Milli qəhrəmanlarımızın döyüş
yolundan bəhs edən film
təqdim olunub
Qazaxda Azərbaycan Respublikasının Prezidenti
yanında Gənclər Fondunun maliyyə
dəstəyi ilə “İgidlərin beşiyi
elim mənim” adlı milli
qəhrəmanlarımızın döyüş
yolunu əks etdirən filmin
təqdimatı keçirilib.AZƏRTAC xəbər
verir ki, tədbirdə
rayon icra hakimiyyətinin
məsul işçiləri, fəal gənclər,
əsgərlər, filmdə adları çəkilən milli qəhrəmanların yaxınları, döyüş yoldaşları, idarə, təşkilat
rəhbərləri və ictimaiyyət nümayəndələri
iştirak ediblər.Azərbaycan
Yazıçılar Birliyinin üzvü Taleh Mansur şəhidlərimizin qəhrəmanlığından
bəhs edən qısametrajlı filmin gənclərimizə vətənpərvərlik
hissinin aşılanmasında dəstək
olduğunu bildirib.Sonra
“İgidlərin beşiyi elim
mənim” adlı qısametrajlı filmi nümayiş olunub.Rejissor
Şamil Muradlı, “Avey”
İdman Klubunun prezidenti Arzuman Abdulkərimov,
AYB Qazax zona
filialının sədri, Əməkdar İncəsənət
Xadimi Barat Vüsal, “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl və başqaları
çıxış edərək film
haqqında fikirlərini bölüşüblər.
Səs.-
2016.- 28 yanvar.- S.4