Milli Azərbaycan Tarixi Muzeyində beynəlxalq layihə yenidən öz
işinə başladı
Bu günlərdə Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda "1951-1964-cü illərdə I Kültəpədə aparılmış qazıntılardan əldə edilmiş arxeoloji materialların yenidən işlənməsi və nəşri" adlı beynəlxalq layihə çərçivəsində tədqiqatlara başlayıb. Cari ildə aparılan işlər əvvəlki illərdəki tədqiqatların davamı olub, layihənin son mərhələsini təşkil edir.
Muzeydən "Olaylar" - a verilən məlumata görə tədqiqatların fevralın 12-də yekunlaşdırılması nəzərdə tutulub. Layihəyə arxeoloqlar, AMEA-nın Naxçıvan bölməsinin şöbə müdiri, AMEA-nın müxbir üzvü, t.e.d. Vəli Baxşəliyev və Fransa Milli Araşdırmalar Mərkəzinin əməkdaşı, fəlsəfə doktoru Remi Berthon (paleontoloq) rəhbərlik edirlər. Layihə iştirakçıları Naxçıvan Dövlət Universitetinin müəllimi Fizzə Quliyeva (rəssam), Fransa Milli Araşdırmalar Mərkəzinin əməkdaşları, dosent-doktor Katerina Marro (arxeoloq), fəlsəfə doktoru Nikolas Qailhard (arxeoloq) və fəlsəfə doktoru Marie Orangedir (arxeo-kimyaçı).
Tədqiqat
işləri əsasən Arxeologiya
fondunda mühafizə
olunan I Kültəpə
tapıntılarının ölçülərinin
götürülməsindən, qrafik
və foto təsvirlərinin çəkilməsindən, metal
və obsidian alətlərin analizlərinin
aparılmasından, eləcə də onlara aid məlumatların
dəqiqləşdirilməsindən ibarətdir. Sonda
əldə olunacaq
məlumatlar
ümumiləşdirilərək nəşr
olunacaq.
Səs.-
2017.- 2 fevral.- S.11