərbaycan tarixinə qanlı hərflərlə yazılıb. Bu soyqırımıikinci Xocalı da adlandırırlar.

1992-ci il fevral ayının 14-də Kənxurd, Qağarza, Ağkənd, Aşan, Müşkabad, Ningi, Xankəndi və ermənilərin məskunlaşdığı digər yaşayış məntəqələri istiqamətindən erməni silahlı birləşmələri xarici muzdluların və Xankəndində yerləşən 366-cı alayın texnikasından, canlı qüvvəsindən istifadə etməklə, əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə qəti və sürətli hücuma keçdilər".

Erməni silahlı birləşmələri yalnız dörd gün çəkən ağır döyüşdən sonra kəndə daxil ola bildilər. Qaradağlı kəndində törədilmiş amansız qətliamın müəlliflərindən biri də, məhz "Arabobatalyonu idi.

Həmin il fevralın 17-də Rusiya ordusunun 366-cı alayının dəstəyi ilə erməni silahlı dəstələri Qaradağlı kəndinə hücum ediblər. Öldürülənlərin cəsədləri təhqir olunub, körpə uşaqlara, hamilə qadınlara da aman verilməyib. Ermənilər cəsədləri doğrayaraq, silosquyusuna doldurublar. Əsirlərə amansız işgəncələr verilib, onlardan bir çoxu öldürülüb. l992-ci ildə Xocalı faciəsindən bir neçə gün əvvəl Qaradağlıda törədilən soyqırımında 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri əsir götürülüb. Sağ qalmış 68 nəfərəsirdən "Zəki bulağı"" və "Bəylik bağı" adlanan yerdə hər dəfə bir neçə cavanı güllələyir, cəsədlərini isə yem üçün qazılmış quyuya (silos quyusuna) atıb, üzərinə torpaq tökürdülər.

Şahid ifadəsi ilə təsdiq olunub ki, gənc azərbaycanlılar avtomobildən yerə atlanıb, əli silahlı ermənilərin üzərinə gedərək, "Qarabağ bizimdir!", "Bu torpaqlar heç vaxt sizin olmayacaq!" - deyə etiraz səslərini ucaldırdılar. Məhz bu vaxt Telman Tağıyev əlində gizlətdiyi qumbaranı partlatmağa macal taparaq, özü ilə yanaşı, bir neçə erməni silahlısını da həlak etmişdir. Bundan hiddətlənən ermənilər Ningi kəndində içərisində əsirlər aparılan maşını saxlayaraq 3 nəfəri, Xankəndi şəhərində 5 nəfəri və Xankəndi şəhər təcridxanasının ərazisində 11 nəfəri avtomobildən yerə düşürüb, odlu silahdan atəş açaraq öldürüb, sağ qalmış digər 49 nəfər Qaradağlı kənd sakinini isə təcridxanaya təhvil veriblər.

 Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Kənddə 2 ailənin hər birindən 4 nəfər öldürülüb, 42 ailə öz başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb.

Erməni terrorçusu Monte Melkonyanın qardaşı Markar Melkonyanın ''Mənim qardaşımın yolu" adlı kitabında Qaradağlı faciəsi haqqında yazır: "Arabo" və "Aramo"nun (erməni silahlı dəstələri) əsgərləri 38 nəfər əsiri göstərdilər, əsirlər dərənin içərisində idi, onların arasında qadınlar və əsgərlər var idi. Azərbaycanlı əsirlərdən biri-birilə sarılmış əlindən qumbara çıxararaq, onlara nəzarət edən erməninin üstünə atdı, qumbara partlayarkən, onun ayaqının bir hissəsini qopardı. "Aramo" və "Arabo"nun əsgərləri onsuz da əsirlərdənöldürülmüş yoldaşlarının intiqamını almaq istəyirdilər. Bundan sonra onlar əsirləri bıçaqlamağa və avtomatla güllələməyə başladılar. Çapıqlı Edo da onlara qoşuldu. O, bir neçə yaralı əsgərin üstünə benzin tökərək, onlara od vurdu."

Müəllif hadisələrin davamını bu cürə qələmə alır: "Arabo” və "Aramo"nun əsgərləri alovlar içində yanan əsgərlərin iniltilərindən vəcdə gələrək, kəndə daxil oldular. Öldürülən və əsir düşən əsgərlərin silahlarını topladılar və evləri yağmalamağa başladılar. Kəndlilərə məxsus tonlarla buğda kisələri ilə yanaşı, evlərdən topladıqları digər sərvətləri bir neçə maşına yüklədilər. Daha sonra kəndə od vurub yandırdılar”.

Qaradağlı soyqırımının törədilməsində Monte Melkonyan, "Arabo" və "Aramoterror qrupları ilə yanaşı, Martirosyan Qeorqiy Aşotoviç, onun oğulları Martirosyan Vladimir Qeorqiyeviç, Martirosyan Kamo Qeorqiyeviç, habelə, 1980- 1987-ci illərdə Xocavənd (keçmişMartunirayon İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmiş Nəsibyan Qriqoriy Yeqiaşoviç, 1987-ci ildə Xocavənd rayonunda Poçtamtın rəisi vəzifəsində işləmiş Danielyan Slavik Arsenoviç, Xocavənd rayon daxili işlər şöbəsinin pasport-masa rəisi vəzifəsində işləmişPoqosyan Razmik Vaqanoviç, Xocavənd rayon Qağarza kəndindəki S.M.Miçurin adına kolxozun sədri vəzifəsində işləmiş Ayrapetyan Şaşa Muxanoviç, 1989-cu ildən Xocavənd rayonunun şahmat məktəbində məşqçi işləmiş Babayan Vartan Emiloviç birbaşa iştirakçıolublar.

    

Vahid Ömərov, fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2016.- 7 sentyabr.- S.4-5