Misirxan Vəliyev-60

Şərəfli mənalı ömür yolu

    Türk-müsəlman dünyasının təbliğ etdiyi ən mühüm fəzilətlərdən biri xoş söz, xoş niyyət xeyirxah əməl sahibi olmaqdır. Bu prinsiplərə riayət edən həyata keçirməyə çalışanlar hörmətə rəğbətə layiqdirlər. Amerika filosofu Henri Devid Toqo demişkən, yaxşılıq yeganə libasdır ki, heç vaxt köhnəlmir. YAP Siyasi Şurasının üzvü, İcra Katibliyinin baş məsləhətçisi, "Tərəqqi" medallı Misirxan Vəliyev şərəfli mənalı ömürünü xeyirxah işlərə, gözəl yaddaqalacaq əməllərə həsr etmiş insanlardandır. Yaxşı xeyirxah əməllər sahibi kimi cəmiyyətdə böyük nufuz sahibi olan Misirxan müəllim həm mehriban insan, dəyərli dost, sədaqətli əqidə yoldaşı kimi tanınır. Misirxan müəllim hələ gənclik illərində xalqımızın haqq hüquqlarının tanınması üçün çalışmış, ermənilərin Azərbaycan xalqına qarşı məkrli siyasətini kəskin pisləmiş erməni xislətinin dünya xalqlarına çatdırılmasında fəallıq göstərmişdir. Sovet İttifaqının sərt qanun qaydalarının hökm sürdüyü dövrdə ermənilərin baş qaldıran torpaq iddialarına etiraz səsini ucaldıb, mətbuatda, iştirakcısı olduğu toplantılarda erməni həyasızlığının iddialarının qarşısının alınması tələbi ilə çıxışlar etmişdir. Ona görə , Misirxan müəllim dəfələrlə erməni separtçılarının təzyiq təqibləri ilə üzləşmişdir. Fikirindən daşındırmaq, mübarizəsindən yayındırmaq üçün onun fiziki məhvinə cəhdlər göstərmişlər. Ancaq M.Vəliyev öz amalından, Azərbaycana olan sevgisindən millətinin haqq işinin insanlara çatdırmaqdan əl çəkməmişdir.

 

Bu günlər 60 illik yubileyini qeyd etməyə hazırlaşdığımız M.Vəliyev əbədi əzəli torpağımız olan Azərbaycanın qədim diyarı Zəngəzur mahalının Qafan rayonunun Kığı kəndində anadan olub. Gələcək həyatını tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Misirxan müəllim taleyin hökmü ilə ictimai-

 

siyasi proseslərin axarında əliyevçi olmaqla ölkənin çətin ağır dövründə əməli fəaliyyəti ilə çoxlarına örnək ola biləcək nümunəvi yol tutdu. Bütün varlığı ilə Ulu Öndərimizə bağlı olan Misirxan müəllim 1992-ci ildə Ali Sovetin qarşısında yaş senzinə qarşı keçirilən mitinqlərin fəal təşkilatçılarından olmuşdur. 1992-ci ilin noyabr ayında YAP-ın Naxçıvanda keçirilən ilk təsis konfransının iştirakçısı olmuş və Zəngilan rayon təşkilatının adından çıxış etmişdir. 1992-ci ildə Ulu Öndərimiz Heydər Əliyevin hüquqlarının qorunması ilə bağlı Zahid Qaralovun rəhbərliyi ilə yaradılan müdafiə komitəsinə üzv seçilmiş bu istiqamətdə uğurlu nəticə əldə edilənə qədər mübarizə aparmışdır. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması ilə əlaqədar ziyalıların Dahi Öndər Heydər Əliyevə müraciəti Dahi Öndər Heydər Əliyevin ziyalılara cavabı "Səs" qəzetində dərc olunduqdan sonra həmin qəzetin 2000-dən artıq nüsxəsini cox çətinliklə Zəngilan rayonunda paylamışdır. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi üçün lazım olan 1050 imzanın 278-ni təşkil etmişdir ki, onlardan da 147 nəfəri Misirxan müəllimin yaxın qohumları olmuşdur. 1992-ci ildə "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin üzvü olmuş, hazırda 11 saylı vəsiqənin sahibidir. Yeni Azərbaycan Partiyasının Zəngilan, Laçın, Ağcabədi, Goranboy Xəzər rayon təşkilatınının yaradılmasında fəal iştirak etmişdir.

 

Misirxan müəllim bu gün partiyadadır, Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi ölkə Prezidenti, YAP Sədri İlham Əliyevin apardığı siyasətə töhfələr verməyə dəstək olmağa çalışır. Tez-tez bölgələrdə olur, insanlarla görüşür, Prezidentimizin dövlətimizin inkişafı, xalqımızın sosil rifah halınınn daha da yaxşılaşdırlması üçün qarşıya qoyduğu vəzifələrin, qəbul etdiyi dövlət proqramlarının, imzaladığl sərəncamların mahiyyətini məqsədini çatdırmağa çalışır. Deyir ki, cəmiyyətin ən enerjili, fəal təbəqəsi olan gənclərin Vətənə layiq vətəndaş kimi yetişməsi, təhsil alması, fiziki cəhətdən sağlam böyüməsi, öz intellekti, bilik bacarığı ilə, nəinki regionda, ümulilikdə, dünyada seçilən gəncliyə çevrilməsinin əsasında Prezident İlham Əliyevin onlara göstərdiyi diqqət qayğı dayanır.

 

Biz "Səs" qəzetinin kollektivi olaraq, 60 illik yubileyini qeyd etdiyimiz Misirxan Vəliyevə bundan sonra da insan üçün həyatda ən ümdə olan can sağlığı, uzun, mənalı ömür, tükənməz həyat eşqi ictimai-siyasi fəaliyyətində uğurlar arzulayırıq.

 

İ.ƏLİYEV

Səs.- 2017.- 21 dekabr.- S.10.