Ərəstun Mehdiyev: "Xocalı soyqırımına
lazımı hüququ
qiymətin verilməsinə
dair işlərimizi gücləndirməliyik"
"Azərbaycan müstəqillik yolunda çox çətin yol keçib. Bu yolumuz Ermənistanın təcavüzü ilə müşahidə olunaraq daha keşməkeşli səciyyə daşıyıb". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı qanun layihəsinin təqdimat mərasimində çıxış edərkən deyib.
O bildirib ki, ölkəmizin Ermənistan təcavüzünün aradan qaldırılması istiqamətindən səyləri bu gün də davam edir.
Onun sözlərinə görə, ölkəmizin azadlıq və müstəqillik yolunda ən ağrılı məqamlarından biri məhz Xocalıda törədilən kütləvi qırğın, soyqırımı aktı idi: "Biz mübarizə gedişində öz səsimizi qaldırmağa, təcüvüzün səbəb və fəsadlarını beynəlxalq ictmayyətə çatdırmağa çalışmışıq. İnformasiya müharibəsi sahəsində mühüm işlər görülür. Yeni müstəqillik qazanan dövlətin beynəlxalq aləmdə elədə əsaslı dayağının olmaması, düşmənlərimizin daha məkrli davranması, geniş resurslara söykənməsi bizim işimizi çətinləşdirirdi. Bu da Azərbaycanın apardığı işin mürəkkəbliyini, zəruriliyini qat-qat artırırdı. Xocalı soyqırımı Ermənistan siyasi rejimin törətdiyi ən ağır cinayətlərdən biridir".
Ermənistan təcavüzünün aradan qaldırılması ilə bağlı ilkin işlərə məhz Ulu Öndərin hakimiyyəti dövründə başlandığını deyən Ə. Mehdiyev qeyd edib ki, bu işlər sonradan davam etdirilib: "Məhz görülən işlərin nəticəsində Xocalı soyqırımına hüquqi qiymət verilməyə başlanılıb. Bununla bağlı fəaliyyət sonrakı dövrlərdə səngiməyib. Cari ilin 24 yanvarında Azərbaycan Prezidentinin Xocalı soyqırımının 25 illiyi ilə bağlı sərəncamı bu məsələyə diqqətimizi yönəldir. İndiyədək beynəlxalq aləmdə bununla bağlı tədbirlər keçirilsə də, məsələyə lazımi hüquqi qiymət verilmədiyi üçün qarşımızda mühüm işlər dayanır. Sərəncama əsasən, müvafiq tədbirlər planı hazlırlanıb, həyata keçiriləcək. Bu, bütün dövlət strukturlarının qarşısında duran əsas vəzifədir. Xocalı soyqırımı ermənilərin 100 ildə Azərbaycana qarşı həyata keçirdikləri vəhşiliklərin ən ağırıdır. Beynəlxalq aləmdə də soyqırım ən ağır cinayət əməli kimi qiymətləndirilir. Biz də bundan istifadə edərək ölkəmizə qarşı törədilən cinayət işinin günahkarlarını cəzlandırmağa çalışmalıyıq. Burada çox faktlar məlumdur. Onu törədənlər vaxtilə Ermənistan rəhbərliyində təmsil olunan şəxslər, keçmiş prezident Koçaryan, indiki rəhbər Sarkisyan və digərləridir. Onların çoxları öz çıxışlarında günahlarını gizlətməyə çalışmayıblar. Sarkisyan bu işdə yaxından iştirak etdiyini etiraf edərək, əməllərinə bəraət qazandırmağa çalışıb. Bu gün qarşımızda duran məsələ siyasi informasiya mübarizəsi işini gücləndirmək, məsələyə beynəlxalq qiymətin verilməsinə nail olmaqdır".
"Bu
gün aparılan işlərin nəticəsində
Xocalı qətliamını rəsmi şəkildə
tanıyan ölkələrin sayı artır. Bu
siyasi eləcə də informasiya
sahəsində aparılan işlərin nəticəsidir. ABŞ-da da bu sahədə geniş fəaliyyət
aparılır. Artıq ABŞ-ın 20-dən artıq
ştatında Xocalı qətliam kimi qəbul
olunub. . Bu gün bu sahədə xeyli uğurlar qazansaq da, təcrübə
göstərir ki, gördüyümüz
işlər bizim qalib
çıxmağımız, torpaqlarımızın azad olunması, ona
lazımı qiymətin verilməsi üçün
kifayət deyil. Biz işimizi daha da intensivləşdirməli və məsələyə
lazımi hüquqi qiymətin verilməsinə
dair işlərimizi davam
etdirməliyik. Bu baxımdan “Beynəlxalq
cinayətlərin qarşısının alınması və
onları törədən şəxslərin cəzalandırılması
haqqında” qanun layihəsinin yüksək
qiymətləndirirəm. Bu sənəd hüququ baxımdan işlərin
yekunlaşmasına öz töhfəsini
verəcək. Biz gələcək fəaliyyətimizi
bu qanuna əsasən
həyata keçirməliyik ki, bunu törədənlərin cəzalandırılmasına
nail olaq, ərazi bütövlüyümüzü pozanlara qarşı zəruri işlərimizi
görə bilək".
Səs.- 2017.-11 fevral.-
S.6.