Beynəlxalq hüququn
mənbələri
BMT Beynəlxalq Məhkəməsinin Statutunun 38-ci maddəsinə görə, beynəlxalq hüquq üçün ümumilikdə aşağıdakı mənbələrə istinad olunur: beynəlxalq müqavilə, məhkəmə qərarları, hüquqi adət və doktrinal rəylər. Azərbaycan Respublikasının Konsitusiyasına görə isə hüququn mənbələri sırasında ən yüksək hüquqi qüvvəyə malik olan və ölkə ərazisində birbaşa qüvvədə olan sənəd Konstitusiya hesab olunur (maddə 147). Konstitusiyanın 148-ci maddəsinə görə Azərbaycan qanunvericilik sistemi aşağıdakı normativ-hüquqi aktlardan ibarətdir: Konstitusiya, referendumla qəbul edilmiş aktlar, qanunlar, fərmanlar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. Həmin maddənin ikinci bəndinə əsasən isə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının hüquq sisteminin ayrılmaz tərkib hissəsidir. Qeyd edək ki, hər hansı beynəlxalq müqavilənin əsas hüquqi keyfıyyəti onun etibarlı olmasıdır. Bu barədə "Beynəlxalq müqavilələr hüququ haqqında" 1969-cu il Vyana Konvensiyasının 53-cü maddəsində xüsusi göstəriş təsbit olunub. Orada deyilir: "İmzalandığı andan beynəlxalq ümumi hüququn imperativ normasına zidd olan müqavilə etibarsızdır". Ona görə də, beynəlxalq normalar ölkə ərazisində tətbiq edilərkən ona Azərbaycan Respublikasının tərəfdar olması və müqavilənin etibarlılığı müstəsna əhəmiyyət kəsb edir.
Beynəlxalq müqavilələr - bütün dövlətlərin iştirak etdiyi və edə
biləcəyi, ayrı-ayrı sahələrə aid olan beynəlxalq
razılaşmalardır. Belə razılaşmalar, adətən,
onu imzalayan və ya ratifikasiya edən tərəflər
üçün məcburi öhdəliklər
yaradır. Lakin ümumilikdə, beynəlxalq
hüquqda elə normalar
vardır ki, onlar
imzalanmasından asılı olmayaraq bütün dövlətlər üçün məcburidir. Bu normalar "jus
cogens" normalardır,
yəni yerinə yetirilməsi hamı tərəfindən məcburi
olan normalardır. Bunlara beynəlxalq hüququn əsas prinsipləri aiddir: insan hüquqlarına hörmət edilməsi prinsipi, dövlətlərin
suveren bərabərliyi
prinsipi, daxili işlərə qarışmamaq
prinsipi, güc tətbiq etməmə və güclə hədələməmə prinsipi,
ərazi bütövlüyü
prinsipi, mübahisələrin
dinc yolla həll edilməsi prinsipi və s. Belə normalardan kənara çıxmaq yolverilməzdir. Onların dəyişdirilməsi isə ümumi beynəlxalq hüququn yalnız belə xarakterli yeni norması ilə mümkündür. (1969-cu il Vyana
Konvensiyası, maddə
53).
Beynəlxalq adətlər - tarixi təkrarlanma nəticəsində
beynəlxalq hüquq subyektlərinin davranışında
əks olunmaqla onlar üçün zəruri davranış qaydalarına çevrilən
normalardır. Hər hansı bir
adət normasının
dövlətlər çoxluğu
tərəfindən qəbul
edilməsi onu imperativləşdirir və
məcburi normaya çevirir. Buna müəyyən zaman intervalı tələb olunur ki, beynəlxalq
hüquq isə belə bir zaman
həddini müəyyən
etmir. Bu, daha çox adət normasının zərurilik keyfiyyəti və geniş əhatəliliyi ilə şərtləşən bir
məsələdir.
Hüquqi doktrinalar - beynəlxalq və milli hüquq
sahəsində görkəmli
alimlərin əsərləri,
fıkir və rəyləridir. Bunlar yardımçı mənbələr qismində
çıxış edir.
Belə doktrinalar ona görə mühüm əhəmiyyət kəsb
edir ki, onların vasitəsilə
hər hansı spesifık məsələ
üzrə dövlətlərin
beynəlxalq hüquqi
mövqeləri aşkarlanır.
