Vətəndaşların sosial fəallığının yüksəldilməsi
və insan hüquqlarının müdafiəsi
Ölkəmizdə vətəndaşlar dövlətçilik naminə sosial fəallıqlarını artırmalıdırlar. Bir sözlə, cəmiyyətin mənəvi-əxlaqi, sosial, iqtisadi, mədəni və siyasi dəyərlərinin qorunması işində insanların qeyrət göstərməsinə ehtiyac çoxalıb. O cümlədən, ölkəmizdə sabitliyin saxlanmasında və seçkinin tam demokratik keçirilməsində onların təşəbbüskar iştirakı vacibdir.Fəaliyyət dedikdə insanın fəallığının özünəməxsus forması nəzərdə tutulur. Fəaliyyət sözü fəallıq sözündən əmələ gəlsə də, ancaq eyni məzmunlu anlayış deyildir. Fərq ondadır ki, fəaliyyət daha çox sosial yönümlüdür, fəallıq isə təbii tələbatların ödənilməsini şərtləndirir. Fəaliyyət, əsasən insan davranışında və hərəkətlərində gerçəkləşir. Fəallıq isə daha çox heyvanlara məxsusdur. İnsan fəaliyyətini heyvan fəallığından fərqləndirən əsas meyarlardan biri də insan fəaliyyətinin yaradıcı xarakter daşımasıdır. Heç bir heyvan təbiətin verdiyi hazır məhsullardan başqa özünə predmet hazırlamır. Onların qazandığı ictimai təcrübə heç bir şəkildə digər nəsillərə ötürülmür. İnsan fəaliyyəti ilə yaradılmış fəaliyyət məhsulları isə başqa nəsillər tərəfindən davam etdirilir və mədəni sərvət kimi qorunub saxlanır. Fəaliyyət insanın dərk olunmuş məqsədi ilə tənzim edilən daxili (psixi) və xarici (fiziki) fəallığıdır. İnsan fəaliyyəti bu və ya digər şəkildə özünəməxsus struktura malik olur. Burada motiv və məqsəd fəaliyyətin əsas strukturunu yaradır. Fəallıqda isə bilavasitə orqanizmin tələbatının ödənilməsində öz əksini tapır və aktuallaşmış tələbat kimi çıxış edir. İnsan fəaliyyətində isə fəaliyyətin son nəticəsini müəyyənləşdirən məqsəd olur.
Motivlər tələbatlarla sıx əlaqədədir. Motivlərin əsasında tələbatlar dayanır. Motiv insanı bu və ya digər fəaliyyətə və ya fəallığa sövq edən, təhrik edən qüvvədir. Ayrı-ayrı anlarda motiv məqsədə, məqsəd isə motivə çevrilə bilər. Heyvanın fəallığında bu cəhət nəzərə çarpmır. Burada özünü göstərən davranış xaotik xarakterlidir. İnsan fəaliyyəti isə sistematik xarakterlidir. İnsanı fəaliyyətə təhrik edən tələbatdır. Tələbat insanın nəyə isə olan ehtiyacıdır. Lakin o ehtiyac tələbata çevrilir ki, o, hazırkı konkret şəraitdə aktuallaşmış olsun, başqa sözlə, insan üçün müstəsna, həyati əhəmiyyət kəsb etsin.
Şəxsiyyətin formalaşması prosesi vasitəli xarakter daşıyır. Fərd, ictimai münasibətləri öz-özünə deyil, ancaq özünün aktiv fəaliyyəti vasitəsilə mənimsəyir. Bu nöqteyi-nəzərdən fəaliyyət şəxsiyyətin formalaşmasının əsas şərtlərindən biri kimi qiymətləndirilməlidir.
İş və ya əməlin, məqsədin psixoloji mahiyyətini başa düşmək üçün fəaliyyət kateqoriyasından çıxış etmək lazımdır. Çünki hərəkət, iş, məqsəd, motiv və s. fəaliyyətin tərkib hissələrini təşkil edir.
Fəaliyyət sosial kateqoriyadır və o, bir sıra xüsusiyyətləri ilə heyvanların mühitə uyğunlaşmasına xidmət edən davraniş formalarından fərqlənir. Fəaliyyət insanın sosial fəallıq formasıdır. Odur ki, insan fəallığının mənbələri olan tələbatlar da mənşəyinə, obyektinə və ödənilmə xüsusiyyətlərinə görə heyvanların yalnız bioloji mahiyyət daşıyan tələbatlarından köklü surətdə fərqlənir. İnsanların tələbatları (istər təbii və mədəni, istərsə də maddi və mənəvi) ödənilməsi üsullarına və vasitələrinə görə ictimai-tarixi səciyyə daşıyır.
