İnsan
hüquqlarının müdafiəsində QHT-nin rolu
İlk
müstəqil Azərbaycan dövlətinin baniləri
1918-1920-ci illərdə ədalətli və demokratik dövlət
quruluşu axtarışlarında ikən, nəinki o dövrdə
cəmiyyət üçün mühüm olan, həm də
bu gün aktual səslənən məsələlərə
cavab verməli olmuşlar. Bu mənada, demokratik
dövlətdə hüququn roluna, hüquq və dövlətin
əlaqəsinə, hüquqi dövlətin əsaslarına,
vətəndaşların əsas hüquq və
azadlıqlarının təmininə dair N.Yusifbəylinin,
F.Xoyskinin və Y.V.Çəmənzəminlinin fikirlərinə
müraciət etmək faydalı olardı. "Həqiqi
demokrat üçün yalnız bütün insanlara
münasibətdə ümumi olan hüquq mövcud
olmalıdır" fikri mövzunun şərhi
baxımından diqqətəlayiqdir. Aydındır
ki, burada "insanlar" ifadəsi altında cəmiyyətdə
tutduğu mövqedən asılı olmayaraq hər bir kəs,
hər bir vətəndaş, tamın, yəni dövlətin
bir hissəsini təcəssüm etdirən dövlət
orqanlarının hər bir vəzifəli şəxsi nəzərdə
tutulur. Bu da, bizə belə bir nəticə
çıxarmağa imkan verir ki, dövlətin də
hüquqa tabeliyini məcburi sayır, məhz bu anlayış
onun dilində hamının qanuna tabe olmasını və
qanun qarşısında bərabərliyini ifadə
edirdi.Y.V.Çəmənzəminli də daxili məsələlərdə
dövlətin qanuna tabe olmasını,
hamının qanun qarşısında bərabərliyini zəruri
hesab edirdi, hüquqi quruluşun qanunlarından bəhs edərək,
o, qeyd edirdi ki, hamı heç də hər cür qanun
qarşısında deyil, yalnız qərəzsiz qanun
qarşısında bərabər olmalıdır. O,
hesab edirdi ki, belə qanunların ən başlıca əsasları
azadlıq, bərabərlik və ədalətdir. Milli Azərbaycan
dövləti banilərinin fikrincə, hüququn
üstünlüyünü qəbul edən və eyni zamanda,
onunla məhdudlaşan dövlət hakimiyyəti mədəni
demokratik dövlətçilik hesab edilirdi. N.Yusifbəyli
göstərirdi ki, "əsas azadlıqlar-söz
azadlığı, mətbuat azadlığı,
yığıncaqlar, ittifaqlar və tətil
azadlığı - hər bir mədəni demokratik ölkənin
əsasıdır... Hər bir kəs istədiyini yaza və
deyə bilər, istədiyi yerdə yığışa bilər.
Bir şərtlə ki, bu, Azərbaycan xalqının müqəddəs
müstəqillik hüququna qarşı yönəlməsin".
Azərbaycan Demokratik Respublikasında hakimiyyətlərin
bölgüsü prinsipi də hüquqi dövlətin əsası
hesab olunur. Bu müddəa parlament iclasında "Deputat vəzifələri
ilə dövlət qulluğunun bir araya sığmaması
haqqında" qanunun müzakirəsi zamanı məlum
olmuşdur: "Bu qanunun məqsədi qanunverici hakimiyyətin
icraedici hakimiyyətdən ayrılmasıdır. Hüquqi
dövlətin despotik dövlətdən fərqi heç də
hakimiyyətin bir şəxsdən bir neçə şəxsə
keçməsində deyildir. Hakimiyyət bölgüsü
sistemi olmadıqda, hakimiyyət çox adamın əlində
daha çox despotik ola bilər. Hüquqi dövlətin əsası
qanunverici, icraedici və məhkəmə hakimiyyətləri
bölgüsüdür".ADR-in baniləri hüquqi dövlətin
mövcudluğunu müstəqil məhkəmə təsisatının
mövcudluğu ilə əlaqələndirmişlər.
