Elmira Axundova: “Biz qətnamələrə
yox, ordumuzun
gücünə arxalanmalıyıq”
“Belə bir vacib
sənədin qəbul olunması Azərbaycanın böyük uğurudur”. Bu fikirləri SİA-ya
açıqlamasında millət vəkili Elmira
Axundova deyib.O, Azərbaycanın
lehinə qəbul olunan qətnaməni
yüksək qiymətləndirdiyini bildirib:
“Bu qərarı intizarla
gözləyirdik. Çünki əhalimizin
susuz qalması, Sərsəng su anbarının daşma
təhlükəsi böyük problemdir. Təxribat olacağı halda fəlakət yaşana
bilər. Millət vəkili Elxan Süleymanovun xidmətləri çox
böyükdür. O, elə bir beynəlxalq təşkilat qalmayıb ki, orada Azərbaycanın haqq səsini ucaltmasın. Ümumilikdə,
nümayəndə heyətimiz fədakarlıq göstərdilər
və uğurlu nəticə əldə
olundu”.Millət vəkili qeyd edib ki, qəbul olunmayan sənəd də bizim
üçün əhəmiyyətlidir:
“Amma qəbul etməliyik ki,
AŞPA-da bizi istəmiyən
erməni lobbisi güclüdür
və daha aktivdir. Millət
vəkili Səməd Seyidovun rəhbərliyi
ilə Azərbaycan nümayəndə heyəti də kifayət
qədər aktiv fəaliyyəti ilə seçilir. Təəssüf ki,
bu fəallıq ikinci
bir sənədin qəbuluna yetmədi. Avropada yüz minlərlə
azərbaycanlılar yaşayır. İstərdim ki, soydaşlarımız bu
sənədlər müzakirəyə çıxarılmadan
öncə hərəsi aidiyyatı quruma
teleqrama vurardı, hər hansı aksiya keçirərdi, etirazlarını bildirərdi.
Orada lazımınca varlı həmvətənlərimiz
də var. Hazırda lobbimizin
fəaliyyəti nisbətən aktivləşib, amma bu düşmənlə
müqayisədə yenə də azdır. Bu
məsələdə XİN günahkar deyil. Diplomatlarımız böyük
işlər görür. Sadəcə olaraq xaricdəki lobbi təşkilatlarımız
aralarındakı didişmələrlə məşğuldur. Başa
düşməliyik ki, bizim
bir vətənimiz var-Azərbaycan. Bu yolda daxili
didişmələrə son qoyub düşmənə qarşı birlikdə
iş aparmalıyıq”.Onun
sözlərinə görə, millət vəkili Fazil Mustafa da
dediyi kimi sənədin
qəbul olunmamasında saxtakarlıq amili
də rol oynaya bilər:
“Çünki orada bizi istəməyən, erməniləri istəyən,
xristianlara daha çox dəstək verən avropalı
parlamentarilər çoxdur.
Hazırki zamanda Avropada
müsəlmanlara qarşı səlib yürüşü
var. Onlardan qorxurlar, qəbul etmirlər. Bu
faktoru da unutmayaq. Cəmi 4 səs qərar qəbuluna
çatmadı. Yəni 70 nəfər əleyhinə, 66 nəfər
lehinə oldu. Mən bunu normal qəbul edirəm. Hesab edirəm ki,
bu faciə deyil. Gələn dəfə daha yaxşı hazırlaşıb
bu sənədin qəbuluna nail ola
bilərik. Ancaq bir həqiqət
də var ki, bu qətnamələr
elə də həlledici rol oynamır. BMT TŞ-nin
20 ildən çoxdur
ki, Ermənistan əleyhinə 4 qətnaməsi
var amma hər hansı xeyrini görə bilmirik”.Biz yalnız ordumuza inanmalıyıq: “Məni daha çox sevindirən məsələ Azərbaycan
ordusunun strateji rola malik yüksəkliyi
ermənilərdən geri
alması oldu. Özümüzə inanmalıyıq. Heç kim
bizə torpaqlarımızı
qaytarmayacaq. Ordumuzun gücünə arxalanmalıyıq”.
Səs.-
2016.- 28 yanvar.- S.5