Los Anceles yəhudilərindən
Azərbaycana dəstək
2016-cı ilin yanvar ayının 5-də Los
Ancelesin ən böyük
və nüfuzlu yəhudi dini
mərkəzlərindən olan Sinay Sinaqoqunda Azərbaycana
dair geniş təqdimat
keçirilib. Azərbaycanın
Los Ancelesdəki Baş
Konsulluğundan SİA-ya
verilən xəbərə görə, təqdimat ötən
ilin sonlarında sözügedən sinaqoqun 50 nəfərlik nümayəndə
heyətinin ölkəmizə etdiyi səfər
barədə yəhudi icmasını məlumatlandırma məqsədi
daşıyıb. Qeyd edək ki, sözügedən səfər
2015-ci ilin 30 oktyabr - 4
noyabr tarixlərində Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi və Azərbaycanın
Los Ancelesdəki Baş
Konsulluğunun birgə təşkilatçılığı
ilə həyata keçirilb.Tədbiri giriş
nitqi ilə açan Sinay Sinaqoqunun rəhbəri,
“Newsweek” jurnalının sorğusuna görə
ABŞ-ın ən nüfuzlu yəhudi din xadimi olan
Ravvin Deyvid Uolpi (David Wolpe)
Azərbaycanın ecazkar ölkə olduğunu vurğulayaraq,
çoxəsrlik tolerantlıq ənənələrinə malik olan belə bir ölkə ilə tanış olmaq fürsətinin əvəzsiz olduğunu bildirib. O, Azərbaycanda səfərdə olduğu
müddətdə ölkəmizin tərəqqisinə heyran olduğunu və bu gün dünyanın hətta
bir çox inkişaf etmiş ölkələrindən
fərqli olaraq, yəhudilərin Azərbaycanda
sülh və əmin-amanlıq şəraitində
yaşadığını, azad şəkildə
öz dini
etiqadlarına əməl edə bildiklərini qeyd edib. Daha sonra
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək,
tarixən Azərbaycanda müxtəlif mədəniyyət və
dinlərə böyük ehtiramla
yanaşıldığını, tolerantlıq ənənələrinin
qədim tarixə malik olduğunu
qeyd edib. Baş konsul, Azərbaycan Prezidenti İlham
Əliyevin müdrik rəhbərliyi nəticəsində
ölkəmizdə multikulturalizm və
tolerantlıq ənənələrinin daha
da gücləndiyini vurğulayıb. O, Sinay Sinaqoqunun
nümayəndə heyətinin Azərbaycana səfərinin mühüm hadisə olduğunu
söyləyərək, bu səfərin
Azərbaycan ilə ABŞ-ın yəhudi icması arasında
qarşılıqlı münasibətlərin
inkişafına önəmli töhfə verdiyini
bildirib.
Sonra çıxış edən Sinay
Sinaqoqunun idarə heyətinin üzvləri
Keri Lerman (Cary Lerman), Ancela
Məddahi (Angela Maddahi)
və Eli Aliyeşmerni
(Elie Alyeshmerni) ölkəmizdə
müxtəlif dini icmalar
arasında qarşılıqlı ehtirama
əsaslanan münasibətlərlə yanaşı, Azərbaycan
müsəlmanlarının malik olduğu tarixi ənənələrin
də unikal olduğunu
qeyd ediblər. Natiqlər bildiriblər ki,
hazırda dünyanın müxtəlif ölkələrində
İslam məzhəbləri arasında
qanlı toqquşmaların davam etməsinə
baxmayaraq, Azərbaycanda müsəlmanlar
arasında çox güclü
qardaşlıq əlaqələri mövcuddur.
Onlar Azərbaycan
Prezidenti İlham
Əliyevin apardığı uğurlu və
ardıcıl siyasətdən, ölkədə yaşayan müxtəlif dini
icmalara göstərilən dövlət
qayğısından bəhs edərək, belə bir səfərin keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycan
rəhbərliyinə minnətdarlıqlarını
bildiriblər. Natiqlər, Azərbaycan kimi
mütərəqqi və tolerant bir ölkənin ABŞ-ın yəhudi
icması tərəfindən daim və hərtərəfli
dəstəklənməsinin olduqca vacib olduğunu dəfələrlə
qeyd ediblər.
Səs.-
2016.- 8 yanvar.- S.- 4