Dövlət və vətəndaşların
qarşılıqlı məsuliyyətini real təmin edən
əsas orqan kimi məhkəmənin rolu haqqında protokollar
qüvvəyə minmişdir. Bu sənədlərdə
"eyni siyasi baxışları müdafiə edən, siyasi ənənələr
və ideallar baxımından, azadlığa və qanunun
aliliyinə ehtiram nöqteyi-nəzərdən ümumi irsə
malik olan Avropa ölkələri" qarşısında
öhdəlik qoyulmuşdur ki, bu ölkələr BMT-nin
"Mülki və Siyasi Hüquqlar haqqında
Pakt"ın əksər müddəalarını,
"İqtisadi, Sosial və Mədəni Hüquqlar
haqqında Pakt"ının isə təhsil hüququ ilə
bağlı müddəasını kollektiv şəkildə
müdafiə etsinlər. Konvensiyada dövlət, ictimai təşkilat
və ayrı-ayrı vətəndaşlar tərəfindən
daxil olmuş şikayətlərə baxmağın mexanizmi
göstərilmişdir. Sazişə əsasən, bu təşkilatın
üzvi olan ölkələr öz suverenliyinin müəyyən
bir qismini Avropa Şurasına verir və Avropa Məhkəmə
sisteminin qərarlarını yerinə yetirmək barədə
razılığa gəlirlər. Vətəndaşın
öz dövlətindən şikayətinə Avropa insan
hüquqlarını müdafiə sistemindən yalnız o
vaxt baxılır ki, həmin adamın şikayəti öz
ölkəsində bütün hüquqi pillələrdən
keçmiş olsun. Onun şikayətinə İnsan
Hüquqları Komissiyasında, Avropa Şurası Nazirlər
Komitəsində və Avropa Məhkəməsində
baxıla bilər. Bu məhkəmə artıq
ayrı-ayrı vətəndaşların bir çox şikayətlərinə,
o cümlədən, hakimiyyətin amansız rəftarı,
qeyri-qanuni həbs olunma, mətbuat azadlığının və
təhsil hüququnun pozulması və s. ilə bağlı
şikayətlərə baxmışdır. Əgər
dövlət günahkar hesab olunmuşsa,
onda o, məhkəmənin qərarına tabe olaraq vurulan zərəri
ödəmiş, öz qanunvericiliyində, yaxud praktik fəaliyyətində
dəyişiklik etmişdir.Təxminən 50 il bundan əvvəl
"insan hüquqları" anlayışı kütləvi
informasiya vasitələrində və ya diplomatik notalarda
çox nadir hallarda təsadüf edilən
anlayış idi. İndi isə bu anlayış ictimai fikirdə
ən mühüm yerə malikdir. İnsan hüquqları anlayışının
bu dərəcədə kütləvilik qazanmasında
Qeyri-Hökumət Təşkilatlarının rolunu xüsusi
qeyd etmək lazımdır. Dünyada bütün QHT-lərin
fəaliyyətinin əsas hissəsi insan
hüquqlarının müdafiəsi məsələləri
ilə, bilavasitə bağlıdır. Təsadüfi
deyil ki, insan hüquqları anlayışının BMT-nin
Nizamnaməsinə salınması ABŞ-da fəaliyyət
göstərən üç QHT-nin Amerika Yəhudi Komitəsinin,
Milli Kilsələr Şurasının və Dünya Təşkilini
Öyrənən Komissiyanın ardıcıl səyləri nəticəsində
mümkün olmuşdur. QHT-lər Ümumdünya
İnsan Haqlarının Bəyannaməsi prinsiplərini
dövrü mətbuatda, seminar və konfranslarda geniş
müzakirəyə çıxarır. Qeyd etmək
lazımdır ki, bütün dünyada insan haqlarının
müdafiəsində QHT-lər böyük çətinliklə
qarşılaşmışdır. Onlar təkcə fəaliyyət
göstərdikləri ölkələrdə deyil, hətta
1947-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyası tərəfindən
də xəbərdarlıq almışlar ki, komissiya insan
haqlarının pozulması məsələsinə
baxmayacaqdır. Qeyri-hökumət təşkilatları
komissiyaya təsir göstərərək, məsələyə
başqa cür yanaşılmasını tələb
etmişlər. BMT-nin İnsan Hüquqları
Komissiyasında müşahidəçi statusuna malik İnsan
Hüquqlarının Beynəlxalq Liqası bütün QHT-lərə
insan haqlarının pozulmasını qeydə almaq
üçün xüsusi tədqiqatlar aparmağa, müxtəlif
nəşrlər tərtib etməyə
çağırmışdır. Liqa ilk
qeyri-hökumət təşkilatıdır ki, totalitar rejimlərə,
hərbi diktaturalara və hətta insan haqlarının
pozulması müşahidə edilən demokratik ölkələrə
belə "Tənbeh və pisləmək" metodunu tətbiq
edir. İnsan hüququnun müdafiəsi ilə məşğul
olan QHT-lər sırasında 1961-ci ildə Londonda təşkil
edilmiş "Amnisti İnterneşnl" təşkilatının
adını xüsusi qeyd etmək lazımdır. Bu təşkilat dünyada insan
hüquqlarının pozulması barədə məlumatlar
toplayaraq, dövlət repressiyasına məruz qalanları
"vicdan məhbusu" adlandırmış, 1974-cü ildə
61 ölkədə insan hüquqlarının pozulmasına aid
faktları bütün dünyaya elan etmişdir.