Unikalda göstərilir ki, bu gün
istənilən cəmiyyət üçün
mühüm mövzulardan
biri insanların sosial
və siyasi fəallığının
artırılmasıdır. Sual oluna bilər ki, normal və problemsiz bir cəmiyyətdə insanların sosial və siyasi fəallığının
artırılmasına nə ehtiyac var? Bu sual
sosioloqları uzun müddət düşündürüb və bununla bağlı müxtəlif rəylər
ortaya çıxıb. Amma prinsipial olaraq iki xətt əsas
olaraq qəbul olunub. Bunlar nədir? Gəlin, ilk növbədə
sosial-siyasi aktivlik cəmiyyətin inkişafıdır
qeydinə diqqət ayıraq. Bu prinsipi qəbul edən düşüncə
sahibləri hesab edir ki, cəmiyyət
o zaman inkişafda olur ki, bu
quruluşda yeni ideyalar, fəlsəfi baxışlar, proqramlar ortaya çıxsın.
Yəni sosial və siyasi fəallıq olarsa, cəmiyyətdə
təşəbbüskarlıq elementləri artır, nəticədə rəqabətlilik
sistemi inkişaf edir. Cəmiyyəti aktivləşdirməklə
yeni ideyaların ortaya çıxmasına
nail olmaq mümkünləşər
və vətəndaşlar
öz hüquqlarının
keşikçisinə çevrilə
bilərlər. Prezident İlham
Əliyev hakimiyyətinin
ilk illərində iki
məsələyə xüsusi
diqqət ayırdı.
Birincisi,
büdcə tamamilə
sosial büdcə olaraq elan edildi,
ikincisi regionların inkişafı vacib məsələ kimi dövlətin əsas vəzifəsinə çevrildi.
Burada isə məqsəd aydın idi. Nə olursa-olsun Azərbaycan vətəndaşının sosial
fəallığı artırılmalı
idi. Çünki bu artım yeni ideyaların ortaya çıxması ilə nəticələnməli
idi. Bununla yanaşı, Prezident
İlham Əliyev qısa zaman ərzində bir sıra beyin mərkəzlərinin yaradılmasına,
strateji mərkəzlərin
formalaşmasına nail oldu.
Bu isə cəmiyyətdə
yeni ideyaların yaranmasını, rəqabətə
qoşulmasını təmin
etməyə başladı.
İlk zamanlarda sahibkarlar düşüncə mərkəzlərinə
vəsait ayırmağa
maraqlı olmadıqlarından
bu işi dövlət öz üzərinə götürdü.
Hazırda isə elə
bir mərhələ başlayır ki, özəl sektor belə düşüncə
mərkəzlərinə vəsait
yatırmağa maraqlı
olacaq. Çünki ideyasız biznes
şəbəkəsi yaratmaq
müasir cəmiyyətdə
mümkünsüzdür və
gec-tez iflasa uğrayacaq. Bütün bunlar
isə sübut edir ki, cəmiyyətin
formalaşması, normal biznes
mühitinin yaradılması
üçün vətəndaşların
sosial və siyasi fəallığının
artırılması əsas
şərtdir. Həmçinin, maarifləndirmə yolu ilə vətəndaşların
hüquq və azadlıqlarını bilməsi,
qanunvericilik bazasının
formalaşması və
beynəlxalq normalara əməl olunması əsas şərtdir.
Prezident İlham Əliyev bütün bunları nəzərə
alaraq, bir neçə il
öncə Azərbaycan
Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin
səmərəliliyini artırmaq
məqsədilə Milli
Fəaliyyət Proqramını
qəbul etdi və bu proqramda
konkret şəkildə
tezislər öz əksini tapıb. Məsələn, Azərbaycan
Respublikasının tərəfdar
çıxdığı insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrdən irəli
gələn öhdəliklərin
həyata keçirilməsi
və Azərbaycan Respublikasının normativ-hüquqi
aktlarının beynəlxalq
hüquqi sənədlərə
uyğunluğunun təmin
edilməsi ilə bağlı bənddə deyilir:" Azərbaycan Respublikası insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrə
tərəfdar çıxaraq,
öz yurisdiksiyası
daxilində hər kəsin insan hüquq və azadlıqlarının təmin
edilməsi öhdəliyini
öz üzərinə
götürmüşdür. Bu öhdəliyin yerinə yetirilməsinə
nəzarət mexanizmləri
çərçivəsində Azərbaycan Respublikası
tərəfindən təqdim
olunan insan hüquq və azadlıqlarının təmin
edilməsinə dair dövri hesabatlar üzrə Birləşmiş
Millətlər Təşkilatının,
Avropa Şurasının
və digər hökumətlərarası təşkilatların
ixtisaslaşmış qurumlarının
rəy və tövsiyələrinin həyata
keçirilməsi əhəmiyyət
kəsb edir. Bununla yanaşı, İnsan Hüquqları üzrə
Avropa Məhkəməsinin
qərarlarının icra
edilməsi çərçivəsində
qanunvericiliyin təkmilləşdirilməsi
sahəsində tədbirlərin
həyata keçirilməsi
nəzərdə tutulur.
