Azadlığın insan hüquqlarının müdafiəsi vasitəsilə reallaşması

Demokratik cəmiyyətdə azadlıq insan hüquqları vasitəsilə reallaşır. İnsan hüquqları demokratiyanın mühüm elementləri kimi tam, bütöv sistem yaradır və vəhdət təşkil edir.

A.Tokvil "Amerikada demokratiya" əsərində göstərir ki, "demokratiya siyasi hüquqlar anlayışını hər bir vətəndaşın şüuruna çatdırır və bu da onun əsas üstünlüklərindən biridir. Əlbəttə, hamıya siyasi hüquqlardan istifadə etməyi öyrətmək heçasan deyil, lakin bu məqsədə nail olmaq çox yaxşı və müsbət nəticələr verir".

Əlbəttə, A.Tokvilin qeyd etdiyi kimi, hamıya siyasi hüquqlardan istifadə etməyi öyrətmək asan deyil, lakin demokratik cəmiyyətdə bu məqsədə nail olmaq olduqca vacibdir. Onun diqqət yetirdiyi bir vacib məsələ də ondan ibarət olmuşdur ki, "əgər xalq bundan əvvəl siyasi hüquqlara malik olmamışdırsa, onun bu hüquqlara yiyələndiyi vaxtda böhran baş verir ki, bu böhran da həm zəruri və həm də təhlükəli olur. Siyasi hüquqları ilk dəfə əldə edən sadə adamlar bu hüquqlara münasibətdə həyatın dəyərini bilməyən uşağın onu əhatə edən aləmə bəslədiyi münasibətə oxşar vəziyyətə düşürlər". Burada A.Tokvil məşhur bir kəlamı da gətirir: Nomo Ruer robustuc (lat., güclü, lakin təcrübəsiz insan). O göstərir ki, bütün bunlar Amerikada da müşahidə olunur: O ştatlarda ki, vətəndaşlar hüquqlardan çoxdan istifadə edirlər, onlar bunu daha yaxşı edirlər. Bu istiqamətdə mülahizələrini A.Tokvil belə bir fikirlə yekunlaşdırır ki, "...azad yaşamağa öyrənməkdən başqa çətin heçyoxdur".

H.Babaoğlu yazır: "Demokratik cəmiyyətdə insana qayğı yüksək və ali məqsəd sayılır. Bu baxımdan da, müvafiq olaraq insan hüquqları və azadlıqlarının konstitusiyadaqanunlarda təsbit və təsdiq edilməsi dövlət idarəçiliyinin əsas məqsədi kimi çıxış edir. A.Xoroşiltsov ümumi şəkildə dövlət idarəçiliyində müəyyən məhdudlaşdırılma məqamlarını ön plana çəkir. (məs., bir sıra ölkələrdə dəniz gəmilərinin kapitanı, təyyarə ekipajının komandiri, tele-radioda, teleqrafda, efirdə işləmək və s.). Əksər ölkələrdə xaricilərə mülkiyyət kimi torpaq əldə etmək hüququ verilmir. Dövlətdən sosial müavinətlər və imtiyazları əksər dövlətlərdə, məsələn, 90-cı illərdən, yalnız vətəndaşlar ala bilər. Qanunvericiliyin pozulmasına görə xaricilər ölkədən deportasiya oluna bilərlər. Digər tərəfdən, xaricilər vətəndaşların üzərinə qoyulan bir çox vəzifələri yerinə yetirmirlər. Məsələn, onlar ölkənin ordusunda xidmət etmirlər.

Vətəndaşlığı olmayan şəxslərin vəziyyəti əksər hallarda xaricilərin vəziyyəti ilə analogiya təşkil edir. Lakin xaricilərdən fərqli olaraq, onlar hər hansı bir dövlətin diplomatik müdafiəsindən istifadə etmirlər ki, bu da situasiyanı mürəkkəbləndirir.

Bir neçə vətəndaşlığı (o cümlədən, ikili vətəndaşlığı) olan şəxslər vətəndaşı olduqları bütün dövlətlərin qanunvericiliyinə müvafiq olaraq, hüquq və vəzifələrə malikdirlər". Təhlillər göstərir ki, bir sıra ölkələrdə belə şəxslər seçkilərdə dövlət orqanlarına öz namizədliklərini irəli sürürlər. Məsələn, ABŞ və Litva vətəndaşlığı olan V.Adampus 1997-ci ildə Litvanın prezidenti seçilmişdirbundan sonra ABŞ vətəndaşlığından imtina etmişdir. Lakin bəzi ölkələrdə, məs., İtaliyada ikili vətəndaşlığa icazə verilmir, bir qrup ölkələrdə isə bu status dövlətlər arasında bağlanmış beynəlxalq müqavilə əsasında əldə edilə bilər.

Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə görə ikili vətəndaşlığı olan şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər. Konstitusiyanın 100-cü maddəsində isə Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər sırasında ikili vətəndaşlığın olmaması da göstərilir.

