Azərbaycanda insan
hüquq və azadlıqlarının
müdafiəsində İlham Əliyevin rolu
Bu gün Azərbaycan hüquqi dövlət ideyasının reallaşdığı, şəxsiyyət, vətəndaş və cəmiyyət münasibətlərinin demokratik prinsiplərə əsaslandığı, müxtəlif millətlərin dilinin, dininin, mədəniyyətlərinin qovuşması nəticəsində yaranmış intellektual mühitin formalaşdığı bir məkandır. Hüquqi dövlətin formalaşması şəraitində cəmiyyət üzvlərinin öz hüquq və azadlıqlarının, borc və vəzifələrinin düzgün dərk edilməsi, sosial və siyasi fəallığın artmasını tarixi zərurətə çevirir.
Hüquqi dövlət quruculuğu sahəsində Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti bu sahədə yeni mərhələdir. Tarixi varisliyə əsaslanan bu dövlət quruculuğu aşağıdakıları nəzərdə tutur: 1) sabitlik və inkişaf; 2) Qarabağın işğaldan azad edilməsi; 3) işsizliyin ləğvi; 4) insanlara layiqli həyat; 5) neft gəlirlərinin ümummilli tərəqqi işinə yönəldilməsi; 6) etibarlı sosial müdafiə; 7) güclü dövlət.
İlham Əliyevi "yeni dövrün siyasətçisi" kimi səciyyələndirən R.Mehdiyev hüquqi dövlət və vətəndaş cəmiyyətinin indiki inkişaf mərhələsində Azərbaycanın siyasi məkanında transformasiyaların baş verdiyini göstərir. Azərbaycanda dövlətin və cəmiyyətin mərhələli, ardıcıl tədrici demokratikləşməsi baş vermiş, qanunun aliliyinin qorunması güclənmiş, hakimiyyətin müstəsna demokratikləşməsinə kütləvi şüurun demokratikləşməsi cəhdi edilmişdir.
R.Mehdiyev çox düzgün olaraq göstərir ki, İlham Əliyevin dəyərlər sistemində dövlət birinci yerdədir və bu, şəxsiyyət dəyərlərini istisna etmir: "Bizim şəraitimizdə bu götür-qoy edilmiş yoldur. Zəif cəmiyyətə malik güclü və demokratik dövlət ola bilməz. Dövlət maşınını ətalətdən, dövlət aparatını durğunluqdan, şəxsiyyəti isə hakimiyyətin qanunsuz hərəkətlərindən ancaq cəmiyyətin mükəmməl həyatı qoruya bilər.
Güclü dövlət və modernləşmiş dövləti İlham Əliyevin dəyərlər sisteminin iki tərkib hissəsi hesab edən müəllif bunlara Prezident Heydər Əliyevin xəttinə - güclü dövlət, sabit ictimai inkişaf və yeni təfəkkür tərzinin formalaşmasına sadiqlik kimi daha bir mühüm ideyanı da əlavə edir.
Prezident İlham Əliyevin ən ali və mühüm demokratik keyfiyyətlərindən biri də, məhz onun idarəçilikdə daim sosial ədalət, düzgünlük və humanist prinsiplərə istinad etməsidir. Yüksək daxili demokratizmi, hər kəsə örnək olacaq vətəndaşlıq məsuliyyəti ilə yeni mərhələdə insani dəyər və azadlıqlara sadiqlik nümayiş etdirən Prezident İlham Əliyev Azərbaycanın perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək, Avroatlantik məkana inteqrasiya, sivil Qərb dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsi naminə ardıcıl fəaliyyət göstərir.
Ölkəmizdə həyata keçirilən səmərəli iqtisadi islahatlar kursunu uğurla davam etdirərək, dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən İlham Əliyevin həyata keçirdiyi siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikamızın demokratik imicini daha da yüksəldib. Dövlət başçısı Azərbaycanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırmışdır. Azərbaycan Prezidentinin bu barədə irəli sürdüyü fikirlər təkcə Azərbaycanın yox, ümumilikdə, demokratiya yoluna yenicə qədəm qoymuş bütün müstəqil ölkələrin gələcək inkişafının təməl prinsipi kimi tətbiq edilə bilər.
