Əsrlərin mifləşmiş sənətkarı

Sənət yaranan əsərlərin fövqündə uca və əzəmətli görünür. Bu əsərlər xalqın mədəni irsinə çevrilir. Sənət bir amala xidmət göstərir: xalqaonun mədəniyyətinə. Azərbaycan sənət tarixində bu amalla çalışan kifayət qədər yaradıcı simalar olmuş, bu günvar. Azərbaycan bəstəkarlıq məktəbindən qidalanıb, çoxşaxəli yaradıcılıq üslubunu təqdim edən sənətkarlar sırasında bir ismin öz yeri, rolumövqeyi var. Azərbaycan dirijorluq məktəbinin əvəzsiz nümayəndəsi olan maestro Niyazinin ismi XX əsr sənət tarixinə öz izini salsa da, qətiyyətlə deyə bilərik ki, bu sənətkar üçün zaman anlayışı çərçivəsi yoxdur. Onun yaratdığı əsərlər musiqi sənətində etdiyi novatorluq Niyazinin hansı zamanda və dövrdə yaşamasına dəlalət etmir. Niyazi bütün zamanların müasiriböyük klassiki kimi yaşanır. Maestro Niyazi ötən əsrin əvvəllərində dünyaya gəlib, Azərbaycan musiqi sənətində böyük əsərlər yaradan dahi simaların müasiri olmuş, onların yaradıcılıq uğurları, sözsüz ki,  maestroya da təsirsiz qalmamışdır.

Bildiyimiz kimi, Niyazinin yeniyetməlik illəri Azərbaycanın səfalı guşələrindən olan Şuşada keçmişdir. O, Azərbaycanın ikinci konservatoriyası, musiqi məktəbi kimi hallanan bu diyarın ab-havasında sənətə ilk addımlarını atmışdır. O, musiqi sənəti tarixində adını iftixarla çəkdiyimiz Zülfüqar Hacıbəyovun ailəsində dünyaya gəlmiş, bu soyadın davamçısı kimi yeni bir səpkidə özünü təqdim edə bilmişdir. Qeyd edim ki, Niyazi 14 yaşında ikən Moskvada Qnessinlər adına Musiqi Texnikumuna daxil olmuş, 1931-ci ildən bu dərs ocağını bitirmişdir. Özünə hər zaman məsuliyyətlə və tələbkarlıqla yanaşan Niyazi Leninqrad (indiki Sankt-Peterburq) Mərkəzi Musiqi TexnikumundaYerevan Konservatoriyasında  təhsil almışdır. 1934-cü illərdə isə ali musiqi təhsilinə yiyələnmək məqsədilə Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuşdur. Onun keçdiyi bu yolun, təhsil illərinin mayestronun musiqiçi kimi formalaşmasında və zənginləşməsində rolu əvəzsizdir.

Azərbaycan ifaçılıq sənətinin inkişafındakı, eləcə də, milli musiqinin təbliğindəki xidmətləri yaradıcılığında özünü büruzə verir. O, Azərbaycan bəstəkarlarının bir çox simfonikmusiqili səhnə əsərlərinin kantata və oratoriyalarının ilk ifaçısı olmuş, bu əsərlərin şərh edilməsində özünəməxsus orijinal ifaçılıq üslubu yaratmışdır. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. Onun traktirovkasında milli bəstəkarların bir çox əsərləri, o cümlədən, Üzeyir Hacıbəyovun "Koroğlu" operası Azərbaycan musiqisinin qızıl fonduna daxil edilmişdir. Maestronun Azərbaycan OperaBalet Teatrının səhnəsində hazırladığı Müslüm Maqomayevin "Nərgiz", Qara Qarayevin "Vətən", Fikrət Əmirovun "Sevil" operaları, eləcə də, Qara Qarayevin "Yeddi gözəl" və "İldırımlı yollarla" baletləri böyük uğur qazanmışdır. O, 1961-ci ildə Leninqrad OperaBalet Teatrında Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin ilk tamaşasını hazırlamışdır. Bəstəkar, həmçinin, Ankara OperaBalet Teatrında Pyotr Çaykovskinin "Qaratoxmaq qadın", Cüzeppe Verdinin "Aida" operalarına, İstanbul OperaBalet Teatrında türk bəstəkarı Ə.Sayqonun "Koroğlu" operasının ilk tamaşasına və "Yunis İmrə" oratoriyasına dirijorluq etmişdir.

