Ölkəmizdə dünya
standartlarına uyğun
turizm formalaşıb
Bayram günlərində "Şahdağ" Qış-Yay
Turizm Mərkəzini ziyarət edənlərin sayı 13 mindən artıq olub.
Dünyanın aparıcı və inkişafda olan ölkələri
sırasında mövqeyi, eləcə də,
mövcud potensialı ilə seçilən
Azərbaycan qısa bir dövr
ərzində milli maraqlarının zəminində
formalaşıb. Dövlət tərəfindən həyata
keçirilən milli strategiya,
ictimai, siyasi və mədəni
mövqe Azərbaycanın
iqtisadiyyatına, sosial rifahının
yüksəlməsinə səbəb olan
amillərdir. Vurğulayaq ki, Azərbaycan
iqtisadiyyatının əsasını təşkil edən neft və bununla
bağlı imzalanan beynəlxalq sazişlər,
müqavilələr dövlətin maliyyə vəsaitinin
yüksəlməsinə və bunun
müqabilində ölkənin bütövlükdə
sferasının dəyişməsinə səbəb olub. Məlum olduğu kimi, ölkə
iqtisadiyyatına neft sektoru
tərəfindən gələn gəlirin bərabərində,
ondan daha artıq
şəkildə turizm sektoru
gəlir gətirmə gücünə malikdir.
Ölkənin yeraltı və yerüstü
sərvətləri, mövcud iqlimin olması Azərbaycan turizmi
üçün lazımi şəraitin olduğunu göstərir. Turizmin inkişafı üçün
Azərbaycanda kifayət qədər imkanlar
mövcuddur və təbii-coğrafi
potensialı var. Dünyada
mövcud olan 11 iqlimin 9-nun Azərbaycanda olması bu ölkənin turizm üçün əlverişli bir
məkan olması haqqında aydın təsəvvür
yaradır. Elə bu faktın özü Azərbaycanın beynəlxalq turizm marşrutuna daxil olması üçün
kifayət edir. Ölkəmizin dənizi,
aranı, dağı, meşələri, çayları,
bulaqları, gölləri, yaylaqları turistlərin ölkəmizə
cəlb olunması üçün diqqətiçəkən obyektlərdir. Məhz bu faktlar turizm
ilə məşğulluğun
aktuallığını çox
qabarıq şəkildə üzə çıxarır. Bu fakt, sözsüz
ki, turizmin infrastrukturuna təsirsiz
ötüşmür. Ancaq bu hallara baxmayaraq, bu gün Azərbaycanın
turizmi üçün
əlverişli coğrafi şərait,
müxtəlif iqlim qurşaqları, zəngin heyvanat aləmi, dənizi və dənizsahili qumluqları, qədim mədəni,
tarixi irsi, milli ənənələri,
zəngin milli mətbəxinin olması
diqqəti cəlb edən amillərdir. Sevindirici haldır ki, bu reallıqların və
turizm sahəsinə ayrılan diqqətin
nəticəsində son illərdə Azərbaycana
gələn turistlərin sayında nəzərəçarpan
artım müşahidə olunur. Ölkəmizin
müxtəlif ərazilərində dünya
standartlarına uyğun gələn otellər,
əyləncə mərkəzləri, istirahət
zonaları yaradılıb. Müxtəlif görkəmdə və
xidmətdə olan otellərin
inşası buraya gələn
axının yüksək səviyyədə təminatına
əsas verir. Azərbaycanın
Xaçmaz, Qəbələ,
İsmayıllı, Şamaxı, Quba,
Masallı kimi istirahət zonalarında
istirahət edənlərin sayının artması Azərbaycan
turizminə olan diqqətin göstəricisidir.Azərbaycan
tarixində ilk dağ-xizək turizm mərkəzi olan
"Şahdağ" Qış-Yay Turizm Kompleksinin də
istifadəyə verilməsi turizmin inkişafında mühüm
addımdır. Əsrlər boyu Avropa və Yaxın Şərq arasında
qapı funksiyasını yerinə yetirən Azərbaycanın
şimal-şərq hissəsində möhtəşəm Qafqaz dağlarının kölgəsində
görülməmiş gözəlliklər gizlənir.
