Milli baletimizin ilk
nümunəsi
Yanvarın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Ə.Bədəlbəylinin "Qız Qalası" baletinin tamaşası keçiriləcəkdir. Milli balet sənətimizin ilk nümunəsi olan bu balet uzun illərdir ki, teatrın repertuarındadır və hər zaman baletsevərlər tərəfindən maraqla qarşılanır və anşlaqla baş tutur.
Şənbə günü keçiriləcək tamaşada əsas rollarda xalq artisti Gülağası Mirzəyev (Polad), əməkdar artist Nigar İbrahimova (Gülyanaq) və aparıcı solist Makar Ferştandt çıxış edəcək.
Tamaşanı xalq artisti, professor Cavanşir Cəforov idarə edəcəkdir.
"Sevil" operası
Yanvarın 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
SSRİ xalq artisti, bəstəkar Fikrət Əmirovun "Sevil" operasının tamaşası
keçiriləcək.
C.Cabbarlının eyniadlı pyesinin
motivləri əsasında
yazılmış bu
opera tamaşasında milli
vokal sənətimizin
bir sıra görkəmli nümayəndələri
- Rəşid Behbudov,
Azər Zeynalov, Xuraman Qasımova, Şahlar Quliyev və b. əsas rollarda çıxış
etmişlər. Hazırda onları
istedadlı gənc
opera sənətçiləri əvəz etmişlər.
Yanvarın 10-da baş tutacaq
tamaşada əsas partiyaları - Sevil və Balaşı ilk dəfə olaraq əməkdar artistlər İlahə Əfəndiyeva
və Fərid Əliyev ifa edəcəklər. Tamaşada, həmçinin
əməkdar artistlər
Səbinə Əsədova
(Gülüş), Gülnaz
İsmayılova (Dilbər),
Cahangir Qurbanov (Atakişi) və başqaları iştirak edəcəklər.
Qeyd edək
ki, tamaşanı Dirijorların Beynəlxalq
Müsabiqələrinin və
"Humay" Milli mükafatının laureatı
Əyyub Quliyev idarə edəcək.
"Bogema" operası Azərbaycan,
Belarus və ukraynalı
opera sənətçilərinin ifasında
Yanvarın 16-da Azərbaycan Dövlət Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
Cakomo Puççininin
"Boqema" operasının
tamaşası keçiriləcək.
Tamaşada azərbaycanlı vokalçılarla yanaşı,
onların Ukrayna və Belarusdan olan həmkarları da iştirak edəcəklər. Belə
ki, Mimi rolunu Ukrayna Milli Operasının
solisti, Ukraynanın xalq artisti Olqa
Naqornaya, Marsel partiyasını Belarus Akademik
Böyük Opera və
Balet Teatrının solisti, Belarusun əməkdar artisti
Vladimir Qromov, Rudolf partiyasını
isə digər bir belaruslu vokalçı
Eduard Martınyuk ifa edəcəklər.
Tamaşada Azərbaycanın opera sənətini
xalq artisti Əli Əsgərov (Alsindor), əməkdar artistlər İnarə Babayeva (Müzetta) və Əkrəm Poladov (Kollen) təmsil edəcəklər.
Tamaşanın dirijoru Azərbaycanın
xalq artisti, professor Cavanşir Cəfərovdur.
ZÜMRÜD
Səs.- 2016.-7 yanvar.- S.4