Nərgiz Paşayeva “Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görüldü

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin aprelin 19-da keçirilmiş iclasındaAzərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalımüsabiqəsinin nəticələri elan edilib.

AZƏRTAC xəbər verir ki, müsabiqənin nəticələrinə əsasən, müstəqillik illərində Azərbaycanda elm təhsil sahəsində həyata keçirilmiş mühüm beynəlxalq layihə olan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması səmərəli fəaliyyətinin təmin edilməsindəki müstəsna xidmətlərinə görə AMEA-nın müxbir üzvü Nərgiz PaşayevaAzərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb.

Həmçinin Azərbaycanın mədəni tarixi irsinin dünya miqyasında elmi əsaslarla öyrənilməsinə verdiyi xüsusi dəstəyə görə Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan Qafqazşünaslıq Elmi Mərkəzinin İngiltərə tərəfdən rəhbəri, professor Robert HoylandAzərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb.

Mükafatlar AMEA-nın aprelin 28-də keçiriləcək ümumi yığıncağında sahiblərinə təqdim olunacaq.

Səs.- 2017.- 20 aprel.- S.4