Müasir cəmiyyətdə qəbul olunmuş ümumi rəy ondan ibarətdir ki, hər bir şəxs hansı statusa malik olsa da, yaşadığı ölkənin qanunlarını bilməli və onlara riayət etməlidir, çünki qanunları bilməmək onların pozulmasına görə məsuliyyətdən heç kəsi azad etmir.

İnsan hüquqlarının praktiki reallaşdırılması ümumi vəzifədir və onun həlli ayrı-ayrı ölkələrin, həmçinin, bütün bəşəri sivilizasiyanın inkişaf səviyyəsini və humanistliyini səciyyələndirir. Məhz insan hüquqlarının qorunması daxili və beynəlxalq siyasətin əsas meyarı kimi çıxış edir. İnsan hüquqlarına hörmət vasitəsilə ayrı-ayrı dövlətlərdə, bütün dünyada şəxsiyyətin ali dəyəri təsdiq olunur. Bir sıra dövlətlərdə şəxsiyyətin hüquqlarının yerinə yetirilməsi həmin dövlətlərin sağlam iqtisadisosial inkişafı, təcavüzkar daxilixarici siyasətin qarşısını almaq üçün olduqca vacib şərtlərdən biridir.

H.Babaoğlunun fikrincə, bütün dünya miqyasında insan hüquqlarının həyata keçirilməsi beynəlxalq əlaqələrin əsl humanist, mənəvi əsaslarla qurulmasına, sülhün qorunması və möhkəmləndirilməsinə vacib təminatdır. Hər bir dövlət daxilində insan hüquqlarına hörmət və onun xarici siyasəti arasında, bilavasitə, əlaqə vardır. Müharibə törətmək, beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaq, eyni zamanda, öz xalqının hüquqlarına hörmətsizlikdən başqa heçdeyil. Faşist Almaniyasını, həmçinin, bu gün bizim ölkənin ərazisinin 20 faizini zəbt etmiş, 20 ildən artıq torpağımızda işğalçılıq müharibəsi aparan faşist Ermənistan dövlətini buna misal olaraq göstərmək olar.

Konstitusiyasının (22 dekabr 1947-ci ildə qəbul olunmuşdur) 30-cu maddəsində göstərilir ki, "uşaqlarına baxmaq, onları öyrətmək və tərbiyə etmək ana və atanın hüququborcudur", Fransa Respublikasının Konstitusiyasına (4 oktyabr 1958-ci ildə qəbul olunmuşdur) görə, "hər kəs işləməyə borcludur". Türkiyə Cümhuriyyəti Anayasasının 42-ci maddəsində isə ilkin təhsil almağın bütün vətəndaşlar üçün məcburi olduğu göstərilir.

Müasir dövrdə keçirilən islahatların əsas vəzifəsi insanı cəmiyyətin bütün həyat və fəaliyyətinin mərkəzinə qoymaq, onu ali sosial dəyər hesab etməkdən ibarətdir. İndi bütün siyasəti və onun reallaşdırılması təcrübəsini insana yönəltmək əsas məqsəd kimi çıxış edir.

Şəxsiyyətin siyasi hüquqları və azadlıqları vəhdət təşkil etməklə, cəmiyyətin siyasi azadlığının səviyyəsini səciyyələndirir. Onların reallığı dərəcəsi və məzmunu cəmiyyətin iqtisadi rifah halından, siyasi rejimdən, siyasi mədəniyyətindən, mənəvi həyatından, digər amillər və şəraitdən asılıdır.

Müəllif qeyd edir ki, hər bir azadlığın, həmçinin, siyasi azadlığın obyektiv surətdə mövcud olan sərhədləri vardır. Siyasi sferada şəxsiyyətin hüquqi azadlığı sosial (faktiki) və siyasi azadlıqdan geniş ola bilməz. Eyni zamanda, dövlət siyasi sferada hüquqi azadlığı məhdudlaşdıra bilər. Digər tərəfdən isə, vətəndaşlar qarşısında dövlət onların siyasi tələbatlar və mənafelərinin ödənilməsi, siyasi fəallığın inkişaf etdirilməsi üçün böyük məsuliyyət daşıyır. Dövlət siyasətinin bu prinsiplərindən geri çəkilmək hüququn və dövlətin demokratik xarakterinin deformasiyaya uğramasına gətirib çıxarır.

Şəxsiyyətin siyasi hüquqları və azadlıqlarının bütün növləri vahid bir kompleks təşkil edir. Onlar bir-biri ilə sıx əlaqəli surətdə həyata keçirilir. Siyasi hüquq və azadlıqlar şəxsiyyətin siyasi vəzifələri ilə birlikdə vətəndaşın ümumi konstitusiya statusunun yarım sistemi olan siyasi-hüquqi statusunu təşkil edir. Onu da qeyd etmək lazımdır ki, şəxsiyyətin siyasi azadlığı, ilk növbədə, bütövlükdə, cəmiyyətin azadlığı, həmçinin, şəxsiyyətin təmsil etdiyi sosial birliyin (qrupun, kollektivin, təşkilatın) siyasi azadlığı ilə müəyyən edilir.