Beynalxalq qurumların qərarları
- beynəlxalq məhkəmə
və arbitraj qərarları, beynəlxalq
və regional təşkilatların
qətnamə və tövsiyələri də
yardımçı mənbələr
kateqoriyasına aiddir.
Bütün qeyd olunanları nəzərə alaraq, Beynəlxalq Hüquq və Azərbaycan Respublikasının Media Qanunvericiliyi
fənninin aşağıdakı
konkret mənbələrini
qeyd etmək olar. Media sahəsinə aid əsas beynəlxalq və milli normalar
aşağıdakılardır:
1)
Universal və regional beynəlxalq
sənədlər:
1. BMT-nin Ümumdünya İnsan hüquqları Bəyannaməsi - BMT Baş
Assambleyasının 217A (III) saylı qətnaməsi,
10 dekabr 1948-ci ildə
qəbul edilmişdir.
2. BMT-nin Mülki və Siyasi hüquqlara dair Beynəlxalq Paktı - BMT Baş Assambleyasınm
2200A (XXI) saylı qətnaməsi,
16 dekabr 1966-cı ildə
qəbul edilmiş, 23
mart 1976-cı ildə qüvvəyə
minmişdir.
3. Insan hüquqlan və Əsas azadlıqlarının müdafıəsi
haqqında Avropa Konvensiyası - 4 noyabr
1950-ci ildə qəbul
edilmiş, 3 sentyabr
1953-cü ildə qüvvəyə
minmişdir.
4. Trans-sərhəd
Televiziya üzrə Avropa Konvensiyası - 5 may
1989-cu il. 1993-cü il mayın
1-də quvvəyə minmişdir.
5. ATƏT-in 1975-ci il Helsinki Yekun Aktı (IV hissə, II fəsil). Avropa Şurasının bəzi sənədləri:
1. AŞ Nazirlər Komitəsinin Söz və İnformasiya Azadlığına
dair Bəyannaməsi
2. AŞ Nazirlər Komitəsinin
KİV-də siyasi müzakirələrin azadlığı
haqqında Bəyannaməsi
3. AŞ Nazirlər Komitəsinin Cinayət Prosesi ilə bağlı məlumatın media vasitəsi
ilə ötürülməsi
haqqında Bəyannaməsi
4. AŞ Nazirlər Komitəsinin jurnalistlərin münaqişə
və gərginlik vəziyyətlərində müdafıəsinə
dair üzv dövlətləri üçün
R (96) 4 Nömrəli Tövsiyəsi
5. AŞ Nazirlər Komitəsinin ictimai yayım xidmətinin müstəqilliyinin
təmin olunmasına dair üzv dövlətləri
üçün R (96) 10 Nömrəli
Tövsiyəsi
6. İctimai yayım xidmətinin müstəqilliyinin təmin
edilməsinə dair R
(96) 10 Nömrəli Tövsiyənin
İzahedici Memorandumu
7. AŞ Nazirlər Komitəsinin
"Nifrətli nitq"
üzrə üzv dövlətləri üçün
R (97) 20 Nömrəli Tövsiyəsi
8. "Nifrətli
nitq" üzrə R
(97) 20 Nömrəli Tövsiyənin
İzahedici Memorandumu
9. AŞ Nazirlər Komitəsinin
media və dözümlülük
mədəniyyətinin həvəsləndirilməsinə
dair üzv dövlətləri üçün
R (97) 21 Nömrəli Tövsiyəsi
10. Media və dözümlülük mədəniyyətin
həvəsləndirilməsinə dair R (97) 21 Nömrəli Tövsiyənin İzahedici
Memorandumu
11. AŞ Nazirlər
Komitəsinin yayım
sektoru üçün
tənzimləyici orqanların
müstəqilliyi və
vəzifələrinə dair
üzv dövlətləri
üçün R (2000) 23 Nömrəli
Tövsiyəsi
12. AŞ
Nazirlər Komitəsinin
cinayət prosesi ilə bağlı məlumatın media vasitəsilə
verilməsi haqqında
üzv dövlətlərə
Rcc (2003) 13 Sayli Tövsiyəsi
13. Cinayət prosesi ilə bağlı məlumatın media vasitəsilə
verilməsi haqqında
Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə
Rcc (2003) 13 Saylı Tövsiyəsinə dair izahedici memorandum
14. AŞ
PA-nın 1814 (2007) saylı
qərarı ilə
"Diffamasiyanın dekriminalizasiyasına
doğru" Tövsiyəsi.
