Azərbaycanda multikulturalizm
və tolerantlıq yeni mərhələdə
Azərbaycanda milli və dini
azlıqlarla bağlı
aparılan dövlət
siyasəti daim diqqətdədir. Dövlət tərəfindən multikulturalizmin həyat tərzinə çevrildiyi
Azərbaycanın dünyaya
tolerantlıq nümunəsi
olaraq daha geniş tanıdılması
istiqamətində həyata
keçirilən multikulturalizm
siyasəti və bu istiqamətdə reallaşan tədbirlər
dünya dövlətləri
üçün nümunəyə
çevrilib. Qeyd edək
ki, multikulturalizm Azərbaycanda əsrlərdən
bəri formalaşaraq,
Azərbaycan cəmiyyətini
səciyyələndirən ənənəyə çevrilib.Azərbaycanda
müxtəlif dini mənsubiyyətə malik
insanlar cəmiyyətimizin
ayrılmaz tərkib hissəsi olaraq dövlətin diqqət, qayğı və himayəsini eyni dərəcədə üzərlərində
hiss edirlər. Bu gün ölkəmizdə
bütün millətlərin
və dinlərin nümayəndələri tam qarşılıqlı
anlaşma, milli həmrəylik şəraitində
yaşaması üçün
bütün şərait
yaradılıb. Ölkəmizdə heç bir millətin, milli və ya dini
azlığın nümayəndəsinə
onların dini mənsubiyyətlərinə görə
başqalarından üstün
olmaq kimi ideyaları aşılamaq
yolverilməzdir.
"ÖLKƏMİZDƏ
YAŞAYAN MÜXTƏLİF XALQLARA ÖZ
MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİNİ,
DİNİ ETİQADINI,
ADƏT-ƏNƏNƏLƏRİNİ QORUYUB SAXLAMAQ, DİL
VƏ MƏDƏNİYYƏTİNİ İNKİŞAF ETDİRMƏK
ÜÇÜN DEMOKRATİK ŞƏRAİT TƏMİN
EDİLMİŞDİR"
Azərbaycanda dövlətin dəstəyi
hesabına sinaqoqlar, məscidlər, kilsələr
tikilib və tikilməkdədir. Ölkəmizdə qədim zamanlardan
müxtəlif dini etiqadların, o cümlədən
müsəlmanların, yəhudilərin
və xristianların sülh və əmin-amanlıq şəraitində
birgə yaşaması
hər kəsə bəllidir. Son illər qloballaşan dünyamızda müxtəlif
bölgələrdə dini
radikalizm, terrorizm, dözümsüzlük və
ksenofobiya kimi halların artdığı
bir dövrdə Azərbaycan özünəməxsus
tolerantlıq təcrübəsi
ilə beynəlxalq ictimaiyyət üçün
uğurlu bir model təşkil edir. Hər bir dinin nümayəndələri
rahat yaşayır, milli bayramlarını qeyd edir, öz
dilində təhsil almaq imkanına malikdirlər. Bu gün
Azərbaycanda bütün
dinlərin nümayəndələri
mehribanlıq şəraitində
yaşayır və hüquqları tam təmin
edilir.Azərbaycan Prezidenti
Cənab İlham Əliyev bu günlərdə müqəddəs
Milad bayramı münasibəti ilə Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı təbrikində
vurğuladığı kimi,
bu gün dünyada nümunəvi tolerantlıq örnəyi,
sivilizasiyalararası və
mədəniyyətlərarası dialoq məkanı kimi tanınan Azərbaycanda tarixən dinlər əmin-amanlıq,
qarşılıqlı hörmət
və etimad şəraitində fəaliyyət
göstərmiş, fərqli
mədəniyyətlərin təmsilçiləri olan
ayrı-ayrı xalqlar
və etnik icmalar ümumi Vətən sevgisi, azərbaycançılıq məfkurəsi
ətrafında sarsılmaz
birlik və həmrəylik nümayiş
etdirmişlər: "Cəmiyyətimizdə
etnik-mədəni müxtəlifliyin
qorunub- saxlanılması,
multikulturalizmin dəstəklənməsi
və təşviq edilməsi müasir mərhələdə həyata
keçirdiyimiz dövlət
siyasətinin başlıca
məqsədlərindən biridir. Ölkəmizdə yaşayan müxtəlif
xalqlara öz milli-mənəvi dəyərlərini,
dini etiqadını, adət-ənənələrini qoruyub- saxlamaq, dil və mədəniyyətini
inkişaf etdirmək üçün demokratik şərait təmin edilmişdir".
XRİSTİAN
VƏ MÜSƏLMAN İCMALARI İLƏ YANAŞI YAŞAYAN
TƏQRİBƏN 30 MİNLİK YƏHUDİ İCMASI
AZƏRBAYCANDA İKİ MİN İLDƏN BƏRİ
YAŞAMAQDADIR
Təbii ki, hər hansı
bir cəmiyyətdə
sosial tolerantlığın
bərqərar olmasında
və tərəqqisində
siyasi hakimiyyətin iradəsi əvəzsizdir. Azərbaycan dövlət
başçısı daim
ölkədə qədim
tolerantlıq ənənələrini
təşviq edərək,
radikallığı, ekstremizmi
və dinlərarası
nifrəti rədd edir. Azərbaycanda ölkə rəhbərliyi
tərəfindən bütün
dinlərin dinc və harmoniya şəraitində mövcud
olduğu əlverişli
mühit yaradılıb.
Azərbaycan öz dini müxtəlifliyi ilə fəxr edir. Çünki Azərbaycan dünyanın
ən qədim xristian dövlətlərindən
birinin yerləşdiyi
məkan olub və xristian icması əsrlər boyunca Azərbaycan tarixinin formalaşmasında
iştirak edib. Xristian və müsəlman icmaları ilə yanaşı yaşayan təqribən 30 minlik yəhudi icması isə Azərbaycanda iki min ildən bəri yaşamaqdadır.
İnkar
olunmaz faktdır bu gün Azərbaycanın
ictimai-siyasi həyatında
xristian, yəhudi etiqadlı vətəndaşlar
yaxından iştirak edir, töhfələrini verirlər. Ölkəmizdə mövcud olan
vəziyyət, reallıqlar
dövlət siyasətinin
məntiqi nəticəsidir.
Azərbaycanda olan multikulturalizm
məktəbi, tolerantlıq
bu gün yeni mərhələdədir.
Nəzakət
ƏLƏDDİNQIZI
Səs.-
2016.- 7 yanvar.- S.- 6