Heydər
Əliyev və sürətli
reformalar strategiyası
Ümummilli Lider Heydər Əliyev irsi zəngin siyasi xəzinəyə
bənzəyir. Hər yeni mövzu ilə Onun da yeni tərəfləri,
yeni səhifələri açılır. Ulu Öndərin
qətiyyətli və ardıcıl
siyasətçi olduğu bütün dünyaya məlumdur.
Biz Onun siyasi qətiyyətini çox zaman
qanunauyğun, dahilik cizgisi kimi qəbul edirik. Ümummilli Lider Heydər Əliyevin siyasi qətiyyəti
həm də rəhbər müdrikliyinin bir portreti, analitik
siyasətçi düşüncəsinin yekunu idi. Tarixdə elə məqamlar olur ki, düzgün qərarları
yubanmadan gerçəkləşdirmək onların zəruriliyini
izah etməkdən qat-qat vacib olur. Sovetlər
dağılandan sonraki Azərbaycanın taleyi belə qərarlar
tələb edirdi. Ulu Öndər Heydər
Əliyev bu qərarları hələ Sovet İttifaqı
dağılmazdan əvvəl qəbul edirdi. Onların isə taleyimizi dəyişən dərin
reformalar olduğu sonralar aydınlaşdı.
Ümummilli
Liderin ən
mühüm qərarları tarixi öncə görmə
nümunəsi, müstəqil Azərbaycan qurmağın pillələri
idi. Ani baxışdan adi bir fakt kimi görünə bilər:
1990-cı ilin 22 iyul səhəri öndər təyyarə ilə
Naxçıvana gəlmişdi. Lakin bir il
bir ay sonra baş verən hadisələr, - SSRİ-nin
dağılması faktı göstərdi ki, Ümummilli Lider
Heydər Əliyev baş verəcək hadisələri
öncədən bilirdi. Onu da bilirdi ki, bu
mürəkkəb tarixi mərhələdə o xalqına
lazımdır, o, Vətəndə öz yenilməz xalqı
ilə birgə olmalıdır. Ancaq bu ali
niyyətlər naminə öz şəxsi həyatını
təhlükəyə qoyurdu. Axı, rəsmi Moskva ilə razılaşmadan
Naxçıvana gəlmişdi.
Bu addımın qarşısını almaq
üçün Moskvada nə qədər təzyiqlərə
dözmüşdü, nə qədər əsəb,
sağlamlıq sərf etmişdi.
Siyasətdə nəticələr əldə etmək -
reallığı dəyişmək, yaşayış
qaydalarını dəyişmək bacarığı tələb
edir. Siyasətdə bundan çətin yol yoxdur.
Əsl reforma da elə budur, islahatçılıq istedadı
məhz bunu
bacarmaqdır. İnsanların
işıq və ümid görmədiyi bir yerdə xilas yolu
tapmaqdır. Ulu Öndərin polad iradəsi,
başladığı işi başa burmaq ehtirası hər
şeyə qadır idi. Çünki o
öz planlarını insanlara ötürə bilirdi,
onları böyük işlər və addımlar ətrafında
səfərbər edirdi. Və ən
başlıcası, xalq ona inanırdı.
Bu addımların əsas hissəsi Naxçıvanda
atıldı.
Azərbaycanın müstəqilliyini gerçəkləşdirmək
üçün xalqın monolit birliyi lazım idi. Lakin
bu birliyin qarşısında iki maneə vardı: ölkədəki
iqtisadi-siyası dağıntı və sərhəddə Ermənistanla
müharibə. Bunların hər ikisi həllolunmaz
görünürdü. Xüsusilə Ermənilərlə
sərhəd müharibəsi. Öndər
bilirdi ki, 1918-ci ildə müstəqil Azərbaycan Cümhuriyyəti
yaranandan sərhəd müharibəsi milli dövlətimizə
qarşı müqavimətin əsas forması olmuşdu.
Öndər onu da yaxşı bilirdi ki,
qonşuluqdaki balaca erməni xalqı özü bizim
döyüşkən xalqımız üçün əsas
problem deyildi. Əsas problem, əsas cəbhə
Azərbaycanın müstəqilliyini istəməyən məkrli
qonşu dövlətlər idi.