Göstərilən öhdəliklərin yerinə yetirilməsi zamanı tövsiyələrin
ətraflı təhlili,
görüləcək tədbirlərin
və onların icrasına məsuliyyətli
dövlət qurumlarının
müəyyən edilməsi
zəruridir. Bununla əlaqədar
olaraq, qeyd olunan prosesə aşağıda göstərilən
qurumların cəlb edilməsi nəzərdə
tutulur. Bu işə
insan hüquqlarının
müdafiəsi sahəsində
fəaliyyət göstərən
yerli qeyri-hökumət
təşkilatları cəlb
edilir.İcra orqanları:
Azərbaycan Respublikasının
Nazirlər Kabineti, Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası,
Azərbaycan Respublikasının
Milli Məclisi, Azərbaycan Respublikasının
Ədliyyə, Xarici İşlər nazirlikləri,
Azərbaycan Milli Elmlər Akademiyasının
İnsan Hüquqları
üzrə Elmi-Tədqiqat
İnstitutu.İcra müddəti:
mütəmadi".
Vətəndaşların sosial və siyasi fəallığının
artırılmasının ikinci mühüm əhəmiyyəti bu dövlətin milli təhlükəsizliyi və
özünmüdafiəsi ilə
bağlıdır. Hazırda Azərbaycan
müharibə şəraitindədir
və torpaqlarımızın
20 faizi işğal edilib. Belə bir məqamda
isə ən vacib məsələlərdən
biri və birincisi, sözsüz ki, cəmiyyətin aktivliyi və səfərbər olunmağa
hazırlığıdır. Buna görə ən
inkişaf etmiş ölkələrdə belə
insanların sosial və siyasi fəallığının artırılmasında
güdülən əsas
məqsəd məhz yadelli işğaldan qorunma gümanının nəzərə alınmasıdır.
Həqiqətən də, bir cəmiyyətdə insanların
sosial və siyasi fəallığı
yoxdursa, deməli, bu boşluğu, sadəcə olaraq biganəlik doldurur. Ətrafa biganə olan insan toplusu
isə heç bir halda özünüqoruma
yükündə ola bilməz. Bəs Azərbaycanda bu durum necədir? Uzağa getməyək, elə
bir ay öncə Dağlıq Qarabağda atəşkəs rejimi ciddi şəkildə pozuldu. Nəticədə, demək olar
ki, Azərbaycan cəmiyyəti bütövlükdə
ayaq üstə idi və minlərlə
insan Müdafiə Nazirliyinə müraciət
edərək könüllü
hərbi xidmətə
getmək istədiklərini
bəyan etdilər.
Bu, artıq cəmiyyətin
bütövlükdə sosial
və siyasi fəallığının bariz
nümunəsi idi.
Amma Azərbaycanda bu proseslərin baş verdiyi məqamda Ermənistanda ermənilər
etiraz aksiyası keçirtməklə Dağlıq
Qarabağda savaş aparmağa etirazlarını
bildirirdilər. Çünki erməni cəmiyyətinin
aktivliyi sıfır həddinə salınıb
və bunun daha ağır nəticələrini görəcəklər.
Azərbaycanda isə insanlar
həmin zaman özlərini prosesin ən aktiv zümrəsi
hesab etdilər və bu səbəbdən
təşəbbüskarlıq yenidən ortaya çıxdı. Ümumiyyətlə, bunu da unutmayaq
ki, Azərbaycan toplumu ümumilikdə aktiv təbəqə kimi qəbul oluna bilər və milli azadlıq
hərəkatı zamanı
bunun şahidi olduq. Əslində,
1990-cı il 20 yanvar gecəsi dünyada vətəndaşların
sosial və siyasi fəallığının
ən gözəl nümunəsi kimi dəyərləndirilə bilər.
Çünki həmin gündə
uşaqdan-böyüyə kimi hamı azadlıq hərəkatının
bir iştirakçısına
çevrilmişdi və
bunun kökündə
siyasi fəallıq dayanırdı.
Beləliklə apardığımız yığcam
təhlil də sübut edir ki, vətəndaşların
sosial və siyasi fəallığı
bütünlüklə cəmiyyətin
inkişafı, insan hüquqlarının müdafiəsi
deməkdir.
Vahid Ömərov
Səs.-
2016.- 16 yanvar.- S.15