Səbaildə "Azərbaycanlıların soyqırımı" kitabının təqdimatı keçirilib
Səbail
Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Yeni Azərbaycan
Partiyası Səbail
rayon təşkilatının
və Azərbaycan Dövlət Pedaqoji
Universitetinin birgə
təşkilatçılığı
ilə ötən il
keçirilmiş “31 mart
azərbaycanlıların
soyqırımı günüdür” mövzusunda elmi-praktik konfransda buradakı
çıxışların əsasında
kitab hazırlanması qərara alınıb. SİA-nın
məlumatına
görə, Mart soyqırımının ildönümü
günlərində isə təşkilatçıların birgə
hazırladığı ADPU-nin professor, müəllim
və tələbələrinin, tarixçilərin konfransdakı
çıxışları, mövzulara aid xeyli fotoşəkil toplanmış nəfis tərtibatlı "Azərbaycanlıların
soyqırımı" adlı kitab işıq üzü
görüb.Rayon rəhbərliyi, dövlət qurumların
nümayəndələri, Milli Məclis üzvləri, elm,
təhsil, incəsənət
və din xadimləri,
ziyalıların, gənclərin, ağsaqqalların,
veteranların və
ictimaiyyətin, rayondakı ali
məktəblərin pedaqoji
kollektivlərinin
iştirakı ilə
Milli Azərbaycan
Tarixi Muzeyində
kitabın təqdimat
mərasimi keçirilib. Tədbirin əvvəlində
iştirakçılar və
qonalar rayon məktəblilərinin
və gənc rəssamların
soyqırımla bağlı
çəkdikləri rəsmlərin sərgisi ilə tanış
olublar.Təqdimat mərasimində
çıxış edən
Səbail Rayon İcra Hakimiyyətinin
başçısı Eldar Əzizov qeyd edib ki,
Azərbaycan
xalqı XX əsrdə bir
neçə dəfə soyqırımlara məruz
qalmışdır. Uzun illər azərbaycanlıların əzəli torpaqlarına sahib
çıxmaq və
burada "Böyük
Ermənistan" yaratmaq xülyaları ilə yaşayan erməni qəsbkarları 1918-ci
ildə Bakı,
Şamaxı, Quba qəzalarında, Qarabağda,
Zəngəzurda,
Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində minlərlə dinc azərbaycanlı əhalini yalnız milli
mənsubiyyətinə görə məhv etmiş, milli memarlıq incilərini,
məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıblar.Ötən əsrin 80-ci illərində isə SSRİ-nin
süqutunun sürətlənməsindən
istifadə edən ermənilər öz havadarlarının köməyi ilə Dağlıq
Qarabağın Ermənistana
birləşdirilməsi üçün
Azərbaycana
qarşı birbaşa hərbi təcavüzə başladılar.
1992-ci ilin fevralında isə Xocalıda azərbaycanlılara
qarşı növbəti
soyqırımı törədildi,
daha sonra isə
torpaqlarımızın 20 faizi
işğal olunub.Azərbaycan müstəqillik qazandıqdan sonra
uzun illər
gizli saxlanılan həqiqətlər açıldı, təhrif edilən hadisələr əsl qiymətini
aldı. Ümummilli liderimiz
Heydər Əliyevin
1998-ci il martın 26-da
imzaladığı Fərmanla
31 mart Azərbaycanlıların
Soyqırımı Günü elan edildi.
Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdi. Bu, həm
də Azərbaycan
xalqının əsrlər boyu
üzləşdiyi
mərhumiyyətlərə,
rəhbəri Heydər Əliyev olan dövlətin
verdiyi əsl
tarixi qiymət
idi.Ulu Öndərin
ideya və
əməllərini yaşadan,
dünyada yeni tipli lider kimi
tanınan, bugünkü çətin və mürəkkəb dövrdə müstəqil siyasət yürüdən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham
Əliyev dövlətçilik
maraqlarımızın qorunmasında, ölkəmizin ərazi bütövlüyünün
bərpa olunması
istiqamətində qəti və
prinsipial mövqe nümayiş etdirir.
Dövlət
başçımızın yorulmaz fəaliyyəti sayəsində Azərbaycan inkişaf edib möhkəmlənərək dünyanın
aparıcı ölkələri sırasında öz layiqli yerini tutub. Qarabağ probleminin
həlli istiqamətində mərhələli addımlar
atılır, ölkənin
iqtisadi gücü
artır və siyasi nüfuzu güclənir.Eldar Əzizov
vurğulayıb ki, cənab Prezidentin
yürütdüyü bu
siyasət yeganə düzgün,
alternativsiz və
müvəffəqiyyət qazandıracaq siyasətdir və
xalqımız bu siyasəti yekdilliklə
dəstəkləyir.Daha sonra
çıxış edən
YAP-ın Səbail rayon təşkilatının
sədri, Milli Məclisin
deputatı, professor Şəmsəddin Hacıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov, Azərbaycan
Dövlət İqtisad Universitetinin
rektoru, professor Ədalət
Muradov, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı 1918-ci il
hadisələri, sonrakı illərdə ermənilərin Azərbaycan xalqına
qarşı təcavüz
faktları, onların beynəlxalq
ictimaiyyətə
çatdırılması istiqamətində görülmüş
işlər barədə danışaraq qeyd
etmişlər
ki, çap olunmuş kitab uzun illər
boyunca mənfur
qonşularımızın Azərbaycanlalara
və digər xalqlara
qarşı törətdikləri
soyqırımların dərindən və hərtərəfli öyrənilməsində mühüm
əhəmiyyətə malikdir. Kitab gələcək
nəslin tariximizi daha dərindən öyrənmələri,
onların maarifləndirilməsi istiqamətində mühüm
rol oynayacaqDigər
çıxışçılar bildiriblər ki, hər bir
faciənin elmi cəhətdən araşdırılması və tarixi
faktların dünya ictimaiyyətinə dolğun
şəkildə çatdırılması həmin
hadisəyə obyektiv
siyasi-hüquqi qiymətin
verilməsinə, günahkarların
layiqli cəzasına
çatmasına və
gələcəkdə
belə halların
qarşısının alınmasına həlledici təsir
göstərə bilər.Bununla əlaqədar rayonun
163 nömrəli tam orta məktəbinin
direktoru Sevil Cavadova
məktəb kollektivi
adından kitabın ingilis dilinə tərcümə
edilməsi və bu
işin məktəb kollektivinə həvalə
olunması təklifini
irəli sürdü. Təklif
razılıqla qarşılandı və
növbəti ildə kitabın ingilis dili
variantının hazırlanaraq təqdimatının
keçirilməsi
və kitabın beynəlxalq ictimaiyyətə çatdırılması qərara
alındı.
Səs.- 2017.- 4 aprel.- S.11