Hüquq və azadlıqların pozulması və Konstitusiya Məhkəməsinin qərarı
Vəsiyyətnamə və etibarnamələrin qanunvericilikdə sadalanan vəzifəli şəxslər tərəfindan düzgün təsdiq edilməməsinə və ya onları təsdiq etməkdən imtina olunmasına dair şikayətlər müvafiq surətdə xəstəxananın, digər stasionar müalicə-profilaktika müəssisəsinin, sanatoriyanın, qocalar və əlillər evinin, ekspedisiyanın, hospitalın, hərbi təlim müəssisəsinin, hərbi hissənin, birləşmənin, idarənin, təşkilatın, azadlıqdan məhrumetmə yerinin olduğu yer üzrə məhkəməyə verilir.
Çingiz Qənizadə yazır: "Məhkəməyə şikayət, notariat hərəkəti və ya bu cür hərəkəti yerinə yetirməkdən imtina edilməsi ərizəçiyə məlum olan gündən hesablanmaqla, 10 gün müddətində verilir. Şikayət ərizəsinə şikayət verilən notariusun və ya orqanın nümayəndəsinin iştirakı ilə məhkəmə tarəfindən baxılır, lakin onların gəlməməsi işin həll edilməsinə mane olmur. Ərizəçinin şikayətini təmin edən məhkəmə qətnaməsi aparılmış notariat əməliyyatını ləğv edir və ya bu cür əməliyyatın yerinə yetirilməsini tapşırır.
Ümumi və ixtisaslaşdırılmış məhkəmələrdə işdə iştirak edən fiziki və ya hüquqi şəxs Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 3-cü hissəsinin 1-6 və 8-ci bəndlərində göstərilmiş normativ-hüquqi aktların konstitusiyaya uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi barədə Azərbaycan Respublikasının Ali Məhkəməsi qarşısında vəsatət qaldıra bilər.
Normativ-hüquqi aktların konstitusiyaya uyğunluğu barədə vəsatət aşağıdakı hallarda qaldırıla bilər:
- məhkəmə baxışı zamanı işdə iştirak edən şəxs həmin iş üzrə tətbiq edilmiş və ya tətbiq edilə biləcək normatıv-hüquqi aktın onun Azərbaycan Respublikası Konstitusiyası ilə nəzərdə tutulmuş əsas hüquq və azadlıqlarını pozduğunu hesab etdikdə;
- ümumi və ixtisaslaşdırılmış məhkəmələrdə iş üzrə icraat zamanı məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək imkanları tükəndikdə, işdə iştirak edən şəxs isə hamin iş üzrə tətbiq edilmiş normativ-hüquqi aktın onun konstitusiya ilə nəzərdə tutulmuş əsas hüquq və azadlıqlarını pozulduğunu hesab etdikdə.
Normativ-hüquqi aktın konstitusiya uyğunluğunun yoxlanılması haqqında vəsatət işə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində baxılarkən və Ali Məhkəmənin müvafiq kollegiyasında baxıldıqdan sonra, bilavasitə, Ali Məhkəməntn Plenumu qarşısında qaldırıla bilər."
Qüvvədə olan normativ-hüquqi aktla hər hansı şəxsin əsas hüquq və azadlıqlarının pozulduğu hesab edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qanunda nəzərdə tutulmuş qaydada həmin normativ-hüquqi akt əsasında çıxarılmış məhkəmə aktının və ya onun bir hissəsinin ləğv edilməsi üçün əsasdır.
Müəllif göstərir ki, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş, lakin qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti vermək hüququna malikdirlər.
Həmin hüquqa işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir.
Apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə, işə birinci instansiyada baxılmış məhkəməyə təqdim edilməklə verilə bilər. Əgər apellyasiya mümkün hesab edilirsə, məhkəmə əks-tərəfə apellyasiyanı və ona əlavə edilən sənədləri rəsmən təqdim edir (göndərir). İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surətini aldıqda, 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməkdə haqlıdırlar.
Apellyasiya mümkün hesab edildikdə, iş onun məhkəməyə daxil olduğu gündən 2 ay müddətində baxılır.
İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Bu halda, apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir.
Ç.Qənizadə daha sonra yazır: "İşdə iştirak edən şəxslər apellyasiya məhkəməsinə yeni sübutlar təqdim edə bilərlər. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə, mümkün olmadığını əsaslandırsın.
Məruzədən sonra məhkəmə, məhkəmə icrasına gəlmiş işdə iştirak edən şəxslərin və nümayəndələrin izahatlarını dinləyir və sonra zərurət olduqda, məhkəmə işdə olan sübutları elan edir və araşdırır. Tərəflər əlavə şahidlərin çağırılması və dindirilməsi, birinci instansiya məhkəməsinin araşdırılmadan imtina etdiyi digər sübutlarının tələb edilməsi haqqında vəsatətlər verə bilərlər.
Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni sübutlar araşdırıldığı halda, məhkəmə çıxışlarına yol verilə bilər. Məhkəmə çıxışlarından sonra məhkəmə müşavirə otağına gedir və müşavirədən sonra hakimlər qəbul olunmuş qətnaməni elan edirlər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin mülki və cinayət işləri üzrə kollegiyasının, Azərbaycan Respublikasının İqtisad Məhkəməsinin və Naxçıvan MR Ali Məhkəməsinin hökm, qətnamə və qərardadlarından kassasiya şikayəti verilə bilər. Kassasiya şikayətinə baxılması nəticəsində, bütün hakimlər tərəfindən imzalanmış qərar qəbul edilir. Qərar qəbul edildiyi andan qüvvəyə minir."
