Müasir dünya Azərbaycanın birgə yaşamaq təcrübəsindən bəhrələnir

Müasir dünyamızda Azərbaycan dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi, dostluq münasibətlərinin genişlənməsi və tərəfdaşlığın səmərəli olmasına töhfələrini verir. Dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni və siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Bütün bunların müqabilində Azərbaycan dünyaya ənənəvi humanizm prinsiplərini nümayiş etdirir. Bu sırada Heydər Əliyev Fondunun da mövqeyi, yerirolu əvəzsizdir. Yarandığı zamandan bu günə kimi həyata keçirdiyi layihələr Azərbaycana, Azərbaycanın həqiqətlərinə, onun geniş məkanda təbliğinə yönəlmişdir. İstər ölkə daxilində, istərsə də onun hududlarından kənarda reallaşan hər bir layihə Azərbaycana xidmətin nümunəsidir. Hər il olduğu kimi, yola saldığımız 2015-ci il də Heydər Əliyev Fondunun  səhifələrinə yenilikləri yazmış oldu.

Bütün sahələrdə əhatəli şəkildə görülən işlər öz nəticəsini vermiş olur. Ötən il Heydər Əliyev Fondunun təşkilatçılığı ilə   mədəniyyətimizin təbliği istiqamətində görülən işlərin miqyası genişdir. Belə ki, Azərbaycan kino sənətinin əvəzsiz incilərindən olan “Arşın mal alanfilminin Hollivudda ilk premyerası tarixə düşdü. Film Hollivudun ən qədim kinoteatrlarından olan, tarixə ilk avtomatlaşdırılmış kinoteatr kimi düşmüşRicardo Montalban” kinoteatrında təqdim edildi. Bu filmin nümayişi Azərbaycanın ölməz bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130, Rəşid Behbudovun 100, “Arşın mal alanfilminin isə 70 illiyinə həsr olunmuşdu. Parisin ürəyində Azərbaycan musiqisi” adlı klassik musiqi gecəsi, Kannda keçirilən Azərbaycanın Mədəniyyət Günləri çərçivəsində “Azərbaycan musiqi gecəsi”, “Azərbaycan xalçaları incəsənətdə” sərgisi, Luvr muzeyinin qarşısındakı məşhur “Pale Royal” meydanında “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı, “Milan Expo 2015” Ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Milli gün” çərçivəsində Azərbaycan incəsənət ustalarının konsertionlarla belə mədəni tədbirlər Azərbaycan milli mədəniyyətinin, sərvətinin təbliğində müstəsnadır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESCO-da “Azərbaycan: Ənənədən müasirliyə” mövzusunda təşkil olunan sərgi, eləcə də dünya ölkələrində - Londonda, Brüsseldə, Moskvada, Romadabaşqa şəhərlərdə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı ötən ilin ən yadda qalan hadisələri oldu. Əlbəttə ki, Azərbaycanın ictimai-siyasi həyatında baş verən tarixi hadisələrlə bağlı dünya ölkələrində keçirilən tədbirlər də Azərbaycanın təbliği baxımından əhəmiyyət kəsb edir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümü və 31 mart - Azərbaycanlıların Soyqırımı Günü, 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar konfranslar, sərgilər və s. təşkil olunub.

 AZƏRBAYCAN BÜTÜN DİNLƏRİN VƏ

MİLLƏTLƏRİN BİRGƏ

YAŞAYIŞ MƏKANI KİMİ ƏSL FENOMENDİR

 

