Prezident Kitabxanasında “Azərbaycan
və İslam dünyası” elektron resursunun təqdimatı olub.
İyunun 6-da Azərbaycan Respublikası
Prezidentinin İşlər
İdarəsinin Prezident
Kitabxanasında “Azərbaycan
və İslam dünyası” layihəsinin
kütləvi informasiya
vasitələri nümayəndələrinin
iştirakı ilə
təqdimatı olub.
AZƏRTAC xəbər
verir ki, təqdimat mərasimini giriş sözü ilə açan Kitabxananın direktoru Mayıl Əhmədov İslam aləminin bir parçası olan, müsəlman dünyasına və eləcə də bəşəriyyətə görkəmli
simalar bəxş edən Azərbaycanın hər zaman sanki bir cazibə mərkəzi olduğunu söyləyib.
O deyib ki,
Şərqlə Qərbin
arasında körpü
rolunu oynayan Azərbaycan bütün ictimai-siyasi quruluşlar zamanı islami dəyərləri yaşatmaqla
bərabər, Qərbin
mütərəqqi ideyalarını
da mənimsəyib və özünəməxsus
şəkildə inkişaf
etdirib. Təsadüfi
deyil ki, müsəlman Şərqində
ilk dünyəvi, demokratik cümhuriyyət yüz il öncə
məhz Azərbaycanda
qurulub. Sovetlər dönəminin bütün
dini təzahürlərə
qarşı ən repressiv üsullarla mübarizə apardığı
dövrdə belə,
Azərbaycan xalqı öz dini adət-ənənələrini
və milli-mənəvi
dəyərlərini yaşadıb.
M.Əhmədov qeyd edib ki, Azərbaycan XX əsrin sonlarında dövlət müstəqilliyini
bərpa etdikdən sonra ölkəmizdə “Dini etiqad azadlığı
haqqında” Qanun qəbul edilib, din-dövlət münasibətlərini
tənzimləmək üçün
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan
dövlət müstəqilliyini
bərpa etdikdən sonra ilk olaraq
İslam Konfransı Təşkilatına (indiki
İslam Əməkdaşlıq
Təşkilatı) üzv
olub, müsəlman dövlətləri ilə
diplomatik əlaqələr
qurub. Təsadüfi deyil ki, Azərbaycanın
dövlət müstəqilliyini
tanıyan ilk dövlətlər də məhz müsəlman dövlətləri olublar.
Bu gün Azərbaycan bütün müsəlman dövlətləri
ilə qarşılıqlı
mənfəətə və
beynəlxalq hüquq normalarına əsaslanan diplomatik münasibətlər
qurub. Azərbaycan Avropa Şurasının,
ATƏT-in, UNESCO-nun üzvü olmaqla bərabər, İslam Əməkdaşlıq Təşkilatı,
İqtisadi Əməkdaşlıq
Təşkilatı, Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurası və
ISESCO kimi nüfuzlu beynəlxalq təşkilatların
da üzvüdür.
Müsəlman ölkələri
ilə əlaqələrin
daha da genişləndirilməsi
Azərbaycanın dövlət
siyasətinin prioritet istiqamətlərindəndir.
Daha sonra Mayıl
Əhmədov qeyd edib ki, hazırda
qloballaşan dünyada
gedən proseslər göstərir ki, müsəlman dünyasının
əvvəlki dövrlərdə
heç olmadığı
qədər daha çox birliyə və həmrəyliyə
ehtiyacı var. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının və IV İslam
Həmrəyliyi Oyunlarının
Bakıda keçirilməsinin
əsas məqsədləri
müsəlman aləminin
birliyini möhkəmləndirmək,
İslamın sülh
və mədəniyyət
dini olduğunu bütün dünyaya nümayiş etdirməkdir.
