İnsan hüquqlarının qorunması müasir dövrün fundamental prinsipi kimi

 

İnsan hüquq azadlıqlarına məxsusluq ayrı-seçkiliyə yol verilmədən, konkret şərait yerli səciyyələr nəzərə alınmaqla, hər bir fərdə şamil olunmalıdır. Hansısa şəxsi xüsusiyyət keyfiyyət, sosial-siyasi iqtisadi şərait, mədəni, intellektual səviyyə baxımından fərqlilik, dini mədəni özünəməxsusluq, iqtisadi cəhətdən imkanlılıq, hansısa peşə vəzifə sahibliyi, dövləti səlahiyyətlilik haqların bu ya digər ölçüdə çox ya az tanınması üçün əsas ola bilməz. İnsan haqları, subyektiv yanaşmadan irəli gələn bəzi istisna məhdudiyyətlə tanındıqda, öz həqiqi mahiyyətini itirir, müəyyən fərdlərin, bir imtiyazlı qrupun hüquqlarına çevrilir. Fəlsəfə elmləri doktoru Əbülhəsən Abbasov yazır: "Bu, insan haqlarının ümumbəşəri universal təyinatına ziddir. İnsan haqları, insan mövcudluğunun hüquqi əsası təzahürü olmaqdan daha çox, insanın şərəf ləyaqətinə hörmətin, əxlaqi-mənəvi yanaşmanın ifadəsidir. Bu haqlara insan olan, insan məfhumuna məzmun verən bütün varlıqlar sahib olmalıdır. Əgər hansısa insanın hüquq azadlıqları tapdanırsa, nəzərə alınmırsa, onlara əsassız məhdudiyyətlər qoyulursa, deməli, o insanın şərəf ləyaqətinə zərər yetirilir. İnsan haqlarının reallaşdırılmasında ədalət, azadlıq bərabərlik prinsiplərinin rəhbər tutulması başlıca tənzimləyici, sosial tarazlaşdırıcı əhəmiyyətə malikdir. Bu prinsiplər hüquq azadlıqları qeyri-müəyyən, mücərrəd əsaslardan daha müəyyən, konkret tənzim oluna bilən müstəviyə keçirir. İnsan hüquqları belə bir tənzimləmə vasitəsilə daxili dolğunluğunu tarazlığını əldə edir, hər hansı bir səlahiyyət sahibi olan subyektin qeyri-hüquqi fəaliyyətindən, dövlətin qanunsuz müdaxilə məhdudlaşdırmalarından qorunmuş olur.

İnsan hüquqlarının gözlənilməsi XX əsrin ikinci yarsından etibarən beynəlxalq həyatın fundamental prinsipinə çevrilməyə başlamışdır. Beynəlxalq miqyasda qəbul edilmiş bəyannamə konvensiyalarla insan haqları hər bir dövlətin xarici daxili siyasətinin prioritet məsələsi qismində təqdim edilir. Beynəlxaq miqyasda müdafiə mexanizmlərinin yaradılması insan hüquqlarının qorunması işində müstəsna rol oynamaqdadır. Beynəlxalq miqyaslı hüquqi təcrübələr ayrı-ayrı dövlətlər tərəfindən nəzərə alınır ölkədaxili fəaliyyətdə tətbiq edilir. Beləliklə , dövlətlərin insan haqlarını, bilavasitə təminat altına alması müvafiq müdafiə yollarını təşkil etməsi insan hüquq azadlıqlarının ictimai praktikada inkişafına müsbət təkan vermiş verməkdədir. Qloballaşma prosesinə qoşulan dövlətlər ənənəvi əməkdaşlıq çərçivəsində məhdud qala bilmirlər, dövrün siyasi norma dəyərlərini, mədəniyyətini təfəkkür tərzini qəbul etməli olurlar".

Bu gün insan haqları, məhz belə bir müstəvidə öz hüdudlarını genişləndirir. İnsan hüquqlarının təmin müdafiə olunması istiqamətində dövlətlərin göstərdikləri fəaliyyətin əhəmiyyəti göz qabağındadır. Bu gün bir çox dövlətlər insan hüquqları ilə əlaqədar, o cümlədən, dini mədəni müxtəlifliyi nəzərə almaq şərti ilə daxili qanunvericilikdə mütərəqqi işlər görməkdədirlər. İnsan hüquqları dövlətlərin konstitusiyası qanunları vasitəsilə təmin olunur, onların müdafiəsi üçün lazımi strukturlar yaradılır beynəlxalq insan hüquqları rejimləri ilə tərəfdaşlıq həyata keçirilir.

Bütün pozitiv irəliləyişlərə baxmayaraq, insan haqları beynəlxalq ictimai, humanitar-mədəni siyasi problem kimi, bu gün öz aktuallığını qoruyur. İnsan huquqları sahəsində qüsur nöqsanların, neqativ təzahürlərin ortaya çıxmasına, əsasən, dövlətin müxtəlif orqan strukturlarının, həmçinin, səlahiyyətli şəxslərin hərəkətləri ya hərəkətsizliyi səbəb olur. Dövlət hakimiyyətindən qeyri-məhdud istifadə halları, bəzi dövlət məmurlarının vəzifə mövqelərindən sui-istifadə etməsi, ədaləti təmin etməyə borclu olan strukturların qeyri-obektiv fəaliyyət göstərməli yaxud fəaliyyətsizliyi insan haqlarının qorunmasında ciddi problemlərin yaranmasına gətirib çıxarır. Bir çox mütəxəssislərin vurğuladıqları kimi, bəzən siyasi rejimin özü insan haqları məsələsində ən böyük ''baş ağrısı"na çevrilir. Belə hallarda, elə həmin mütəxəssislərin fikrincə, beynəlxalq humanitar müdaxiləni məqbul hətta zəruri saymaq olar.

