İndoneziyanın aparıcı “GATRA” jurnalında
Bakı Limanı haqqında məqalə dərc edilib
İndoneziyanın aparıcı “GATRA” həftəlik
jurnalının müxbiri
Andhika Dinata Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında məqalə dərc edib.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib
ki, jurnalda mayın 7-12-də İndoneziyanın
Bali şəhərində keçirilən Beynəlxalq
Limanlar Assosiasiyasının
illik toplantısı çərçivəsində Bakı Limanı və İndoneziya Liman Korporasiyası arasında imzalanan Anlaşma Memorandumu haqqında söz açılıb. Qeyd olunub
ki, bu Memorandum çərçivəsində tərəflər təcrübə
mübadiləsi, liman
əməliyyatları və
digər sahələrdə
əməkdaşlıq edəcəklər.
Bakı Limanın baş direktoru Taleh Ziyadov qeyd edib
ki, dünyada ən çox adalara sahib olan İndoneziya dünya dəniz ticarətində mühüm rol oynayır. Bu baxımdan
İndoneziya Limanlarının
təcrübəsi əvəzolunmazdır.
Taleh Ziyadov Bakı limanı və Ələt qəsəbəsində qurulmaqda
olan Azad Ticarət Zonası (ATZ) haqqında məlumat verərək qeyd edib ki,
ölkənin əlverişli
coğrafi mövqeyindən
faydalanması, regional nəqliyyat
təşəbbüslərinin reallaşdırılması, ATZ-də əlavə dəyər yaradan sahələrin qurulması
Prezident İlham Əliyevin düşünülmüş
siyasətinin mühüm
hissəsidir.
Bundan başqa, məqalədə
Beynəlxalq Limanlar Assosiasıyasının 2018-ci ilin
mayın 8-11-də Bakıda
keçiriləcək Dünya
Limanlarının Konfransından
da bəhs olunur. Qeyd olunub ki, 90 ölkədən
Sidney, Los-Anceles, Hamburq,
Panama, Cəbələli kimi
180-dən çox böyük
limanları öz ətrafında birləşdirən
qurumun Bakıda toplantısı region üçün
mühüm hadisədir.
Keçmiş MDB məkanında Dünya Limanları Konfransının ilk dəfə
Azərbaycanın paytaxtında
baş tutması onun beynəlxalq ticarət dəhlizlərində,
xüsusən “Bir Kəmər - Bir Yol” təşəbbüsündə
artan rolu ilə izah olunur.
Qeyd edək ki, Bakıdan
sonra Dünya Limanlarının Konfransı
Çinin Quanjou şəhərində keçiriləcək.
Səs.- 2017.-10 iyun.-
S.12.