Novatorçu sənətkar kimi təqdim etdiyimiz Niyazinin adı Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəllifi kimi çəkilir. Onun milli simfonizmin təşəkkül və inkişafında rolu böyük olmuşdur. Niyazinin "Rast" simfonik muğamı, zəngin ifa melodiyası emosional təsir gücü baxımından məşhurlaşmışdır. Rast simfonik muğamı müəllifin idarəsi ilə bir çox xarici ölkələrdə səslənmiş, Çexiyanın "Suprafon", ABŞ-ın "Rikorde" musiqi şirkətləri tərəfindən qramafon valına yazılmışdır. Nizami Gəncəvinin eyniadlı poemasının motivləri üzrə yazdığı "XosrovŞirin" operası musiqi dramaturgiyasının çoxplanlı olması psixoloji gərginliyi ilə fərqlənir. Niyazi, eyni zamanda, dram tamaşalarına, kinofilmlərə musiqilər yazmışdır. Onun Azərbaycan mahnılarını "Kəklik", "Qaragilə", "Xumar oldum", "Ay bəri bax" və s. simfonik orkestr üçün işləmiş, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota köçürmüşdür. O, Azərbaycan musiqisinin ifaçı problemlərinə dair məqalələrin müəllifi kimi də tanınmışdır.

Niyazi təkcə Azərbaycanda deyil, mübağiləsiz desək, dünyanın bir çox ölkələrində məşhurlaşmışdır. Müxtəlif beynəlxalq müsabiqələrdə iştirak etmiş, dünya miqyasında mükafatlara layiq görülmüşdür. Bu mükafatları Niyazi sənətə olan sevgisinin son sözü nəticəsində əldə etmişdir. Maestro geniş dünyagörüşünə malik sənətkar idi. Onun sənətdəki böyüklüyü, ailədəki münasibəti ilə tarazlıq təşkil edirdi. Sənətdə ciddi, sərt, tələbkar, mülayim olan ailədə də belə münasibətdə və xarakterdə olmuşdur. Sənətə olan sevgisi həyat və ömür-gün yoldaşı Həcər xanıma olan münasibətə də xələl gətirməmişdir. Təbii ki, bu iki sevgini bərabər yaşatmaq sənətkar üçün çox çətin və ciddi problemlərdən biridir. Sevgisi böyük olan insanlar həyatda yaşamaq və yaratmağı da bacarırlar. Odur ki, böyük eşqİlahi eşqdən doğan sevgi Niyazinin hər iki dünyasına işıq salmış, sənət və ailə səadətinin uğurlu olmasına gətirib çıxarmışdır.

Bildiyimiz kimi, Niyazinin bu günə qədər nota köçürülməmiş musiqi əsərləri mövcuddur. Onlardan bir qismi ev-muzeyi tərəfindən diskə yazılıb, notlara köçürülübdür. Yaxın gələcəkdə isə şəxsi arxivlərdən, eləcə də, özünün şəxsi arxivində olan müəyyən musiqi nömrələri sənətsevərlərə təqdim olunacaqdır. Niyazi irsinin tədqiqinə hər zaman ehtiyac vardır. Çünki bu irs o qədər zəngin və çoxşaxəlidir ki, zaman ötdükcə Niyazi dünyasına müraciət ediləcək.

 ZÜMRÜD

Səs.- 2016.- 7 yanvar.- S.- 12