Ümummilli
Lider Heydər Əliyev heç yerdə və bircə dəfə
də olsa demədi: biz erməni dövləti ilə deyil,
bütün xristian dövlətləri ilə vuruşuruq. Öndər ən böyük hədəflərini
heç vaxt dilinə gətirmirdi. Sadəcə onları həyata
keçirirdi. Keçən ilin aprelində Ermənistanla
cəbhə xəttindəki döyüşlər həm də
bu xəttin davamı idi. Dövlətimiz,
Prezidentimiz yenə Ermənistanı müdafiə edən bəzi
beynəlalq dairələrin müqaviməti ilə üzləşdi.
Hərbi təşəbbüs Ermənistanda
olanda onlar susurlar. Amma qərb dairələri
Qarabağda sülhə çağırırsa, deməli
işğalçı dövlət üçün təhlükə
var, bu xainlərin xristian köməyinə ehtiyacı var.
Prezident İlham Əliyev aprel döyüşlərində
azad edilmiş ərazilərin bərpa edilməsi
üçün sərəncam imzalamış və
lazımı maddi vəsait ayırmışdır. Bu, torpağa, Vətənə sədaqət
nümunəsidir.
O zaman
Ümummilli Lider Heydər Əliyevin Prezident seçilməsindən
(10.10.1993),
Bişkek sülhünəcən ( 12.05.1994) cəmi
yeddi ay keçmişdi. Cəmi yeddi aya müstəqilliyin beynəlxalq
problemləri həll olundu, dinc quruculuq fürsəti
yarandı. Xalqımız vətəndaş
müharibəsi və iqtisadi-siyasi xaosdan sabitlik vəziyyətinə
çıxdı. Ölkədə yeni vəziyyət yarandı. Azərbaycan əldə etdiyi müstəqiliyi
dönməz etmək fürsəti qazandı. Bu, yeni reallığın yaradıcısı və
qurucusu Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi idi.
Bu iradə paralel olaraq daxili müxalifətlə
mübarizə edirdi. Xüsusilə qanunsuz
silahlı dəstələrin ləğvi rəhbərin
ardıcıl səyləri hesabına baş tutdu.
Hələ Xalq Cəbhəsi hakimiyyəti dövründə
qabaqcıl Qərb ölkələri ilə neft kontraktları
barədə söhbət gedirdi. Bəli, ölkəyə
maliyyə lazım idi. Amma sadəlövh
meydan liderləri neft kontraktlarını Azərbaycanın təhlükəsizliyi
üçün təminat sayırdılar. Amma Ulu
Öndər Heydər Əliyev Qərbi də yaxşı
tanıyırdı: bilirdi ki, neft sənayesinə milyardlar
qoyacaq şirkətlər özləri qarant axtarırlar.
Onlara zəmanətçi kimi baxmaq uzaqgörənlik ola bilməzdi.
Qərb ölkələri ilə neft kontraktlarının
boş müzakirələrdən iş müstəvisinə
keçməsi üçün ölkədə, Azərbaycanda
siyasi sabitlik lazım idi. Həm də elə
sabitlik ki, Qərb dairələri buna inansınlar, öz
milyardları ilə gələndə risk etmədiklərini
hiss etsinlər. Bu da yeni konstitusiya və yeni iqtisadi qanunvericilik tələb
edirdi. Azərbaycanın müstəqilliyini
qorumaq belə çətin islahatlardan keçirdi.
1995-ci il noyabrın 12-də ümumxalq referendumu Ulu
Öndər Heydər Əliyev Konstitusiyasını qəbul
etdi. Bişkek sülhündən cəmi il
yarım keçirdi. Yeni konstitusiya Azərbaycanda
xüsusi mülkiyyəti və azad sahibkarlıq
normalarını təsbit etdi. Mülki Məcəllə
və digər zəruri iqtisadi qanunlar qəbul edildi. Yalnız bundan sonra dünyanın iri neft şirkətlərinin
Azərbaycana marağı ciddiləşdi. Azərbaycan artıq sərhədləri BMT tərəfindən
tanınmış, öz konstitusiyası olan, daxildə siyasi
sabitliyə nail olmuş bir dövlət idi, onunla beynəlxalq
qanunvericiliyə uyğun hər cür layihələr qurmaq
olardı. Belə də oldu. Xəzər neftini çıxarmaq üçün
Beynəlxalq Əməliyyat şirkəti gerçəkləşdi.
Bu şirkətin işə başlaması
Bişkek sülhündən, yeni konstitusiyadan və siyasi
sabitlikdən sona öndərin dördüncü strateji qələbəsi
idi. Baxmayaraq ki, bu böyük qələbələrin
hansı diplomatik maneələrlə müşayiət
olduğunu demirəm.
