İlk dəfə Lənkəranda
çay, çəltik
və sitrus festivalı keçirildi
Bu gün
Lənkəran Şəhər
İcra Hakimiyyətinin
təşkilatçılığı ilə respublikada ilk dəfə çay, çəltik və sitrus festivalı keçirilib.
"Qafqazinfo"ya
daxil olan məlumata görə, şəhərin Heydər
Əliyev xatirə parkında əsl ümumxalq bayram şənliyi kimi təntənəli şəkildə
gerçəkləşən festivalda Lənkəran Şəhər İcra hakimiyyətinin başçısı
Taleh Qaraşov, Prezident Administrasiyasının
məsul işçisi
Habil Əzəmmədov,
Milli Məclisin rayonu təmsil edən deputatları, dəvət olunmuş qonaqlar, İcra aparatının rəsmiləri,
hüquq-mühafizə orqanlarının,
idarə və təşkilatların rəhbərləri,
təhsil, səhiyyə,
mədəniyyət müəssisələrinin
əmək kollektivlərinin,
rayon ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin
nümayəndələri
iştirak ediblər.
Festival Ümummilli
Lider Heydər Əliyevin əzəmətli
abidəsinin ziyarəti
ilə başlayıb.
Lənkəran Şəhər
İcra Hakimiyyətinin
başçısı Taleh
Qaraşov, rəsmi şəxslər və qonaqlar Ulu Öndərin
abidəsi qarşısına
gəlib önünə
tər gül dəstələri qoymaqla
dahi rəhbərə
ehtiramlarını ifadə
ediblər.
İcra başçısı
Taleh Qaraşov festivalı açıq elan edərək qeyd edib ki,
ötən əsrin
70-80-ci illərində respublika
səviyyəsində keçirilmiş
və Ulu Öndər Heydər Əliyev tərəfindən
yüksək qiymətləndirilərək
respublikaya örnək
göstərilmiş ilk
məhsul bayramlarına
ev sahibliyi etmiş Lənkəranın
Prezident İlham Əliyevin ardıcıl diqqəti ilə yenidən inkişaf edib əvvəlki şöhrətli dövrünə
qayıtması hər
bir lənkəranlı
üçün qürurvericidir.
Sonra rəsmi şəxslər,
qonaqlar və festivalın iştirakçılar
yerli istehsala aid məhsullarla bəzədilmiş pavilyonları
gəzib əldə olunmuş nailiyyətlərlə
yaxından tanış
olublar. “Çayımızın
adı var”, “Süfrələrin bəzəyi
Lənkəranın düyüsü”,
“Ərzaq təhlükəsizliyi
keşiyində”, “Gözəlliyi damla-damla topladıq”,
“ Keyfiyyət əsla bir təsadüf deyil”, “Yeni Lənkəran
tikmək üçün”,
“Lənkəranın şirnisi
–ağız dadımız”,
“ Şəkərbura, paxlava
bəzək verər xonçaya”, “Çörək
bol olsa, basılmaz Vətən”, “
Qonaq evin ruzi-bərəkətini artırar”,
“Cənnət görmək istəyən Lənkərana
gəlsin”, “Min bir dərdin dərmanı”, “ Bostandan süfrəyə naz nemət gələr” nominasiyalı örtülü
pavilyonlarda yerli istehsal olan ərzaq,
sənaye malları, kənd təsərrüfatı
məhsulları, turizm
əhəmiyyətli xalq
sənətkarlığı nümunələri festival
iştirakçılarında və qonaqlarda
böyük maraq oyadıb. “Çayımızın adı
var” və “Süfrələrin bəzəyi
Lənkəranın düyüsü”
pavilyonlarında qonaqlara
və festival iştirakçılarına yerli
təbii Lənkəran
çayından dəmlənmiş
samovar çayından
və şirniyyatlı
süfrədən
ibarət çay dəstgahı və təbii dadlı yerli düyülərdən
bişirilmiş 50 növdən
çox plov təqdim olunub. Təqdim olunan ətirli təbii çay, dadlı ləvəngi və digər məmulatlı plovlar heyranlıqla qarşılanıb.
Festivalda 2017-ci ilidə rayonun
sosial-iqtisadi inkişafı
və mədəni quruculuq sahələrində
görülmüş işlərin
yekunları barədə
ayrı-ayrı sahələr
üzrə rəhbər
işçilərin hesabat
xarakterli məlumatları
dinlənilib, ictimai-siyasi
həyatda və mədəni-quruculuq işlərində
fəal iştirak edən, çalışdığı sahədə fərqlənən qabaqcıllara Fəxri Fərmanlar və qiymətli hədiyyələr
verilib, bədii özfəaliyyət kollektivlərinin
rəngarəng ədəbi-bədii
kompozisiyaları ifa olunub, nümunəvi müsiqi nömrələri
səsləndirilib, gənclərin
iştirakı ilə
əyləncəli proqramlar
göstərilib.
Festival respublikanın
tanınmış incəsənət
ustalarının ifasında
bayram konserti və atəşfəşanlıqla
yekunlaşıb.
Səs.-
2017.- 21 dekabr.- S.12.