Azərbaycanda davamlı turizm

Müasir dövrümüzdə Azərbaycanın turizm ölkəsinə çevirməsi dünya arenasında öz sözünü deməsi üçün böyük potensialı var. Zəngin təbii sərvətləri, qədim tarixi memarlıq abidələri, özünəməxsus adət-ənənələri, əlverişli coğrafi mövqeyi, Xəzərin sahil zonaları turizmin inkişafında xüsusi əhəmiyyət kəsb edir.

Mürəkkəb məkanda yerləşən ölkəmizin dünyaya daha real şəkildə təqdim edilməsində turizmin rolu qeyd edilməlidir. Belə ki, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal altında olduğu zamanda təbliğat təşviqat aparmaq, ölkəmiz haqqında reallıqları dünya xalqlarına çatdırmaq üçün turizm əlaqələrinin genişlənməsinin  böyük əhəmiyyəti vardır.

Müsbət haldır ki, son illər ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanıdılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, hüquqi-normativ aktların qəbul edilməsi, turizm sahəsində orta kiçik sahibkarlığın inkişaf etdirilməsi digər istiqamətlərdə məqsədyönlü işlər görülməkdədir. Davamlı olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında turizmin inkişafına xidmət edən kompleks tədbirlər həyata keçirilir. Dövlət proqramlarında respublikamızın bölgələrinin turizm potensialı düzgün qiymətləndirilərək, bu sahədə həyata keçiriləcək tədbirlər konkret şəkildə əksini tapıb.

"ASAN VİZA" VASİTƏSİLƏ TURİSTLƏR AZƏRBAYCANA MANEƏSİZ GƏLƏCƏK

Azərbaycanda turizmin inkişafı, əlbəttə ki, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi turizmin inkişafına dair dövlət proqramlarının icrasının məntiqi nəticəsidir. Bu gün Azərbaycanda dövlətin apardığı siyasət turizmin inkişafına güclü təkan verir.

Ölkəmizdə turizmə ayrılan diqqətin bariz nümunəsidir ki, bu gün Azərbaycanda 500-dən artıq otelfəaliyyət göstərir. Ötən illərlə müqayisədə tamamilə fərqli müqayisə yaranmış olur. Belə ki, 2001-ci ildə ölkəmizdə otellərin sayı cəmi 86 idi. Qeyd olunan rəqəm inkişafın danılmaz göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki, keçən il ölkəmizdə 35 mehmanxana tikilmişdir, 25 mehmanxana tikilməkdədir: "Amma tələbat daha da artır, daxili turizm inkişaf edir. Mən çox şadam ki, Azərbaycan vətəndaşları daha çox Azərbaycanda istirahət etməyə üstünlük verirlər. Bizdə gözəl təbiət, gözəl şərait, gözəl mehmanxanalar istirahət zonaları var. Bu gün bütün dünyadan turistlər Azərbaycana axışırlar. Bu da ölkə iqtisadiyyatına böyük mənfəət gətirir. Biz gələcəkdə turizmdən milyardlarla dollar vəsait qazanacağıq bu, bizim iqtisadi vəziyyətimizə çox böyük dəstək olacaqdır".

Respublikamızda maddi mədəniyyət abidələrinin - 200-dən artıq muzeyin, 6308 tarixi mədəni abidələrinin, xeyli sayda qoruğun olması da ölkəmizə xarici turistlərin marağını artırır. Ölkəmizdə turizm sahəsinin inkişafı ilə bahəm viza rejiminin asanlaşdırılması müxtəlif xidmətlərin göstərilməsi bu sahədə inkişafa səbəbdir. Bundan sonra isə "ASAN Viza" digər xidmətlər vasitəsilə turistlər Azərbaycana maneəsiz gələcək. Bu da ölkə iqtisadiyyatına böyük dəstək olacaq.  Bütün bu ya digər amillər, görülən tədbirlərin nəticəsidir ki, 2015-ci illə müqayisədə ölkəmizə gələn turistlərin sayı 2016-cı ildə 11 faiz artıb.

AZƏRBAYCANDA TƏKMİLLƏŞDİRİLMİŞ TURİZM İNFRASTRUKTURUNUN QURULMASINA NAİL OLUNACAQ

Turizm sektorunun inkişafı ilə bağlı görüləcək işlər çoxdur. "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə turizmin daha da  inkişaf etdirilməsi öz əksini tapıb. Bakı şəhərinin turizm potensialını artırmaq üçün Milli Turizm Təbliğat Bürosu yaradılacaq. Milli Turizm Təbliğat Bürosu Bakı şəhəri barədə mövcud məlumatları yeniləmək üçün Azərbaycan Respublikasının Turizm Şurası ilə, müvafiq dövlət qurumları digər təşkilatlarla birgə işləyəcək. Məqsədyönlü səylər nəticəsində Bakı şəhəri qısamüddətli uçuş məsafəsində yerləşən 90 milyondan artıq əhalinin yaşadığı 26 şəhəri əhatə edən potensial turizm tələbat qrupundan əhəmiyyətli dərəcədə bazar payı əldə edə biləcəkdir. Yaxın illər üzrə büronun bu strategiyada nəzərdə tutulmuş istiqamətləri özündə əks etdirən fəaliyyət planı hazırlanacaq.

Bütün bunlarla yanaşı, 2025-ci ilə qədər Avropanın iri şəhərlərini əhatə edən birbaşa uçuşların sayı 49-dan 100-ə çatdırılacaq. Azərbaycanda mükəmməl turizm təcrübəsinə nail olmaq üçün qarşıya qoyulan uzunmüddətli təşəbbüslər istiqamətində regionlarda Bakıda təkmilləşdirilmiş turizm infrastrukturunun qurulmasına nail olunacaq.

"FORMULA-1" KİMİ BİZİM TURİZM POTENSİALINA DƏSTƏK VERƏN İKİNCİ BEYNƏLXALQ TƏDBİR OLA BİLMƏZ"

Ölkəmizdə təhlükəsizliyin, əmin-amanlığın hökm sürməsi, beynəlxalq tədbirlərin təşkili, qlobal forumlar, humanitar forumlar, mədəniyyətlərarası dialoq forumları, iqtisadi forumlar, idman yarışları s. turistlərin ölkəmizə axınına səbəb olub. Avropa Oyunları, "Eurovision", "Formula-1" turistlərin axınında əsas amillər sırasındadır. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Formula-1" kimi bizim turizm potensialına dəstək verən ikinci beynəlxalq tədbir ola bilməz. "...ikinci belə beynəlxalq tədbir ancaq Yay Olimpiya Oyunları ola bilər. Amma Yay Olimpiya Oyunları bir dəfə keçirilir. Özü o qədər böyük - milyardlarla vəsait tələb edir. Ancaq "Formula-1" hər il keçirilir. Artıq bütün infrastruktur var. Əlbəttə ki, turizmin inkişafı bundan sonra da sürətlə getməlidir".

Dövlətin turizmə yaxından diqqəti qayğısı bu sahənin gələcək inkişafına zəmin yaradır. Məhz dövlət büdcəsinin 2025-2030-cu illərə kimi turizm sektorunun inkişafı hesabına genişləndirilməsi nəzərdə tutulur.

 

 

Nəzakət ƏLƏDDİNQIZI

Səs.- 2017.- 26 aprel.- S.10