Vüqar Rəhimzadənin monoqrafiyası
təqdim olunub
Bu gün
Bakı Slavyan Universitetində "İki
Sahil"qəzetinin baş
redaktoru Vüqar Rəhimzadənin "Söz
və mətbuat azadlığı demokratik
inkişafın əsası
kimi: Azərbaycan təcrübəsi" monoqrafiyasının
təqdimatı və
50 illik yubileyinə həsr olunmuş "Qələmdən süzülən
qüdrət" tədbiri
keçirilib.
Musavat.com xəbər
verir ki, tədbirdə mətbuatın
tanınmış nümayəndələrindən
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri
Əflatun Amaşov,
"Yeni Müsavat"
qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Yeni Azərbaycan" qəzetinin
baş redaktoru Hikmət Babaoğlu, Mətbuat Şurasının
sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, "Şərq"qəzetinin baş
redaktoru Akif Aşırlı, "Səs"qəzetinin
baş redaktoru Bəhruz Quliyev və BSU-nun nümayəndələri, jurnalistika
kafedrasının müdiri,
əməkdar jurnalist
Şəlalə Həsənova
və jurnalist Seymur Verdizadə də iştirak ediblər.
Vüqar Rəhimzadə
monoqrafiyası ilə
bağlı çıxış
edərək, bu elmi-tədqiqat əsərinin
onun bütün yaradıcılığını əhatə etdiyini deyib: "Azad söz və mətbuat azadlığından
bəhs edən elmi mövzuda hazırladığım monoqrafiyada
əsasən dünya
mediası ilə müqayisəli məqamları
qeyd etmişəm. Özüm BSU-nun jurnalistika fakültəsində
dərs deyirəm. Bu, mənim çoxillik fəaliyyətimin
bəhrəsidir. Bu, sırf tədris prosesi üçün nəzərdə tutulmasa da, gələcəkdə
fikrim var ki, jurnalistikada tədris üçün
belə bir vəsait hazırlayaq".
BSU rektoru Nurlana
Əliyeva tədbir iştirakçılarını salamlayaraq, Vüqar Rəhimzadəni 50 illik yubileyi münasibəti ilə təbrik edib: "Jurnalitika olduqca geniş sahədir. Mətbuat o qədər önəmli bir sahədir ki, burada çalışan
qələm sahibləri
bütün cəmiyyətin
fikrini ədalətli,
qərəzsiz şəkildə
inkişaf etdirirlər.
Bu gün təqdim edilən bu monoqrafiya jurnalistika üçün
böyük töhfədir.
Biz BSU kollektivi adından Vüqar müəllimi təbrik edirik və fəaliyyətində ona uğurlar arzulayırıq".Tədbirdə iştirak edən qonaqlar da Vüqar Rəhimzadəni
təqdim olunan monoqrafiyası və yubileyi münasibəti ilə təbrik ediblər.
Hikmət Babaoğlu
Azərbaycan mətbuatının
ən incə məqamlarından bəhs
edən monoqrafiyanın
qiymətli əsər
olduğunu deyib: "Bu monoqrafiya jurnalistikanın fundamental əsəridir, desək, yanılmarıq. Söz və mətbuat azadlığı dedikdə,
bu, yalnız media sahəsində deyil, eləcə də, cəmiyyətdə
azad təfəkkür
deməkdir. Demokratik respublikanın əsası
məhz azadlıqdır.
Azadlıq ümumiyyətlə,
ruhun substansiyasıdır.
İnsan övladı
yarandığı gündən
azadlığa meyilli olub. Bu, fərdi
hadisə deyil, cəmiyyətin məhsuludur.
Monoqrafiya informasiya cəmiyyəti üçün
faydalı olacaq".Müşfiq Ələsgərli
də tədbirdə çıxış edərək,
Vüqar Rəhimzadəni
təbrik edib: "Biz uzun illər
media sahəsində çalışaraq, bir çox stereotipləri qırdıq. Düşünürəm
ki, hazırda mətbuatda Qərb istiqaməti özünü
göstərir. Və
ümid edirəm ki, bu monoqrafiya
sistemli şəkildə
mətbuata öz töhfəsini verəcək"Akif
Aşırlı monoqrafiyanı
jurnalistlər üçün
fundamental baza hesab etdiyini deyib: "Vüqar müəllim ömrünü
jurnalistikaya, elmə həsr edən şəxslərdən biridir.
Bu elmi əsər
də onun parlaq yaradıcılığının
bariz nümunəsidir.
Bu gün "İki sahil" qəzetinin geniş kollektivi də buradadır. Arzu edirəm ki, gələn təqdimatda
"İki sahil" televiziyası iştirak etsin. 50 yaş hələ qocalıq hesab olunmur. Həyat hələ bundan sonra başlayır".Əflatun Amaşov Vüqar Rəhimzadəni təbrik edərək, Mətbuat Şurası yaranandan onun mətbuatdakı töhfələrindən
danışıb: "Mətbuat
Şurası yaranandan
Vüqar Rəhimzadə
Mətbuat Şurasının
üzvüdür. Jurnalistika
elə bir sahədir ki, təsəvvür edin, bir insanın aldığı informasiya
onun həyatında nə qədər əhəmiyyətli rol oynayır. Təsəvvür
edin, bir gün internet olmasın, televiziya, mətbuat orqanları olmasın, hər şey bir-birinə qarışar. Jurnalistika Azərbaycanın daxili inkişafında olduqaca mühüm rol oynayır. Vüqar müəllim isə çox gözəl jurnalist və dəyərli dostdur".
Rauf Arifoğlu Vüqar Rəhimzadəni dəyərli elmi tədqiqatının təqdimatı münasibətilə təbrik edib: "Vüqar Rəhimzadə mətbuatda dəyərli insanlardan, gənclərə dəstək olan qələm sahiblərindən biridir. Ölkədə azad söz, azad mətbuat, dəqiq jurnalistikanın təbliğatçılarındandır. Biz əks cəbhələrdə olsaq da, dövlət naminə bir araya gəlməyi də bacarmışıq. Bu gün həmkarımızın 50 yaşı tamam olur. Ona yaradıcılığında uğurlar arzu edirəm".Tədbirin sonunda Nurlana Əliyeva Vüqar Rəhimzadəyə BSU kollektivi adından suvenir xəncər və gül dəstəsi təqdim edib. Əflatun Amaşov isə Mətbuat Şurası adından Vüqar Rəhimzadəni "Medianın inkişafında fəaliyyətlərinə və 50 illik yubileyinə görə" diplomla təltif edib.
Səs.-
2017.- 21 dekabr.- S.-9.