Xocalıda şəhid olmuş 63 uşaqdan bəhs edən film təqdim olunub

Fevralın 20-də Beynəlxalq Mətbuat Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Turkustan.info xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə baş tutan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək Xocalı soyqırımının xalqımızın tarixində böyük faciələrdən biri olduğunu bildirib.

Vurğulanıb ki, bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciədən 25 il keçməsinə baxmayaraq, bu cinayəti törədənlərdən heç kim hələ də cəzalandırılmayıb.

Ə. Amaşov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşmiş, şəxsi heyətinin

FacebookOdnoklassnikiTwitterGoogle+WhatsAppLineEmailPrintPaylaş

 

Xocalıda şəhid olmuş 63 uşaqdan bəhs edən film təqdim olunub

20 Fevral 2017 - 16:43 'yazıldı.

paylaş tweetle

paylaş

Fevralın 20-də Beynəlxalq Mətbuat Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.

 

Turkustan.info xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə baş tutan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək Xocalı soyqırımının xalqımızın tarixində böyük faciələrdən biri olduğunu bildirib.

 

Vurğulanıb ki, bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciədən 25 il keçməsinə baxmayaraq, bu cinayəti törədənlərdən heç kim hələ də cəzalandırılmayıb.

 

Ə. Amaşov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşmiş, şəxsi heyətinin əksəriyyəti ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini zəbt etməsi və şəhərin dinc əhalisini qəddarlıqla qətlə yetirməsi barədə söhbət açıb.

 

Diqqətə çatdırılıb ki, bu qanlı hadisədə 613 nəfər xüsusi amansızlıqla və işgəncə verilməklə öldürülüb. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qocadır. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb. 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.

 

Əflatun Amaşov deyib ki, bu gün dünyanın 20-dən çox ölkəsi Xocalı faciəsini tanıyır. O cümlədən ABŞ-ın 20-dək ştatında bu faciənin erməni vandalları tərəfindən törədildiyi təsdiqlənib.

 

Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli Xocalı faciəsinin iki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı mənfur siyasətin davamı olduğunu vurğulayıb.

 

Qeyd olunub ki, Ermənistan öz havadarlarının köməyi ilə Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirib, Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını da işğal edib. Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulub, 50 mindən çox insan yaralanıb və əlil olub, torpaqlarımızın 20 faizi işğala məruz qalıb.

 

Tədbirdə Ombudsman Aparatın sektor müdiri Zaur Vəliməmmədov, tədqiqatçı jurnalist Səriyyə Müslimqızı və başqaları Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yorulmadan fəaliyyət göstərilməsinin, informasiya-təbliğat sahəsində mübarizənin davam etdirilməsinin və daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.

 

Sonra Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı, Erməni təcavüzünün tanıdılması İctimai Birliyinin təşkilatçılığı ilə ərsəyə gələn, Xocalıda şəhid olmuş 63 uşaqdan bəhs edən “Onlar heç vaxt böyüməyəcəklər” filminin təqdimatı olub.

 

Filmin ssenariəllifi Səriyyə Müslimqızıdır.

Səs.- 2017.- 21 fevral.- S.8-9