Bu gün dünyada milli-mənəvi dəyərləri, adət-ənənələri ilə seçilən Azərbaycan tolerantlığın ünvanı kimidünya miqyasında tanınır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə keçirilən “Azərbaycan tolerantlıq ölkəsi” fotosərgisi ölkəmizin tolerantlıq ənənələrinə dəlalət edir.  Bu sərgi Qərb auditoriyası üçün son dərəcə heyrətamiz olan Azərbaycan bütün dinlərin və millətlərin birgə yaşayış məkanı kimi əsl fenomendir faktına əsaslanır. Bu sərgi Azərbaycanda tolerantlıq mühitini aydın şəkildə fransalılara təqdimində rol oynadı. Bu sərgi sivilizasiyaların qovuşduğu məkanda yerləşən Azərbaycanda dinlərarası münasibətlərin mövcudluğunu əks etdirdi. Bu fotolar izləyiciləri Azərbaycanda yaşayan müxtəlif millətlər və dinlərə mənsub xalqların həyat tərzi, adət-ənənələri ilə tanış etmiş oldu. Tanınmış fotoqrafın sərgidəki işləri Azərbaycanda müxtəlif dini icmaların bir-birinə hörmət və ehtiram şəraitində yaşadığının tərənnümünə çevrildi. Fotolarda Azərbaycanın təbiətini, qədim adət-ənənələrini, sadə insanların gündəlik həyatını görmək mümkün oldu. Bu fotolar həm tarixi məkanlarımızı, Azərbaycanın müxtəlif bölgələrindəki həyat tərzini, həm də bu qədim tarixə sahib ölkəmizin müasirliyini izləyicilərin diqqətinə çatdırdı.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə keçirilən “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfransı da ölkəmizdə mövcud tarixi ənənələrin - dini, irqi ayrıseçkiliyin olmadığını nümayiş etdirdi. Dünyəvi məsələ olan bu mövzuya Azərbaycanın göstərdiyi maraq nümunəvidir. 1995-ci ildə qəbul edilən Konstitusiyamızda Azərbaycanın dünyəvi dövlət olması prinsipi yer almışdır. Qeyd etdiyimiz konfransda Azərbaycan Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev çıxışında Azərbaycan və yəhudi xalqları hər zaman bir yerdə yaşamağın yaxşı nümunəsini nümayiş etdirdiklərini bildirib: “Dağ yəhudiləri uzun əsrlərdən bəridir ki, Azərbaycanda yaşayırlar. Bu, uzun əsrlər boyu biz Azərbaycan xalqı ilə dostlaşmış, qardaşlaşmış bir xalqıq. Bizim mentalitetimiz eyniləşib. Amma bizim öz Tövratımız, Musa Peyğəmbərimiz, öz milli-mənəvi dəyərlərimiz var. Azərbaycan öz milli- mənəvi dəyərləri ilə yaşayır və inkişaf edir... Dünyada analoqu olmayan müsəlman dövləti bizə sinaqoq tikib, təhvil verib, töhfə edib. Onun fəaliyyətini təmin etmək üçün hər il bizə yardım göstərirlər. Bu, Azərbaycanda bizim gündəlik həyatımızdır. Bu, gəlişi gözəl sözlər deyil. Azərbaycan dünyada yəhudilər üçün ən münbit bir dövlətdir”.

Təbii ki, tolerantlıq, dözümlülük Azərbaycanda hər bir vətəndaş üçün çox normaladi yaşam tərzinə çevrilib. Ölkəmizdə heç vaxt heç kimə milli-dini mənsubiyyətinə görə fərq qoyulmayıb. Qloballaşan dünyada bunları qoruyub saxlamaq elə də asan deyil. Amma Azərbaycan buna nail olub. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın dediyi kimi, bu gün biz elə dünyada yaşayırıq ki, hasarlar qurmaq, öz məkanında qalmaq və əldə edilən nailiyyətləri qoruyub-saxlamaq çətindir: “Çünki müasir dünyada ətrafda gedən proseslər istər-istəməz sənin də dövlətinə təsirini göstərir... Azərbaycanın təcrübəsini bütün dünyaya göstərəndə istəyirik dünyaya çatdıraq ki, birgə yaşamaq mümkündür. Dostluq və anlayış şəraitində yaşamaq mümkündür”.

Bu gün Azərbaycanın təcrübəsi dünyada tanınır və öyrənilir. Əlbəttə ki, Azərbaycandakı tolerantlığa şahid olmaq üçün bu ölkəyə səyahət etmək lazımdır. Dini radikalizmlə mübarizədə Azərbaycanın təcrübəsindən bəhrələnmək gərəkdir.

Göründüyü kimi, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin hər biri Azərbaycana, onun təbliğinə yönəlib. Bu yolda yorulmadan çalışaraq ölkə həqiqətlərini dinindən və irqindən asılı olmayaraq insanlara çatdırır.

 

Nəzakət ƏLƏDDİNQIZI

Səs.- 2016.- 6yanvar.- S.4