İnsan haqları və
liderlik
Qənaət liderlərinin
spesifik xüsusiyyətləri bunlardır: bu şəxslər
siyasi proseslərlə hamıdan çox maraqlanır, siyasi
mövzularda bu şəxslərə müraciət olunur,
siyasi hadisələri başqaları ilə müqayisədə
daha yaxşı dərk edirlər və tez-tez siyasi
diskussiyalara qoşulurlar. Qənaət
liderlərinin böyük təsiretmə imkanına sahib
olmalarının səbəbi isə, kütləvi informasiya
vasitələrini başqalarına nisbətən daha çox
izləmələri və bunlardan əldə etdikləri məlumatları,
şəxsi əlaqələr yolu ilə ətraflarındakı
insanlara effektiv şəkildə ötürmələridir.
Qənaət liderləri daxil olduqları qrupların ən fəal
hissəsini təşkil edirlər.
Ə.Abbasov yazır: "Qənaət liderləri
cəmiyyətə ən çox təsir edən şəxslərdir.
Onlar ictimai rəyin yaranması üçün təsir
gücü yüksək olan ünsiyyət mənbəyi
funksiyasını yerinə yetirirlər. Şəxsiyyətlərinə
olan inam və etimad, onların yaydığı məlumatların
etibarlılığını daha da artırır. Bu şəxslər
cəmiyyətdə elit təbəqə ilə kütlə
arasında əlaqəni və ünsiyyəti təmin edir, həm
yerli, həm də ölkə səviyyəsində qənaətlərin
formalaşmasında effektiv rol oynayırlar.
Qənaət liderlərinin fəaliyyətləri,
xüsusilə, kütləvi informasiya vasitələrinin
geniş yayılmadığı və inkişaf etmədiyi
inkişaf etməkdə olan ölkələrdə önəmli
yer tutur. İnkişaf etmiş ölkələrdə də
funksional olan qənaət liderləri daha çox, insanların
kütləvi informasiya vasitələrinin
yaydıqları məlumatları əldə etmələri,
bu məlumatları anlamaları və şərh etmələrinin
aşağı səviyyədə olduğu şəraitlərdə
öz təsirlərini göstərir.
Siyasi partiyalar və siyasi liderlər ictimai rəyin
formalaşmasında müstəsna rol oynayır. Siyasi
partiyalar hakimiyyəti ələ almaq, yaxud hakimiyyətdə
iştirak məqsədilə müəyyən ideya və
proqramın ətrafında birləşmiş mütəşəkkil
qruplardır. Siyasi partiyalar cəmiyyətdəki müxtəlif
baxışları və istəkləri istiqamətləndirərək,
onların dağınıq və sistemsiz fərdi qənaətlər
halından ümumi bir ictimai qənaətə (rəyə)
çevrilməsini təmin edir. Partiyalar kütlələrin
qənaətlərinin ifadə olunmasında böyük rol
oynayırlar".
Tədqiqatçılar, siyasi
partiyaların seçki kampaniyaları zamanı yeritdikləri
fəaliyyət, siyasi mübahisə və polemikalar ilə
seçicilərin ölkə və dünya problemlərindən
xəbərdar olmaları və müxtəlif qənaətlərə
sahib olmalarında önəmli rol oynadıqlarını
vurğulayırlar. Bu isə, ictimai rəyin
formalaşdırılmasında siyasi partiyaların ən əsas
funksiyasıdır. Siyasi partiyalar cəmiyyətdəki
ümumi fikirləri istiqamətləndirir və ictimai rəyə,
öz mənafelərinə uyğun olaraq, müəyyən təsirlər
göstərirlər.
Siyasi liderlər də müxtəlif
qənaət və baxışların formalaşmasında
rol oynayır, xalqın arzu və istəklərinə daha əsaslı
bir mahiyyət və anlayış qazandıraraq, ictimai rəyin
istiqamətini müəyyənləşdirə bilir, eyni
zamanda, müəyyən bir fikrin müdafiəçisi
olurlar. Öz qrupunun fikir və qənaətlərini
geniş xalq kütlələrinə çatdıran siyasi
lider müdafiə etdiyi fıkir ətrafında ictimai rəy
yarada bilən ən effektiv fıqur kimi qəbul edilir.
İctimai rəyi formalaşdırma prosesində liderlərin
rolu, bilavasitə, qrupun böyüklüyü, liderin şəxsi
xüsusiyyətləri və siyasi sistemin strukturundan
asılıdır.
Müasir dövrdə siyasət
səhnəsinin əsas aktyorları kimi siyasi partiyalar qəbul
edilməkdədir, ancaq onlardan başqa siyasi fəaliyyət
göstərən müxtəlif qrupların da siyasi qərarların
qəbul edilməsində rol oynadıqları bir həqiqətdir.