Müasir Azərbaycan inkişafının elə mərhələsindədir ki, qazanılmış makroiqtisadi nailiyyətlər demokratiya sahəsində də inamla irəliləməyə imkan yaradır. "Hakimiyyət xalqdan ötrü mövcuddur, xalq ona görə mövcud deyil ki, hakimiyyətə qulluq etsin" postulatına əsaslanaraq, Ümummilli Lider Heydər Əliyevin ideallarına sadiqlik nümayiş etdirən Prezident İlham Əliyevin yürütdüyü siyasətin uğurları demokratik idarəetmənin bu fundamental şərtini Azərbaycanda da xoş həyat gerçəkliyinə çevirmiş, dövlət öz vətəndaşının hüquq və mənafelərinin keşiyində möhkəm dayanmışdır. Dövlət başçısının hüquqi-siyasi və sosial-iqtisadi sahədə həyata keçirdiyi tədbirlər respublikamızda qanunçuluğun, hüquq qaydalarının daha möhkəmlənməsinə, habelə, Azərbaycanın beynəlxalq arenadakı demokratik imicinin yüksəlməsinə xidmət edir.
R.Mehdiyev Azərbaycanın "dinamik inkişaf modelinin" beynəlxalq nüfuz qazanmasında, ölkənin qlobal dünya kontekstinə fəal aktor kimi daxil olmasında İlham Əliyevin "həssas dövlətçilik fəhminin, müasir siyasi rəhbər təcrübəsinin" mühüm rol oynadığını göstərir. Hüquqi dövlət quruculuğunun yeni mərhələsi və inkişaf dinamikasından bəhs edən müəllif yazır: "Azərbaycan dövlətçiliyi tarixində milli-mənəvi və mədəni ənənələrin varisliyi mövcud olmuşdur. Bundan fərqli olaraq, siyasi dövlətçilik və iqtisadi uğurların sabit davamlılığı yalnız son illərin hadisəsi və tarixi nailiyyətimizdir".
Azərbaycanda hüquqi-demokratik dövlətin əbədiyaşarlığı üçün liderlik ənənəsinin siyasi uzunömürlülüyünün fasiləsizliyi təmin olunmuş, qlobal rəqabətə davamlı iqtisadiyyat yaradılmış, siyasi güc, milli birlik möhkəmlənmiş, xalqın rifahı yaxşılaşdırılmış və ənənəvi iqtisadi amillər siyasi mahiyyət kəsb etmişdir.
İlham Əliyevin iqtisadi-sosial siyasəti hüquqi dövlət quruculuğu vəhdət təşkil edir. Milli iqtisadiyyatının liberallaşması, özəl sektorun inkişafı sürətlənmiş, investisiya qoyuluşunun həcmi artmış, orta təbəqə formalaşmış, yoxsulluq minimuma endirilmiş, həyat səviyyəsi yüksəldilmiş və qlobal enerji strategiyası sahəsində uğurlar qazanılmışdır.
Azərbaycan son illər
sosial-dövlətçilik istiqamətində addımlar
atmış, sosial yönümlü
islahatlar aparılmış, sosial mərkəzin və regionun
inkişafı önə çəkilmişdir. Bütün sahələrdə, o cümlədən, dövlət quruculuğu sahəsində də yeni mərhələ
başlamışdır. İndiki qloballaşma dövründə xalqın və
rəhbərin, liderin nailiyyətləri
üst-üstə düşür. Beynəlxalq,
siyasi-iqtisadi, hərbi-mədəni və
mənəvi sahələrdə rəqabətə
davamlılıq yaranır: "Bu gün lider nə inzibati, nə də sırf siyasi
kateqoriyadır. Qloballaşma
dövründə bu, ilk
növbədə, həmişəkindən daha
çox mənəvi, milli
və ideal simvoldur. Liderin malik olduğu ən böyük kapital xalqın etimadıdır, milli konsolidasiyadır".
Müasir, dünyəvi və hüquqi dövlətin əsas inkişaf xətti demokratiyadır. Azərbaycan dövləti
milli mentaliletə, milli özünəməxsusluğa
və özünüdərkə
əsaslanan milli-demokratik
model əsasında inkişaf
edir.
Müasir hüquqi dövlətdə
demokratik təsisatlar,
çoxpartiyalılıq cəmiyyətimizin
bütün sosial təbəqələrində tədricən
özünəməxsus yer
tutacaqdır. Bundan sonra da təkamül yolu ilə demokratik dövlətin səmərəsi
daim artacaq, sosial və siyasi funksiyalar vətəndaşlara və
onların birgə təşkilatlarına daha
çox həvalə
olunacaq, onlar özünüidarəyə fəal
surətdə cəlb
ediləcəkdir. Bu, praqmatik düşüncə
tərzinin təzahürü,
ölkəmizin konsolidasiyaya
doğru atacağı
mühüm addımların
bariz nümunəsi olacaqdır.
