Bölgələrdə yerləşən
istirahət mərkəzlərinə üz
tutanların sayı artıb
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan
olunan qeyri-iş
günlərində bölgələrdə yerləşən
istirahət mərkəzlərinə üz
tutanların sayı artıb.AZƏRTAC xəbər verir ki, qeyri-iş
günlərində bölgələrdə yerləşən
istirahət mərkəzlərində dincələn
qonaqların əksəriyyətini yerli
turistlər təşkil edib. Turistlər əsasən Qusarda
yerləşən “Şahdağ” Turizm Mərkəzi və Qubada
yerləşən Qəçrəş istirahət
zonasına üz tutublar.
“Şahdağ” Turizm Mərkəzindən
verilən məlumata görə, ötən ilin
son günü və yeni ilin ilk
3 günündə mərkəz ərazisində olan otellərdə 1700 nəfərə
yaxın turist yerləşdirilib.
Ümumilikdə isə istirahət mərkəzinə bayram günlərində gələn turistlərin
sayı 10 mindən artıq olub. Turizm mərkəzində
qış mövsümündə qonaqların istirahətini
təmin etmək məqsədilə müvafiq
hazırlıq işləri həyata keçirilib.
“Şahdağ” Turizm Mərkəzinə
bu qış mövsümündə təqribən
120 min turistin gələcəyi
proqnozlaşdırılır. Bayram
günlərində Quba rayonuna
gələn turistlər isə daha çox Qəçrəş istirahət
zonasına üz tutublar.
Şimal bölgəsinə yağan güclü qar da turistlərin bu istiqaməti seçməsində həlledici
rol oynayıb.
Səs.-
2016.- 5 dekabr.- S.- 12