Ümummilli Lider Heydər Əliyevin birnəfəsə,
artıq səs-küysüz qazandığı bu qələbələrin
Azərbaycanın gələcəyi üçün misilsiz əhəmiyyəti
vardı. Dahi
Öndər Heydər
Əliyev ölkəni qısa vaxtda modernləşdirmək
istəyirdi. Buna külli miqdarda investisiya və
yatırım lazım idi. Bu imkanlar real
olaraq ancaq Azərbaycan neftinin dünya bazarlarına
çıxmasından gələ bilərdi. Bu işi reallaşdırmaq üçün daha bir
problem ortaya çıxdı. Böyük
miqdar nefti bazarlara və limanlara çıxarmaq
üçün Azərbaycanın öz neft borusu olmalı
idi. Öndər bu strateji işdə
qonşuların ümidinə qalmağı təhlükəli
sayırdı. Beynəlxalq Əməliyyat
Şirkətinə daxil olan iri kompaniyalar da bu problemdən
narahat idilər. Nefti çıxarmaq
azdır, onu bazarlara təhlükəsiz nəql etmək
üçün təminat olmalıdır. Baki-Tbilisi-Ceyhan boru xətti bu təminatı təmin
etdi. Həm də ölkənin
suverenliyinin sipərlərindən biri, ölkəmizin bu
borudan uzun tarixi dövr ərzində fayda götürəcəyi
mülahizəsi idi.
Ağlasığmaz
gərgin iş rejimi öndərin sağlamlığına mənfi
təsir göstərirdi, amma öndər xalqının
sabahını, qurduğu müstəqil dövlətin taleyini
öz canından da əziz bilirdi. Tarix onun
işlərini, yeni Azərbaycan yaratmaq planlarını sahibsiz
qoymadı. Öndərin sadiq
silahdaşları, gənc siyasi varisi onun planlarını və
arzularını daha sürətlə davam etdirdi. Çünki Ulu Öndər Heydər Əliyevin həm
praktik, həm nəzəri irsi qədirbilənliklə
qüdrətli bir silaha çevrildi. Prezident
İlham Əliyevin rəhbərliyi ilə ölkəni modernləşdirmək
strategiyası surətlə davam etməyə başladı.
Bu sürətin
əsasları və mənbələri Ulu Öndər Heydər Əliyevdən qalan
idarəçilik prinsipləri idi. Gənc Prezidentdə əsas
bir keyfiyyət vardı: o Azərbaycanı səmimi bir məhəbbətlə
sevirdi. Bu məhəbbətin kökündə
isə xalqımızın yaşarılıq və
yaradıcılıq potensialına hədsiz inam idi. Bu məhəbbət
və inam ayrılmaz idi və ölkə Prezidentinin
bütün plan və qərarlarında barız xətt kimi
görünürdü. Prezident İlham Əliyev Azərbaycanın
modernləşmə sürətini həmişə onun
potensialından az hesab edir. Ona
görə ilk qərar və addımlarından ölkədəki
idarəçilik qərarlarının qəbul edilmə
sürətini daha da artırmağa
çalışırdı. Bu da öz nəticəsini
verdi, bu gün biz həm iqtisadi, həm
sosial infrastruktur, həm mədəni quruculuq baxımından
yeni bir ölkədə yaşayırıq. Və
bütün bunlar cəmi on ildə baş vermişdir. Cəsarətlə
demək olar ki, ölkənin modernləşməsini ən
çox istəyən, buna hamıdan çox can atan da
Prezident İlham Əliyevin özüdür. Xalqımız,
gəncliyimiz bunu görür və öz prezidentinə pərəstiş
edir.
Cənab İlham Əliyev adında "beynəlxalq"
sözü olan iki layihədən ən sürətli dəyişikliklər
üçün istifadə etdi. Neft kontraktları və
"İpək Yolu" layihələri. Bunların
hər ikisi ölkədə misli görünməmiş
tikinti-quruculuq layihələrinə çevrildi. Prezidentin səyləri nəticəsində Azərbaycanın
həm şəhərdaxili, həm də magistral avtomobil yol xətləri
ən yüksək tələblər səviyyəsində
yenidən quruldu. Bunun tikinti sektorunun
inkişafına misilsiz təsiri oldu. Yenidən
qurulan yolların kənarları əhalinin öz vəsaiti
hesabına qısa vaxtda işlək infrastruktura çevrildi.