Bütün bunları
nəzərə alaraq
Prezident Kitabxanasının
əməkdaşları “Azərbaycan
və İslam dünyası” adlı elektron resurs hazırlayıblar. Hələlik
Azərbaycan dilində
hazırlanan və 12 əsas bölmədən
ibarət olan resurs http://islamworld.preslib.az/ domenində
yerləşdirilib. Resursun
strukturu haqqında danışan Kitabxananın
direktoru deyib ki, əvvəlcə Azərbaycan haqqında qısa məlumat verilib.
“İslam” bölməsində
bu dinin mahiyyəti, “Qurani-Kərim”
haqqında müfəssəl
şərhlər verilib.
Həmçinin İslam
həmrəyliyinin mahiyyəti
və onu zəruri edən amillər barədə söhbət açılıb.
“Qurani-Kərim” yarımbölməsində
Ziya Bünyadovun və Vasim Məmmədəliyevin
tərcüməsində “Qurani-Kərim”in
Kitabxananın əməkdaşları
tərəfindən PDF formatında
hazırlanan mətni yerləşdirilib.
İslam Əməkdaşlıq Təşkilatından (İƏT) bəhs edən bölmədə qurumun tarixçəsi haqqında
qısa arayış verilib, üzv dövlətlərin hər
biri barədə ayrıca informasiya təqdim edilib, qurumun Zirvə görüşlərinə, Azərbaycan-İƏT
əlaqələrinə və
İƏT-in Ermənistanın
hərbi təcavüzünə
qarşı qəbul etdiyi sənədlərə
dair ayrıca materiallar yerləşdirilib.
İslam Təhsil,
Elm və Mədəniyyət Təşkilatı
- ISESCO haqqındakı bölmədə
təşkilatın strukturu,
onun fəaliyyət istiqamətləri, xoşməramlı
səfirləri və
Azərbaycan-ISESCO münasibətləri
barədə materiallar
toplanılıb.
Elektron resursun Azərbaycanın
üzv olduğu daha bir təşkilatdan
- İqtisadi Əməkdaşlıq
Təşkilatından (ECO) bəhs edən bölməsi haqqında məlumat verən M.Əhmədov qeyd edib ki, müsəlman
dövlətlərini birləşdirən
bu regional təşkilat əsasən
nəqliyyat və kommunikasiya, ticarət
və enerji sahələrində əməkdaşlığın
gücləndirilməsi istiqamətində
fəaliyyət göstərir.
“Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası” bölməsində
təşkilatın məqsəd
və vəzifələri,
strukturu, qurumları, Azərbaycanla türkdilli dövlətlərin əməkdaşlığı
barədə ayrı-ayrı
yarımbölmələrdə istifadəçilərə məlumat
verilir.
Elektron resursun
maraqlı bölmələrindən
biri də “İslamiada” adlanır. Bu bölmədə İslam Həmrəyliyi Oyunlarının qısa tarixçəsi və Bakıda keçirilən
IV İslam Həmrəyliyi
Oyunları barədə
geniş məlumat verilir.
“Sənədlər”
bölməsində yuxarıda
adları sadalanan qurumlarla bağlı qəbul edilmiş qərarların, fərman
və sərəncamların
mətnləri, habelə
ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mövzu ilə bağlı nitqlərinin, çıxışlarının,
müsahibələrinin
mətnləri toplanılıb.
“E-Resurslar” bölməsində
Azərbaycan və rus dillərində İslama aid kitabların elektron versiyaları, Azərbaycan,
ingilis və rus dillərində məqalələrin Kitabxananın
əməkdaşları tərəfindən
hazırlanan elektron mətnləri yerləşdirilib.
“Biblioqrafiya” bölməsində isə
mövzu ilə bağlı Azərbaycan, türk, ingilis və rus dillərində
seçmə kitabların
və məqalələrin
biblioqrafik təsvirləri
verilib.
Elektron resursun
“Fotoqalereya” bölməsində
Azərbaycanın İslam
ölkələri ilə
əlaqələrini özündə
əks etdirən fotolar toplanılıb.
Mütəmadi olaraq yenilənən “Azərbaycan və İslam dünyası” elektron resursunun ingilis dilində versiyasının da hazırlanması nəzərdə tutulur.