Avropa Məhkəməsinin bəzi
presedentləri:
1. Vest 1 V və Roqaland Təqaüdçülər
Partiyası Norveçə
qarşı (I V Vest As
& Rogaland Pensjonistparti
v. Norway), 11 dekabr 2008, ərizə
N 21132/05.
2. Kazakov Rusiyaya qarşı, (Kazakov v.
Russia), 18 dekabr 2008, ərizə
N 1758/02
3. Həndisayd Birləşmiş
Krallığa qarşı
(Handyside v. United Kingdom), 7 dekabr
1976, ərizə N 5493/72.
4.
"Sandi Tayms" Birləşmiş
Krallığa qarşı
(The Sunday Times v. United Kingdom), 26 aprel 1979, ərizə N 6538/74.
5. Lingens Avstriyaya
qarşı (Lingens v.
Austria), 8 iyul 1986, ərizə
N 9815/82.
6. Torgeyrson İslandiyaya qarşı (Thorgeirson v.
Iceland), 25 iyun 1992, ərizə
N 13778/88.
7. Kastells İspaniyaya qarşı (Castells v. Spain), 24 aprel
1992, ərizə N 11798/85.
8. Oberşlik
Avstriyaya qarşı
(N 2) (Obersehlick v. Austria (No. 2)), 1 iyul 1997, ərizə N
20834/92.
9. Bladet Tromsö və Stensaas Norveçə qarşı (Bladet Tromso and Stensaas v. Norway),
20 may 1999, ərizə
N 21980/93.
2) Milli qanunvericilik normaları:
Azərbaycan Respublikasının Konstitusiyası,
12 noyabr 1995-ci il (24 avqust 2002 və 18 mart 2009-cu il referendumlarla edilmiş əlavə və dəyişiklilərlə). Azərbaycan
Respublikasınm Mülki
Məcəlləsi, 28 dekabr
1999. Azərbaycan Respublikasının Cinayət
Məcəlləsi, 8 fevral
2000. Azərbaycan Respublikasımn
Cinayət-Prosessual Məcəlləsi,
14 iyul 2000.
"Kütləvi
informasiya vasitələri
haqqında" Azərbaycan
Respublikasının Qanunu",
7 dekabr 1999.
"İnformasiya əldə
etmək haqqında"
Azərbaycan Respublikasının
Qanunu", 30 sentyabr
2005.
"Məlumat azadlığı
haqqında" Azərbaycan
Respublikasının Qanunu",
19 iyun 1998.
"İnformasiya, informasiyalaşdırma
və informasiyanın
mühafızəsi haqqında"
Azərbaycan Respublikasının
Qanunu", 3 aprel 1998.
"Ətraf mühitə
dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının
Qanunu", 12 mart 2002.
"Müəlliflik hüququ
və əlaqəli hüquqlar haqqında"
Azərbaycan Respublikasının
Qanunu", 5 iyun 1996.
"Terrorçuluğa qarşı mübarizə
haqqında" Azərbaycan
Respublikasının Qanunu",
18 iyun 1999.
"Dövlət sirri
haqqında" Azərbaycan
Respublikasının Qanunu",
15 noyabr 1996.
"Dövlət sirrinə aid
edilən məlumatların
siyahısı" Azərbaycan
Respublikası Prezidentinin
Fərmanı", 22 noyabr
1998.
"Dövlət sirrinin kütləvi infonrmasiya vasitələrində yayılmasının
qarşısının alınması
Qaydası", Azərbaycan
Respublikası Prezidentinin
24 avqust 2002-ci il Fərmanı ilə təsdiq edilmişdir.
Beləliklə, Beynəlxalq Hüquq
və Azərbaycan Respublikasının media qanunvericiliyi
fənninin mənblərinə
beynəlxalq və milli hüququn normaları daxil olduğundan KİV-ə, ifadə
və informasiya azadlığına dair qəbul edilən bütün beynəlxalq müqavilə və adətlər, hüquqi doktrinalar, məhkəmə
presedentləri, o cümlədən
Avropa Məhkəməsinin
ifadə və informasiya azadlığına
dair çıxardığı
qərarların öyrənilməsi
və təhlili xüsusi önəm kəsb edir.
Vahid Ömərov
Səs.-
2016.- 8 yanvar.- S.15