QURUCU PREZİDENT!
Dövlət
başçımız İlham
Əliyevin uğur formulu nəinki ölkəmizdə, beynəlxalq
aləmdə də yüksək qiymətləndirilir
Azərbaycan son 14 ildə dövlətçilik tarixinin
ən güclü, möhtəşəm və
qüdrətli dövrünü
yaşamaqdadır. Qazanılan
uğurlar, nail oldunan inkişaf göstəricilər bütün
sferaları əhatə
etməkdədir. Belə ki,
müstəqil və demokratik Azərbaycan elə bir yüksəlişin
və tərəqqinin
rəmzinə çevrilib
ki, bu amil
sərhədlərimizdən kənarlarda da vurğulanmaqdadır. Ümumiyyətlə,
Ulu Öndər Heydər Əliyevin şah və bənzərsiz əsəri
olan müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin
müdrik, qətiyyətli
siyasəti nəticəsində
mükəmməl inkişaf
modelinə malikdir və müxtəlif sahələr üzrə əldə etdiyi yüksəliş dinamikası
əslində bir cox dünya ölkələri üçün
nümunəyə çevrilib.
Əbəs yerə deyil ki, zaman-zaman
müxtəlif yerli və xarici sosioloji sorğu mərkəzləri, dünyanın
bir çox nüfuzlu media qurumları ölkə başçımızın uğurlu
fəaliyyətini əks
etdirən daxili və xarici siyasəti barədə geniş materiallarla çıxış edir,
Onu qurucu Prezident olaraq qiyməyləndirirlər. Bu
isə təsadüfi
fikirlər deyil, bilavasitə reallığın,
gerçəkliyin məntiqi
isbatıdır.
Xalqını ailəsi olaraq qiymətləndirən Prezident!
Beləliklə, Prezident İlham Əliyevin uğur formulu nəinki ölkəmizdə, beynəlxalq
aləmdə də yüksək qiymətləndirilir.
O da təsadüfi deyil ki, dekabrın
24-də, anadan olmasının
56-cı ildönümündə Prezident İlham Əliyev bu əlamətdar tarixi yenə də iş başında, xalqına xidmət etməklə keçirdi.
Bu arada,
ölkə başçımızın
hər zaman öz sadəliyi ilə seçilməsi, hətta ən əlamətdar günlərini
belə, xalqı ilə birgə qeyd etməsi hər bir azərbaycanlıda
böyük qürur hissi yaratmaqdadır. Misal üçün, xatırlada
bilərik ki, daha öncəki doğum günlərinin birini 24 dekabr 2011-ci ildə Taxtakörpüdə
laçınlı qaçqın
və məcburi köçkünlərlə keçirməsi
və orada vurğuladığı sözləri
tarixi kəlama çevrilib. Üstündən
illər keçsə
də, o unudulmaz görüş yaddaşların şirin xatirəsi kimi hələ də yaşayır. Dövlət başçısının “mənim ailəm, doğmalarım sizsiniz” deyə ortaya qoyduğu isti və doğma münasibət bu gün də əvəzlənməsi mümkünsüz
olan əsas mövzusudur. Özünün
də qeyd etdiyi kimi, Prezident
ad günləri keçirməyi xoşlamır.
Lakin ölkə başçısı bu xüsusi günü məcburi köçkünlər
arasında keçirməyə
qərar vermişdi. Bunun üçün isə məhz Taxtakörpü qəsəbəsini
seçmişdi, ömrünün
unudulmaz anlarında istəmişdi ki, ətrafında özünə
hər zaman doğma və əziz sandığı xalqı olsun!
“Qara Şəhər”dən
“Ağ şəhər”ə
mükəmməl keçid!
Dekabrın 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də bir sıra layihələrin açılışında olublar.
Belə ki, məhz Ulu Öndər
Heydər Əliyevin xeyir-duası ilə paytaxtdakı “Qara şəhər” artıq öz yerini əzəmətli “Bakı
Ağ Şəhər”ə
verməkdədir. Prezident
İlham Əliyevin diqqəti və qayğısı sayəsində
bu mükəmməl və nəhəng layihə də artıq bir gerçəkliyə, bir reallığıa çevrilir,
miqyası və keyfiyyətinə görə
diqqətləri özünə
cəlb edir. Eləcə də, “Bakı Ağ Şəhər”in tikintisi və burada infrastrukturun yaradılması zamanı
Prezident İlham Əliyevin tapşırıqlarına
əsasən kompleks iş aparılır, bütün mövcud tələblər və gələcək inkişaf
nəzərə alınır.
Maraqlı məqamlardan
biri də budur ki, yerli
şirkətlərlə yanaşı,
dünya şöhrətli
iqtisadi qurumlar da bu layihəyə
cəlb edilib. Məhz bu baxımdan,
“Bakı Ağ Şəhər” nəinki
respublikamızda, eləcə
də beynəlxalq səviyyədə tanınan
layihədir.
