Opera və Balet Teatrı
Belorus Musiqili Teatrına dəvət olunub
Artıq
bir neçə ildir ki, Azərbaycan
Dövlət Akademik
Opera və Balet Teatrının Belorus Milli Akademik Böyük Opera və Balet Teatrı və Belorus Dövlət Musiqili Teatrı ilə çox sıx əməkdaşlıq əlaqələri
davam edir. Bu əlaqələr çərçivəsində vaxtaşırı beloruslu
sənətçilər Bakıda,
azərbaycanlı sənətçilər
isə Minskdə qastrol səfərlərində
olur, rejissor və baletmeysterlər yeni tamaşaların quruluşunu həyata keçirir, ustad dərsləri təşkil
olunur.
Teatrın mətbuat xidmətindən
qəzetimizə verilən
məlumata görə,
bu günlərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına Belorus Musiqili Teatrından növbəti
dəvət məktubu
daxil olmuşdur. Teatrın quruluşçu
baletmeysteri Azərbaycanın
xalq artisti Mədinə Əliyeva fevralın ilk günlərində
həmin teatrın səhnəsində Q.Şaydulovanın
"Kleopatra" baletinin
quruluş vermək üçün Minskə
dəvət olunmuşdur.
Bu, M.Əliyevanın Belorusa ilk səfəri deyildir. O, 2010-cu ildə
Belorus Musiqili Teatrında tamaşaya qoyulan Ü.Hacıbəylinin
"Arşın mal alan" əsərində
rəqslərə quruluş
vermiş, 2013-cü ildə
isə F.Əmirovun
"Min bir gecə"
baletinin quruluşçu
rejissoru olmuşdur. Azərbaycanlı xoreoqrafın istedad
və bacarığını
yüksək qiymətləndirən
Belorus Musiqili Teatrının rəhbərliyi
onu yenidən əməkdaşlığa dəvət
etmişlər.
ZÜMRÜD
Səs.-
2016.- 26 yanvar.- S.3