Şəxsin cəmiyyətdə, dövlətdə hüquqi vəziyyəti, ilk növbədə, onun statusundan asılıdır: vətəndaş və ya xarici (başqa dövlətin vətəndaşı, vətəndaşlığı olmayan şəxs, ikili, yaxud çox vətəndaşlığı olan şəxs). Xüsusi statusa malik qaçqınlar (başqa dövlətdən gələn şəxslər), məcburi köçkünlər (vətəndaşlar) və b. malik ola bilərlər. Onların hüquqi vəziyyəti, əsasən, ölkənin daxili qanunvericiliyi ilə, bəzi hallarda isə, beynəlxalq hüquqla tənzimlənir.

Şəxsiyyətin siyasihüquqi statusunun müəyyən olunmasında vətəndaşlıq anlayışı böyük əhəmiyyət kəsb edir. Elmi ədəbiyyatda vətəndaşlıq şəxs və vətəndaş arasında hər iki tərəfdən müəyyən hüquq və vəzifələr törədən qarşılıqlı əlaqələr kimi izah olunur. Bu baxımdan da, həmin dövlətin vətəndaşları həm geniş hüquqlardan istifadə edir, həm də onların üzərinə daha çox vəzifələr düşür (hərbi xidmət daxil olmaqla). Xaricilər, adətən, bir çox siyasi hüquqlara malik olmurlar.

H.Babaoğlu yazır: "Cəmiyyətdə qadının vəziyyətinin demokratikləşdirilməsi hər şeydən qabaq həyat yolunun hər bir mərhələsində öz sosial rolunu seçmək azadlığında, onun üçün təsadüfi, çox vaxt əlverişsiz maddi şəraitlə, əhalinin kişilərdən ibarət hissəsinin eqoizmi (mənəmliyi) ilə şərtlənən seçim şəraiti yaratmaqda deyil, alternativ seçim şəraiti yaratmaqda özünü göstərməlidir.

Elmi mövqelərdən qadın əməyinin özünəməxsusluğu və sosial cəhətdən zəruri olduğu haqqında, işçi qadının fərqləndirici cəhətinin yalnız onun ailə şəraitindən, məişət dairəsində asılı olduğu haqqında fikri deyil, həm də yüksək intizam, borc və məsuliyyət hissi nümayiş etdirdiyi haqqındakı fikri əsaslandırmaq məqsədəuyğundur. Xeyirxahlıq, əməksevərlik, diqqətlilik, rəhmdillik, doğruculluq, sadiqlik kimi gündəlik ictimai həyatda get-gedə daha zəruri olan belə şəxsi qadın keyfiyyətlərinin sosial potensialını açmaq vacibdir. Cəmiyyətin həyatının bütün yönlərinin keyfiyyətlərini ahəngdarlaşdıran, insan varlığının bütövlüyünü təmin edən elə bu göstərilənlərdir. Bu xüsusiyyətlər haqqında söhbət yalnız qadın "üçün" və qadın "uğrunda" zəruri deyil, o söhbət birinci növbədə qadınlarla birlikdə işləyib, yaxud rəhbər vəzifə tutub hələ də "qadın məsələsi"nə totalitarpatriarxal baxışlardan yaxa qurtara bilməyən bütün kişilər üçün zəruridir".

Sonunda, qadının mənəvi həyatı və psixologiyası ilə bağlı daha bir problemə toxunaq. Vicdan azadlığı haqqında qəbul olunmuş qanunlara görə, qadınlar diniateist dünyagörüşünü seçməkdə kişilərlə bərabər hüquqa malikdirlər, öz uşaqlarını öz əqidələri ruhunda tərbiyə edə bilərlər. Sosioloji araşdırmalar göstərir ki, qadınların bir hissəsi özlərinin dindar olduqlarını, buya başqa dinə inandıqlarını açıq bildirirlər. Bəzi müəlliflər belə hesab edirlər ki, bu, qadın təbiətinin psixologiyasının, onun emosiyalarının, həssaslığının, zəifliyinin, mərhəmətə, şəfqətə meyilinin nəticəsidir. Biz elə düşünürük ki, bu problemin daha dərin sosial kökləri var.

Cəmiyyətin iqtisadi, mənəvi və əxlaqi böhran keçirdiyi, sabahkı günə inamın olmadığı, ideallardan ümidin üzüldüyü, indiki şəraitdə ictimai və ailə əməyinin ikiqat yükünü çiyinlərində daşıyan, maddi həyat səviyyəsi kəskin şəkildə aşağı enən qadının vəziyyəti hamıdan ağırdır. Odur ki, Azərbaycan qadınının sosial müdafiəsini yuxarı səviyyəyə qaldırmaq, onu ev "köləliyi"nin təcridindən, həyatının hələ də məruz qaldığı zorakılıq və cinayətkarlıq, sərxoşluq və kobudluq, gündəlik alçaldılma dəhşətindən xilas etmək üçün indi biz kəskinliklə əlimizdən gələn hər bir şeyi etməliyik.

    

Vahid ÖMƏROV

Səs.- 2016.- 10 sentyabr.- S.15.