Tütünçülüyün inkişafında yeni
mərhələ
“Mənə verilən məlumata görə, Azərbaycanda
10 milyard siqaret istehlak olunur. Onlardan isə cəmi 1 milyard 600 milyonu Azərbaycanda istehsal edilir. Yəni, 9 milyard siqaret Azərbaycana idxal edilir və
bu məqsədlə Azərbaycandan hər il xaricə təxminən 150 milyon dollar valyuta gedir. Ona görə, biz
daxili bazarı təmin etmək və xüsusilə xarici bazarlara çıxmaq üçün
tezliklə Azərbaycanda
siqaret istehsalını
inkişaf etdirməliyik.
İlk növbədə,
daxili bazar idxaldan asılı olmamalıdır ki, valyuta ölkədən getməsin və ondan sonra biz
ixrac məsələləri
ilə də məşğul olacağıq.”Bu barədə Prezident İlham Əliyev barama, tütün və fındıq istehsalının
inkişafı məsələlərinə
dair respublika müşavirəsində bildirib.
Dövlətimizin başçısı,
həmçinin mövcud
siqaret fabriklərinin gücü artırılmasının,
eyni zamanda, yeni və ən
müasir texnologiyalarla
təchiz edilmiş siqaret fabrikləri də yaradılmasının
vacibliyini də vurğulayıb: “Elə ölkələr var ki, orada tütün
istehsalı yoxdur. Onların iqlim şəraiti buna imkan vermir. Ancaq orada
bir neçə siqaret fabriki var. Onlar xam tütünü
bizdən alır, siqaret istehsal edir və sonra
bizə satırlar.
Yəni,
bu, onu göstərir
ki, bu, çox
gəlirli sahədir.”Qeyd etmək lazımdır ki, hazırda dünya ölkələrinin böyük
əksəriyyətində tütün məmulatlarının
istehlakına, reklamına
və satışına
qarşı sərt tədbirlərin görülməsinə,
müxtəlif kampaniyaların
aparılmasına baxmayaraq
tütünçülük kənd təsərrüfatı
sahələri arasında
gəlirliyinə görə
ilk yerdədir. Tütün
əkilən sahələr
dünya üzrə istifadə olan kənd təsərrüfatı
təyinatlı torpaqların
bir faizini təşkil etsə də, tütün sənayesinin illik gəliri təqribən 1 trilyon dollar təşkil
edir. Bu isə
ölkəmizdə də
tütünçülüyün inkişafını zəruri
edir.Ölkəmizdə istehsalı
ilə yanaşı, həm də idxalı həyata keçirilən tütün
məhsulları dövlət
başçısının da qeyd etdiyi kimi,
xeyli miqdarda xarici valyuta axınına səbəb
olur. Rəsmi rəqəmlərə görə,
il ərzində
tütün məmulatlarının
idxalının həcmi
təqribən 150 milyon
dollar olsa da, bəzi amilləri nəzərə
alaraq reallıqda bu rəqəmin daha böyük olduğunu demək mümkündür. Lakin təkcə rəsmi rəqəmlərə diqqət
yetirəndə görmək
olur ki, bu ilin birinci
yarısında tütün
və tütün məmulatlarının idxalına
72 454.65 min dollar yönəldilib ki, bu da ötən
ilin müvafiq dövrünün göstəricisi
ilə müqayisədə
1,57 faiz çox olmaqla ölkəyə ümumi idxalın 2,12 faizini təşkil edib. Halbuki bu
məhsulların Azərbaycana
idxalını həyata
keçirən şirkətlər
tütün məhsullarının
ölkə ərazisində
istehsalını həyata
keçirsələr müxtəlif
xərclərə qənaət
etməklə (gömrük,
nəqliyyat, valyutalararası
məzənnələrindən yaranan fərq və s.) maya dəyəri aşağı
məhsul istehsal etməklə nəinki yerli bazarda möhkəmlənə,
həmçinin onu xarici bazarlara da asanlıqla ixrac edə bilərlər. Məsələn, Belarusun iqlim
şəraiti tütün
əkininə imkan verməsə də, bu ölkə əsas xammalı idxal hesabına olan siqaret istehsalını
həyata keçirir və dünyanın 25 ölkəsinə ixrac edir. Bu isə
tütün məmulatları
istehsalının hətta
xarici xammala əsaslandığı təqdirdə
belə böyük rentabelliyə malikliyini, xarici bazarlarda rəqabətə davam gətirmə imkanlarının
olduğunu sübut edir. Azərbaycanda tütünçülüyün
inkişafının pik
dövrü 1978-ci ildə
müşahidə edilib.