Müəllifin fikrincə, Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının qərarlarına işdə iştirak etməyə olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən, təqdimat şikayət və ya protestlə Ali Məhkəmənin Plenumunda əlavə kassasiya qaydasında yenidən baxıla bilər.
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra beynəlxalq dövlətlər birliyinin tam hüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik-hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçib. Bu müddəalar 1995-cı il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında da əksini tapıb. Konstitusiyanın 7-ci maddəsinə əsasən, Azərbaycan dövlət demokratik-hüquqi, dünyəvi respublika olmaqla dövlət hakimiyyəti daxili məsələlərdə yalnız, xarici məsələlərdə isə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.
Ölkəmizdə beynəlxalq standartlara uyğun qanunlar, o cümlədən, məhkəmə-hüquq islahatı ilə əlaqədar qanunlar qəbul edilib. Bu qanunlarda bəşər sivilizasiyasının ən müdrik kəşflərindən biri sayılan insan hüquqları ön plana çəkilib. Dövlətimiz insan hüquqları sahəsində BMT və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bir çox konvensiyalar, o cümlədan, BMT Baş Assambleyası tərəfindən 1948-ci il dekabrın 10-da qəbul edilmiş "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi", 1966-cı il dekabrın 16-da qəbul edilmiş "Mülki və Siyası Hüquqlar haqqında Beynəlxalq Pakt", 1984-cü il dekabrın 10-da qabul edilmiş "İşgəncələr və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya", 1985-ci il noyabrın 29-da qabul edilmiş "Yetkinlik yaşına çatmamış şəxslər haqqında ədalət mühakiməsinin həyata keçirilməsi üçün BMT-nin minimal standart qaydaları", 1989-cu ilin dekabrın qəbul edilmiş "Ölüm cəzasının ləğvinə yönəldilmiş Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta İkinci Könüllü Protokol", 1989-cu il noyabrın 20-də qəbul edilmiş "Uşaq huquqları haqqında BMT Konvensiyası", 1965-cı il dekabrın 21-də qəbul edilmiş "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında BMT-nin Beynalxalq Konvensiyası", Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin 1990-cı il iyunun 29-da qəbul etdiyi "İnsanlıq ölçüləri üzrə Konfransın Kopenhagen Müşavirəsinin Sənədi"nə qoşulmuşdur.
Həmin sənədlərin əksəriyyətində, xüsusilə, "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan münasibət və cəza növlərinə qarşı 1984-cü il 10 dekabr tarixli Konvensiyada (İşgəncələr əleyhinə Konvensiya) bu sazişlərə qoşulan dövlətlərə tövsiyə edilmişdir ki, özlərinin yurisdiksiyasi altında olan ərazilərdə insanlar üzərində işgəncə və layaqəti alçaldan qeyri-insani aktların qarşısını almaq məqsədilə effektiv tədbirlər görsünlər.
Ç.Qənizadə yazır: "Azərbaycan Respublikasının Konstitusiyasında da bu müddəalar öz əksini tapıb, Konstitusiyanın 46-cı maddəsinə əsasən, şəxsiyətin ləyaqəti dövlət tarəfindən qorunur. Hər kəsə işgəncə və əzab verilə bilmaz. Heç kəs insan ləyaqətini alçaldan raftar va cəzaya məruz qala bilməz.
Son illərdə bu sahədə qanunvericilik və təşkilati qaydalarda bir sıra mühüm tədbirlər görülməsinə baxmayaraq, məhkəmə təcrübəsi göstərir ki, insan hüquqlarının qorunması istiqamətində görülməmiş işlər hələ də çoxdur. Qanunlarımızın və dövlətimizin qoşulduğu beynəlxalq sazişlərdəki insan hüquqlarının qorunmasına dair müddəaların həyata keçirilməsi sahəsində məhkəmə nəzarəti lazımi səviyyədə deyil. Bunu təhqiqat va ibtidai istintaq dövründə insanların işgəncə və qeyri-insani münasibətlərə məruz qalması barəda cinayət işlərinin məhkəmələrə daxil olması faktları bir daha təsdiq edir, Bela xarakterli cinayətlər üzrə spesifik şəraitlə əlaqədar sübut bazasının mahdudluğu nəzərə alınarsa, qeyd etmək lazımdır ki, bu növ cinayət hadisələrinin heç də hamısı məhkəmə baxışıının predmeti olmur. Bu hallara bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları, o cümlədən, Beynəlxalq Amnistiya təşkilatı da diqqəti cəlb etmişdir.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində məhkəmə fəaliyyətində digər nöqsanların da olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Ali Məhkəməsi "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında" 10 mart 2000-ci il tarixli plenumda qərar qəbul etmişdir.
Plenumun qərarında qeyd edilir ki, məhkəmələr işə baxarkən, heç də bütün hallarda təhqiqat və ibtidai istintaq dövründə, habelə, cəzaçəkmə yerlərində müvafiq vəzifəli və rəsmi şəxslər tərəfindən insan hüquqlarının pozulması barədə daxil olan məlumatlara ciddi yanaşmır. Xüsusi qərarlar çıxarmaq, cinayət işi başlamaq, yaxud prokurorun diqqətini ehtimal olunan cinayət hadisəsinə yönəltmək yolu ilə həmin hallara öz münasibətini bildirmirlər.
Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən "Prokurorluq haqqında" Azərbaycan Rcspublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar təhqiqat və ibtidai istintaq zamanı işgəncə verilməsi və digər qanunsuz üsullardan isiifada edilməsi hallarına qarşı mübarizənin gücləndirilməsi üçün prokurorluğun vəzifələri barədə 14.03. 2000-ci il tarixli 02/ 13 saylı əmr verilmişdir.
VAHİD ÖMƏROV, fəlsəfə üzrə fəlsəfə doktoru
Səs.-
2017.- 9 fevral.- S.15