Vladimir Solovyov: “İlham
Əliyev dərin təfəkkürlü, savadlı,
öz ölkəsi və atası qarşısında böyük
məsuliyyət hiss edən dövlət xadimidir”
Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı
Şirkətinin (VQTRK) teleaparıcısı
Vladimir Solovyov aprelin 11-də Vesti.FM kanalında
“Pryamoy kontakt” verilişinin birbaşa efirində Bakı səfəri barədə
danışıb. V.Solovyov
Bakıda Azərbaycan
Prezidenti İlham Əliyev ilə iki saat söhbət
edib. AZƏRTAC “Vestnik
Kavkaza” informasiya portalının bu barədə yazısını
təqdim edir. Vladimir Solovyov vurğulayıb ki, Bakıya səfərinin məqsədi məhz Prezidentlə görüşmək
idi. Teleaparıcı deyib: “Dövlətlərin
liderləri ilə söhbətlər həmişə
çox maraqlıdır.
Söhbət bu cür məsuliyyət səviyyəsində aparılır”.
O, Azərbaycanın paytaxtı barədə təəssüratlarını bölüşərək qeyd
edib: “Bakıda yollar qüsursuzdur. Görünür ki, şəhərin abadlaşdırılması
üçün böyük
məbləğdə pul
sərf edilib. Şəhər çox səliqəlidir. Bakıda
bir neçə əsl memarlıq əsəri var. O cümlədən Zaha Hadidin layihəsi üzrə tikilmiş Heydər Əliyev Mərkəzi həqiqətən
gözəldir”.
Teleaparıcı deyib ki, Azərbaycana
səfər etməyə
çoxdan hazırlaşırmış.
O, etiraf edərək deyib: “Azərbaycan Prezidentinə veriləsi suallarım çox idi. Mən bundan
sonra nə olacağını anlamaq və prinsipial əhəmiyyətli hesab etdiyim bütün sualları vermək istəyirdim. Deyə bilərəm ki, hamı mənimlə son dərəcə nəzakətli və xoş rəftar edirdi. Prezidentlə görüşümüz düz
saat 10-da başladı.
O, artıq iş yerində idi. Mən təəccübləndim
ki, İlham Əliyev fotoşəkillərdə
olduğundan xeyli cavan görünür - ucaboylu, xoşrəftar. Söhbətimiz çox səmimi oldu. Mən bu söhbətə
görə Prezidentə
təşəkkür etmək
istərdim. O, mənə
çox yaxşı təsir bağışladı”.
Vladimir Solovyov
deyib: “Mən gördüm ki, İlham Əliyev olduqca savadlı, yüksək təfəkkürlü
siyasətçidir - əsl
dövlət xadimidir.
Biz onunla həm Belarusda həbs edilmiş bloqer, həm də Uyeldanov barədə danışdıq,
hər məsələni
ətraflı təhlil
etdik, mən Prezidentin mövqeyini dinlədim və öz mövqeyimi bildirdim. Mənə deyildi ki, bu
insanlara münasibətdə
yüksək nəzakət
göstərilir, lakin
onlar Azərbaycan qanunlarını pozublar və qanuna görə cavab verməyə borcludurlar”.
O bildirib ki,
söhbətin gedişində
erməni soyadlı Rusiya vətəndaşının
Bakıya uçan təyyarəyə buraxılmaması
məsələsinə də
toxunulub. Teleaparıcı
bildirib: “Prezident izah etdi ki,
onlar bütün ermənilərlə müharibə
aparmırlar. Lakin vəziyyət elədir ki, Azərbaycana gələn hər bir insanın təhlükəsizliyini təmin
etmək lazımdır.
Azərbaycan ilə Ermənistan
arasında münasibətlərin
çox gərgin, faktiki olaraq partlayış həddində
olmasını nəzərə
alsaq, erməni soyadlı bir insan mehmanxanaya gəlib sənədlərini
təqdim edəndə
onun təhlükəsizliyinə
kim zəmanət verə bilər? Ehtimal edilən hadisəyə görə
təqsirkar hakimiyyət
olacaq. Odur ki, səfərlərin təşkil edilməsi üçün bütöv
təhlükəsizlik sistemi
lazımdır”. Vladimir
Solovyov vurğulayıb
ki, İlham Əliyev çox da asan olmayan
həyat məktəbi
keçib. O xatırladıb
ki, vaxtilə Qorbaçovun ətrafı
təmizlənəndə Şevardnadze
İlham Əliyevin Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutundan kənarlaşdırılması
barədə əmr verib. O deyib: “Demək olmaz ki, tale həmişə
onun üzünə gülüb. O, ölkə
qarşısında çox
böyük məsuliyyət
hiss edir. Biz keçmiş dövrü müzakirə
etdik və mənə xoş idi ki, Rusiyanın
və siyasi xadimlərin müasir tarixi barədə bizim mövqelərimiz oxşar idi. Qeyd etməliyəm ki, mən Ermənistanın
rəhbərləri barəsində
bircə kəlmə də təhqiramiz ifadə eşitmədim”. V.Solovyov bildirib ki, söhbət zamanı onu ən çox heyrətləndirən İlham
Əliyevin təmkinliliyi
və pozitiv ovqatı olub. Aparıcı deyib: “Prezidentin davranışında
yalnız böyük
hörmət və mürəkkəb vəziyyəti
qiymətləndirmək istəyi
duyulurdu. Biz Rusiya ilə tərəfdaşlıq münasibətləri
barədə danışanda
və mən deyəndə ki, Rusiya heç vaxt Azərbaycanı satmaz, o, mənə etiraz edərək dedi: “Heç vaxt Putin satmaz”.
Mən bu sözlərə etiraz edə bilmədim”.
Ümumiyyətlə, aparıcının fikrincə
İlham Əliyevlə
söhbət etmək
çox maraqlı idi. Vladimir Solovyov
vurğulayıb: “Azərbaycan
Prezidenti gözəl ailə başçısıdır.
Onun çox ağıllı xanımı
və yaxşı uşaqları var. O, dərin təfəkkürlü,
savadlı, öz ölkəsi və atası qarşısında
böyük məsuliyyət
hiss edən dövlət xadimidir”.
Verilişin sonunda
Vladimir Solovyov diqqətə çatdırıb
ki, bütün tərəflər bunu istəməsə Dağlıq
Qarabağ münaqişəsinin
tənzimlənməsi mümkün
deyil. Aparıcı sonda deyib: “Mənim erməni dostlarım tərəfindən
xoş məram olmasa, Azərbaycan, Ermənistan və Rusiya tərəfindən hərəkət etməyin
zəruri olması başa düşülməsə
bu, mümkün deyil. Əlbəttə, bu vəziyyətdə hər kəs bir qədər narazıdır, lakin
başa düşməliyik
ki, bizə kompromislər lazımdır.
Bizim necə müsbət nəticələr
əldə edə biləcəyimizi anlamaq lazımdır. Sülh prosesinin necə davam edəcəyi, əlbəttə, mənim
səviyyəmdən yuxarıdır,
çünki bu məsələ yalnız
prezidentlər arasında
həll edilə bilər. Bakıda mən hərəkət etmək arzusunu gördüm
Səs.-
2017.- 12 aprel.- S.4