Latın Amerikasındakı hərbi repressiyaları ifşa
etdiklərinə görə, təşkilat Nobel Sülh
Mükafatına layiq görülmüşdür. Beynəlxalq
təşkilatların iş praktikası göstərir ki,
onların yaydıqları məlumatlar əksər kəskin
rejimli ölkələrdə nəzərə alınmır. QHT rəsmilərinin fikrincə, elə mexanizmlər
işləyib-hazırlamaq lazımdır ki, onların fiksə
etdikləri insan hüququna dair pozuntulara münasibət əməli
şəkildə həyata keçirilsin. 1975-ci ildə bir
çox ölkələrin razılığı ilə qəbul
olunan Helsinki Yekun Aktı insan hüquqlarının müdafiəsi
nöqteyi-nəzərindən böyük əhəmiyyətə
malikdir. Sənədə əsasən, bu akta
imza atmış ölkələr "İnsan hüququ və
əsas azadlıqları (7 prinsipdən ibarət)" öz
ölkələrində təmin etməlidirlər. 1978-ci ildə
Helsinki Prosesinin gedişinə nəzarət edən və
Şərqi Avropa üçün böyük əhəmiyyətə
malik "Helsinki Uotç" Qeyri-Hökumət Təşkilatı
yaradıldı.
Afrika, Asiya qitələrində
insan hüquqlarının müdafiəçiləri
qeyri-hökumət təşkilatları təsis edərək,
müstəmləkə zülmündən azad olmaq uğrunda
mübarizə aparmağa başladılar. 1998-ci ildə Cənubi
Afrika Respublikasının prezidenti Nelson Mandela BMT-nin Baş
Assambleyasında çıxış edərək, insan hüquqlarının müdafiəsində
QHT-nin rolunu belə qiymətləndirmişdir: "İnsan
hüquqları Bəyannaməsi bizim kimi azadlıq uğrunda
mübarizə aparıb, sizin köməyinizlə aparteiddən
xilas olanların apardıqları mübarizənin haqlı
olduğunu təsdiq edir".Hazırda demokratikləşmə
və liberallaşma proseslərinin tam başa çatmadığı
ölkələrdə QHT səsləri kəsilməyən
yeganə milli səsdir. Qeyri-hökumət təşkilatının
qüvvə və imkanları olmadığından, onlar
öz fəaliyyətlərini ifşa və təkid prinsipi
üzərində qurmalıdırlar. QHT-lər
üçün dövləti öz öhdəliklərini
yerinə yetirməyə cəlb etməkdən ötrü ən
əsas mexanizmlərdən biri insan hüquqlarının
pozulması haqda ictimaiyyəti məlumatlandırıb
araşdırmalar aparmaqdır. Hazırda insan hüquqları
barədə qüvvədə olan bütün beynəlxalq
müqavilələrin effektivliyi dövlət tərəfindən
öz öhdəliklərinin yerinə yetirilməsinə nəzarət
mexanizmindən asılıdır. Adətən, nəzarət
mexanizmi insan hüququ pozulduqda işə düşür.
Dövlətin xarici siyasəti isə yalnız insan
hüquqları üzərində qurula bilməz. Xarici siyasətdə
milli maraqlar əsas rol oynadığından, insan hüquqları
maddi və siyasi maraqlara nəzərən böyük əhəmiyyət
kəsb etmir.
Vahid ÖMƏROV, fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.-
2017.- 8 iyun.- S.15.