Belə bir fəaliyyət çərçivəsində
bu qruplar (ictimai rəyin formalaşmasında aktiv rol
oynayır. Müxtəlif parametrlərə
görə fərqlənən bu qruplar ictimai təskilatlar, həmkarlar
ittifaqları, iş və sərmayə qrupları,
qeyri-hökumət təşkilatları, həmkarlar
ittifaqları və s.), ümumilikdə, "mənafe
qrupları" adlandırılır.
Müəllifin fikrincə, mənafe
qrupları, maddi və ya mənəvi mənafeləri təmin
etmək üçün birlikdə hərəkət edən
və bu istiqamətdə hakimiyyətə müxtəlif
yollarla təsir etməyə çalışan qruplardır.
Bu qruplar özləri ilə əlaqəli siyasi qərarlara,
ya bilavasitə, ya da ictimai rəy vasitəsi ilə təsir
etməyə çalışırlar. Başqa sözlə,
qruplar öz mənafelərini ictimai rəy çərçivəsində
müdafiə etməklə yanaşı, bu mənafelər
istiqamətində ictimai rəy formalaşdırmağa
çalışırlar.
Müəllifin fikrincə, mənafe
qruplarını iki əsas kateqoriyaya ayırmaq olar. Birinci kateqoriyaya daha çox müəyyən bir
iqtisadi marağı müdafiə edən müxtəlif
qruplar (iş və sərmayə qrupları, peşə
birlikləri, həmkarlar ittifaqları, böyük şirkətlər,
sənaye və ticarət palataları) daxildir. İkinci kateqoriyaya
isə, müştərək bir fikri və məqsədi həyata
keçirmək istəyən qruplar daxildir. Bu qruplarda
üzvləri birləşdirən amil, iqtisadi, maddi və ya
işlə əlaqədar bir mənafe deyildir, müdafiə
olunan və həyata keçirilməsi istənilən mənəvi
bir dəyərdir. Qrupun üzvləri sosial və iqtisadi cəhətdən
fərqli olurlar. Bu kateqoriyaya isə, insan haqlarını
müdafiə edən, müharibə əleyhdarı, irqi
ayrı-seçkiliklə mübarizə aparan, maariflənmə
və tərəqqi tərəfdarı olan müxtəlif
ictimai və qeyri-hökumət təşkilatları aid edilir.
Mənafe qrupları, daha əvvəldə qeyd
etdiyim kimi, iki yolla təsir göstərməyə
çalışırlar. Qruplar, siyasi qərarların öz
mənafeləri istiqamətində qəbul edilməsini təmin
etmək üçün, bilavasitə, qərar qəbul edən
orqanlara təsir etməyə çalışırlar. Həmin
orqanlar isə parlament və hökumətdir. Bu
orqanlara (xüsusilə, parlament üzvlərinə) müxtəlif
yol və formalarda təzyiq və təsir (maddi dəstək,
hədiyyə, rüşvət, seçki
kampaniyalarının təşkili, şantaj və s.) göstərərək,
mənafe qrupları öz maraqlarına uyğun olan siyasi qərarların
alınmasına çox vaxt nail olurlar. Elmi ədəbiyyatda
lobbiçilik adı verilən bu fəaliyyətlər daha
çox inkişaf etmiş Qərb demokratiyası (xüsisilə,
ABŞ) üçün xarakterikdir. Lobbiçilikdə əsas
məqsəd qəbul edilən normativ aktlarda müəyyən
qrupların maraq və mənafelərinin əks etdirilməsidir.
Mənafe qruplarının siyasi qərarların
qəbul edilməsinə təsir göstərmələrinin
ikinci yolu ictimai rəy vasitəsilə olur. Xalqa mənimsədilən
və haqqında ictimai rəy formalaşdırılan hər
hansı bir mövzuda siyasi hakimiyyət tərəfindən
sözügedən qrupların mənafeyinə zidd qərarın
qəbul edilməsi çətindir. Belə bir qərar qəbul
edilərsə, bunun tətbiq olunması da problem yaradar.
