Yeni Azərbaycan Partiyası Ağcabədi  rayon təşkilatının IX konfransı keçirildi

 İyunun 7-də YAP Ağcabədi rayon təşkilatının IX konfransı keçirilmişdir.

Konfransda iştirak edən qonaqlar və konfrans nümayəndələrinin bir qrupu Ulu Öndər Heydər Əliyevin Heydər Əliyev meydanında ucaldılmış əzəmətli abidəsini ziyarət edərək abidə önünə tər çiçəklər düzməklə onun əziz xatirəsini ehtiramla yad etdilər.

Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət mərkəzində keçirilən konfransdan əvvəl Yeni Azərbaycan Partiyasının yaranması, təşəkkülü keçdiyi inkişaf yoluna, həmçinin YAP Ağcabədi rayon təşkilatının hesabat dövründə gördüyü işlərə dair video görüntü nümayiş etdirildi.

Sonra Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilkatının sədri Rövşən Əhmədov konfransı açıq elan etdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin ötən konfransdan keçən müddətdə dünyasını dəyişmiş partiya üzvlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

VIII konfransdan ötən dövr ərzində görülən işlər barədə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov məruzə ilə çıxış edərək hesabat verdi. Sonra gündəliyə müvafiq olaraq Nəzarət Təftiş Qrupunun sədr müavini Elsevər İsmayılov çıxış edərək ötən dövr ərzində Nəzarət Təftiş Qrupunun gördüyü işlər barədə hesabatı konfrans iştirakçılarının diqqətinə çatdırıldı.

Məruzə ətrafında Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, YAP Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin sədri Elnur Quliyev, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova çıxış edərək ötən konfransdan keçən müddətdə görülən işlər, keçirilən tədbirlər barədə konfrans iştirakçılarına məlumat verərək, təşkilatın ötən konfransdan keçən müddət ərzindəki fəaliyyətinə öz münasibətlərini bildirdilər.

Konfransda təşkilati məsələlərə baxıldı.

Konfransda YAP Ağcabədi rayon təşkilatının 45 nəfərdən ibarət şurası, 13 nəfərdən ibarət idarə heyəti, 9 nəfərdən ibarət nəzarət təftiş qrupunun tərkibi seçildi.

Konfransda YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov yekdilliklə yenidən rayon təşkilatının sədri seçildi. Konfransda həmçinin sədrin müavinlərinin seçilməsi məsələsinə baxıldı. Teymur Rəhimov Eldəniz Qənbərov təşkilat sədrinin müavinləri seçildilər.

Konfransda Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvlərindən Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov YAP İcra Katibliyinin əməkdaşı Kərim Kərimov geniş çıxış etdilər.

Konfransda YAP Siyasi Şurasının üzvü, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan, respublikanın ictimaisiyasi həyatında oynadığı roldan, həmçinin YAP Ağcabədi rayon təşkilatının gördüyü işlərdən qarşıda duran vəzifələrdən danışdı

Ələddinqızı Nəzakət

Səs.- 2017.- 8 iyun.- S.6.