Siyasi yaradıcılıq
novatorluq fəhmi ilə fərqlənən
İlham Əliyevin amalı "Azərbaycanı
inkişaf etmiş, rəqabətədavamlı, vətəndaş
cəmiyyətinin bərqərar
olduğu, demokratik təsisatların azad fəaliyyət göstərdiyi
müasir məkana çevirməkdir".
İlham
Əliyevin milli- demokratik və dünyəvi hüquqi dövlət quruculuğu Ulu Öndərin müəyyənləşdirdiyi üç əsas prinsipə söykənir:
azərbaycançılıq, millilik, demokratizm: "Prezident İlham Əliyev idarəçiliyin
elə demokratik və optimal yolunu seçmişdir ki, hər bir zəkalı
ölkə vətəndaşının
dövlətçiliyin inkişafında
yeri vardır. Və dövlət quruculuğunda
bu yer hər
kəsin, məhz vətənpərvərliyinə, biliyinə, sağlam düşüncəsinə, qabiliyyətinə
görə müəyyənləşir".
İlham
Əliyevin dövlət
başçısı kimi,
prezident kimi siyasi fəaliyyətini şərtləndirən aşağıdakı
cəhətlər göstərilir:
"İşə ciddi
münasibət, proseslərin,
ətraf və iç hadisələrin tənasüblərini ciddi,
aydın şəkildə
görmək; ciddilikdən
irəli gələn analitizm. Bu baxımdan,
dövlətçilik, siyasi
proseslərin gedişi,
cəmiyyəti nizamlamaq
yönümündə zəngin
təfəkkürə, intellektual
təsəvvürə malikdir".
Onun dövlətçilik və
siyasi fəaliyyətində
liberalizm, islahatçılıq
hökm sürür.
F.Ağamalı İlham Əliyev
fenomenini səciyyələndirərkən,
onun şəxsi və siyasi idarəçilik keyfiyyətlərinin
vəhdətini qeyd edir: 1. Siyasi prinsiplərə sadiqlik.
2. Heydər Əliyev siyasi kursuna bağlılıq və sədaqət. 3. İntellektual
imkanlar və siyasi istedad. 4. Cəmiyyət üçün
açıq siyasətçi
olması və fəaliyyətindəki şəffaflıq.
5. Tolerantlıq. 6. Müsbət
şəxsi və siyasi keyfiyyətlər.
Prezident
İlham Əliyev hakimiyyətə gəldiyi
ilk gündən haqlı
olaraq, belə bir postulata əsaslanır
və onu daim cəmiyyətə təlqin edir ki, "yalnız iqtisadi cəhətdən güclü ölkədə
demokratiya tam mənada
bərqərar ola bilər". Yoxsulluğun
azaldılması, işsizliyin
aradan qaldırılması
demokratik ölkəyə
çevrilmək üçün
çox önəmli
şərtdir. Müasir
dünyada gedən prosesləri diqqətlə
izləyən İlham
Əliyev yeni tarixi şəraitdə ölkənin qarşısında
prinsipcə hansı yeni vəzifələrin durduğunu dəqiqliklə
bilir və göstərir ki, inkişafın ilk illərində
Azərbaycanın müstəqil
dövlət kimi yaşaması, sabitliyin qorunması, müstəqilliyin
möhkəmlənməsi və
ölkənin böhrandan
çıxarılması əsas
məsələlər idisə,
bu gün qarşımızda yeni tələblər durur: bunlar ölkəmizi texnoloji cəhətdən
inkişaf etdirmək,
dünya birliyinə inteqrasiya etmək və demokratiyanı möhkəmləndirməkdən ibarətdir.
Yeni dövrün
- XXI əsrin lideri, müasir texnologiyalar dövrünün siyasətçisi
Avropa təfəkkürünü
və Şərq mentalitetini özündə
birləşdirir. Ölkə Prezidenti İlham
Əliyev hüquqi dövlət quruculuğunda
yeni mərhələyə
başçılıq edərək
güclü hakimiyyət,
möhkəm nizam-intizam
qanunçuluğa riayət
olunmasını tələb
edən iradəli və güclü liderə çevrilmişdir.
Vahid Ömərov, fəlsəfə üzrə
fəlsəfə doktoru
Səs.-
2016.- 29 sentyabr.- S.15