AMEA və
Bolqarıstan Elmlər
Akademiyası arasında
saziş imzalanıb
Aprelin 11-12-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
akademik Akif Əlizadənin rəhbərlik
etdiyi və AMEA-nın vitse-prezidenti İbrahim Quliyev və İctimaiyyətlə
Əlaqələr və
Elmin Populyarlaşdırılması
İdarəsinin rəisi
Zülfüqar Fərzəliyevdən
ibarət nümayəndə
heyəti Bolqarıstan
Respublikasında səfərdə olublar.
Bolqarıstanın vitse-prezidenti İ.Yotova
ilə keçirilmiş
görüşdə Novruz
bayramı ərəfəsində
Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın rəhbərlik etdiyi nümayəndəni qəbul
etdiyini xatırlayan vitse-prezident bu görüşün müqəddəs
Pasxa bayramı ərəfəsində baş
tutması ilə bu görüşlərin
bir ənənə halı aldığını bildirib.
AMEA-nın prezidenti
A.Əlizadə akademiyanın
fəaliyyəti barədə
qarşı tərəfə
məlumat verərək,
sözügedən sazişin
imzalanması ilə iki akademiya arasında
əməkdaşlığın yeni mərhələsinin başlandığını vurğulayıb.
Kitabxanaçılıq Tədqiqatlar və İnformasiya Texnologiyaları
Universitetinin rektoru S.Dençev ilə keçirilmiş görüşdə
tərəflər informasiya
texnologiyaları, kitabxanaçılıq
tədqiqatları, qarşılıqlı
tələbə mübadiləsi
ilə bağlı müzakirələr aparıblar.
Görüşdə, həmçinin,
Universitetin rektoru S.Dençev tərəfindən
AMEA ilə əməkdaşlıq
haqqında çərçivə
sazişinin layihəsi
təqdim olunub.
Müqəddəs Kiril və Mefodiy adına Milli Kitabxananın direktor müavini M.Borisova ilə keçirilmiş görüşdə
akademik A.Əlizadə
rəhbərlik etdiyi akademiya nəzdində fəaliyyət göstərən
kitabxana barədə məlumat verərək, kitabxanada 3 milyondan çox kitabın saxlandığını, kitabxananın
bazasında mövcud olan
kitabların elektron versiyaya çevrilməsi prosesinin davam etdirildiyini bildirib. Ölkəmizlə əməkdaşlığa
böyük maraq göstərən M.Borisova
kitabxananın dövri
nəşrinin çap
olunduğunu, burada Azərbaycanda fəaliyyət
göstərən kitabxanalar
barədə məqalələr
yerləşdirilə biləcəyini
vurğulayıb.
Bolqarıstan Elmlər Akademiyasının
Geologiya İnstitutunun
direktor müavini N.Dobrev və Dağ-Mədən və Geologiya Universitetinin rektoru L.Totev ilə görüşlərdə
tərəflər əməkdaşlıq
məsələlərini müzakirə
ediblər. Görüşdə,
həmçinin, AMEA nümayəndələri
Dağ-Mədən və
Geologiya Universiteti tərəfindən 20 oktyabr
2017-ci il tarixində təşkil olunacaq
60-cı Beynəlxalq Elmi
Konfransa dəvət edilib.
Tibb Universitetinin
rektoru V.Zlatkov ilə keçirilmiş görüşdə nümayəndə
heyətinə universitetin
fəaliyyəti barədə
ətraflı məlumat
verilib. Tərəflər
iki struktur arasında əməkdaşlıq
imkanları barədə
fikir mübadiləsi aparıblar. Xüsusilə, əczaçılıq sahəsində ölkəmizlə
əməkdaşlığa maraq göstərən bolqar tərəfi Bolqarıstanın bu sahədə böyük təcrübəyə malik
olduğunu, bu ölkə tərəfindən
istehsal olunan dərman preparatlarının
digər Avropa ölkələrinə nisbətən
daha ucuz olduğunu söyləyib.
Milli Təbiət Tarixi Muzeyinə səfər zamanı nümayəndə heyəti
muzeyin zəngin eksponatları ilə tanış olub.
Samir
Səs.-
2017.- 15 aprel.- S.10