Mənafe qrupları özlərini
tanıtmaq, ictimai rəyi öz məqsədlərini dəstəkləyən
istiqamətdə formalaşdırmaq və maraq dairələrinə
daxil olan mövzulara səlahiyyətli şəxslərin diqqətini
yönəltmək üçün təbliğat fəaliyyəti
aparırlar. Təbliğat fəaliyyətinin
ilkin mərhələsi qrupun üzvlərinin maarifləndirilməsi,
şüur səviyyələrinin yüksəldilməsi,
müştərək məqsədlər ətrafında birləşmələrinin
təmin edilməsidir, Bundan sonra geniş kütlələrə
təsiretmə həyata keçirilir. Qruplar kitab, jurnal,
qəzet nəşr edərək və kütləvi informasiya
vasitələrində, habelə, internetdə elan, reklam,
proqramlar yayımlayaraq, effektiv təbliğat aparmağa
çalışırlar. Mənafe qrupları ictimai rəyi
formalaşdırmaq üçün praktiki fəaliyyətə
də əl atırlar. Mitinq, nümayiş, piket, tətil,
boykot və digər oxşar protest və itaətsizlik hərəkətləri
qrupların tez-tez müfaciət etdikləri mübarizə
formalarıdır. Mənafe qrupları həm
ictimai rəyi təmsil etmələri, həm də öz məqsədləri
istiqamətində "süni" bir ictimai rəy
formalaşdırmaları səbəbilə hökumət və
digər siyasi orqanlar üzərində davamlı və
effektiv bir təzyiq yaratma imkanına sahibdirlər. Texnologiyanın inkişaf etməsi
nəticəsində, kəmiyyət və keyfiyyət
baxımından, günü-gündən inkişaf edən
kütləvi informasiya vasitələri qənaətlərin
formalaşması prosesinə daha geniş miqyasda təsir
göstərir.
Ə.Abbasov yazır: "Cəmiyyətin
bütün və ya önəmli bir hissəsinin qəbuledici
vəziyyətində olduğu şəraitdə kütlələrə
istiqamətlənmiş informasiya axınına kütləvi
informasiya deyilir. Kütləvi informasiyanı həyata
keçirən vasitələrə isə kütləvi
informasiya vasitələri adı verilir. Bu vasitələr bir
inforrnasiyanı qısa zamanda geniş xalq kütlələrinə
çatdıra bilir və bu səbəbdən də, gündəlik
həyatda çox effektiv və əhəmiyyətli rol
oynayırlar. Kütləvi informasiya vasitələri insanlara
asudə vaxtlarını səmərəli keçirmək və
əylənmək imkanı verməklə yanaşı, onlara
dünyada baş verən hadisələrlə əlaqədar
saysız-hesabsız xəbər və informasiya
çatdırır. Texniki tərəqqi sayəsində
təsir dairələri getdikcə genişlənən bu vasitələrin
əsas xüsusiyyəti, hadisələri və şərhləri
çox qısa bir vaxtda geniş arenada yaya bilmələri və
beləliklə, insanların qənaətlərinə istiqamət
vermə imkanına malik olmalarıdır. Bu səbəbdən,
kütləvi informasiya vasitələrinin geniş
sosiallaşdırıcı təsirindən bəhs edilə
bilər".
Kütləvi informasiya vasitələrini izləmək
fərdə mövcud siyasi sistem və hadisələr
haqqında məlumat verir və bu hadisələrə olan
marağı gücləndirir. Sürətlə yayılan xəbərlər
kütlələrin dünyaya baxışlarını da
inkişaf etdirir. Qənaətlər fərdlərin
gördükləri, eşitdikləri və oxuduqları
"faktlar" əsasında formalaşır. Kütləvi
informasiya vasitələri, bu baxımdan, effektiv olur. Kütləvi
informasiya vasitələri dünyanı insanlar
üçün "yenidən yaratmaq" imkanına sahibdir
və müəyyən bir fikrin ictimai rəy
üçün aktuallaşmasını, süni yollarla da
olsa, təmin edə bilirlər.
Kütləvi irıformasiya vasitələri
müasir dövrdə cəmiyyət həyatının
bütün sahələrinə güclü təsir göstərən
qüdrətli təsisatlardan biridir. İctimai rəyin
formalaşmasında, ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin
müəyyənləşməsində onun rolu və əhəmiyyəti
son dərəcə böyükdür. Təsadüfi deyil ki,
ictimai rəyə təsir göstərmək imkanlarına
görə kütləvi informasiya vasitələrini, məcazi
mənada, dördüncü hakimiyyət adlandırırlar.
Müasir cəmiyyətdə kütləvi
informasiya vasitələri üç əsas funksiyanı yerinə
yetirir: informasiya daşıyıcısı, hadisələri
şərh etmək və ictimaiyyətin reaksiyasını
öyrənmək. Kütləvi informasiya vasitələri
ictimai fıkri (rəyi) öyrənməklə yanaşı,
həm də ictimai fıkri (rəyi) yaratmaq və
formalaşdırmaq gücünə malikdir.
Vahid
Ömərov, fəlsəfə üzrə fəlsəfə doktoru
Səs.- 2017.- 21 aprel.- S.15