Müəllif göstərir ki, insan hüquqlarının daha səmərəli təmin müdafiə olunması üçün fərdlərin bütövlükdə, cəmiyyətin bu istiqamətdə maarifləndirilməsi, onların şüurlu, məqsədyönlü fəaliyyəti təşəbbüskarlığı zəruridir. Cəmiyyətin daxili imkanlarını, özünü təşkil mənbələrini hərəkətə gətirəcək alternativ strukturların mövcudluğu vacibdir. Bu mənada, vətəndaş cəmiyyətinin qərarlaşması inkişafı olduqca əhəmiyyətlidir. Bütün hallarda, maarifləndirilmə ümumi ictimai rəyin formalaşması kontekstində aparılmalıdır. İnsan haqları məsələsi bu ya digər formada ictimai maraqla üst-üstə düşür. Cəmiyyət üzvlərinin mövcud siyasi sistemin mahiyyəti hüquqi mexanizmlər, institutlar haqqında müxtəlif baxışları vardır ki, onlar insan hüquq azadlıqlarını da əhatə edir. İctimaiyyət hüquqları pozulan insanlar haqqında müxtəlif kanallar vasitəsilə xəbərdar olur bu mövzuda ictimai rəydə müvafiq qənaətlər formalaşır. Konkret hüquq pozuntusu qarşısında ictimai rəy müxtəlif qənaətlərin ziddiyyəti münaqişəsi zəminində öz mövcudluğunu hiss etdirir. İctimai rəyin milli elitaya, siyasi liderlərə siyasi qərar qəbuletmə prosesinə təsiri hesabına hüquqların təmin olunması işində müəyyən müsbət nəticələr əldə etmək mümkündür. Dini, etnik mədəni müxtəlifliklərlə səciyyələnən mühitdə ictimai rəyin dəstəyi ilə insan hüquqlarının təmin olunduğu məlumdur. İnsan haqları uğrunda mübarizə aparanlar daim konkret mühitdə formalaşan ictimai rəyin köməyinə ehtiyac hiss etmiş ona arxalanmışlar.

Ə.Abbasov yazır: "İctimai rəy, bir növ, cəmiyyətin vicdanı funksiyasını həyata keçirir. qədər ki, ictimai rəy bu əsasda ictimai iradə zəifləyirsə, bir o qədər cəmiyyətdə məsuliyyətsizlik vicdansızlıq artır, qeyri-insani davranışa həyat tərzinə yol açılır, demokratik institutlar isə, ictimai dəstəkdən məhrum olaraq, öz mahiyyətini itirirlər. Demokratik institutların fəaliyyəti ictimai rəyin ictimai iradənin obyektivliyindən effektivliyindən, bilavasitə asılıdır. Bu səbəbdən , demokratiyaya transformasiya prosesini yaşayan cəmiyyətdə həmişə ictimai rəy məsələsi diqqət mərkəzində olmalıdır. İctimai rəy insan haqlarının təmin müdafiə olunması cəhətdən qədər əhəmiyyətlidirsə, insan haqları da ictimai rəyin sərbəst formalaşması baxımından, bir o qədər əhəmiyyətlidir. Sərbəst surətdə formalaşmış ictimai rəy - obyektiv sağlam ictimai rəydir. İctimai rəyin sərbəst formalaşması informasiya mübadiləsinin ictimai təşəbbüskarlığın mövcudluğunu təmin edən hüquq azadlıqların həyata keçirilməsi ilə sıx əlaqədədir. Kütləvi informasiya vasitələrinin, ictimai təşkilat siyasi qurumların normal, demokratik prinsiplər əsasında fəaliyyət göstərməsi obyektiv ictimai rəyin, eyni zamanda, yüksək siyasi mədəniyyətin formalaşmasında çox əhəmiyyətlidir. Fikir söz azadlığı, məlumat azadlığı, sərbəst toplaşmaq hüququ, seçib-seçilmək hüququ digər hüquqlar, bu baxımdan, böyük məna kəsb edir. Hüquqların reallaşması istiqamətində ictimai rəyin təsir imkanları cəmiyyətin iqtisadi, sosial, siyasi strukturlarından, mənəvi, dini-mədəni, həyat səviyyəsindən psixoioji amillərdən asılıdır".

Demokratik təsisatların yaradılması ilə yanaşı, cəmiyyət daxilində demokratik normalara, o cümlədən, insan hüquqlarına dair idrakın, adekvat təsəvvürlər sisteminin olması çox əhəmiyyətlidir. İnsanlar öz mənafeləri ya ictimai maraqlarla üst-üstə düşən məsələlər haqqında qənaətlərini ifadə etdikləri zaman siyasi proseslərə strukturlara təsir edə, insan hüquqlarının əxlaqi siyasi normaya çevrilməsində yardımçı ola bilərlər.

 

Vahid ÖMƏROV, fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2017.-18 aprel.- S.15