Belə ki, hələ 1970-ci ildə
cəmi 14 min hektarda tütün əkilirdisə,
ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində
1978-ci ildə bu rəqəm 18 min hektara çatmışdı. Əgər
1970-ci ildə 24 min ton tütün
istehsal olunmuşdusa,
1980-ci ildə isə bu həcm 57 min ton olmuşdu. Lakin 1990-cı ildə isə tütün əkini sahələrinin miqdarı
14 minə enib və sonrakı illərdə bu rəqəm kəskin azalaraq 2014-cü
ildə 1000 hektara düşmüşdü.Hazırda tütünçülük əvvəlki
şöhrətini qaytarmaqdadır.
Xüsusilə 2016-cı ildən başlayaraq bu sahədə əsaslı dönüş
yaradılıb. Beləliklə
də 2014-cü illə
müqayisədə 2400 hektarda
və 2017-ci ildə
3200 hektarda tütün
əkilib. Həmçinin
2015-ci ildə cəmi
üç rayon ərazisində tütün
əkilirdisə, hazırda
bu say 13-ə çatıb. Bunun əsas səbəblərindən
biri isə Prezident İlham Əliyevin ötən il imzaladığı “Azərbaycan Respublikasında
tütünçülüyün inkişaf etdirilməsinə
dövlət dəstəyi
haqqında” Sərəncamıdır.
Sərəncama əsasən,
istehsalçılara emal
müəssisələrinə satdıqları quru tütünün hər bir kiloqramına, yaş tütünün isə hər on kiloqramına görə, 0,05 manat məbləğində subsidiyanın
verilməsi müəyyənləşib.
Bütün bunların fonunda isə Prezident İlham Əliyev növbəti illərdə
əkin sahələrinin
genişləndirilməsinin vacibliyini vurğulayıb: “Bu məqsədlə dövlət
və bələdiyyə
mülkiyyətindəki əkinəyararlı
və davamlı su təminatı olan torpaq sahələri
ayrılmalıdır. Tütün
istehsalçılarına güzəştli
şərtlərlə kreditlər
verilməlidir. Bu, lazımi səviyyədə
deyil. Ona görə, bu
sahəyə xüsusi
diqqət göstərilməlidir.”Eyni zamanda tütün
qəbulu məntəqələri
və qurutma kameraları ilə bağlı problemlərə
toxunan ölkə başçısı
əkin artdıqca hər bir rayonda
qəbul məntəqəsinin
və qurutma kameralarının mövcud
olmasının əhəmiyyətini bildirib,
bu istiqamətdə müvafiq qurumlara tapşırıqlarını verib:
“Dünən bir qəbul məntəqəsində
olarkən mənə
məlumat verildi ki, hətta biz bu kameraları
Azərbaycanda da istehsal edə bilərik. Hesab edirəm ki, bu, mümkündür, burada heç bir çətin məsələ yoxdur. Əgər mümkündürsə,
bunun yəqin ki, texnoloji xüsusiyyətləri
var. Tezliklə bu istehsal sahələri
yaradılmalıdır. Çünki
mənə dünən
verilən məlumata görə, tütünün
xüsusiyyəti ondan
ibarətdir ki, onu uzaq məsafəyə
daşımaq çətindir
və keyfiyyət itir. Ona görə, tütünçülüklə
məşğul olan hər bir rayonda
qəbul məntəqələri,
qurutma kameraları tezliklə təmin edilməlidir.”2021-ci
ilə qədər tütün əkini sahələrinin iki dəfə genişləndirilməli
olduğunu diqqətə
çatdıran dövlətimizn
başçısı tütünçülüyün inkişafına dair Dövlət Proqramının
qəbul ediləcəyini
bildirib: “Proqram demək olar ki, hazırdır. Bu gün səslənən
fikirlər və mənim səfərim nəticəsində apardığım
müşahidələr də
o proqrama əlavə olunaraq tezliklə qəbul ediləcək. Bu proqramın qəbulu bir daha onu göstərir
ki, dövlət bu sahəyə çox ciddi fikir verir.”
Ceyhun Piriyev
İki
sahil.- 2017.- 9 avqust.- S.12.