Bu əlbəttə yeni iş yerləri, orta sahibkarlıq
üçün fəaliyyət meydanı deməkdir. Biz
magistral yol tikintisinin
iqtisadi möcüzə yaratmaq qabiliyyətini gözümüzlə
gördük. Prezidentin infrastruktura
qayğısı ilk vaxtlar bizə yol tikintisi kimi
görünürdü. Amma əslində
bu, tərəqqini sürətləndirmək
strategiyasının özü idi. Biz hələ
də ilboyu Prezidentin yeni yol layihələrini maliyyələşdirmək
haqqında yığcam sərəncamlarını oxuyuruq.
Əslində isə bu sərəncamlar iqtisadi
tərəqqinin sürətini artırmağa yönəlmiş
sistemin həlqələridir.
Xalqımız öz Prezidentini iki şeyə
görə daha çox sevir: bunlardan biri Heydər Əliyevin
mirası olan siyasi sabitlik, ikincisi isə sürətli tərəqqidir.
Tərəqqi sabitlikdən yaranır, amma daimi olanda sabitliyə
xidmət edir. Həm cəmiyyət, həm də şəxsiyyətlər
üçün yaşamaq və inkişaf etmək perspektivi
hava kimi zəruri bir şeydir. Heydər Əliyevin sabitlik
konsepsiyası buna əsaslanırdı. Ümidsiz və
inamsız cəmiyyətdə ən yaxşı güc
orqanları da sabitlik təmin edə bilməz. Azərbaycandakı
siyasi sabitliyin zəruri tərəfi ölkəmizin fəal
xarici siyasətidir. Bu siyasətin təsirli olması
üçün ölkənin birinci xanımı Mehriban
xanım Əliyevanın fəaliyyəti də xüsusi qiymətini
almalıdır. Biz tarixdə özünü təsdiq
etmiş ən xeyirxah və mərd xalqlardan biriyik. Və beynəlxalq
aləmdə özümüzə belə də münasibət
tələb edirik. Amma bu asan məsələ deyildir. Azərbaycanın
beynəlxalq imicini, onun qədim mədəniyyətini və nəcib
simasını təbliğ etmək baxımından Mehriban
xanımın fəaliyyəti tarixi bir miqyas
daşıyır. Biz bunun qədrini bilməliyik, Mehriban
xanımın yaratdığı humanitar ənənələri
hər yerdə davam etdirməliyik, gəncliyə ötürməliyik.
Ölkənin birinci xanımı bizim mədəniyyət
və incəsənətimizi xaricdə yorulmadan təbliğ
edir. Daxildə isə qayğı göstərir. Mən bir
müəllim kimi Mehriban xanımın təhsilimizi inkişaf
etdirmək, onun maddi bazasını yüksəltmək, beynəlxalq
standartlar səviyyəsinə qaldırmaq üçün
gördüyü işləri fəxr ilə izləyirəm.
Onun bütün layihələri misilsiz uğur qazanır. Ona
görə ki, o Azərbaycan mədəniyyətini və onu
yaratmış qədim xalqın mentalitetini ürəkdən
sevir və bizə bu yolda nümunə göstərir. Ona
görə sevgi ilə, sidq ilə görülən içlər
uğur qazanır, ovsanaya düşür. O Ümummilli Lider
Heydər Əliyevin adını daşıyan Fondu şəfqət,
yardım və xeyriyyə ünvanına çevirmişdir.
Bəli, müstəqil dövlət xalqın gələcəyini
qurmaq üçündür. Prezident İlham
Əliyevin sürətli reformalar siyasəti həm də buna
yönəlib. İnfrastruktur layihələrindən ərzaq
təhlükəsizliyinə, yeni sənaye qovşaqlaından
kənd yollarına qədər hər şey dövlətimizin
tərəqqi strategiyasının tərkib hissəsidir.
Bütün bunıar ölməz Ümummilli Lider Heydər
Əliyevin çiçək açan arzularıdır,
ömrünü sərf etdiyi hədəflərdir. Biz
Prezidentimiz İlham Əliyev ilə
birlikdə - Ulu Öndərin yolu ilə gedirik, bu yol qələbələr
yoludur.
Prezident İlham Əliyevin sürətlə
yürütdüyü iqtisadi reformalar siyasətinin Azərbaycanı
öz məqsədinə, niyyətinə, intibahına
qovuşduracağına xalqımızın zərrə qədər
şübhəsi yoxdur.
Bizə inam verən və nikbin edən də
bu qüdrətli siyasətin göz önündə olan nəticələridir.
Səs.-
2017.- 12 aprel.- S.5