Qədim buzlaqlar, dərin dərələr,
heyrətamiz dağ gölləri, bitki və heyvan aləminin
ekoloji xəzinəsi
buradadır. İl boyu
idman və istirahətə çox əlverişli iqlimi
olan Şahdağın -20°C soyuq qışı +20°C isti
yay axşamları ilə əvəzlənir.
Bura, regionun ən böyük
xizək kurortunun yerləşdiyi,
dünyanın ən böyük milli parklarından biri üçün müqayisəolunmaz bir məkandır.Qış-Yay Turizm Kompleksi
qapılarını qonaqların üzünə
açdığı elə ilk günlərdən
turistlərin böyük marağına səbəb
olub. "Şahdağ"
Qış-Yay Turizm Kompleksində xizəksürmə,
kanat yolu və digər
xidmətlər, ticarət mərkəzi, restoran,
kafe, oyun zalı və
s. turistlərin ixtiyarındadır. Qusar rayonu ərazisində dəniz səviyyəsindən
2500 metr yüksəklikdə yerləşən
kompleksə bayram günlərində turist axını daha da artmışdır. "Şahdağ"
Turizm Mərkəzində möhtəşəm
Yeni İl gecəsi
möhtəşəm keçirilib."Şahdağ" Turizm Mərkəzində
"Şahdağ", "Zirvə",
"Pik Palace" və
"Park Chalet"
hotellərində təşkil olunan
Yeni İl şənlikləri
hələ uzun müddət yaddaşlardan silinməyəcək. Burada - əzəmətli
Şahdağ dağlarının əhatəsində
əsl qış nağılı yaşamaq
istəyənlər üçün unudulmaz ab-hava
yaradılmış, xüsusilə, sehrli
və əsrarəngiz Şahdağ gecələri
qonaqlara özünəməxsus
nağıl qəhrəmanı kimi hiss etmək şansı vermişdir.Turistlərin
məmnunluğu və rahatlığını təmin
etmək məqsədi ilə zövqlü
və ən yüksək standartlara cavab verən istirahət təmin edilib. Təntənəli Yeni İl şənlikləri
və füsunkar Şahdağ
səmasında möhtəşəm atəşfəşanlıq,
ardınca sübhün erkən
çağlarınadək davam edən musiqi ziyafəti qonaqların zövqünü
oxşamış, ağappaq qarla örtülmüş
Şahdağ yamacları istər yerli, istərsə də əcnəbi turistlərdə ancaq müsbət
təəssüratlar yaratmışdır.Məlumat üçün bildirək ki,
keçən illə müqayisədə turistlərin
sayında kifayət qədər artım müşahidə olunmuşdur və cəmi bir
neçə gün davam
edən bayram günlərində turizm mərkəzini ziyarət edənlərin
sayı 13 mindən artıq olmuşdur. Kəskin və şaxtalı hava
şəraiti Yeni İldə Şahdağda istirahət etmək və göz oxşayan qardan zövq almaq istəyənlərə mane
olmamışdır.Xatırladaq ki, devalvasiyaya baxmayaraq, hotel qiymətlərində heç
bir dəyişiklik olmamışdır və
yaxın gələcəkdə istər hotel,
istərsə də digər əyləncə
xidmətləri ilə bağlı hər hansı qiymət
artımının olması gözlənilmir.Azərbaycanda ilk qış turizm mərkəzi
olaraq ilbəil xidmətlərin keyfiyyətinin
artırılması və müştəri məmnunluğunun
təmin edilməsi əsas şüara çevrilib. Qeyd edək
ki, burada xizək mövsümü davam edir. Turistlər istirahət mərkəzindəki
xizək və snoubord sürmə, qarda gəzinti, kanatla dağa dırmanma, aeroxizək sürmə, tübinq, qar təmizləmə
maşınlarında səyahət kimi
çoxsaylı qış əyləncələrindən
istifadə edə, eləcə də 20 restoran,
kafe və bar, SPA və
sağlamlıq mərkəzinin xidmətlərindən yararlana bilərlər.
Səs.-
2016.- 5 dekabr.- S.- 12