Biz, burada
Cənab İlham Əliyevin hələ bir neçə il öncə Bakının inkişafı
istiqamətində keçirdiyi
müşavirələrin birində
irəli sürdüyü
fikirlərini xatırlaya
bilərik. Dövlətimizin
başçısı Bakının
və paytaxtın ətrafındakı qəsəbələrin
inkişafı məsələsinə
də ayrıca toxunaraq demişdir ki, onların inkişafı üçün
nə lazımdırsa,
ediləcəkdir: "Bakının
ətrafında yerləşən
qəsəbələrdə 800 mindən artıq əhali yaşayır. Bu, özlüyündə
böyük bir şəhərdir və bu qəsəbələr şəhər səviyyəsinə
gətirilməlidir. Bunu
etmək üçün,
yenə də deyirəm, maliyyə vəsaiti lazımdır -
o, bizdə vardır. Siyasi iradə lazımdır - o da bizdə vardır. Artıq bizdə peşəkar kadrlar da vardır. Texnikamız, şirkətlərimiz
vardır ki, bütün bu işləri onlar görə bilərlər".Artıq bütün bunlar öz təsdiqini tapıb və qarşıda daha böyük, daha nəhəng layihələrin həyata
keçirilməsi nəzərə
tutulub.Xalqının sosial
rifahını yüksəldən
dövlət başçısı!
Elə həmin gün,
dekabrın 24-də Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Respublikasının Prezidenti
yanında Mənzil İnşaatı Dövlət
Agentliyinin (MİDA) ikinci
layihəsi olan Hövsan yaşayış
kompleksində inşa
ediləcək ilk yeddimərtəbəli sosial
binanın təməlqoyma
mərasimində iştirak
edib. Məlumatlarda da bildirilir ki, Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsinin
yaxınlığında inşa
olunacaq Hövsan Yaşayış Kompleksi Bakının sürətlə
inkişaf edən şərq hissəsində,
Xəzər sahilindən
cəmi 2 kilometr məsafədə, yaşayış
və istirahət üçün olduqca rahat bir məkanda yerləşəcək. Ümumiyyətlə,
bu kimi sosial
layihələrin həyata
keçirilməsi bir
ənənə halını
alıb və söz yox ki,
bənzər layihələrin
reallaşdırılması bundan sonra da
davam edəcək. İnsanların sosial-rifah
hallarının daha da yaxşılaşdırılması,
insanların güzəştli
mənzillərə sahib
olmaları istiqamətində
atılan hər bir addım bilavasitə xalqın maraqlarının təminatına
hesablanmış müdrik
siyasətin tərkib hissəsidir. Çünki
Ulu Öndər Heydər Əliyev ideologiyasının əsasında
dövlətin təməlinin
xalq olduğu vurğulanır . Bu baxımdan, Prezident İlham Əliyev daim öz çıxışlarında
insan amilini əsas olaraq qiymətləndirir və hər zaman xalqının yanında olduğunu əməli, qətiyyətli fəaliyyəti
ilə sübuta yetirmiş olur.
Bu gün
heç bir vətənsevər azərbaycanlı
inkişaf və tərəqqi gerçəkliyinə
zərrə qədər
də şübhə
etmir, çünki bu ölkənin rəhbəri Cənab İlham Əliyevdir!
Nəticə olaraq, qeyd edə
bilərik ki, Prezident İlham Əliyev tarixin ən güclü, ən möhtəşəm,
ən inkişaf edən Azərbaycanın şəriksiz Lideri, xalqının taleyini onilliklər boyu etibar etməyə hazır olduğu alternativsiz rəhbərdir.
Dövlət başçımızın
çıxışlarının birində söylədiyi bu fikirlər - "Azərbaycan xalqı taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır. Heç vaxt
müstəqilliyimiz bu
qədər möhkəm
olmamışdır" - sözləri
əslində ötən
14 ili xarakterizə edən ən uğurlu fakt, eləcə də böyük inkişafa doğru gedilən yolda bizə yeni hədəflər müəyyənləşdirən məramdır. Beləliklə,
Azərbaycan dövləti
və xalqı Prezident İlham Əliyevin rəhbərliyi
altında daha böyük və daha nəhəng uğurlara doğru addımlamaqdadır. Bu gün heç bir vətənsevər azərbaycanlı inkişaf
və tərəqqi gerçəkliyinə zərrə
qədər də şübhə etmir, çünki bu ölkənin rəhbəri
Cənab İlham Əliyevdir!
Rövşən NURƏDDİNOĞLU
Səs.-
2017.- 30 dekabr.- S.3.